Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Keçmiş baş prokuror həbs olundu – “Vor zakon” Əzizin işi

Tarix 05.06.19, 14:31

Font ölçüsü : - / +
bitmap-img6


Kriminal aləmdə “Çeçen Əziz” kimi tanınan “qanuni oğru” Əziz Batukayevin cəzaçəkmə müəssisəsindən qanunsuz yollarla azad olunması ilə bağlı Qırğızıstanda araşdırmalar davam edir. Rusiya mətbuatının yazdığına görə, cinayət işi üzrə daha bir fiqurant – Qırğızıstanın sabiq baş prokuroru Aida Salyanovanın adı hallanır.  O, artıq saxlanılıb.

Sabiq baş prokurora qarşı istintaqla əməkdaşlıq etməyə razılaşan Narınsk vilayətinin prokuror müavini Mayrambek Akmataliyev ifadə verib. M.Akmataliyevlə A.Salyanova arasında növbəti dəfə üzləşmə keçirilib. Müvəqqəti saxlama təcridxanasında A.Salyanovaya baş çəkən parlamentin deputatı Almambet Şıkmamatovun dediyinə görə, M.Akmataliyev azadlığa çıxmaq üçün sabiq baş prokurora qarşı ifadə verib.

Bir müddət öncə “Prestupnaya Rossiya” nəşri M.Akmataliyevin saxlanılması barədə məlumat yaymışdı. “Çeçen Əziz”in təcridxanadan “qaçış”ı üzrə cinayət işi 2019-cu ilin aprelində yenidən araşdırılıb. Bu dəfə iş üzrə həkim-onkoloq, laborant və hakim istintaqa cəlb edilib.  

Xatırladaq ki, ciddi rejimli koloniyada cəza çəkən “Çeçen Əziz” məhkəmənin qərarı ilə 2013-cü ildə azadlığa buraxılıb. “Qanuni oğru”nun həbsdən buraxılması həkimlərin ona “kəskin leykoz” diaqnozu qoymalarından sonra baş tutub.

Cinayət işi araşdırılarkən Qırğızıstanın sabiq səhiyyə naziri Dinara Saginbayeva da həbs olunub. Sonradan isə sabiq səhiyyə naziri ev dustaqlığına buraxılıb.

“Çeçen Əziz” qanunsuz silah saxlamada, narkotik vasitələrin qanunsuz dövriyyəsində, cəzaçəkmə müəssisəsində qiyamın təşkilində və s. bu kimi ağır cinayətlərdə ittiham olunaraq 16 il 8 ay azadlıqdan məhrum edilib. Məhkəmə “qanuni oğru” nun ölümcülxəstəliyə “düçar” olması qənaətinə gəlib və cəzasının çəkilməmiş hissəsindən azad edib. 9 aprel 2013-cü ildə Batukayev məhkəmə hökmü qanuni qüvvəyə mindikdən cəmi 6 saat sonra Bişkekdən çarter reysi ilə Çeçenistana  uçub. Hazırda da orada yaşayır.





Xəbərin oxunma sayı : 433




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap