Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Beyləqanda xəyanət faciəsi: qadın və kişi intihar edib, 1 nəfərin qulaqları kəsilib

Tarix 01.08.19, 11:57

Font ölçüsü : - / +
bitmap-img6


Beyləqan rayonunda ərinə iki nəfərlə xəyanət edən qadın intihar edib.

"Report”un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə rayonun Birinci Şahsevən kəndində baş verib. 

Həmin kəndin ərazisində yerləşən uşaq bağçasında aşpaz işləyən N.Həsənova əri tərəfindən bağçanın gözətçisi Füzuli rayonunun Əhmədbəyli kənd sakini G.Baxşəliyev ilə birlikdə yataqda tutulub. Hadisədən sonra qadın rayonun İkinci Şahsevən kəndində yerləşən ata evinə qaçıb və orada özünü asaraq intihar edib. Onunla birlikdə yataqda tutulan G.Baxşəliyev isə Füzuli rayonunun Əhmədbəyli kəndinə qaçıb və o da özünü asaraq intihar edib. 

Hadisədən sonra qadının əri R.Həsənov arvadının daha bir şəxslə - həmkəndlisi E.Elyarovla intim münasibətinin olduğunu öyrənib. Bu səbəbdən sözü gedən şəxslər arasında mübahisə olub. Mübahisə zəminində R.Həsənov arvadı ilə intim münasibətdə olduğunu etiraf edən E.Elyarovu bıçaqlayaraq qulaqlarını kəsib. 

E.Elyarov xəstəxanaya çatdırılıb. 

R.Həsənov isə Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa cəlb edilib. 

Faktla bağlı bir neçə maddə ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. 



Xəbərin oxunma sayı : 868




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap