| |
|
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Elman Rüstəmovun revanşı: Baş bankir yenə yanlış yoldadır
Tarix 27.08.19, 11:44 |
|
Beynəlxalq səviyyəli analitik mərkəzlər, nüfuzlu maliyyə və iqtisadi qurumlar dünyanın yeni iqtisadi böhranın astanasında olduğunu bildirirlər. Bunu təsdiqləyən yetərincə faktlar, analizlər qoyulur ortaya. Dünya iqtisadiyyatında qeydə alınan artım dinamikasındakı azalma, son vaxtlar fond birjalarında yaranan təlatümlər, qlobal iqtisadiyyatın iki aparıcı ölkəsi arasında davam edən ticari müharibə qlobal böhranın gözlənildiyindən daha tez özünü büruzə verəcəyi ehtimalını artırır. Bir sözlə, dünyada gedən iqtisadi-siyasi proseslər Azərbaycan kimi neft gəlirlərindən asılı ölkələr üçün heç də ürəkaçan məcraya doğru getmir. Belə bir vəziyyətdə hökumətlərin "B” planlarının olması həyati əhəmiyyət kəsb edir. Və belə planları adətən maliyyə-bank sektoruna rəhbərlik edən qurumlar hazırlayırlar. Bu baxımdan, Azərbaycanda uzun illər boyu makroiqtisadi sabitliyin qorunmasına aparıcı rola malik olmuş Mərkəzi Bankın davranışlarından çox şey asılıdır. Lakin təcrübə göstərir ki, bu qurum gözləntiləri doğrulda bilmir.
Qeyd edək ki, bu ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş hökumət müşavirəsində diqqətçəkici məsələlərdən biri Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun çıxış etməsi oldu. Əslində Nazirlər Kabinetinə tabe olmasa da, ölkədə makroiqtisadi sabitliyə cavabdeh olan Mərkəzi Bank rəhbərinin yarımillik dövrdə görülən işlərlə bağlı danışması normal olmalıdır. Lakin məsələ burasındadır ki, Elman müəllim axırıncı dəfə prezident yanında keçirilən belə toplantıda 2015-ci ilin yanvarında – 2014-cü ilin sosial-iqtisadi yekunları, qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə çıxış etmişdi...
Elə bir dövrdə ki, dünya bazarında neftin qiyməti uzunmüddətli enmə prosesi yaşayırdı, bizim kimi neftdən asılı ölkələrin hamısında milli valyutalar dəyərsizləşirdi. Hökumətin makroiqtisadi siyasətinin müəyyənləşməsində həlledici söz sahiblərindən biri olan E.Rüstəmov o müşavirədə 2014-cü ildə ölkədə tam makroiqtisadi sabitliyin qorunduğunu fəxarətlə qeyd etmişdi: "Son 10 ildə ən aşağı inflyasiya müşahidə olunmuşdur. İnflyasiya cəmi 1,4 faiz təşkil etmişdir. Bu, əsas ticarət tərəfdaşı olan ölkələrdəki inflyasiyadan təxminən 5 faizdən çox aşağıdır və Azərbaycan iqtisadiyyatına beynəlxalq ticarətdə məlum rəqabət üstünlükləri gətirir”.
Baş bankrimiz 2014-cü ildə region ölkələrindəki valyuta böhranlarını misal da çəkir: "Ötən il bir sıra ölkələrdə müəyyən xarici və daxili amillərin təsiri altında əsl valyuta böhranları baş vermişdir. Nəticədə bir sıra milli valyutalar məcburi olaraq ciddi devalivasiyaya uğramışdır. Rus rublu 80 faiz, qazax təngəsi 19 faiz, türkmən manatı 22 faiz, Belarus rublu 17 faiz, Ukrayna qrivnası 90 faiz, türk lirəsi 8 faiz ucuzlaşmışdır.
Möhtərəm Prezident, Sizin dəfələrlə qeyd etdiyiniz kimi, manatın məzənnəsi makroiqtisadi və maliyyə sabitliyinin, xüsusilə də sosial sabitliyin vacib amilidir. Sabit məzənnə əhalinin gəlirlərinin, yığımlarının dəyərdən düşməsinin qarşısını alır və korporativ və maliyyə sektorunda sabitliyin təmin olunmasının çox mühüm amilidir. Bir sıra beynəlxalq agentliklər bu yaxınlarda manatı Müstəqil Dövlətlər Birliyi və Şərqi Avropa məkanında ən stabil və etibarlı valyuta kimi tanımış və onun çox müsbət perspektivlərini qeyd etmişlər. 2014-cü ildə qonşu ölkələrdə, bölgədə gedən mürəkkəb proseslərlə bağlı yaranmış psixoloji təzyiqlərə baxmayaraq, vaxtında görülmüş tədbirlər nəticəsində manatın məzənnəsi sabit saxlanılmışdır. Bunun üçün Mərkəzi Bank valyuta bazarının həm nağd, həm də qeyri-nağd seqmentlərində çevik tənzimləmə tədbirləri görmüşdür”.
E.Rüstəmov bu çıxışında Mərkəzi Bankın bazara buraxılan milyardlarla dollar ehtiyatlarının bir neçə ayın içərisində əridilməsini "çevik tənzimləmə” tədbiri kimi qələmə verməkdən çəkinmədi. Özü də 2015-ci ildə dünya iqtisadiyyatında qeyri-müəyyənliyin davam edəcəyini söyləyir, buna baxmayaraq, bəyan edir ki, "Mərkəzi Bankda aparılan stress-testləşmə, simulyasiya modelləri vasitəsilə aparılan hesablamalar göstərir ki, birmənalı olaraq Azərbaycan iqtisadiyyatı həm cari ildə, həm də orta müddətli dövrdə bütün bu risklərə adekvat cavab vermək üçün kifayət qədər imkana və potensiallara malikdir”.
Ölkənin 2015-ci ildəki pul-kredit siyasətindən danışarkən E.Rüstəmov defilyasiya gözləntisinin böyük olduğunu deyir: "Cari ildə də bütövlükdə aşağı inflyasiya bizim diqqət mərkəzimizdə olmalıdır. Bizim siyasətimiz aşağı inflyasiyanın artıq defilyasiya ilə sərhədləndiyini görmək, iqtisadiyyatın, necə deyərlər, defilyasiya sferasına keçməsinin qarşısını almaqdır, nəinki yüksək inflyasiyanın qarşısını almaq”.
Bunun üçünsə Mərkəzi Bank rəhbəri ilk növbədə manatın sabitliyinin saxlanmasının gərəkdiyini bildirir: "Cari ildə də manatın sabitliyinin təmini bizim ən öndə olan məqsədlərimizdən biridir və biz bu məqsədin reallaşmasını təmin edəcəyik”.
Və bu çıxışdan 40 gün sonra – 2015-ci il fevralın 21-də Mərkəzi Bank manatın məzənnəsini kəskin şəkildə aşağı salır, ilin sonunda-dekabrın 21-də yenidən eyni addım atılır. Təsəvvür etmək xeyli çətindir, amma reallıqdır: ölkənin maliyyə-bank sektoruna faktiki rəhbərlik edən, uzun illər boyu pul-kredit siyasətinin müəyyənləşməsində bəlkə də tək söz sahibi olan bir şəxs necə deyərlər, burnunun ucundan uzağı görə bilməyib. Yaxud da görüb, amma hansısa səbəbdən susub. Bu susqunluq isə dövlətə 12-13 milyard dollara başa gəldi.
Əslində E.Rüstəmovun Mərkəzi Bankın ehtiyatları hesabına manatın uzun müddət sabit saxlanmasının mümkün olmadığını bilməyəcək qədər qeyri-peşəkar olduğunu söyləmək mümkün deyil. Bu halda, baş bankir nədən hətta devalvasiya qərarından 1 gün əvvəl də manatın məzənnəsinə təhlükə olmadığında israr edirdi? Bu israrda onun və yaxın çevrəsinin müxtəlif banklardan götürdükləri deyilən yüz milyonlarla manat kreditlər, hətta prezidentin belə məlumatlı olduğu kütləvi şəkildə Azərbaycandan kənara dollar çıxarılması prosesinin nə qədər rolu olub? Bu kimi suallara hələ də dəqiq cavab vermək mümkün deyil. Lakin ortaya çıxarılan və E.Rüstəmovun özünün, ailə üzvlərinin yüz milyonlarla dollarlıq biznesinin olduğunu təsdiqləyən sənədlər, faktlar onun heç də qeyd olunan proseslərdən zərərlə çıxmadığını göstərir.
Yəqin ki, hər kəs son aylarda xarici ölkələrdə on milyonlarla dollarlıq biznes quran müxtəlif məmurlar barədə məlumatlarla tanışdır. Açıqlanan faktlardan məlum olur ki, müxtəlif ölkələrdə qurulan böyük bizneslərin əksəriyyətinin əsası 2014-2015-ci illərdə qoyulub. Məhz həmin illərdə Azərbaycandan kənara yüz milyonlarla, bəlkə də milyardlarla dollar vəsait çıxarılıb. Bu talan o qədər genişmiqyaslı olub ki, ölkə rəhbəri belə ona münasibət bildirməyə, ölkənin valyuta ehtiyatlarının möhtəkirlər tərəfindən xaricə daşınmasının qarşısının alınmasına bilavasitə nəzarət qurmasına səbəb olub.

Rüstəmovun qızının "çiçəklənən” biznesi və 2014-2015 talanları...
2014-2015-ci illərdə ölkənin maliyyə-bank sektorunun şəriksiz nəzarətçisi olan E.Rüstəmovun bu talandan xəbərsiz olduğunu, yəqin ki, heç kim güman etməyəcək. Çünki həmin illərdə onun ailə üzvlərinin də xaricdəki biznesi çiçəklənib. Məsələn, qızı Günel Rüstəmovanın və onun əri Cümə Əhmədzadənin (Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu) sərvətində fantastik artım baş verib.
Araşdırmaçı-jurnalist Cavanşir Həsənlinin ortaya çıxardığı faktlardan aydın olur ki, Günel Rüstəmova və Cümə Əhmədzadə uzun müddətdir ki, Londonda yaşayırlar və Avropada böyük sərvətlərə, şirkətlərə sahibdirlər. Onların Britaniyada sahib olduqları "Gyunel Limited” şirkəti 2005-ci ilin 28 aprelində Londonda qeydiyyatdan keçib və 5438890 saylı lisenziya nömrəsi alıb (Qeydiyyat ünvanı: Basement 32 Woodstock Grove, London, Uk, W12 8LE).
2010-cu ilin 26 oktyabr tarixinə qədər "Yosma LTD” adı ilə fəaliyyət göstərən şirkət 2006-cı ilin avqustun 21-də Elman Rüstəmovun qızının adına rəsmiləşdirilib. 2010-cu ildən bəri "Gyunel Limited” adı ilə fəaliyyətdədir. Şirkətin maliyyə sənədlərinə görə, 2008-ci ildə onun sərvəti heç 10 min funt sterlinq olmayıb. 2014-cü ildə şirkətin mal varlığı 1 milyon 102 min 789 funt sterlinq olub. Yəni 2013-cü ilə nisbətdə azalma müşahidə olunub. Lakin devalvasiya ilinin maliyyə hesabatlarına görə bu məbləğ iki dəfə artaraq 2 milyon 232 min 787, sonrakı illərdə isə hər il 1 milyon funt sterlinqdən bir qədər çox artaraq 2017-ci ildə 4 milyon 394 min 541 funt sterlinqə (təxminən 5.7 milyon dollar) çatıb.
Devalvasiya ilində Günel Rüstəmova və Cümə Əhmədzadə cütlüyü Londonun ən bahalı ünvanlarından biri sayılan Princes Gate 69-70 ünvanında mənzil alıblar. Bu ünvanda 3 otaqlı mənzilin qiyməti 3.5 milyon funt sterlinqdən, yaxud 4.5 milyon dollardan başlayır. Mənzilin orderinə görə onu Londonda yerləşən "Seda Zirek Design” şirkətindən alıblar.
2013-cü ilin sonlarında Əhməd Əhmədzadənin oğlu və Elman Rüstəmovun qızı Çexiyada otel açmaq qərarına gəlirlər. Onlar Çexiyanın Lipno gölü sahilini seçirlər.
Və 2014-cü il mayın 11-də Cümə Əhmədzadə Çexiyanın Müdafiə Nazirliyi ilə bu ölkənin hərbi qüvvələrinə aid binanı almaq barədə müqavilə bağlayır. Müqaviləni Çexiya Müdafiə Nazirliyi adından cənab Ľubošem HAJDUKEM imzalayır. Müqaviləyə görə, Çexiya Müdafiə Nazirliyi Lipno gölü sahilindəki istifadəyə yararsız binanı Cümə Əhmədzadəyə satır. Cümə Əhmədzadənin Lipno ilə bağlı layihəsi 150 milyon kron və ya təxminən 7 milyon dollar təşkil edir.
"Hospodarske Novny" saytının 26 mart 2018-ci il tarixli məlumatına görə, Cümənin aldığı bina ötən yüzilin 80-ci illərində inşa edilib və Çexiya Müdafiə Nazirliyinin balansında olub, 2009-cu ildən yararsız obyekt kimi istifadəsiz qalıb. Cümə Əhmədzadəni oxucularına tanıtdıran saytın məlumatına görə, o, Azərbaycanda, İngiltərədə və digər ölkələrdə otellər şəbəkəsinin sahibidir. Cümə Əhmədzadə Cənubi Bohemiya bölgəsində, Lipno su hövzəsi sahilində aldığı binanı artıq tamamilə sökdürüb və tezliklə burada böyük otel kompleksinin tikintisinə başlanacaq. Burada 4255 kvadrat metrlik ərazidə 140 yataqlı otel inşa ediləcək.
Lipnodakı otellə bağlı planı həyata keçirmək məqsədilə 2017-ci ilin aprelin 17-də cütlük bu ölkədə "Lipno Investment s.r.o.” şirkətini qeydiyyatdan keçirib. Təsisçilər "ALPS s.r.o.” şirkəti və Əhməd Əhmədzadənin oğlunun dostu Elçin Kazımov olur. Yeni şirkət Budějovice regional ədliyyə idarəsində 06202098 saylı qeydiyyat şəhadətnaməsi alır və cütlüyə məxsus Charles IV. 93/3 ünvanında fəaliyyətə başlayır.
Yeni şirkət daşınmaz əmlak alqı-satqısı, ticarət, xidmət, 2018-ci ilin iyunundan isə alkoqollu içkilərin satışı hüququ əldə edir.
Kimdir Elçin Kazımov? O 10 ildən bəridir ki, Çexiyada yaşayır, vaxtilə Mərkəzi Bankda , Elman Rüstəmovun yanında şalışıb, hazırda Mərkəzi Bank rəhbərinin ən etibarlı adamlarından biri kimi kürəkənin Çexiyadakı biznes şəbəkəsini idarə edir. Maraqlıdır ki, Kazımov həm də vaxtilə keçmiş Beynəlxalq Bank rəhbəri Cahangir Hacıyevin yaxın adamı olmuş Rüfət İmamverdiyevlə şərik şirkətlər də qurub.
Elman Rüstəmovun kürəkəninin Elçin Kazımovun Çexiyada qeydiyyatdan keçirdiyi "Budweis trading s.r.o.” şirkətinin şəriki də Rüfət İmamverdiyev olub. Şirkət 2009-cu il oktyabrın 1-də qeydiyyatdan keçib və Əhməd Əhmədzadənin oğluna məxsus ünvanda yerləşir.
Rüfət İmamverdiyev vaxtilə Beynəlxal Bankın London ofisinin rəhbəri olub. Cahangir Hacıyevin onun adına şəxsi kart açaraq bankdan 1 milyon funt sterlinq pul köçürdüyü və həmin pulları xərclədiyi, borcların İmamverdiyevin üzərində qaldığı, bu səbəbdən onun intihar etdiyi deyilir. İmamverdiyev keçmiş Beynəlxaq Bank rəhbərinin Londondakı biznesini, o cümlədən Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın və onun qızı Leyla Yüzbaşovanın (sonradan Eldar Mahmudovun oğlu Anar Mahmudovla evlilikdən sonra Mahmudova soyadını götürüb) 2008-ci ildə Çexiyada təsis etdikləri "Leco s.r.o.” ("Leco – Leyla corporation”) şirkətini idarə edib. Maraqlıdır ki, Hacıyevlərin Çexiyadakı şirkətinin icraçı direktoru vəzifəsini Əhmədzadənin şirkətlərində rəhbər vəzifə tutan Yuriy Mıroshnishenkonun həyat yoldaşı Viktoriya MMıroshnishenko olub və bu şirkət də 2012-ci ildən Əhmədzadəyə məxsus ünvanda fəaliyyət göstərib.

Ölkə rəhbərliyinin Elman Rüstəmova etimadı niyə azaldı?
2014-2015-ci illərdə baş bankirin talanı durdurmaq üçün nəinki barmağını tərpətməməsi, əksinə, dövlətin valyuta ehtiyatları hesabına manatın məzənnəsini qorumaq kimi absurd addıma getməsi ölkə rəhbərliyinin E.Rüstəmova olan etimadını kəskin azaltdı. Maliyyə-bank sektorunun fəaiyyətinə nəzarət səlahiyyətlərinin əksəriyyəti alınaraq yeni yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatasına verildi. Həmin vaxt E.Rüstəmovun vəzifəsindən alınması an məsələsi idi. Lakin palatanın rəhbəri təyin olunan Rüfət Aslanlının işinin öhdəsindən gələ bilməməsi, öz tamahının qurbanına çevrilməsi baş bankiri bu aqibətdən xilas etmiş oldu. Eyni zamanda dünya neft bazarında qiymətlərin Azərbaycan üçün əlverişli diapazonda qərarlaşması ölkədə makroiqtisadi sabitliyin təmin olunmasına, manatın məzənnə enişinin qarşısının alınmasına imkan yaratdı. Bu əlverişli situasiya Mərkəzi Bank rəhbərinin yenidən dirçəlməsinə səbəb olub. Ötən ilin sonlarından etibarən E.Rüstəmov iqtisadi siyasət qərarları ilə bağlı çıxışlar etməyə, necə deyərlər, özünü göstərməyə başlayıb.
Bu ərəfədə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən kredit faizlərinə limit müəyyənləşdirilməsini nəzərdə tutan qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim olundu. Və 2 dəfə layihənin plenar iclasa çıxarılmasına cəhd olunsa da, gözəgörünməz əl sənədin müzakirəsinin qarşısını aldı. Üstündən bir ay keçməmiş E.Rüstəmov açıq şəkildə layihənin əngəllənməsindəki aparıcı rolunu ortaya qoyub, məsələnin ölkə rəhbərliyi səviyyəsində həll olunduğunu söylədi. Bu, baş bankirin revanşı da sayıla bilər - əksər səlahiyyətləri əlindən alınsa da, hakimiyyət daxilində təsir imkanlarını itirmədiyinin açıq etirafı da...
Beləliklə, görünən budur ki, E.Rüstəmov hansısa yollarla ölkə rəhbərliyində özünə qarşı inamı bərpa edə bilib. Eyni zamanda o da aydın olur ki, o, yenə Azərbaycan üçün yaranan riskləri yanlış qiymətləndirməkdə davam edir. Onun sonuncu hökumət müşavirəsindəki çıxışı göstərir ki, E.Rüstəmova qalsa, 2014-2015-ci illərdəki kimi, Azərbaycanın mümkün qlobal böhranın təsirlərinə hazırlıqsız yaxalanması çox realdır.
E.Rüstəmovun çıxışında Azərbaycanın makroiqtisadi sabitliyi üçün mümkün təhlükələrdən, onların təsirlərinin neytrallaşdırılması üçün hazırlanmalı olan tədbirlərdən deyil, ölkənin valyuta ehtiyatlarının artmasından danışır: görünən odur ki, o, 2014-2015-ci illərdə Mərkəzi Bankın 18 milyard dollarlıq valyuta ehtiyatlarının 4 milyard dolların altına düşməsi kimi acı təcrübədən nəticə çıxarmayıb: "Biz inamla bütövlükdə böhrandan öncəki səviyyəni bərpa etməyə doğru gedirik. Qırx doqquz milyard dollar bizim ümumi daxili məhsuldan daha çoxdur. Bu, Azərbaycanın həm yüksək beynəlxalq ödəmə qabiliyyətini, həm də yüksək maliyyə təhlükəsizliyini ifadə edir”.
Mərkəzi Bank rəhbəri deyir ki, milli valyutanın məzənnəsi sabitdir: "Bütövlükdə manatın məzənnəsi, qeyd etdiyiniz kimi, sabitdir və sabit olaraq qalır. Xarici balansın müsbət olması, ixracın şaxələndirilməsi istiqamətində görülən işlər və valyuta təklifinin genişlənməsi və bazarda müsbət gözləntilər daxili valyuta bazarında əhəmiyyətli profisit yaradıb. Mən bunu Sizə məruzə etmişdim. Bütövlükdə bu gün Mərkəzi Bankın sterilizasiyası ilə birlikdə daxili valyuta bazarında 1 milyard ABŞ dollarından çox profisit mövcuddur. Bu isə bütövlükdə manatın məzənnəsinin nəinki bugünkü sabitliyinə, həm də bütövlükdə gözlənilən sabitliyinə təminat verir. Baxmayaraq ki, məzənnəmiz sabitdir, biz tərəfdaş olan ölkələrlə, ticarət tərəfdaşlarımızla xarici rəqabət qabiliyyətimizi izləyirik. Altı ay ərzində manatın real məzənnəsi 1,2 faiz ucuzlaşıb”.
Yazının əvvəlində də qeyd etdik ki, nə dünya neft bazarında, nə də qlobal iqtisadiyyatda gedən proseslər ölkəmiz üçün müsbət məcralı hesab olunacaq istiqamətli deyil. Bu şəraitdə E.Rüstəmov ilin sonuna qalan 5 aylıq müddət üçün deyil, daha uzunmüddətli dövr üçün görüləcək tədbirlərdən, mümkün risklərdən danışmalıydı əslində. Bunun əvəzində o, iqtisadiyyatda özünün əməyi olmayan müsbət proseslərdən bəhs edir.
MB-nin nağdsız ödənişlər yalanı
Digər tərəfdən, Mərkəzi Bankın səlahiyyətli şəxsləri yenə ölkə ictimaiyyətini aldatmaqla məşğuldur. Belə ki, Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev nağdsız ödənişlərin həcminin aşağı olmasını ciddi problem kimi qabardıb: "Məndə olan məlumata görə, bizdə nağdsız ödənişlər hələ də aşağı səviyyədədir. Hesab edirəm ki, bu sahədə çox ciddi addımlar atılmalıdır. Çünki biz çalışmalıyıq ki, nağdsız ödənişlərin həcmi artsın. Posterminalların sayı da artmalıdır. Ancaq mənə verilən məlumata görə, onların sayı artmır. Bu problem öz həllini tapmalıdır. Çünki nağdsız ödənişlərin aşağı səviyyədə olması, əlbəttə ki, kölgə iqtisadiyyatını qidalandırır. Kölgə iqtisadiyyatı ilə mübarizə bizim üçün indi əsas məsələlərdən biridir. Bu gün burada verilən məlumat bunu göstərir ki, bu istiqamətdə önəmli addımlar atılıb. Yüz mindən çox əmək müqaviləsi bağlanıb. Halbuki bu insanlar əvvəllər kölgə iqtisadiyyatında fəaliyyət göstərirdilər. Nağdsız ödənişlərin aşağı səviyyədə olması, əlbəttə ki, qəbuledilməzdir. Tapşırıq verirəm ki, bu məsələ təhlil edilsin və ciddi addımlar atılmalıdır”.
Müşavirədə nağdsız ödənişlərin ümumi həcminin Azərbaycanda 2 milyard 300 milyon dollar olması ölkə rəhbəri səviyyəsində vurğulanıb. Prezidentin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov da bunu təsdiqləyərək bildirib ki, nağd çıxarılan məbləğlər istisna olmaqla rəqəm 2,3 milyar dollardır.
Amma Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova mətbuata məlumat verir ki, bu ilin I yarısında Azərbaycanda bank kartları ilə 12 milyard manatlıq ödəniş həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 milyard manat çoxdur. Bu məlumatdan aydın olur ki, Mərkəzi Bank əmək haqqı, pensiya, müavinət və sair kimi karta köçürülüb, heç bir ödəniş edilmədən bir neçə saatdan sonra çıxarılan məbləği də nağdsız ödənişlər kimi qeydə alır. Halbuki reallıqda bu vəsaitlərlə kartlar vasitəsilə heç bir əməliyyat aparılmayıb.
Qeyd edək ki, E.Rüstəmovun belə aktivləşməsi əslində əbəs deyil. Belə ki, gələn ilin aprelində onun Mərkəzi Bankın İdarə Heyətinin sədri kimi səlahiyyət müddəti başa çatır. Görünür, E.Rüstəmov 1995-ci ildən daşıdığı vəzifəsini əldən verməmək üçün indidən hərəkətə keçməyə ehtiyac duyub. Bu günlərdə onun dünya mərkəzi bankları sədrlərinin reytinqində "B” kateqoriyasında yer almasına dair məlumatın da mətbuata ötürülməsi bu ehtiyacdan qaynaqlanan addımdır. Onun bu hərəkətliliyinin nə qədər uğurlu olacağını isə yəqin ki, 2020-ci ilin aprelində görəcəyik...
Mənbə: AFN.az
Xəbərin oxunma sayı : 643
Gündəm
Xəbərlər
-
Yağış şimal rayonlarında fəsad törətdi: Xudat və Şabranı su basdı
-
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olmalıyıq?“ - Tramp
-
Əhməd İsmayılov Burhanettin Duranla Anlaşma Memorandumu imzalayıb - Fotolar
-
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür - VİDEO/FOTO
-
Yağıntılı hava davam edir, qar yağır - FAKTİKİ HAVA
-
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər
-
Hava ilə əlaqədar qatarlar gecikə bilər - XƏBƏRDARLIQ
-
ABŞ-ın növbəti hədəfi Kuba olacaq - Tramp
-
“Sədərək” ticarət mərkəzini su basdı - VİDEO
-
İran Əbu-Dabiyə raket zərbəsi endirdi - 5 nəfər yaralandı
-
At və uzunqulaqların sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
-
“Böyük Britaniya İrana qarşı müharibəyə qoşulmayacaq“ - Starmer
-
Su basmış ərazilərdən onlarla insan belə təxliyə edildi - VİDEO
-
“ABŞ İrana qoşun yeridə bilər“ - Hakan Fidan
-
Bakıda iki əsrə yaxın yaşı olan bina qəzalı vəziyyətə düşüb - VİDEO
-
İnstaqramda bu gün bunlar paylaşıldı - FOTOLAR
-
ABŞ Ukrayna üçün nəzərdə tutulan silahları Yaxın Şərqə yönəldə bilər - Marko Rubio
-
Gəncədə küləyin fəsadı bir aydır ki, aradan qaldırılmır - VİDEO
-
İran-ABŞ danışıqları Pakistan vasitəsilə aparılır - Hakan Fidan
-
Azərbaycana təhlükəli arılar gətirilib - VİDEO
-
Bakıda və Abşeron yarımadasında güclü yağış davam edir - FAKTİKİ HAVA
-
“Zelenskinin ABŞ ilə bağlı iddiaları həqiqəti əks etdirmir“ - Rubio
-
Xameneinin son görüntüsü yayımlandı - Ölümündən 23 dəqiqə əvvəlin FOTOSU
-
Azərbaycan millisi Sent Lüsiyanı 6:1 hesabı ilə məğlub etdi - VİDEO
-
Bakı və Dərbənddəki teatrlar mədəniyyətlər arasında körpüdür - Putin
-
“İran SAXAL-ın ən böyük nəqliyyat mərkəzini vurub“ - SEPAH
-
Ağsuda qadını öldürüb əkin sahəsinə atdılar: Polis iki nəfəri saxladı
-
Evləri və həyətləri subasmaya məruz qalan 9 nəfər təxliyə olunub - VİDEO
-
Hikmət Hacıyev TDT ölkələri rəhbərlərinin köməkçilərinin görüşündə - FOTOLAR
-
Çexiya səfiri Rusiya XİN-ə çağırıldı - “Rus Evi”nə görə
-
Yağış Sabunçu vağzalının qarşısını iflic günə saldı - VİDEO
-
Azərbaycanda istehlak bazarı böyüyüb - 5 %-ə yaxın
-
İran Suriyanın Prezident Sarayını vura bilər - “Qanuni hədəf” sayılacaq?
-
500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
-
Sabunçu keçidi bağlandı - Güclü yağışa görə (VİDEO)
-
“Azərbaycanda rəqəmsal inkişaf dövlət siyasətinin prioritet istiqamətlərindəndir“ - Əhməd İsmayılov
-
Prezident Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik etdi - MƏTN
-
Yağışlı hava ilə bağlı polis zəruri təhlükəsizlik tədbirlərini davam etdirir - VİDEO
-
“Rusiya-Avropa münasibətlərində böhran hökm sürür“ - Vladimir Putin
-
Avropadakı miqrantların çətin günləri başlayır - Qanun qəbul edildi...
-
Sulutəpəni yağış suları basdı - Yollar keçilməz vəziyyətə düşdü + VİDEO
-
Ceyhun Bayramov Mirzoyanla danışdı - Nəyi müzakirə ediblər?
-
Azərbaycanda dələduzluq epidemiyası - bir gündə 6 dələduz tutulub
-
Medvedyevin olduğu ərazi pua ilə vuruldu - Smolenskə hücum
-
İnsanlarda quş qripinin bu növünə yoluxma oldu - İlk İtaliyada
-
Arıçılıq üçün təhlükə: Tropilaelaps gənəsi ölkəyə necə daxil olun?
-
Bu ərazilərdə mənzillərin qiyməti 25 faizədək bahalaşa bilər - VİDEO
-
Fitso vətənə xəyanətdə ittiham olunur - İstintaq başlayıb
-
Sabunçuda 6300 dollarlıq oğurluq - Saxlanılan var
-
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - Faktiki hava
-
“Azərbaycandan tranzit yeni imkanlar açır” - Paşinyanın müavini
-
“İranda 600-dən çox məktəb dağılıb və maddi ziyana məruz qalıb“ - İran XİN rəhbəri
-
Son zamanlar məhşurlaşan sublimasiya olunmuş məhsulları təhlükəlidir? - VİDEO
-
Güclü yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Husilərdən Səudiyyə Ərəbistanına xəbərdarlıq: “Müharibəyə qoşula bilərik“
-
Azkvadratlı mənzillərə tələbat artıb - Səbəb nədir? (VİDEO)
-
Göyərti bazarında gizli manipulyasiya iddiası - VİDEO
-
Prezident Gürcüstan səfirliyinə gedib başsağlığı verdi - Fotolar
-
Buzovnada restorandakı qanlı davanın detalları açıqlandı - Cinayət işi açıldı
-
“NATO Azərbaycanla dialoqu və əməkdaşlığı dərinləşdirməyə hazırdır“ - Mark Rütte
-
Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşüb - Türk dünyasının birliyi müzakirə olunub
-
Toy bazarında durğunluq - Qiymətlər isə dəyişməyib (VİDEO)
-
Elektromobillərin batareyaları ilə bağlı daha bir xəbərdarlıq - VİDEO
-
Niyə evlənənlər azalıb? - “Gənc qızlar evi olmayan oğlanlara şans vermirlər“
-
“Yaxın Şərqdə döyüş əməliyyatlarına qoşulmağa hazırıq“ - Husilərin lideri
-
Əksər yerlərdə yağıntılı hava müşahidə edilir - FAKTİKİ HAVA
-
Azərbaycan nefti daha 7.5 dollar qalxdı - Qara qızıl 121 dollara satılır
-
“Biz İrana müəyyən növ hərbi təyinatlı məhsullar tədarük etmişik“ - Lavrov
-
Əvvəl yüngül keçən qrip viruslarını indi niyə daha ağır keçirdirik? - VİDEO
-
Tramp hücumu daha 10 gün müddətinə təxirə salıb - “Danışıqlar çox yaxşı gedir“
-
Regionlarda evlərə çıxarış verilməsi niyə müşkülə çevrilib? - VİDEO
-
“Müharibə mayın 14-dək bitməlidir...“ - “Çin lideri Trampı qalib kimi qarşılamaq istəmir“
-
Ov silahı ilə atəş açdı, oğul yox, atası öldü -Şübhəlini polis saxladı
-
Atəşkəs bitdi, müharibə yenidən başladı: Pakistan Əfqanıstanda əməliyyata start verdi
-
Hörmüz boğazından keçid ödənişli olacaq? - İran parlamentindən qərar
-
Minaya düşən Ceyhun Abbasovun hadisədən sonrakı fotosu yayılıb - FOTO
-
Azərbaycan çempionatında hakimi təhqir edən futbolçu cəzalandırıldı - 4 oyunluq
-
“Yaxın Şərqdəki münaqişənin nəticələri koronavirus pandemiyası ilə müqayisə oluna bilər“ - Putin
-
Bakının cəsarəti, İrəvanın xəlvətə çəkilməsi - Hərbi böhran İranı qonşularla da sınadı
-
Niyə təyyarələr Tibet üzərindən uçmur? - Pilotların sərnişinlərə demədiyi səbəblər
-
Yaponiya məktəblərində kütləvi zəhərlənmə: Yüzlərlə uşaq və müəllim zərər çəkib
-
Paytaxtda polis əməliyyatı:İki minə yaxın narkotik tərkibli həb aşkarlandı
-
“ABŞ və İran Pakistan vasitəsilə dolayı yolla danışıqlar aparır“ - İshaq Dar
-
Bakının ən rahat iş tapılan rayonları - SİYAHI
-
“Mayda son illər əldə edilən hərbi texnikalar nümayiş olunacaq“ - Paşinyan
-
“İranlılar bizimlə razılıq əldə etmək üçün yalvarır“ - TRAMP
-
Bakıda və bəzi bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
-
“NATO-nun İranla müharibədə bizə kömək etməməsini heç vaxt unutmayacağıq“ - Tramp
-
Fransa millisinin sabiq üzvü “Qarabağ“ın yolunda: Keçid an məsələsidir
-
“Bildirərik ki, pilləkəndən yıxılıb ölüb…” - 6 yaşlı uşağa işgəncə verən ögey ata məhkəmədə
-
“Xarq adası amerikalılar üçün qəbristanlıq olacaq” - İrandan hədələr
-
Ağdam rayonunda mina partladı: Kənd sakini xəsarət aldı
-
Gürcüstan 41 miqrantı deportasiya edir: aralarnda azərbaycanlılar da var
-
Sabahdan havanın temperaturu 5 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
“İran münaqişəyə öz şərtləri ilə son qoyacaq“ - Abbas Əraqçi
-
“Ermənistan 2016-cı ilə qədər bütün resurslarını müharibəni təxirə salmağa sərf etmişdi“ - Paşinyan
-
Avropada ən populyar avtomobillər bunlardır - SİYAHI
-
İran 5 ölkəyə Hörmüzdən keçməyə icazə verdi - “Dost ölkələr” hansılardır?
-
“Qarabağ”ın penaltisi niyə verilmədi? - Çempionluq yarışına ləkə salınır
-
Azərbaycanda hərbi toplanış elan olundu - SƏBƏB
-
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər - Birtərəfli qaydada
-
Bu universitetin məzunları əsasən marketlərdə işləyirlər - Rəsmi
-
Moped idarə edənlərin diqqətinə: Yeni qaydalar qüvvəyə mindi
-
Şərur icra hakimiyyətində xonça qalmaqalı - “Əsgərə pay” bayram sovqatları mənimsənilib
-
Gündə 8 saat yatmaq həqiqətən vacibdirmi? - Alimlər cavab verdi
-
“Rusiya İrana PUA ötürür” - Xəzərdə vurulan hədəflərə aydınlıq gəlir
-
Azərbaycan neftinin qiyməti aşağı düşüb - 114 dollara
-
Siqaret qaçaqmalçılığı cinayəti - Kapitan həbsdə qaldı
-
Tikinti şirkəti vətəndaşın evini təhvil vermir?-VİDEO
-
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
-
“Azəraqrar”-da “ezamiyyə” Həsən kimdir? - Direktoru o idarə edir?
-
Bakıda kirayə qiymətləri son bir ildə niyə çox artıb? - VİDEO
-
“İranın rəqibləri adalarımızdan birini işğal etməyə hazırlaşır“ - Qalibaf
-
Nizami rayonunda binanın 1 mərtəbəsi hansı şərtlərlə obyektə çevrilir? - VİDEO
-
Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEO
-
“Neftçi”nin baş məşqçisi futbolçulara xəbərdarlıq etdi: “Yayda başqalarını gətirəcəm”
-
Bakıda 9-cu sinif şagirdi əxlaqsız hərəkətlərə məruz qalıb - Dayısı tərəfindən
-
AQC sədri Belarusda - CED rəhbəri Svetlana Petrovna ilə görüşüb
-
ABŞ “Buşehr” AES-lə bağlı heç bir zəmanət vermir - Dmitri Peskov
-
Küçəni zəbt edən nömrəsiz maşınların sahibləri cərimələndilər - VİDEO
TOP 10
ARXİV






