| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Azərbaycanda qadın və kişilər niyə xəyanət edir? – Səbəblər açıqlandı
Tarix 10.09.19, 22:59 |
|
Son zamanlar Azərbaycanda boşanmaların artması və səbəblərilə bağlı müzakirələrə çox rast gəlmək olur.
Sosial məsələlər üzrə təhlilçilər artan boşanmaların səbəbləri arasında yer alan əsas amillərdən birinin xəyanət olduğunu bildirirlər. Bəs, ölkədə kişilər və qadınlar niyə xəyanət edirlər?
AzFakt.com xəbər verir ki, BBC News Azərbaycancaya danışan kişilər və qadınlar etdikləri xəyanətləri qisas almaq, mentalitet, iradə zəifliyi, özünü sübut etmək, maraq və digər amillərlə izah ediblər.
Evlilikdən cəmi bir il sonra edilən xəyanət
İyirmi doqquz yaşlı Samirə deyir ki, xəyanət etməsi oğlunun doğulmasından sonrakı vaxta - evləndikdən cəmi bir il sonraya təsadüf edib.
Xəyanətin səbəbi kimi o, hamiləlik vaxtı və doğuşdan sonra həyat yoldaşının ona qarşı olan soyuq rəftarını göstərir.
"Evləndik, bir-iki ay normal keçdi. Elə ki, hamiləlik və həkimin "ilk və son üç ay risklidir" xəbərdarlığı oldu, ondan sonra problemlər başladı. Orqanizmimdəki dəyişiklər, ətrafa verdiyim fərqli təpkilər, onu yemirəm, bunu yemirəm nazları, "yemək bişirmirəm, qoxusu gəlir" söhbətləri və bunların fonunda qarşı tərəfin anlayışsızlığı evliliyimizə mənfi təsir etdi. Daha sonra uşaq doğuldu, "vücudum dəyişdi", uşağın səsi onu narahat etməyə başladı və beləliklə bu kimi bir çox narazılıqların fonunda münasibətlərimiz soyudu.
Nişanlılıq, yeni tanışlıq dönəmindəki səni qorumağa çalışan o adam bu dəfə "yenə oran-buran ağrıyır" deyib, səni azarlayan yad adama çevrildi. Gecələr həyat yoldaşımın telefonuna gələn zəngləri gördükdə özümə nifrət edirdim ki, buna görəmi bu qədər əziyyətdən keçdim? Həmin zənglərin kimdən gəldiyini soruşanda da deyirdi ki, "sənə nə?". Bunları görəndə istər-istəməz mən də soyuyurdum. Sonra hiss etdim ki, mən bu adamın yanında xoşbəxt deyiləm.
Anlatmağa çalışdım, baxdım ki, olmur, buraxdım başını. Geyinib-bəzənməyə, özümə baxmağa, özümlə maraqlanmağa başladım. Axtardığım diqqəti başqalarında tapdım. Bəlkə də diqqət göstərən adam evdə öz həyat yoldaşına diqqət göstərmirdi, amma nə olsun, sən bəzəklisən deyə sənə baxır, səninlə maraqlanır. Bir yerinin ağrıdığını deyirsən, deyir dərman alım gətirim. Diqqətini çəkir və istər-istəməz xəyanət qaçılmaz olur. Qadın xəyanət edərkən buna ad qoyurlar, kişi xəyanət etdikdə isə bu, normal qarşılanır. Ancaq "ailənin başçısı kişidir" demirlərmi? Kişi ailəsini qorumalıdır, axı.
Xəyanət etməmişdən bir müddət əvvəl qaramsallığa(bədbinliyə-red.) düşdüm, içim-içimi yedi ki, yox, mümkün deyil, mənə xəyanət etməz. Ancaq getdikcə əmin oldum ki, xəyanət edir. Artıq onun üçün heç bir dəyərimin qalmadığını anlayanda mən də xəyanət etməyə başladım.
Məqsədim onu qısqandırmaq idi
İki-üç ay eyni evdə, amma ayrı otaqlarda qaldıq. Yemək bişirmirdim. Bişirdiyim yeməyi yemirdi, evə gec gəlirdi, mənə zəng vururub soruşurdu ki, "hardasan?", deyirdim ki, "sənə nə var, mən səndən soruşanda hesabat vermirsənsə, sən də məndən soruşma". Beləliklə də, hörmətsizliklər son həddə çatdığında mən artıq onu evin içində görmək istəmirdim. Adamı evdə görəndə iyrənirdim. Xəyanətdən iki ay sonrayadək belə davam etdi və biz boşandıq. Ancaq hələ də düşünürəm ki, boşanmağa əsas səbəb onun soyuqluğu oldu.
Biz evlənəndə on doqquz yaşım var idi, tanışlıqdan 4-5 ay sonra evlənmişdik. Biz avropalı olsaydıq, evlilikdən öncə bir evdə yaşayıb, bir həyatı paylaşsaydıq bir-birimizi daha yaxşı tanıya bilərdik. Ümumiyyətlə belə bir şansımız olsaydı, bəlkə də ölkəmizdə bu qədər boşanma olmazdı. Tanımadığımız şəxslərlə evlənirik, axırı da belə olur. Bircə şeyə heyfslənirəm ki, övladım atasız böyüyür, el-aləm mənə "boşanmış", "tək" damğası vurub. Bu səbəblərdən dolayı deyirəm kaş ki, fərqli olaydı. Hərdən hətta düşünürəm və peşmanlıq çəkirəm ki, kaş boşanmazdım. O zaman da düşünürəm ki, o həyata nə qədər dözə bilərdim?"
Belə olan halda adam xoşbəxtliyi başqa qadında axtarıb tapır
Səlimin 33 yaşı və iki övladı var. Səlim deyir ki, qardaşı özbaşına evlənib valideynlərini məyus etdiyi üçün o, valideynlərinin seçimi ilə evlənməyə "özünü məcbur edib".
"Evlisən, amma həyat yoldaşın adlanan şəxslə aranda qəribə bir ziddiyyət var. Gözəgörünməz divar var. Sanki bir məcburiyyətiniz və bir-birinizin qarşısında öhdəlikləriniz var. Onları yerinə yetirirsiniz və bitdi. Axı, ürəyin də istəkləri var. İnsan sadəcə intim tələbat yox, mənəvi istəyin qarşılanmasını da istəyir. Birlikdə gəzmək, deyib-gülmək, zarafatlaşmaq istəyirsən. Ancaq valideynlərinin aldığı qadın buna razı deyil. Nəsə istəyirsən, zarafat edirsən, "məni nə hesab edirsən, ya da məni aşağıladın" deyir. Halbuki həyat yoldaşındır, ən yaxınındakı, ən etibar etdiyin - ya da etməli olduğun qadındır. Ancaq heyf ki, bu qadınla səni birləşdirən heç nə yoxdur. Nə ortaq marağınız var, nə təhsiliniz uyğundur. Dünyagörüşündən heç danışmayaq. Aranızdakı yeganə bağ uşaqlardır. Belə olan halda adam xoşbəxtliyi başqa qadında axtarıb tapır.
Bəzən sadəcə evdən uzaqlaşmaq, dincəlmək üçün başqa qadınla görüşürəm. Ancaq o da yetmir. Sevmədiyin adamla evli olanda xoşbəxt olmursan. Boşanmaq çıxış yolu kimi görünə bilər, ancaq deyil, çünki uşaqlar var. Ondan da başqa valideynlər var. Boşanmaq istəsən, birinci onlar etiraz edəcəklər.
İyirmi səkkiz yaşlı Gülnarın xəyanəti isə "maraq" səbəbilə baş verib
"26 yaşımda, həyat yoldaşımı özüm seçib evləndim, amma elə ilk gecədən sonra ona olan marağım itdi. Toyumuzdan bir ay keçmişdi. Keçmiş iş yoldaşım hələ toydan bir neçə ay əvvəl mənə birlikdə olmağı təklif etmişdi. O zaman razılaşmamışdım. Həyat yoldaşıma marağım itdiyi üçün qərara gəldim ki, iş yoldaşımın təklifini qəbul edim. Getdim, bir dəfə birlikdə olduq. Bu bir az da əmin olmaq istəyi idi. Xəyanət etməklə onunla başqasının, daha yaxşı olduğunu düşündüyüm adamın arasındakı fərqi bilmək istəyirdim. Bizim qızlar ailə qurana qədər başqası ilə bərabər ola bilməzlər. Məncə, bu doğru deyil, çünki sənin ehtiyacların fərqli ola bilər, qarşındakı şəxs səni qane etməyə bilər. Ancaq ən pisi budur ki, biz bütün bunları evləndikdən sonra anlayır, başa düşürük. Onda isə gec olur.
Bütün bunların da səbəbi mentalitetdir. Mentalitet basqısı ilə böyüyən, müəyyən mənada iqtisadi azadlığı olmayan qorxaq qadınlar qadağalar zəncirini qıra bilmədikləri üçün ömrü boyu gözləri nəyisə, kimisə axtarır.
Düzü, mənim heç vaxt iqtisadi asılılığım da olmadı, amma mən də o zənciri qıra bilmədim və deyəsən mən də sanki kimisə, nəyisə gözləyirəm.
"Hərdən düşünürəm ki, görəsən, evləndiyim bu şəxslə öncədən birlikdə yaşamaq imkanım olsaydı, necə olardı? Onunla evlənərdimmi?"
Kişi həyat yoldaşından yataqda istədiyini ala bilmirsə...
Həsənin 46 yaşı var. O deyir ki, əvvəllər xəyanət etməsinə səbəb "gəncliyin bir növ özünü sübut etmək istəyi, cəhdi" olub.
Həsən kişilərin xəyanətinin onların təbiətindən irəli gəldiyini deyir
"Biz kişilər təbiətcə poliqamıq, yəni, yalnız bir partnyorla kifayətlənmirik. Bəlkə də buna görədir ki, həyatı boyunca tək bir qadın tanımış kişi tapmaq müşkül məsələdir. Başqa sözlə desək, biz kişilər ovçu təbiətliyik və bu, genetik yaddaşdır. İbtidai icma quruluşundan bəri güclü cinsin nümayəndələrinin bir növ missiyasıdır.
Xəyanətə gəlincə, məncə, bu anlayışı da təsnif etmək lazımdır, yəni, söhbət mənəvi, yoxsa fiziki xəyanətdən gedir? Əksər qadınlardan fərqli olaraq, biz kişilər heç bir hiss, bağlılıq olmadan fiziki yaxınlığa yol verə bilirik. Gənc yaşlarda bu özünütəsdiqin bir formasıdır. Daha çox sayda qızı "başdan çıxara bilmiş" gənc, yaşıdlarının arasında seçilir və daha bacarıqlı hesab olunur. Bunun mənəvi tərəflərini araşdırsaq, tamam fərqli mənzərə yaransa da, həmin yaşda mənəvi məqamlar kölgədə qalır. İrəli yaşlarda, yetkin insanlarda xəyanət, yaxud macəra axtarışının səbəbləri başqadır və bunun həm mənəvi, həm də fiziki əsasları var.
Kişi ailəsindən narazıdırsa, həyat yoldaşından yataqda istədiyini ala bilmirsə, həmin "istədiklərini" kənarda axtarmağa başlayır.
Əlbəttə, bu məsələdə kişinin özünü də günahlandırmaq olar, çünki uzun illər birlikdə yaşadığın qadınla uyğunlaşmaq, qarşılıqlı istəkləri gerçəkləşdirməyə çalışmaq mümkün olmalı idi. Lakin bəzən bu, heç cür mümkün olmur və bizdə "sola" meyllik yaranır. Əvvəl qeyd etdiyim fiziki və mənəvi xəyanətə gəlincə, bir çoxları sevgi olmadan fiziki yaxınlığı xəyanət hesab etmir, amma bu, daha çox bəhanəyə oxşayır. Yəni, hər bir hala konkret şərtlər daxilində baxsaq, daha yaxşı olar. Bu məsələdə ümumiləşdirmə səhv nəticələrə gətirib çıxarar".
Hazırda partnyoru ilə yaşayan Həsən düşünür ki, iki şəxs arasında sevgi olanda xəyanət olmur.
Bir gün sosial şəbəkədə bir oğlan yazdı...
Azadə adlı xanım artıq 4-cü ildir ki, ailəlidir və evliliklərinin 2-ci ilindən həyat yoldaşına xəyanət etməyə başlayıb.
"Xəyanət etdim, çünki mənə qarşı diqqətsiz və laqeyd idi. Qadın diqqət tələb edən, sevgi istəyən məxluqdur. Ona görə də sevgilisindən, nişanlısından, həyat yoldaşından bunları görməyəndə başqasına qaçır, ona sığınır. Mən də mənə hörmət edən birini gördükdə ona sığındım. Sevgi gördüm, qayğı gördüm, mənimlə söhbət etdi, mənə qadın olduğumu xatırlatdı.
Evliliyim monoton şəkildə irəliləyirdi. Kobud, anlayışsız, heç bir şəkildə mənə hörmət qoymayan ər, körpə uşaq, bir sözlə, bezmişdim. Bir gün sosial şəbəkədə bir oğlan yazdı mənə, əvvəlcə cavab vermədim. Evli qadın idim axı. Ərim hörmət qoymasa da, məni qadın gözündə görməsə də mən qadın idim və ərimin namusunu qorumalı idim.
Sonra necə oldusa həmin oğlan iş yerimi tapdı. Hər gün arxamca düz qapıya kimi gəlirdi. Axırda məcbur olub ona cavab yazdım. Bu ərəfələrdə evdə vəziyyət pisləşmişdi. Hər gün dava-dalaş, söz-söhbət. Sanki mənə yazan oğlanda rahatlıq tapırdım. 3-4 ay sonra məni çay içməyə dəvət etdi. Beləcə, gizli həyatım başladı. Hər gün ona yazmasam və ya o mənə yazmasa elə bil həmin gün yemək yeməmiş kimi olurdum. Bağlılıq yaranmışdı məndə. Yoldaşım isə həmişəki kimi laqeyd, vurdum-duymaz idi. Bir-iki dəfə də qızla tutdum, təmiz soyudum. Və xəyanət etməyə başladım. İndi mən də öz həyatımı yaşayıram. Həyat yoldaşım olaraq görmürəm heç ərimi. Mən onun xəyanətlərinin bilsəm də, o məni bilmir".
Azadə deyir ki, əri xəyanətini bilsə, öyrənsə, onun vecinə olmaz, çünki onu xəyanətə həyat yoldaşı adlandırdığı, övladının atası olan şəxs vadar edib.
"Bilsə nəyə yarayacaq ki?! Öz günahıdır. Mən xəyanət etməyi nə vaxtsa ağlımın ucundan belə keçirməmişdim. Özü məni buna məcbur etdi".
Xəbərin oxunma sayı : 1003
Sosial
Xəbərlər
-
Bu şirkətlər də etibarsız təchizatçıların reyestrinə daxil edilib - TƏFƏRRÜAT
-
Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirildi - Fotolar
-
Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izlədi - Fotolar
-
Bosniyada Rusiyapərəst partiya qalib gəldi - Dodik zəfərini Putin və Trampa həsr etdi
-
Magistraturada “pullu”ya düşən tələbələrə müjdə - DİM məlumat yaydı
-
“Azəriqaz“ın adından 10 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
-
Bakıda məktəbli qətlə yetirildi – Sinif yoldaşı saxlanıldı
-
İntiqam Cümşüdovun Xətai rayonunda obyektləri artır - Başçının adamına dur deyən yoxdu
-
Sabah bəzi yerlərdə leysan olacaq - Xəbərdarlıq
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda tauna yoluxan var? - Rəsmi açıqlama
-
Prezident Fərman imzaladı: Övladlığagötürmə ilə bağlı qaydalarda dəyişiklik
-
Mənzil bazarında qiymətlər yenə qalxdı - Sentyabrın rəqəmləri
-
Bu şəxslərə 20 min pul verilə bilər - Nazirdən şad xəbər
-
Polis Siyəzəndə əməliyyat keçirdi: 14 nəfər saxlanıldı
-
Nazirlik 16 tender keçirib - Hamısında onun şirkətləri qalib gəlib
-
Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - Fotolar
-
Sevgidə bəxti gətirməyən 6 məşhur qadın - SİYAHI
-
Milyarderlər Britaniyanı tərk edir - 160 milyard dollarlıq aktiv çıxarıldı
-
Badamdarda tikinti özbaşınalığı: Vüqar Zeynalov və Anar Quliyev hansı qanuna əsaslanaraq sərəncam verib?
-
Yeni ildən pensiyalar necə hesablanacaq? - İqtisadçı AÇIQLADI
-
Alim Qasımovun meneceri Pünhan Piriyevə cavab verdi: “Bunu ona yaraşdırmadım“
-
Bir milyardlıq müflisləşmə - Vətəndaşların 400 milyon manatı necə batdı?
-
Husilər “Əş-Şəbab”la İsrailə qarşı ittifaq qurmağa çalışır - “Financial Times”
-
Əli Həsənov Ukraynaya 300 milyon dolar yatırıb? - Sabiq Qaçqınkom sədrindən açıqlama
-
Prezident Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLAR
-
Bu sənəd artıq kağızla verilməyəcək - YENİLİK
-
Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar
-
İlham Əliyev Avstriyanın Azərbaycanda yeni səfirini qəbul etdi - FOTOLAR
-
Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq - “Boz kardinal” nə deyəcək?
-
Rusiya bütün Donbası ələ keçirənədək dayanmayacaq - Peskov
-
Məktəblərin maliyyələşməsi dəyişir: 100 təhsil müəssisəsində yeni sistem
-
Prezident dərman istehsalı müəssisəsinin açılışında - FOTOLAR
-
“Alim Qasımov toyumda oxumaq üçün 15000 istədi“ - Pünhan Piriyev
-
Yəməndə qızğın döyüşlər gedir - 1700-dən çox husi döyüşçüsü öldürülüb
-
Böyük Britaniya Çin avtomobillərinə rüsum tətbiq etməyə hazırlaşır - “The Times“
-
Mingəçevirdə qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
Vaşinqton və Minsk yaxınlaşır - 30 min tonluq yük yola düşdü
-
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
-
Həmin partlayış bu antiperspirantlara görə olubmuş - VİDEO
-
Neftin qiyməti 100 dollardan aşağı düşmür: Bloomberg 5 səbəb açıqlayıb
-
Adnan Əhmədzadənin “Grand-Mart“ında böhran? - Vergi borcu 1.2 milyonu ötdü
-
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
-
Zəfərin ilk müjdəçisi - Cəbrayıl
-
Cəbrayılın işğaldan azad edilməsi Vətən müharibəsində qazanılan ilk döyüş uğurları idi
-
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
-
Şakiranın konsertinə Dua Lipa gələrsə - VİDEO
-
Tramp aralıq seçkilərlə bağlı iddialı danışıb: “Böyük sürpriz olacaq”
-
Gələn ildən artırılacağı gözlənilən minimum əməkhaqqı kimlərə şamil olunacaq? - VİDEO
-
Həyat yoldaşını qətlə yetirən şəxs Vətən müharibəsi qazisi imiş - ŞOK DETALLAR
-
Azərbaycan vətəndaşlarına Rusiyada döyüşmək üçün şirnikləşdirici pullar təklif edirlər - VİDEO
-
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb - VİDEO
-
Ramin Məmmədov YAP-ın İdarə Heyətindən niyə qovuldu? - İLGİNC
-
Pensiyalar nə qədər artacaq? - Yeni məbləğ açıqlandı
-
Zidan Ronaldu barədə: “Onun sayəsində inanılmaz kuboklar qazandım“
-
“Bu mənasız müharibəni dayandırın” - Merts Kiyevdən Putinə çağırış etdi
-
Tramp Super İntellekt Qüvvəsi yaratdı - 120 gün vaxt verdi
-
Paşinyanla “Mossad“ı nə birləşdir - ABŞ nəşrindən şok iddialar
-
Bəzi apteklərdə dərmanlar niyə hissə-hissə satılmır? - VİDEO
-
Millətlər Liqası: Azərbaycan Litvanı Bakıda məğlub etdi
-
“Tramp Marşrutu” bizim marşrutumuzun rəqibi deyil” - Kobaxidze
-
Britaniya hökuməti geri addım atıb - “Andlılar məhkəməsi” qalacaq
-
İran XİN-dən diplomatların ABŞ-dan qovulmasına münasibət: “Cəfəngiyyat və yalandır“
-
“Azərbaycana hücum ailəyə edilən hücumdur” - Hulusi Kılıç
-
Betonun üstündə yaşıllıq axtarışı: Bakını yaşıl şəhərə çevirmək mümkün olacaq?
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
Montellanın taleyi bəlli olur: Türkiyə millisindən ayrılsa, nə qədər təzminat alacaq?
-
Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - Maraqlı görüntülər
-
Səyahət planları kabusa çevrilə bilər: Turpaket alarkən nələrə diqqət etməlidir?
-
İran ABŞ-ın iqtisadi təzyiqlərinə qarşı tədbirlər görüb - Pezeşkian
-
Bakıda yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Məkkə Müdafiə Alyansı genişlənir: 6-dan çox ölkə yeni hərbi pakta qoşulmaq istəyir
-
Cəbrayıl rayonunun işğaldan azad olunması tarixi əhəmiyyət daşıyır
-
Azərbaycana 10,8 milyard dollarlıq investisiya: Hansı sahələrdə dəyişiklik olacaq?
-
Bakıda daha bir dəbdəbəli toy - Kutsi də gəldi (VİDEO)
-
Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama
-
ABŞ İran müharibəsindən dərs çıxarmalıdır - Medvedev
-
Ölkənin avtobus parkı “qocalır“ – 61 faizinin yaşı...
-
Kiyevdə daha bir körpü hədəfə alındı - Nəqliyyat dayandırıldı
-
Müharibə yaxınlaşır: Baltikyanı ölkələr müdafiəyə ciddi hazırlaşır
-
Bakıda fərdi ev uçdu - Ölən və yaralanan var - Video
-
“Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı” - Video
-
Abşeronda yaşayış binasında partlayış: Xəsarət alan var
-
Bu ərazilərdə temperatur -5 dərəcəyədək enib - Fotolar
-
2030-a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? - HƏDƏFLƏR
-
Nazir 400-ə yaxın müəllimi təltif etdi – SİYAHI
-
Paytaxtın ən ucuz mənzilləri - 30 min manatdan başlayır
-
Azərbaycanla delimitasiya prosesi dostluq ruhunda davam etdiriləcək - Kobaxidze
-
Nüvə güclərinin liderləri ilə yaxşı münasibətlər vacibdir - Tramp
-
Cəbrayıl şəhərin erməni işğalçılarından təmizlənməsindən 6 il ötür
-
Cəbrayılın işğaldan azad olunmasından 6 il ötür
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir?
-
Məşhur şirkətlərin rəhbərinin Azərbaycandan çıxışına QADAĞA
-
İran yenidən bombalanacaq - Tehran böyük hücuma hazırlaşır
-
6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
Britaniyalıların 49%-i Aİ-yə qayıtmaq istəyir - “The Guardian”
-
Kərəm Həsənovun əmisi oğlu Cəlilabadda 1300 ha torpağı necə ələ keçirib? - VİDEO
-
Arvadı evdən çölə buraxmayan kişilər cərimələnə bilər - 300-500 manat
-
Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?
-
Xarici şirniyyata 138 milyon dollar: Yerli istehsalçı niyə geri qalır?
-
Aqil Ələsgər Tokayev adına orden ilə təltif edilib - FOTO
-
Marketdən 1400 manat dəyərində lotereya biletləri oğurlandı - Saxlanılan var
-
Paşinyan ölkəsindəki korrupsiyaya həll yolunu “tapdı“: “Ermənistan vətəndaşı Tanrıya inanmalıdır“
-
Güclü yağışlar Zaqatalada fəsadlar törətdi: Körpü dağıldı - FOTO
-
Səudiyyə Ərəbistanı Avropadan husilərlə müharibəyə qoşulmağı xahiş edir - “Bild“
-
Maşınla piyadanı vurub qaçdı, “əcəb etmişəm” dedi - Şəhid atası həbs olundu
-
DİN narkotiklə bağlı əməliyyat keçirdi - Saxlanılanlardan biri İran vətəndaşıdır + Video
-
Vətəndaşın evini sökən “Gold Məkan” şefi həbs olundu - Həm qanunsuz söküb, həm də...
-
Nərimanovda silsilə oğurluqlar - 4 nəfər saxlanıldı
-
Tokayevdən sərt qərar: Nazir müavinlərini və baş komandanı işdən çıxardı
-
Azərlotereya”nın “Kosmos” uduşu - Bəs vətəndaş yerdə nə udur?
-
Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - 15 oktyabrdan
-
Yerli dərman istehsalı artır: Apteklərdə xarici məhsulları əvəz edə biləcək?
-
Avropanı çətin payız-qış mövsümü gözləyir - “Qazprom”
-
Bayramovla Əraqçi telefonda danışdı - Nələr müzakirə olunub?
-
Səhnədən biznesə: Ulduzlar nədən pul qazanır?
-
Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?
-
Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO
-
Problemli kreditlərin artması bank müştərilərinə necə təsir edəcək? - VİDEO
TOP 10
ARXİV






