“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Palata ilə Mərkəzi Bank rəhbərliyi arasında gərginlik - Elman Rüstəmovun şirkətini cərimələdilər

Tarix 11.09.19, 11:31

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası "Səba” ASC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edib.

Palata tərtib etdiyi protokolu baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərib.

Məhkəmədə şirkətin İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə cərimələnməsi məsələsinə baxılıb.

Cərimənin məbləği açıqlanmır.

Şabran Rayon Məhkəməsinin qərarından apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, toyuq, süd və yem məhsulları istehsalı ilə məşğul olan "SƏBA” ASC-nin ticarət nişanına "Biləsuvar Aqro" MMC, "Qarabağ Taxıl" MMC, "Qarabağ Toxum” MMC və Azerbrood Damazlıq Fabrikləri, mağazalar şəbəkəsi daxildir/Report.

Xatırladaq ki, bu şirkətlərin Mərkəzi Bankın sədri Elman Rüstəmova məxsus olduğu haqda mətbuatda çoxsaylı materiallar dərc olunub.




Xəbərin oxunma sayı : 682




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap