Afaq daha bir ehtiraslı görüntüsünü yaydı - FOTO, VİDEO Hadisə sinəsini böyüdüb? - VİDEO Rəqqasə Aygünün ehtiraslı görüntüsü yayıldı - VİDEO Səidə Sultanın ehtiraslı videosu yayıldı - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 Fevral 2020

    Afaq daha bir ehtiraslı görüntüsünü yaydı - FOTO, VİDEO

  • / Maqazin / — 10 Fevral 2020

    Hadisə sinəsini böyüdüb? - VİDEO

  • / Maqazin / — 05 Fevral 2020

    Rəqqasə Aygünün ehtiraslı görüntüsü yayıldı - VİDEO

  • / Maqazin / — 04 Fevral 2020

    Səidə Sultanın ehtiraslı videosu yayıldı - VİDEO

  • / Maqazin / — 21 Yanvar 2020

    Azərbaycanlı modeldən seksi pozlar - FOTOLAR

  • / Maqazin / — 21 Yanvar 2020

    Dünya ulduzu Parisdə tül geyimdə - FOTO

8 milyonluq narkotik və psixotrop dərman tenderini udan kimdir? - Məmur oğlu, aparıcının həyat yoldaşı

Tarix 11.09.19, 22:37

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi narkoz, narkotik və psixotrop dərman preparatlarının alınmasına dair müqavilə imzalayıb.

Ümumi məbləği 7 milyon 970,6 min manat (4 milyon 688 min ABŞ dolları) olan bu dərmanların tədarükü "Azərtibbtəchizat" MMC tərəfindən həyata keçiriləcək.

AzFakt.com xəbər verir ki, Yenisabah.az sözügedən MMC ilə bağlı araşdırma aparıb. Məlum olub ki, "Azərtibbtəchizat” MMC 2006-cı il fevralın 8-də dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Cəfər Cabbarlı 34-dür. "Azərtibbtəchizat”ın qanuni təmsilçisi isə Rzabəyov İbrahim İdris oğludur. 

İbrahim Rzabəyovun atasının adı və soyadı uzun müddət müxtəlif vəzifələrdə işləmiş, prezident təqaüdçüsü İdris Rzabəyovun adı və soyadı ilə üst-üstə düşür. 

MSK-nın seçicilər siyahısında İdris Rzabəyovun qeydiyyatda olduğu ünvanda İbrahim Rzabəyovun adına da rast gəlinir. Bu, İbrahim Rzabəyovun məhz keçmiş məmur İdris Rzabəyovun oğlu olduğuna dair gümanları artırır. Həmçinin, keçmiş məmurun oğlunun Tibbi Universitetinin məzunu olması, tibb sahəsində fəaliyyəti də bu ehtimalı qətiləşdirir. 

Məlumat üçün deyək ki, İdris Rzabəyov 2002-2011-ci illərdə yeni yaranan Yanacaq-Energetika Nazirliyində (Energetika Nazirliyi) Aparat rəhbəri vəzifəsinin icraçısı, Yanacaq-Energetika Əməliyyatları Baş İdarəsinin rəisi, daha sonra nazirliyin neft və qaz şöbəsinin müdiri vəzifələrində işləyib.
 
Yaşına görə dövlət qulluğuna xitam verilməsinə baxmayaraq, indiyədək Energetika Nazirliyində  ictimai əsaslarla baş məsləhətçi-ekspert kimi fəaliyyət göstərir.

Onu da xatırladaq ki, İbrahim Rzabəyov tanınmış teleaparıcı Kamilə Babayevanın həyat yoldaşıdır.



Xəbərin oxunma sayı : 1555

loading...

Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda