| |
|
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
İsrail seçkisindən sonra siyasi seçim qarşısında: Fərqli koalisiya ssenariləri
Tarix 27.09.19, 13:25 |
|
İsrail tarixində ilk dəfə olaraq bir ildə ikinci dəfə Knessetə seçki keçirilib...
Aprel ayında siyasi qüvvələrdən heç biri qəti qələbə əldə edə bilmədi. Baş nazir Binyamin Netanyahunun da koalisiya hökuməti qurmaq cəhdləri baş tutmadı. Nəticədə, sentyabr ayına təkrar seçkini təyin etməli oldular. Lakin bu dəfə də vəziyyət aydınlaşmadı. Seçkidə heç kəs uğur qazana bilmədi. “Likud” 32 yerlə kifayətləndi. Əsas müxalif güc olan “Kaxol-Lavan” mərkəzçi bloku 33 yerə nail oldu. Hökumət qura bilmək üçün isə Knessetdə 61 yer tutmaq lazımdır.
Bu səbəbdən müxtəlif siyasi qüvvələrlə koalisiya yaratmaq uğrunda mübarizə başlayıb. Hələ bir nəticə əldə edilməyib. Ekspertlər də hər hansı bir konkret ssenariyə üstünlük verməyib müxtəlif variantlardan bəhs edirlər. Siyasi liderlər isə müzakirələrə başlayıblar. Ölkə prezidenti Binyamin Netanyahu və Benni Qantzla görüşüb. Onların koalisiya yaratması üçün addım atılıb. Bütün bunların fonunda İsraildə yeni hökumətin qurulması məsələsinin siyasi gərginliyə səbəb olduğu aydın görünür. Həmin kontekstdə proseslərin mümkün ssenariləri və geosiyasi təsirləri üzərində geniş dayanmağa ehtiyac görürük.
Bir ildə iki seçki: Təl-Əviv çıxış yolu axtarır
İsrail siyasi dalana dirənib. Bu ilin aprelində Knessetə keçirilən seçkilərdə həlledici qələbə qazanan partiya olmadığından, baş nazir B.Netanyahunun hökuməti formalaşdırmaq cəhdləri müsbət sonuc vermədi. Həmin seçkidə B.Netanyahunun başçılıq etdiyi sağ mərkəzçi “Likud” (“Konsolidasiya”) və B.Qantzın liderlik etdiyi sol mərkəzçi “Kaxol-Lavan” (“Mavi-ağlar”) bərabər sayda – hər birinə 35 deputat yeri qazanmışdılar. Lakin İsrail ordusunun baş qərargahının keçmiş rəisi B.Qantz qəti şərt qoyub: B.Netanyahu baş nazir olmamalıdır! Xatırladaq ki, B.Netanyahu da Baş Qərargahda zabit olub.
Təkrar seçkilər vəziyyəti daha da mürəkkəbləşdirib. Belə ki, “Kaxol-Lavan” 33 yer, “Likud” 32 yer qazanıb. Bununla onların heç biri təkbaşına hökumət qura bilmir və təbii olaraq koalisiyaya getməlidirlər. Bu da ayrıca problemdir. Bu dəfə “kiçiklər” “naz edirlər”. Məsələn, rusdilli israillilərin partiyası sayılan “İsrail – bizim evimiz” qrupu 8 deputat yeri ilə ya B.Qantz, ya da B.Netanyahu ilə koalisiyaya girə bilər. Bu halda ümumi say 61-i keçir ki, hökuməti qurmaq olar (xatırladaq ki, Knessetdə deputat sayı 120-dir və hökumət qurmaq üçün tərəfdaşların sayı yarıdan çox olmalıdır). Ancaq rusdillilərin lideri Aviqdor Libermanın şərti belədir ki, yalnız “”Likud” üstəgəl “Kaxol-Lavan”” koalisiyasına qoşula bilər. O, bu birliyi ümummilli koalisiya adlandırır.
Deməli, A.Libermana görə, nə ərəbləri, nə də dini kəsimi təmsil edən partiyalar “ümummili koalisiyaya” aid edilə bilməzlər. Ekspertlər bunu şovinizm adlandırsalar da, siyasi reallıqdır. Onu da deyək ki, son seçkidə ərəblərin birləşdiyi qrup (“Birləşmiş ərəb siyahısı”) 13 yerə sahib olub. Dini qrupları birləşdirən ŞAS isə 9 yerə sahibdir. Başqa xırda partiyalar da müəyyən yerə sahib olublar. Məsələn, “Tövrat yəhudiliyi”nin 8 yeri vardır.
Bunlar onu göstərir ki, bütövlükdə ölkədə qeyri-müəyyən siyasi vəziyyət yaranıb. Əgər koalisiya alınmasa, üçüncü dəfə seçki olmalıdır ki, bunu da israillilər istəmirlər. Çünki onlar bu proseslərdən artıq cana gəliblər. Xüsusilə 10 ildir B.Netanyahunun baş nazir olmasından bezdiklərini deyirlər. Bu səbəbdən ekspertlər hesab edirlər ki, Prezident Reuven Rivlin öz nüfuzundan istifadə edib, B.Netanyahu ilə B.Qantzın koalisiya yaratmasına çalışacaq. KİV-də yayılan məlumatlara görə, artıq bu istiqamətdə müəyyən addımlar da atılıb. Bir sıra ssenarilərdən bəhs edirlər.
Belə ki, sentyabrın 22-də və 23-də İsrail prezidenti B.Qantz və B.Netanyahu ilə görüşüb. Bununla yanaşı, liderlər öz aralarında aktiv məsləhətləşmələr aparırlar. “Birləşmiş ərəb siyahısı”ndan olan Ayman Ude bəyan edib ki, “biz hökumətin formalaşdırılmasının B.Qantza həvalə edilməsini təklif edirik”. Əhməd Tibi də Tvitter səhifəsində yazıb ki, “tarix yazaraq, Netanyahunu devirəcəyik”. Bundan başqa, “Kaxol-Lavan”ın liderini “Avoda-Heşer” və “Demokratik düşərgə” də dəstəkləyir. Onda B.Qantzı dəstəkləyən deputatların ümumi sayı 57 olur. Nəticə üçün cəmi 4 yer qalır. Lakin ekspertlər bir məqama diqqət yetirirlər. Ərəblərin “Ballad” qrupu B.Qantzı dəstəkləməyəcəklərini bəyan ediblər. C.Zahalka vurğulayıb ki, B.Qantz “təhlükəli və pis birlik hökuməti” yarada bilər. Belə olsa, B.Qantza tərəf olan deputatların sayı 57-dən az olur. Yəni bu düşərgədə qeyri-müəyyənlik qalır.
Sağ cəbhədə də vəziyyət aydın deyil. “Likud” liderini 55 deputatın dəstəkləyə biləcəyi haqqında danışırlar. Buraya “Tövrat yəhudiliyi”, ŞAS və “Yamina” daxildirlər. Bu arada İsrail mətbuatı A.Libermanla B.Qantzın görüşdüyü haqqında informasiya yayıb. A.Liberman dini qrupların iştirak etmədiyi geniş koalisiya tərəfdarıdır. Məsələ ondan ibarətdir ki, rusdilli A.Liberman bir sıra dini qaydalara qarşıdır. Məsələn o, nikahın həm də sivil qurumlarda kəsilməsini tələb edir. Ancaq hələ də İsraildə dini nikah mövcuddur. A.Liberman B.Qantzla görüşü haqqında qısa məlumat verib. O deyib ki, bəzi məsələləri müzakirə ediblər və lazım gəlsə, bir də görüşəcəklər.
Nəticə yoxdur: birləşmək problemi
Ekspertlər onu da vurğulayırlar ki, A.Liberman B.Netanyahu ilə də görüşmək fikrindədir və hökumət qurmaqla bağlı müzakirələr aparmaq istəyir. Müsbət nəticənin alına biləcəyinə şübhə edirlər, çünki B.Netanyahu ilə A.Liberman arasında ciddi fikir ayrılıqları mövcuddur. Xüsusilə Fələstin məsələsində onlar fərqli mövqedədirlər. Məhz bu məsələdəki siyasi fikir ayrılığı A.Libermanın B.Netanyahu hökumətindən getməsinə səbəb olub. Buna baxmayaraq, A.Liberman hesab edir ki, bir çıxış yolu vardır: “Likud”, “Kaxol-Lavan” və “İsrail – bizim evimiz” partiyalarının koalisiyası!
B.Netanyahu ilə B.Qantzın münasibətlərinə gəldikdə isə, onu kifayət qədər ziddiyyətli adlandırırlar. Onlar birləşsələr, ümumi deputat yerləri 65 olur. Bunlara A.Libermanın da dəstək verdiyi halda, 73 yerə sahib olurlar. Lakin Fələstin məsələsində B.Qantz daha praqmatik mövqe tutur və sosial dəyişikliklər tərəfdarıdır. B.Netanyahu isə Fələstin məsələsində sərt mövqenin tərəfdarıdır. Seçki öncəsi onun ritorikasındakı bu məqam özünü aydın göstərdi və seçicilərin bir çoxu ondan üz döndərdi. “Haaretz” qəzeti yazır ki, B.Qantz B.Netanyahu erasına son qoyacaq.
Bütün bunlara Donald Trampın münasibəti maraqlıdır. Amerika prezidenti hadisələri izləməyə üstünlük verib və onun nəticəsinə uyğun fikir bildirəcəyini deyib. B.Netanyahu isə BMT-nin iclasına getməyib. Ancaq aydın görünür ki, İsrail dərin siyasi böhrana üz-üzədir. B.Netanyahu baş nazirlikdən imtina etmir, B.Qantz isə onu kənarlaşdırmağa çalışır. Doğrudur, A.Liberman bunu “uşaq oyunu” adlandırır. Lakin reallıq belədir ki, iki lider prinsipial rəqabət aparır və güzəşt etmək fikrində deyillər.
Ekspertlər bu proseslərin fonunda İsraildə siyasi mühitin dinamikasının necə dəyişə biləcəyi və onun Yaxın Şərqin geosiyasi mənzərəsinə təsirini proqnozlaşdırmağa çalışırlar. Belə görünür ki, İsraildə siyasi mühitdə mütləq düzəlişlər olacaq. Artıq təxminən eyni gücdə olan iki siyasi qrup vardır. Onlar mübarizə aparırlar. Həmin qrupların xarici siyasətdə bir sıra məsələlərdə mövqeləri oxşar olsa da, müəyyən incə məqamlarda fərqlənirlər.
Məsələn, Fələstin məsələsində onlar arasında strateji fərqlər yoxdur, lakin bir sıra taktiki punktlarda dəyişiklik ola bilər. Deməli, Knessetin necə formalaşmasından və hökumətdə kimlərin olmasından asılı olmayaraq, Fələstin məsələsində ciddi dəyişiklik gözlənilmir. Daxili siyasətdə isə cəmiyyətin yeniləşməsi istiqamətində addımlar atıla bilər. B.Qantz konkret bu təklifləri edir.
O cümlədən İrana münasibət dəyişməzdir. Bu ölkə əsas düşmən hesab edilir. Çətin ki, İran siyasətində ciddi yenilik olsun. Bu da Yaxın Şərqdə İranla toqquşma ehtimalının qalacağı anlamını verir. İsrailin ərəb dövlətlərinə qarşı da kəskin siyasət dəyişikliyi edəcəyi gözlənilən deyil. Çox güman ki, Təl-Əvivin Suriya siyasəti əvvəlki kimi qalacaq.
Bunlarla yanaşı, daxili siyasi vəziyyət ölkəni gərginləşdirə bilər. O cümlədən dini siyasi kəsimlə yenilikçilər arasında ziddiyyətlər dərinləşər. Bu kontekstdə dini siyasi qrupların B.Netanyahunun tərəfini saxlaması diqqəti çəkir. Çünki dini qrupların İsraildə yeniləşməyə əngəl olmağa başladıqları hiss olunur. B.Qantz ilə gələcəkdə onlar arasında münasibətlərin necə olacağı qeyri-müəyyəndir.
Bu deyilənlər onu göstərir ki, çox şey İsraildə koalisiya hökumətini hansı qüvvələrin yaradacağından asılı olacaq. Əgər A.Libermanın dediyi mənada “milli qüvvələr” dil tapsalar, bir ssenari, əks halda, başqa ssenari reallaşa bilər. Bu mənada İsrail hazırda siyasi seçim qarşısındadır. Onun hansı siyasi mövqeni seçməsindən asılı olaraq, geosiyasi tutumu da müəyyənləşəcək. Bəlkə də 1947-ci ildən bu yana ilk dəfədir ki, İsrail siyasi seçim qarşısında bu dərəcədə gərgin vəziyyətə düşüb. Lakin hər şey dəyişir…(Newtimes.az)
Xəbərin oxunma sayı : 409
Analiz
Xəbərlər
-
Niyə evlənənlər azalıb? - “Gənc qızlar evi olmayan oğlanlara şans vermirlər“
-
“Yaxın Şərqdə döyüş əməliyyatlarına qoşulmağa hazırıq“ - Husilərin lideri
-
Əksər yerlərdə yağıntılı hava müşahidə edilir - FAKTİKİ HAVA
-
Azərbaycan nefti daha 7.5 dollar qalxdı - Qara qızıl 121 dollara satılır
-
Göyərti bazarında gizli manipulyasiya iddiası - VİDEO
-
Əvvəl yüngül keçən qrip viruslarını indi niyə daha ağır keçirdirik? - VİDEO
-
Tramp hücumu daha 10 gün müddətinə təxirə salıb - “Danışıqlar çox yaxşı gedir“
-
Regionlarda evlərə çıxarış verilməsi niyə müşkülə çevrilib? - VİDEO
-
“Müharibə mayın 14-dək bitməlidir...“ - “Çin lideri Trampı qalib kimi qarşılamaq istəmir“
-
Ov silahı ilə atəş açdı, oğul yox, atası öldü -Şübhəlini polis saxladı
-
Atəşkəs bitdi, müharibə yenidən başladı: Pakistan Əfqanıstanda əməliyyata start verdi
-
Hörmüz boğazından keçid ödənişli olacaq? - İran parlamentindən qərar
-
Minaya düşən Ceyhun Abbasovun hadisədən sonrakı fotosu yayılıb - FOTO
-
Azərbaycan çempionatında hakimi təhqir edən futbolçu cəzalandırıldı - 4 oyunluq
-
“Yaxın Şərqdəki münaqişənin nəticələri koronavirus pandemiyası ilə müqayisə oluna bilər“ - Putin
-
Bakının cəsarəti, İrəvanın xəlvətə çəkilməsi - Hərbi böhran İranı qonşularla da sınadı
-
Niyə təyyarələr Tibet üzərindən uçmur? - Pilotların sərnişinlərə demədiyi səbəblər
-
Yaponiya məktəblərində kütləvi zəhərlənmə: Yüzlərlə uşaq və müəllim zərər çəkib
-
Paytaxtda polis əməliyyatı:İki minə yaxın narkotik tərkibli həb aşkarlandı
-
“ABŞ və İran Pakistan vasitəsilə dolayı yolla danışıqlar aparır“ - İshaq Dar
-
Bakının ən rahat iş tapılan rayonları - SİYAHI
-
“Mayda son illər əldə edilən hərbi texnikalar nümayiş olunacaq“ - Paşinyan
-
“İranlılar bizimlə razılıq əldə etmək üçün yalvarır“ - TRAMP
-
Bakıda və bəzi bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
-
“NATO-nun İranla müharibədə bizə kömək etməməsini heç vaxt unutmayacağıq“ - Tramp
-
Fransa millisinin sabiq üzvü “Qarabağ“ın yolunda: Keçid an məsələsidir
-
“Bildirərik ki, pilləkəndən yıxılıb ölüb…” - 6 yaşlı uşağa işgəncə verən ögey ata məhkəmədə
-
“Xarq adası amerikalılar üçün qəbristanlıq olacaq” - İrandan hədələr
-
Ağdam rayonunda mina partladı: Kənd sakini xəsarət aldı
-
Gürcüstan 41 miqrantı deportasiya edir: aralarnda azərbaycanlılar da var
-
Sabahdan havanın temperaturu 5 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
“İran münaqişəyə öz şərtləri ilə son qoyacaq“ - Abbas Əraqçi
-
“Ermənistan 2016-cı ilə qədər bütün resurslarını müharibəni təxirə salmağa sərf etmişdi“ - Paşinyan
-
Avropada ən populyar avtomobillər bunlardır - SİYAHI
-
İran 5 ölkəyə Hörmüzdən keçməyə icazə verdi - “Dost ölkələr” hansılardır?
-
“Qarabağ”ın penaltisi niyə verilmədi? - Çempionluq yarışına ləkə salınır
-
Azərbaycanda hərbi toplanış elan olundu - SƏBƏB
-
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər - Birtərəfli qaydada
-
Bu universitetin məzunları əsasən marketlərdə işləyirlər - Rəsmi
-
Moped idarə edənlərin diqqətinə: Yeni qaydalar qüvvəyə mindi
-
Şərur icra hakimiyyətində xonça qalmaqalı - “Əsgərə pay” bayram sovqatları mənimsənilib
-
Gündə 8 saat yatmaq həqiqətən vacibdirmi? - Alimlər cavab verdi
-
“Rusiya İrana PUA ötürür” - Xəzərdə vurulan hədəflərə aydınlıq gəlir
-
Azərbaycan neftinin qiyməti aşağı düşüb - 114 dollara
-
Siqaret qaçaqmalçılığı cinayəti - Kapitan həbsdə qaldı
-
Tikinti şirkəti vətəndaşın evini təhvil vermir?-VİDEO
-
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
-
“Azəraqrar”-da “ezamiyyə” Həsən kimdir? - Direktoru o idarə edir?
-
Bakıda kirayə qiymətləri son bir ildə niyə çox artıb? - VİDEO
-
“İranın rəqibləri adalarımızdan birini işğal etməyə hazırlaşır“ - Qalibaf
-
Nizami rayonunda binanın 1 mərtəbəsi hansı şərtlərlə obyektə çevrilir? - VİDEO
-
Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEO
-
“Neftçi”nin baş məşqçisi futbolçulara xəbərdarlıq etdi: “Yayda başqalarını gətirəcəm”
-
Bakıda 9-cu sinif şagirdi əxlaqsız hərəkətlərə məruz qalıb - Dayısı tərəfindən
-
AQC sədri Belarusda - CED rəhbəri Svetlana Petrovna ilə görüşüb
-
ABŞ “Buşehr” AES-lə bağlı heç bir zəmanət vermir - Dmitri Peskov
-
Küçəni zəbt edən nömrəsiz maşınların sahibləri cərimələndilər - VİDEO
-
“Apreldə Avropanı yanacaq qıtlığı gözləyir“ - “Shell“ şirkətinin rəhbərindən xəbərdarlıq
-
Azərbaycanın 7 universiteti nüfuzlu reytinqdə - BDU ilk 100-lükdə
-
Bu şəxslər pensiyasız qala bilər - AÇIQLAMA
-
“Yaxın Şərqdəki bütün ABŞ bazaları məhv edilib“ - “Xatəm əl-Ənbiya“
-
“Ən aqressiv şərhləri qadınlar yazır” - Nigar Camal
-
Azərbaycan Almaniya iqtisadiyyatına nə qədə investisiya qoyub? - Hesabat
-
Səudiyyə Ərəbistanı və BƏƏ İrana qarşı cəbhə aça bilər - “Bloomberg“
-
“İrəvanın məqsədi Bakı ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmaqdır“ - Mirzoyan
-
Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”
-
Niyə yaponlar tozu daha az silir? - Səbəbi sizi təəccübləndirəcək
-
İran Trampın atəşkəs təklifini qəbul etməyib - Şərtlərini irəli sürüb
-
Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti satıldı - Bu qiymətə
-
“Kiyev Rusiya neftinin tranzitini bərpa etməyincə qaz almayacaq“ - Orban
-
Bəzi avtomobillərin idxalı vergidən və rüsumdan azad edildi - Bu gündən
-
“İran ABŞ qoşunlarının yerdəyişməsini diqqətlə izləyir“ - Qalibaf
-
BDYP-dan yağışlı hava ilə bağlı - Xəbərdarlıq
-
“TəhsilPlus“ kartının xidmətləri artırılacaq - Rəsmi açıqlama
-
Azərbaycanlı biznesmenin hər şeyi müsadirə olundu: Şirkət, evlər, maşınlar
-
Neft şoku Cənubi Koreyanı vurur: Ölkə böhran rejiminə keçir
-
Paşinyanın bu görüntüləri gündəm oldu - VİDEO
-
Azərbaycan Suriyaya nə qədər qaz ixrac edib? - Rəqəmlər açıqlandı
-
Külə dönən milyonlar: Sahibkarlar niyə sığortadan qaçır?
-
Salman Trampı İrana qarşı müharibəni davam etdirməyə çağırır - “New York Times”
-
Nadir adam...
-
Avtomobil nömrələrini oğurlayıb sahiblərindən pul tələb edən şəxs tutuldu - VİDEO
-
Pensiya yaşı çoxdan keçən icra başçıları - Birinin 79 yaşı var
-
Xəzər geri çəkilir: Bakı buxtası ilə bağlı həyəcan siqnalı (FOTO)
-
ABŞ və İran arasında danışıqlar həftəsonu İslamabadda keçirilə bilər - Rafael Qrossi
-
Bakıda və Abşeron yarımadasında yağış intensivləşəcək -Xəbərdarlıq
-
Prezident “Abşeron“ Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi - FOTOLAR
-
"Sağlam mühit hüququ pozulan vətəndaş kompensasiya tələb edə bilər" - Ali Məhkəmə
-
Azərbaycandan Ermənistana növbəti dəfə Rusiya buğdası göndərildi - FOTOLAR
-
28 minə mədən ərazisindən ev almaq istəyən qadını belə aldatdılar - VİDEO
-
Prezident yunanıstanlı həmkarına məktub göndərib - MƏTN
-
“Hörmüzdə gərginlik davam edərsə, benzin və dizel bazarında çatışmazlıq yarana bilər“ - “Shell“ rəhbəri
-
Zabrat şosesində sürücülərin narazılıq etdiyi piyada keçidi - VİDEO
-
Psixi xəstəlik diaqnozu qoyulan şəxsə niyə pensiya verilmir? - ŞİKAYƏT
-
Azərbaycanda böyrək xəstələrinin sayı niyə çoxalıb? - VİDEO
-
Tərtərdə ağır qəza: Qardaşlar öldü, yaralılar var
-
Balakəndə Yeni Şərif kəndinin yolu bərbad vəziyyətdədir - VİDEO
-
Avropada dizel yanacağının qiymətləri rekord həddə çatır - Hörmüzə görə
-
Türkiyədə məşhurlar saxlanıldı – Fikret Orman, Burak Elmas, Hakan Sabancı...
-
Gömrük bəyənnaməsi olmayan mopedlərin aqibəti necə olacaq? - VİDEO
-
“ABŞ hələ də Tehrandan cavab gözləyir...“ - “İsrail narahatdır ki...“
-
Sabirabad rayonunda fermerlərin suvarma prblemi - VİDEO
-
Uşaq qidalarının qiymətinin baha olmasının səbəbi nədir? - VİDEO
-
Aeroportda baqajını itirənlər bu halda nə etməlidir? - VİDEO
-
Məhəmməd Salah “Liverpul“dan ayrılır - Mövsümünün sonunda
-
Çin nüvə silahları ilə bağlı ABŞ ilə dialoqdan imtina edib - Tomas Dinanno
-
“Türkiyə olaraq, bu yeni vəziyyətə hazırlıq görmüşük“ - Ərdoğan
-
Səbinə Əliyeva Vardanyanla görüşdü - DTX təcridxanasında
-
Proqram təminatı ilə işləyən avtomobillərdə “tələ” - VİDEO
-
Bu küçələrdə 1 sutka təmir gedəcək - Sürücülərin nəzərinə!
-
“İrandan qaz tədarükü davam edir“ - Alparslan Bayraktar
-
52 saylı marşrut xəttində avtobusların sayı azdır - ŞİKAYƏT /VİDEO
-
Simonyan erməni jurnalistə irad tutdu - Qarabağla bağlı
-
Əmək münasibətlərində yeni tələb - Bu işçilərin aqibəti necə olacaq?
-
İmtahandakı yazıb-pozan qələmlərlə bağlı - Rəsmi açıqlama
-
Zakir Həsənov müalicə olunan hərbçilərə baş çəkdi - FOTOLAR
-
Büdcə qənaəti adı ilə sosial zərbə... - Və ya ixtisarlar kimləri vurur?”
-
“Mənə dedilər ki, sən neynirsən?“ - Niyaməddin Musayev
-
“Hörmüz boğazı İranla müharibə şəraitində olmayan ölkələr üçün açıqdır“ - Əraqçi
-
Azərbaycanda müştərilər restoranda neçə milyon xərcləyiblər? - MƏBLƏĞ
TOP 10
ARXİV






