“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Türkiyənin vitse-prezidentindən Trampın təhdidinə cavab:“Biz təhdidlərlə hərəkət edən ölkə deyilik“

Tarix 08.10.19, 17:55

Font ölçüsü : - / +
bitmap-img6


“Türkiyə təhdidlərlə hərəkət edən ölkə deyil”.

Bu barədə Türkiyə prezidentinin müavini Fuad Oktay Ankara Qazi Universitetində 2019-2020-ci tədris ilinin açılış mərasimindəki nitqi zamanı bildirib.

Ölkədə təhsilin inkişaf etdiyindən danışan F.Oqtay daxili müharibə ucbatından viran olmuş qonşu Suriyada da orta və ali təhsil üçün gördükləri tədbirlərdən bəhs edərkən təhlükəsizlik məsələlərinə də toxunub: “Fərat Qalxanı və Afrin təhlükəsizlik bölgələrinə 370 min qaçqın könüllü olaraq qayıdıb, indi növbə Fəratın şərqində təhlükəsizlik bölgəsi yaratmağa çatıb. Türkiyə həm cənub sərhədlərini təhdid edən terrorçu qruplarına həddini bildirəcək, həm də Türkiyədə qalan suriyalı qaçqınların vətənə qayıtmalarına şərait yaradacaq. Beynəlxalq birliyə ismarıcımız qətidir: Türkiyə təhdidlərlə hərəkət edəcək ölkə deyil. Söhbət Türkiyənin təhlükəsizliyindən düşərsə, prezidentimizin də daim vurğuladığı kimi Türkiyə öz yolunu özü müəyyənləşdirir, öz göbəyini özü kəsər. Türkiyə hiç bir şərtlərdə bir addımlığında terror dəhlizi, yaxud terror dövləti yaradılmasına yol verməz, əvəzi nə olursa olsun. Həm sərhədlərimizdə əmin-amanlığın bərqərar olması, həm də suriyalı qardaşlarımızın gələcəyi naminə Suriyanın ərazi bütövlüyü və siyasi birliyi uğrunda mövqeyimizi sonadək davam etdirmək əzmindəyik”.

Xatırladaq ki, ötən gün ABŞ prezidenti Donald Tramp “Twitter”də Türkiyə hökumətinin Suriya ərazisində təhlükəsizlik bölgə yaratmaqla bağlı əməliyyat planına toxunarkən ABŞ hərbçilərinin belə bir əməliyyat nəticəsində zərər görəcəkləri təqdirdə Türkiyə iqtisadiyyatını “bütövlüklə darmadağın və yox etmək”lə hədə-qorxu gəlib/Report.




Xəbərin oxunma sayı : 520




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap