| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Mikayıl Cabbarov, Samir Şəirfov, Vüqar Gülməmmədov, Elman Rüstəmov MM-də - Gələn ilin büdcəsində nələr var?
Tarix 05.11.19, 22:47 |
|
Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət və İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclası keçirilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bugünkü iclasda "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında†qanun layihəsi müzakirə olunacaq.
Komitə sədri qeyd edib ki, illər keçdikcə Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə öz büdcə parametrlərinin daha da yaxşılaşdırılması üçün tədbirlər görür: "Büdcə layihəsi "Büdcə sistemi haqqında†Qanuna uyğun olaraq vaxtında Milli Məclisə təqdim edilib. 2020-ci ilin büdcəsi Azərbaycanın müstəqillik tarixində ən irihəcmli büdcədir".
Gələn ilin büdcəsinin əsas parametrləri barədə məlumat verən Maliyyə naziri Samir Şərifov bildirib ki, 2020-ci ilin icmal büdcəsinin gəlirləri 27 milyard 533 milyon manat təşkil edəcək: "İcmal büdcə xərclərinin yuxarı həddi 29 milyard 488 milyon manat olacaq ki, bu da 2019 illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz çoxdur. İcmal büdcənin kəsiri 1 milyard 955 milyon manat və ya proqnozla nəzərdə tutulan ümumi daxili məhsulun 2,3 faizinə bərabər olacaq. 2020-ci il dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 29 faizi həcmində olmaqla nominal ifadədə 24 milyard 135 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 967 milyon manat və ya 4,2 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1 faiz və ya 13,5 milyard manat, qeyri-neft gəlirləri 43,9 faiz və ya 10,6 milyard manat nəzərdə tutulur. Cari illə müqayisədə xüsusi çəki nisbətində neft gəlirləri 3 faiz bənd azalıb, müvafiq olaraq isə qeyri-neft gəlirlərinin xüsusi çəkisi isə 3 faiz bənd artıb. Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7 milyard 875 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 559 milyon manat və ya 7,6 faiz çoxdur. Gömrük orqanlarının xətti ilə büdcəyə 4 milyard manat, yəni, 2019-cu ilə nisbətən 298 milyon manat və ya 8 faiz çox vəsait daxil olması proqnozlaşdırılır. Növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 350 milyon manat və ya cari illə müqayisədə 14,3 milyon manat az transfer nəzərdə tutulur. 2020-ci il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 32,3 faizi səviyyəsində və ya 26 milyard 914 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 1 milyard 724 milyon manat və ya 6,8 faiz çoxdur".
Sonra çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, gələn il neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da əhəmiyyətli artım gözlənilir. Həyata keçirilən kompleks tədbirlər nəticəsində 2020-ci ildə qeyri-neft sahəsində 8,8 faiz artım proqnozlaşdırılır. Nazir qeyd edib ki, növbəti ildə qeyd olunan proqnozların reallaşdırılması üçün biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və digər addımların davam etdirilməsi önəmlidir: "Görülən işlər nəticəsində qeyri-neft sahəsində ildən-ilə artım qeydə alınır. Bu tendensiyanın növbəti illərdə də davam edəcəyi gözlənilir".
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov diqqətə çatdırıb ki, 2020-ci ilin dövlət büdcəsi müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın proqnozlaşdırılan ən böyük büdcəsidir.
Vüqar Gülməmmədov cari ildə dövlət büdcəsinin qeyri-neft gəlirlərinin əhəmiyyətli dərəcədə artdığını diqqətə çatdırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, görülən işlər nəticəsində ölkəmizdə bu ilin 10 ayı ərzində əməkhaqqı fondu əhəmiyyətli dərəcədə artıb: "Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan sosialyönümlü dövlətdir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən tədbirlərin mərkəzində vətəndaşlarımızın sosial rifahı dayanır".
Nazir qeyd edib ki, 2020-ci ildə əhaliyə ödənişlərin məbləğində artım gözlənilir. Bu ödənişlər demək olar ki, hər il artırılır: "Gələn il özünüməşğulluq proqramının daha da genişləndirilməsi nəzərdə tutulur".
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov isə bildirib ki, 2020-ci ildə qarşımızda dayanan başlıca vəzifə makroiqtisadi sabitliyin təmin olunmasıdır. Elman Rüstəmov qeyd edib ki, növbəti ildə də qiymət sabitliyi və manatın məzənnəsinin dayanıqlılığı diqqət mərkəzində olacaq: "Artıq üçüncü ildir ki, manatın xarici valyutaya nisbəti sabitdir".
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ölkəmizdə kölgə iqtisadiyyatı ilə mübarizədə əldə olunmuş uğurlardan danışıb. Qeyd edib ki, bunun nəticəsində dövlət büdcəsinə daxilolmaların həcmi artıb. Növbəti ildə də bu məsələ gömrük orqanlarının diqqət mərkəzində olacaq. Səfər Mehdiyev bildirib ki, gələn il də Dövlət Gömrük Komitəsi tərəfindən büdcəyə daxilolmaların həcminin artırılması proqnozlaşdırılır.
Dövlət Neft Fondunun sədri Şahmar Mövsümov Fondun gəlir və xərcləri barədə məlumat verib. Bildirib ki, gələn ilin büdcəsində neftin bir barrelinin qiyməti 55 dollar nəzərdə tutulub.
2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirələri zamanı çıxış edən Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlardan Vahid Əhmədov, Əli Məsimli, Şəmsəddin Hacıyev, Fazil Mustafa və Mirzəcan Xəlilov büdcə layihəsi barədə fikirlərini bildiriblər, qeydlərini və təkliflərini veriblər.
İclasın sonunda maliyyə naziri Samir Şərifov deputatların qaldırdıqları məsələlərə münasibətini bildirib, bir sıra təkliflərin nəzərə alınacağını diqqətə çatdırıb.
Sonra 2020-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
Bununla da beş komitənin birgə iclası başa çatıb/Azərtac.
Xəbərin oxunma sayı : 205
İqtisadiyyat
Xəbərlər
-
Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq - Sabahın havası
-
Astarada yol qəzası baş verib - Qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
-
“Xameneinin raketlərlə bağlı göstərişi həyata keçirilib“ - Qasım Qureyşi
-
Tədris Cərrahiyyə Klinikasında qalmaqal - Tibbi aparatlar işləmir, həkimlərin 5 aylıq maaşı verilmir
-
Bakıda bir sıra ərazilərə avtomobillə giriş ödənişli olacaq - Video
-
Elçin Babayevin adı Ramiz Mehdiyevin gizli planında - ŞOK DETAL
-
Azərbaycanda avtomobil bazarında seçimlər dəyişir - Çin maşınları liderdir
-
Tramp Putin ilə fotosunu “Mənim dostum” başlığı ilə paylaşıb - FOTO
-
Respirator viruslar yayılır: Həkimdən əhaliyə xəbərdarlıq (VİDEO)
-
Abort zamanı vəfat edən Yeganə həkimin qurbanı olub? - Video
-
Tramp xəbərdarlıq etdi: “ABŞ müflisləşə bilər“
-
Qaz limitləri sıfırlanır - Vətəndaşların nəzərinə
-
“Yaşıl Bağlar“ın hesabları donduruldu - 639 min manatlıq borc mübahisəsi
-
Meksikada mafiya babası tutuldu – ABŞ başına 5 milyon qoymuşdu
-
Bakıda ağaclar kəsilərək yerində restoran tikilir? - VİDEO
-
İranda güclü zəlzələ oldu - Naxçıvanda da hiss edildi
-
MTK sakinlərin aylıq ödənişlərini mənimsəyir? - VİDEO
-
Dərman almağa gedənlər saatlarla ayaq üstə qalırlar - Tovuzda xəstələr şikayətçidirlər
-
Prezident və xanımını belə yola saldılar - VİDEO
-
Ermənistanın yeni Konstitusiya layihəsi 23 noyabrda dərc ediləcək - Paşinyan
-
10 məktəbə yeni direktor təyin olundu - SİYAHI
-
Quba almasının gələcəyi sual altındadır - Fermerlər ziyana düşür
-
Sərvətinin 90%-ni itirdi - Artıq milyarder deyil
-
Prezidentlər Birgə Bəyanatı qəbul etdi - Bu istiqamətləri barədə razılığa gəliblər
-
Deputatdan nazirliklərə xəbərdarlıq: “Parlamentdə adlarını çəkəcəyəm“
-
Kartdan-karta köçürmələrə daha sərt məhdudiyyətlər gəlir? - Yeni təklif
-
Söküntülər, tələbə axını və bahalı mənzillər - Bakıda kirayə haqqı niyə artır?
-
"Mən Vyetnama səfərimin nəticələrindən çox məmnunam" - İlham Əliyev
-
Britaniya yenidən Avropa İttifaqına qayıda bilər - Baş nazirin planı
-
“Sabah rəsmi olaraq TRIPP layihəsinin başladığını elan edəcəyik” - Paşinyan
-
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar - FOTO
-
TƏBİB yoxlama aparmışdı - Şöbə müdiri işdən çıxarıldı
-
“Vyetnama Vətən müharibəsi dövründəkii dəstəyə görə minnətdarıq“ - İlham Əliyev
-
Buğda istehsalında məhsuldarlıq necə artırılacaq? - Palata rəsmisindən açıqlama
-
“Milad bayramına qədər Ukrayna və Rusiya arasında atəşkəs əldə oluna bilər” - Melaniya Tramp
-
Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır - Prezident
-
20 manatlıq “Hadi İnşaat“a daha bir tender: Bu dəfə Ağcabədidə yarım milyonluq yol təmiri
-
Almaniyalı nazir Bakının şərtini dəstəklədi - Ermənistan Konstitusiyası dəyişdirilməlidir
-
Prezident və xanımının şərəfinə rəsmi nahar verilib - Fotolar
-
Berlində gizli danışıqlar: ABŞ və İran arasında vasitəçilik hələlik nəticə vermir
-
“Yorğun halda sükan arxasına əyləşməyin” - Yol polisindən sürücülərə müraciət
-
Abbaszadə BDU-da kadr dəyişikliyinə başladı - Nərmin Heydərli vəzifəsindən azad edilidi
-
Tikinti sektorunda geriləmə - Mənzil bazarını nə gözləyir?
-
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib - Nələr müzakirə olunub?
-
“Böyük bosslar dünyanın taleyini həll edə bilməz” - Zelenski
-
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı - Polis saxladı
-
Narkotik asılılığı olan vəkil Kəngərli tanışlarına da satırmış - DİN görüntülərini yaydı - Video
-
Beyləqanda aqrar sahənin inkişafı ilə bağlı növbəti monitorinq keçirildi - Fotolar
-
İsa Qəmbərin Almaniyaya səfərinə icazə verilmədi - Hava limanından geri qaytarıldı
-
“Azərbaycanı daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik“ - To Lam
-
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - SİYAHI
-
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - Fotolar
-
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
-
Məni öldürmək istəyirlərsə, demək, İranın vəziyyəti həqiqətən pisdir - Bessent
-
Badamdarda sürüşmə, evin həyəti ikiyə ayrıldı - VİDEO
-
Azərbaycan və NATO rəsmiləri görüşdü - Nələr müzakirə olundu?
-
“Moskvaya getməkdən imtina etməməliyik” - Müdafiə nazirindən gözlənilməz açıqlama
-
Qan təzyiqi dərmanları tibbi sığorta ilə qarşılanacaq - VİDEO
-
Avtomobil almaq istəyənlərə əlavə xərc: Gömrük rüsumu bazara necə təsir edir?
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərin NƏZƏRİNƏ!
-
Zabrat qəsəbəsində səki keçilməz vəziyyətdədir - VİDEO
-
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
-
“Hazır olun, son döyüşə giririk” - SEPAH-dan sərt xəbərdarlıq
-
Azərbaycan Prezidentinin Hanoyda rəsmi qarşılanma mərasimi oldu - VİDEO
-
Yeni Azərbaycan Partiyası – zəngin və şərəfli Zəfər yoludur
-
Müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən Yeni Azərbaycan Partiyası
-
“Tünzalə keçmişini unudandır“ - Elza Seyidcahan
-
“Şərur İnşaat“ın binasında lift problemi: Pul verməyən sakinlər liftə buraxılmır
-
Aİ-nin yeddi illik büdcəsi 40 milyard avro azaldıla bilər - “Politico”
-
Pambıq yığımı kəskin azaldı: Məhsulun üçdə biri hələ də sahələrdədir
-
Şimali Kiprdə saxlanılan 3 azərbaycanlıya qarşı ittiham ağırlaşdırıldı - TƏFƏRRÜAT
-
“Bu yarışda qalib gələn hər şeyə sahib olacaq“ - Tramp
-
Abşeronda ağaclar kəsilir, kanalizasiya küçəyə axır - İcra Hakimiyyətindən ŞİKAYƏT
-
Hansı rayonlarda qoyun və keçilərin sayı nə qədər artıb? - SİYAHI
-
Yeni Azərbaycan Partiyası ölkənin ən böyük və nüfuzlu siyasi təşkilatıdır
-
Milyonlar xərclənib, amma biri də işləmir: Bakıda elektromobil sahiblərinin “rozetka” dərdi
-
Paytaxtın bu ərazisində mənzil qiymətləri əl yandırır - 2 MİLYON MANAT!
-
Hansı rayonlarda insanlar kafe-restoranlarda nə qədər pul xərcləyib? - Tam siyahı
-
Bazarda qiymətlər “əl yandırır”: soğan 3 dəfə, xiyar isə 2 dəfə bahalaşdı
-
“Aqrar Sığorta” 9 aylıq maliyyə göstəricilərini gizlədir - İLGİNC
-
Putin səhvən Polşaya dronlar və bir neçə raket göndərib - Tramp
-
Dərmanlar da icbari tibbi sığortaya daxil edilir - Kimlər faydalanacaq?
-
Azərbaycanda ən yüksək və ən aşağı pensiya hansı rayonlarda verilir? - Siyahı
-
Prezidentin Vyetnama səfərindən görüntülər paylaşıldı - VİDEO
-
Bakıda kişi siqaretə görə arvad-uşağını döydü - TƏFƏRRÜAT
-
İŞİD-ə qoşulan azərbaycanlılar mağara düşərgəsində ələ keçirildi - DTX-dən xüsusi əməliyyat
-
Avropanın ən borclu ölkələri açıqlanıb - Yunanıstan və İtaliya liderdir
-
Bakıda və rayonlarda yağış intensivləşəcək - Xəbərdarlıq
-
Yeni marşrut xətti açılır - 4 avtobus 15 dəqiqə intervalla işləyəcək
-
AAYDA-nın sədri deputatın zənglərinə cavab vermir - “İki aydan çoxdur ki...“
-
Əhalinin sayı artdı, doğum və nikah göstəriciləri gerilədi - STATİSTİKA
-
İcra başçısının şikayəti təmin edildi – Kəndli cərimələndi
-
Milyonluq borc mübahisəsi: “TVM İnşaat“ın hesabları donduruldu
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Adəm Məmmədova yenidən cinayət işi açıldı - Nədə ttiham olunur?
-
“Nar ağaclarını kəsib yerində restoran tikirlər” - VİDEO
-
Xaricdən Azərbaycana tonlarla heyvan qaraciyəri gətirilib - Kiloqramı 3,9 manata
-
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO
-
Baş prokuror Binəqədidə vətəndaş qəbulu keçirdi - FOTO
-
Evə başqa bir qadını gətirən atasını döyərək qabırğalarını sındırıb - TƏFƏRRÜAT
-
Nərimanov icra hakimiyyəti parkın ərazisini “MADO” restoranına satıb? - VİDEO/FOTO
-
“İS.M.M“ MMC daha bir tender qazandı - Bərdədən sonra Şabrandan 445 min manatlıq sifariş
-
Azərbaycanda tarixi abidələrin siyahısı dəyişdirildi - Yeni abidələr əlavə olundu
-
Məşhur şirkətin Bakıdakı otelinin yerləşdiyi bina 2,4 milyona hərraca çıxarıldı - Fotolar
-
Prezident Vyetnam Milli Assambleyasının sədri ilə sədri ilə görüşüb - Fotolar
-
AMEA-nın strukturunda dəyişiklik edildi - Elmi müəssisələrin sayı artırılır
-
Orxan Kəngərli ilə birlikdə aptek müdiri də tutuldu - Nədə ittiham olunur?
-
İcra başçısının birinci müavini ilə bağlı iki milyonluq qalmaqal - Prokurorluq araşdıracaq
-
Maliyyə Nazirliyində yeni təyinat - Soltanov direktor oldu
-
ABŞ rəsmisi Qayanaya Essequibonun bir hissəsini Venesuelaya verməyi təklif edib - Reuters
-
Prezident Vyetnamın Baş naziri ilə görüşdü - FOTOLAR
-
Nar ixracına məhdudiyyət qoyula bilər - AQTA-dan xəbərdarlıq
-
“Böyük vədlərlə başlamaq istəməzdim“ - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
-
YAP – dünənin, bu günün və sabahın partiyasıdır
-
Milyonlarla manatlıq tenderlər qazanan şirkət fəaliyyətini dondurdu - TƏFƏRRÜAT
-
Sabirabadda 17 yaşlı oğlan yeniyetmə qızı qaçırdı - Axtarış aparılır
-
Beyləqanda Ədliyyə işçilərinin peşə bayramı qeyd olundu - Fotolar
-
Media qurumlarına xəbərdarlıq: Saxta göstəricilərə görə maliyyə dayandırılacaq
-
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzində - Fotolar
-
Bakıda həkimin cangüdəni ilə sürücüsü dava saldı: biri bıçaqlandı
TOP 10
ARXİV






