“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

İcbari tibbi sığorta üzrə xidmətlər zərfi hazırdır – Rəsmi

Tarix 08.11.19, 16:12

Font ölçüsü : - / +
bitmap-img6


İcbari tibbi sığortanın (İTS) tətbiqini təmin etmək məqsədilə əhalinin sistem çərçivəsində yararlana biləcəyi xidmətlərin toplusu (xidmətlər zərfi) hazırlanıb.

Xidmətlər zərfinə ilkin səhiyyə xidməti, təcili yardım xidməti, ambulator, stasionar, həyati vacib dəyəri yüksək xidmətlər daxildir.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib. Məlumata əsasən, sözügedən sənəd hazırda müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir. Agentlikdən bildirilib ki, xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları, tarifləri, azadolma məbləği, o cümlədən dərman vasitələri ilə təminat şərtləri təsdiq olunduqdan sonra bu barədə ətraflı məlumat veriləcək.

Tədbirlər planına uyğun olaraq hazırda tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (bundan sonra İKT) infrastrukturunun qurulması üzrə işlər aparılır. Ümumilikdə ölkə üzrə tibb müəssisələri 3092 ədəd kompüter avadanlığı ilə təchiz olunub.

Bildirilib ki, İTS-nin ölkədə tətbiqindən sonra tibb işçilərinin əməkhaqları artacaq. Həkimlərin əməkhaqları iki hissədən ibarət olacaq. Birinci hissədə həkimin aldığı aylıq məvacib Vahid Tarif Cədvəlinə əsasən sabit olacaq. İkinci hissədə isə həkimin göstərdiyi xidmətə görə onun əməkhaqqına əlavələr olacaq. Hazırda “Həkimlərin əməkhaqlarına əlavələrin hesablanması və ödənilməsi Qaydaları” müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.

Qeyd edək ki, 2020-ci il yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılacaq. (APA)




Xəbərin oxunma sayı : 532




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap