Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Qadına görə kişini öldürüb baqajda gizlətdilər – Bakıda dəhşətli qətl

Tarix 11.11.19, 14:42

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Binəqədi rayonu ərazisində avtomobilin yük yerindən kişi meyiti aşkarlanıb.

AzFakt.com xəbər verir ki, bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 

Məlumdur ki, noyabrın 9-da saat 08:00 radələrində Sulutəpə qəsəbəsində “Mercedes” markalı avtomobilin yük yerindən Cəlilabad rayon sakini, 1972-ci il təvəllüdlü Elşən Çapar oğlu Abbasovun meyiti tapılıb. 

Patoloqlar tərəfindən bədənin müayinəsi zamanı müxtəlif bədən xəsarətləri aşkar olunub. Həmçinin, kişinin hər iki ayağı sındırılıb. Məlum olub ki, E.Abbasov başından aldığı daş zərbələri nəticəsində ölüb.

Aparılan araşdırmalar zamanı noyabrın 10-da 40-cı Polis Bölməsinin əməkdaşları qətldə şübhəli bilinən Şəki sakinləri, 1999-cu il təvəllüdlü Allahverdi İsmayılovu və onun qohumu, 1987-ci il təvəllüdlü Ramin Şamilovu saxlayıblar. 

İlkin ehtimallara görə, E.Abbasov öz inadkarlığının qurbanı olub. Kişi saxlanılan şəxslərdən birinin yaxın qohumunun qeydinə qalmağa çalışıb. Ancaq qadın deyib ki, onun haqqında heç nə eşitmək istəmir. Ancaq E.Abbasov ona zəng etməyə davam edib. Bu zaman söhbətə A.İsmayılov qarışıb. O, telefon vasitəsilə E.Abbasovla əlaqə saxlayıb və onu Sulutəpə qəsəbəsində yaşayan qadının evinin qarışısında görüşə çağırıb. 

Noyabrın 8-i gecə E.Abbasov görüşə gəlib. İstintaqın versiyalarına görə, qadının gözləri qarşısında A.İsmayılov və R.Şamilov E.Abbasovu ölümcül döyüb, daha sonra cəsədi avtomobilin yük hissəsində gizlədiblər. 

Qəsdən adam öldürmə faktı ilə cinayət işi başlanıb, istintaq davam edir.



Xəbərin oxunma sayı : 1075




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap