| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
“Mehriban Əliyeva ilə Azərbaycanda dəyişiklik rüzgarı ” – “Türkiye” qəzetində Mehriban Əliyeva haqqında məqalə dərc olunub
Tarix 18.11.19, 15:14 |
|
Türkiyənin “Türkiye” qəzetində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında geniş məqalə dərc olunub.
Jurnalist Yücel Koçun qələmə aldığı məqalə “Qardaş ölkədə nələr olur? Mehriban Əliyeva ilə Azərbaycanda dəyişiklik rüzgarı” (KARDEŞ ÜLKEDE NELER OLUYOR? Mihriban Aliyeva ile Azerbaycan’da değişim rüzgârı) adlanır.
Məqalədə qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev ictimaiyyətdən yüksələn səslərə biganə qalmadı. Birinci vitse-prezident vəzifəsinə Mehriban Əliyevanın gətirilməsi ilə dəyişikliyin düyməsinə basıldı. Ölkədəki köhnə vərdişlər bir tərəfə qoyulur və tamamilə başqa siyasət aparılır.
Müəllif yazır: “Sənəti, mədəniyyəti, mənəvi kodları, dərin tarixi və ədəbiyyat bazası ilə Azərbaycan Qafqazın göz bəbəyidir…”
Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilən, saysız-hesabsız sınaqlardan çıxan və bütün itkilərə baxmayaraq, sistemini, dövlət ənənəsini nizama salmağı bacaran bir ölkədir…
Azərbaycan erməni lobbisi və dünyadakı dəstəkçilərinin gücünə baxmayaraq, torpaqlarındakı işğalı dünya ictimaiyyətinə çatdırmaq üçün ciddi layihələrə imza atıb.
Dövlət başçısı İlham Əliyevin siyasi iradəsi, mövqeyi və duruşu bu məsələdə Azərbaycanı addım-addım uğura aparır.
Gürcüstan, Ermənistan və Ukrayna nümunələrinə baxsaq, Rusiya ilə ciddi qarşıdurma yaşayan qüvvələrin ətrafdakı ölkələri alətə çevirdiyinə və çevirəcəyinə diqqət yetirsək, Azərbaycanın hazırkı siyasi addımlarının mənasını təhlil etmək daha asan olacaq.
İran və Rusiya ilə qonşu olması səbəbindən də Azərbaycanın mövqeyi və rolu fərqli prizmalarda şərh olunmalıdır. İran əhalisinin böyük bir hissəsinin Azərbaycan türklərindən ibarət olması isə İranın Azərbaycanın siyasi həyatına necə sirayət etmək cəhdlərini göstərir.
Neft yataqlarının Azərbaycanı böyük şahmat oyunlarının mərkəzi halına gətirməsi də Azərbaycanın bu vəziyyətdə özünü necə qoruya bildiyini dərk etməniz üçün ciddi ipucları verməkdədir. Bu vəziyyət Prezident İlham Əliyevin balanslı siyasətinin necə dizayn edildiyinin də göstəricisidir.
Unutmamaq lazımdır ki, Azərbaycan kimi əvvəlki siyasi durumu ilə hesablaşaraq, yeni siyasi formanı mənimsəmək ərəfəsində olan bütün dövlətlər üçün bu keçid dövrü uzun və məşəqqətli olur.
Sosial təminatların hələ də yerbəyer edilməməsinin problemlərə səbəb olması təbiidir və bu, həm ətrafdakı dövlətlərin, həm də Qafqaz və xüsusilə, dərdi neft olan qərbli qüvvələrin zaman-zaman istifadə etmək istədiyi prosesdir.
Ölkədəki müxalif səslərin olması da təbiidir. Bu, Azərbaycan dövləti üçün problemlərin kökündən həlli üçün vacib alətdir. Sovetlər Birliyindən çıxış mərhələsində də Azərbaycandakı bu ictimai birlik mühüm rol oynamışdı.
Əliyev keçmiş kadrlardan qurtulur
Azərbaycan iqtisadi cəhətdən gücləndi, dəyişikliyin davamlı hala gətirilməsi üçün Prezident Əliyevin ciddi həmlələri gündəmdədir. Lakin hazırda iqtisadi və siyasi cəhətdən həll edilməyən problemlər var. İdarəedici kadrların xalqla münasibətlərində sıxıntılar mövcuddur və təəssüf ki, xalqdan qopmuş səslərin çıxmasına səbəb olan təxribatçı aksiyalar müşahidə olunur. Bu, sadəcə müxalif düşərgədə daha çox gələcəyini Qərblə birlikdə olmaqda görən bəzi mərkəzi yerlərdə görülməməkdədir. Hökumət daxilində möhkəmlənmiş köhnə fikirli kadrların, illərdir, vəzifədən getməmək üçün sərf etdiyi enerjini də diqqətdən kənarda saxlamaq olmaz.
Prezident Əliyev ictimaiyyətin necə bir dəyişiklik istəməsinə sözün həqiqi mənasında qulaq asmaq siyasətini genişləndirməyə başladı. Lideri və ya Dövlət başçısını ayaqda saxlayacaq tək şeyin öz xalqı ilə müttəfiq olmaq olduğunu bilir. Sosial media və bütün medianı, xalqdan gələn səsləri və hətta ən ucdakı marginal səsləri belə eşitməyin, bu səslərə qulaq asmağın və meydana çıxan çatışmazlıqlardan istifadə etməyə çalışan güclərin əlindən alınmasının lazım olduğunu görə bilmək bir siyasətçi və Dövlət başçısı üçün böyük bacarıqdır.
Uzun illər ölkənin idarəçiliyində olmuş, yaşları xeyli irəliləmiş şəxslər xalqda ciddi etiraza səbəb olurdu. Yeni nəslə qapı açmaq, günümüzün dəyərləri içərisində öz milli dəyər və kimliyini qorumaq refleksini möhkəmləndirmək olduqca vacibdir. Bunu xüsusilə Birinci vitse-prezidentlik vəzifəsinə təyin olunan Mehriban Əliyevanın müəyyənləşdirdyi yol və metod daha da irəliyə apardı.
Mehriban Əliyeva reallığı
Uzun zamandır, Heydər Əliyev Fonduna rəhbərlik edən Mehriban Əliyeva Avropa və dünyada ciddi mədəni və sosial layihələrə verdiyi dəstəklə diqqəti özünə çəkdi. Azərbaycana beynəlxalq səviyyədə ciddi qarşılığı olan layihələri gətirərək, dünyadakı Azərbaycan əleyhdarı olan lobbilərlə mübarizə aparmaq səylərini davam etdirdi. Hər tərəfdən mühasirəyə alınan Azərbaycanda baş verənlərin dünyaya çatdırılması üçün mədəni layihələrlə mühasirələr yarılmaya başladı. Mehriban Əliyevanın Birinci vitse-prezidentliyə təyinatını bu sahələrdəki uğurlarının nəticəsi kimi dəyərləndirmək bizi gerçək nəticələrə aparır.
Xalq arasında böyük nüfuzu olan Mehriban Əliyeva fərqli bir yolu sınaqdan keçirməyə başladı.
Toplumdakı fərqli siyasi qrupları, hətta narazı səsləri belə “mərkəzə çəkmə, onları dinləmə və etiraz etdikləri məsələlərin çarəsini tapmaq” siyasəti xanım əfəndinin siyasi ağıl istehsal etmək sahəsində bacarığını da göstərmiş oldu.
Mehriban xanım Əliyev idarəçiliyinə müxalif olanlara hətta belə demək mümkünsə, nifrət dolu siyasi qruplaşmalara qarşı “yumşaq və dinləyən tərəf” profilini ortaya qoymaqla Azərbaycanda ictimai sabitliyin təmin olunmasına öz töhfəsini verməkdədir.
Azərbaycan yenidən və daha fərqli bir dəyişiklik modelinə keçdiyini son aylarda atdığı addımlarla açıq nümayiş etdirir.
“İdarəçilikdən getməsi mümkün olmayacaq” deyilən şəxsləri pensiyaya göndərmək forması isə dövlət ənənəsi baxımından yeni bir düzəni ortaya qoyur.
“Sovetlər Birliyi dağılsa da, hələ də şüurlarda bolşevik təfəkkürü hökm sürməkdədir. Gələnin gedəni yox etməsi siyasəti üzərində qurulmuş bolşevik baxış bucağı Azərbaycanın gələcəyi üçün qorxunc hadisədir…”
Marginallaşan siyasi qüvvələrin bu ifadələrinə nəzər saldıqda görürük ki, idarəçilikdəki kadrlara nifrətlə yanaşılır. Bunu dövlət idarəçiliyindəki şəxslərin hərəkətləri və xalqı nəzərə almayan kadrların möhkəmləndirdiyi də bir gerçəkdir.
Bəzi RİH başçıları və nazirlərin xalqla münasibətlərindəki davranışı və xalqa yuxarıdan aşağı baxması ilə marginallaşan narazı səslərin ortaya çıxmasını körüklədiyi hər kəsə məlumdur. Digər tərəfdən, bu marginal qüvvələr daha çox Azərbaycana qorxunc nəticə vəd edir!
Unutmamaq lazımdır ki, İran-Rusiya-Qərb üçbucağında “Azərbaycanda belə bir fəlakət olsa, nə etmək lazımdır” sualı çox vacibdir.
İlham Əliyev bütün bunları dərk edərək, dəyişiklik küləyini başlatmış kimi görünür. Köhnə fikirli, yeniliyə açıq olmayan, xalqla arasındakı bağı qoparmış şəxsləri sayğı ilə pensiyaya göndərir. Xalqla arası açılan RİH başçılarını və yerli idarəçiləri cəzalandırır, gənc nəslin təmsilçilərini və rüşvətə bulaşmamış adların idarəçiliyə gətirilməsi xalqda ümidlərin cücərməsinə səbəb olur.
Mehriban Əliyevanın xüsusilə mərhum Prezident Əbülfəz Elçibəy və onun ailəsinə göstərdiyi hörmət və bunu sübut edən hərəkətləri ictimai sabitlik baxımından önəmli siyasi addım kimi qiymətləndirilir. Mərhum Elçibəyin evinin təmir olunması xalqda simpatiya ilə qarşılanıb.
Elçibəyin bir neçə ay əvvəl vəfat edən həyat yoldaşının bütün cənazə xərclərinin Mehriban Əliyeva tərəfindən qarşılanması isə adət-ənənə baxımından Mehriban Əliyevanın dəyərlər sisteminə necə baxdığını üzə çıxardığı üçün alqışla qarşılandı.
Azərbaycan idarəçiliyini ən sərt şəkildə ittiham edən, Əliyev ailəsinə tənqid dolu çıxışları ilə müxalifətçilik edən fəal Oqtay Gülalıyevin qəza nəticəsində xəstəxanaya düşməsi də Mehriban Əliyevanın diqqətindən yayınmadı. Qəzada Əliyev idarəçiliyi ittiham olunsa da, Gülalıyevin Birinci vitse-prezidentin tapşırığı əsasında özəl təyyarə ilə Türkiyəyə göndərilməsi və bütün müalicə xərclərinin Heydər Əliyev Fondu tərəfindən ödənilməsi Azərbaycanda ictimai sabitliyin ünvanının da Mehriban Əliyeva olduğunu açıq şəkildə göstərir.
Azərbaycan özünü nə Gürcüstan, nə də Ukrayna kimi macəralı küləklərə təslim edər. Çünki Azərbaycanın yeri və rolu fərqlidir.
Geostrateji baxımdan Azərbaycanı gəldiyi bu nöqtədə əzməyə cəhd edən güclərin olduğu aşkardır. Ermənistan tərəfindən edilən və mütəmadi olaraq, müharibənin başlanmasına hesablanan təxribatçı həmlələrin əsas səbəbi də budur. Yeni gərginlik və müharibə şəraiti böyük güclər üçün zəmin yaranması mənasını daşıyır. Bunu birbaşa görən və bu dəyişikliyi başqalarının əli ilə deyil, öz millətinin yerli və milli insanları ilə birlikdə həll etmək uğurun ən böyüyü olacaq.
Azərbaycan Türkiyə üçün həyati əhəmiyyətlidir
Azərbaycandakı yeni dəyişiklik küləyi ölkəni böyük fəlakətdən xilas edəcək mahiyyətdədir. Uğurlu olması isə əvvəlcə Azərbaycan, sonra isə Türkiyə üçün həyati məna kəsb edir.
Prezident Əliyev ilə Birinci vitse-prezident Mehriban Əliyevanın bu həmlələri “böyük fəlakət ssenariləri”ni həm Azərbaycandakı ictimai qrupların, həm də Türkiyənin dəstəyi ilə iflasa uğratmış olacaq.
Unutmamalıyıq ki, Azərbaycan Türküstana qədər uzanan yolun ən vacib halqasıdır və Türkiyə üçün ən etibarlı limandır. Bu limanı başqa xəyallara mərkəz etmək istəyən, Azərbaycanı əhatəyə almış böyük güclərin, İslam və Türk dünyasının önəmli məhək daşının tarazlığını pozmaq cəhdləri “demokratiyaya azadlıq” mesajları ilə bəzənsə də, faciənin tam özüdür!
Azərbaycan ictimaiyyəti öz problemlərini, daxildə öz dəyərləri və öz dövlətinin ağlı ilə həll edə biləcək siyasi, mədəni və ənənəvi bazaya malikdir… /APA
Xəbərin oxunma sayı : 1813
Gündəm
Xəbərlər
-
Norveç Holandın qolu ilə tarixində ilk dəfə 1/8 finala çıxdı - VİDEO
-
Azərbaycanda 4 nazir vəzifəsi boşdur - Siyahıda başqa postlar da var
-
Paytaxtdakı bazarlar bağlanacaq? - VİDEO
-
Tikilən yeni ev mənzilini yarasız hala saldı - VİDEO
-
Sertifikasiya imtahanında bəzi suallar səhv olub - İDDİA
-
Broyler toyuqları hormon vurularaq yetişdirilir? - VİDEO
-
Varşavadan Kiyevə xəbərdarlıq: “Aİ üzvlüyünə gedən yol...”
-
Azərbaycanın tənhaları - Sayı açıqlandı
-
“Heyvanlar əlbəəl satışla deyil, birjalar vasitəsilə satılacaq“ - VİDEO
-
Ən çox kredit alan biznes sahələri - CƏDVƏL
-
Bu məhsulların ölkəyə girişinə - Qadağa qoyulur
-
Arayikgilin apellyasiya məhkəməsi davam etdirildi - FOTOLAR
-
30 il əvvəl törədilən qətlin üstü açılıb - Baş Prokurorluq məlumat yaydı
-
Daha 6 itkin-şəhid dəfn olunacaq - FOTOLAR
-
Nazirlər Kabinetindən qrant müsabiqələri ilə bağlı QƏRAR
-
İcra Hakimiyyəti şəhid anasının probleminə biganə yanaşır - ŞİKAYƏT
-
Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək - Deputat açıqladı
-
Zakir Nuriyev və ailə üzvü “Rabitəbank”dan nə qədər qazanır? - RƏQƏMLƏR
-
Polis Bakıda “1xBet” əməliyyatı” keçirdi, 5 nəfər tutuldu - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Konqoda Eboladan ölənlərin sayı artır: Son statistika açıqlandı
-
Prezident DTX-yə yeni səlahiyyət verdi - FƏRMAN
-
Azərbaycanda peşə təhsili üzrə yeni ixtisaslar yaradıldı - QƏRAR
-
Bakıda kişi telefonuna baxan arvadını döydü - Cərimə edildi
-
FHN bu şirkətə 1,2 milyon manat ödəyəcək - Qanunsuz tikililəri sökməsi üçün
-
“Adına 60 min manat vergi borcu gəlir...“ - Siyavuş Novruzov
-
Onlayn qumar oynayanları ağır cəzalar gözləyir - Yeni qanun
-
Taxıl biçini davam edir - 1,6 milyon ton məhsul yığıldı
-
Xəlil Göyüşovun şirkətinə 1 milyonluq sifariş - Xankəndidə söküntü həyata keçiriəcək
-
Cəllək pivələrinin dövriyyəsinə nəzarət artırılır - Qiymətlər bahalaşacaq
-
Aparıcı Nigar Fərhadın şirkəti vətəndaşın pulunu mənimsəyib - FOTOLAR
-
2 milyard manata yaxın vəsait xərclənəcək - Sahil Babayev
-
Ceyhun Bayramov Yermek Koşerbayevlə telefonla danışdılar - Nələri müzakirə etdilər?
-
Şuşada TDT ölkələrinin dini rəhbərlərinin Birinci görüşü keçirilir - FOTOLAR
-
“Təhsil sistemində sistemli korrupsiya mövcud deyil“ - Emin Əmrullayev
-
Mülkiyyət hüququnun bərpası... Ali Məhkəmə qərar qəbul edib
-
Əmlakı üzərinə həbs qoyulan şəxslərlə bağlı - Dəyişiklik
-
“Bravo“da kiflənmiş “Holland pendiri“ satılıb? - Müştərilərdən ard-arda şikayətlər
-
Nə qədər müəllimin maaşına 35 faiz əlavə edilib? - Nazir rəqəmləri açıqladı
-
Saniyədə 30 ağcaqanad məhv edir: möhtəşəm texnologiya
-
Deputatlar sosial mediada qadağalara “hə“ dedi - Kimlərə nə qədər cərimə gözləyir?
-
“ABŞ memoranduma sadiq qalsa, İran...“ - Pezeşkiandan açıqlama
-
“Müəllimlərin orta aylıq əməkhaqqı 1030 manata çatıb” - Nazir
-
“Bank Respublika”nın rəhbərliyi nə qədər qazanır? - RƏQƏMLƏR
-
"Aşkarlanan 893 insan qalıqları tapılıb" - DTX rəisinin müavini
-
Tələbələrin yerdəyişməsinə başlanılır - TARİX AÇIQLANDI
-
Bu il Azərbaycana ABŞ-dən 5 ədəd kater gətirilib – 282 min dollara
-
Azərbaycan nefti bahalaşdı - “Qara qızıl“ın qiyməti 75 dolları keçdi
-
Şahbaz Şərif İran və Türkiyəyə səfər edəcək - Bu tarixdə
-
Yasamalda səkidə aparılan təmir niyə yekunlaşmır? - VİDEO
-
Almaniya və Niderlandın DÇ macərası başa çatdı - İcmallar
-
Sürüşmə təhlükəsinə görə bağlanan yolda bərpa işləri niyə aparılmır? - VİDEO
-
Bakıda müsiqi səsi yayılan daha bir restorandan ŞİKAYƏT - VİDEO
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
“Pulu birlikdə toplayır, elə ödəyirik...“ - Sabiq nazir yeyib-içmək məclisindən danışdı
-
Braziliya əlavə vaxtda Yaponiyanı yenib 1/8 finala çıxdı - VİDEO
-
“Hörmüz boğazından keçən gəmilərin sayı 80% azalıb” - “Bloomberg”
-
Asfalt qatı dağıldığından ərazidə tıxac yaranır - VİDEO
-
Özü və bacısının mənzilləri söküldü, yeni tikilən binadan ev verilmədi - VİDEO
-
Sükan arxasında mobil telefondan istifadə edənlərə xəbərdarlıq - VİDEO
-
Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı - Səbəb nədir?
-
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi - Fotolar
-
Anomal istilər Azərbaycana yaxınlaşır - Xəbərdarlıq
-
“Kommunizm ölkəmiz üçün ən böyük təhlükədir” - Donald Tramp
-
Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - Ərazilər
-
Avropada təbii qaz təlaşı: Son 15 ilin ən aşağı göstəricisi
-
“Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür“ - Rəsmi Moskva
-
Bu şirkət Elm və Təhsil Nazirliyinin 42,6 milyonluq tenderini udub - Son 4 ildə
-
Sabahdan bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
İsrailə qarşı kiberhücumlar kəskin artıb: Təl-Əviv Tehranı ittiham etdi
-
Pensiyanı birdəfəlik almaq mümkün olacaq? - Vacib detallar açıqlandı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Səadət Sarayında nikah neçəyə başa gəlir? - Dəbdəbə sevənlər nəzərə alsın
-
Azərbaycanda hansı dərmanların reklamı qadağandır? - Rəsmi açıqlama
-
Rövşən Nəcəfin qohumu olduğunu deyib - SOCAR-a aid torpağı satmaq istədi
-
Si Lukaşenkonu Putinin “əlindən alır” - Belarus Prezidenti iki Vladimirin ortasında qalıb
-
Avtobus sürücüsü, dülgər... - Komandasını DÇ-də pley-off-a daşıdı
-
Bakıda restoranda bloqerlər saçyolduya çıxdı - VİDEO
-
Məktəblərdə dərs vaxtı telefondan istifadə QADAĞAN EDİLDİ - Nazirdən qərar
-
Ankarada Türk İnternet Media Birliyinin II Qurultayı keçirildi - Aqil Ələsgər yenidən İdarə Heyətinə seçildi
-
Bakının bir qəsəbəsində söküntü başladı: Kompensasiya veriləcək
-
Milyarderlər ən çox hansı şəhərlərdə yaşayırlar - Siyahı
-
“Arzumuz “Türk əsri“ni inşa etməkdir“ - Ərdoğan
-
Bakıda qardaşlar arasında ata mülkünə görə dava - Məhkəmə qərar verdi
-
Yağış, dolu, 33 dərəcə isti… - SABAHIN HAVASI
-
Trampın oğulları nadir elementlərin hasilatı layihəsində pay alıblar - Qazaxıstanda
-
Sükan arxasında telefondan istifadəyə görə 11 min sürücü cərimələnib - DYP
-
Bağ evində əyləncələr qonşuların əsəblərini tarıma çəkdi - VİDEO
-
Azərbaycanda 65 yaşdan yuxarı nə qədər kişi var? - Rayonlar üzrə siyahı
-
Hansı hallarda bəraət hökmü çıxarılır? - RƏSMİ AÇIQLAMA
-
Buğdanın dövlət tədarük qiyməti haqda qərar verildi - Bir kq-ı neçəyə alınacaq?
-
Mərkəzi Bank məsafədən kreditləşmə qaydalarını dəyişdi - Deputat detalları açıqladı
-
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında - FOTOLAR
-
“Taşfırın”da dönərçidən xadiməyə qarşı - Cinayət
-
Prezident qurultay iştirakçılarına müraciət ünvanladı - TAM MƏTN
-
Nazir komandiri vəzifəsindən azad etdi - Yeni təyinat
-
ABŞ və İran qarşılıqlı atəşkəs barədə razılığa gəldilər - “Axios”
-
“İsrail hökumətinin qərarı ciddi narahatlıq doğurur” - Rəsmi Bakı
-
Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs saxlanılıb - VİDEO
-
Pakistan Əfqanıstanla sərhəddə əməliyyat həyata keçirdi - 29 ölü
-
WhatsApp-da yeni gizli dövr - Hər kəsin gözlədiyi funksiya gəldi
-
``Azparking``ə əlavə edilən yeniliklər nələrdir? - VİDEO
-
Bu yolda yaranan çuxurlar avtomobillərə təhlükə yaradır - VİDEO
-
Kanada tarixi qələbə ilə 1/8 finala yüksəldi - VİDEO
-
Paytaxtın bu yollarında tıxac var - SİYAHI
-
“Ağcaqanad, qurbağa əlindən oturmaq olmur” - VİDEO
-
Evinə verilən kompensasiya məbləği ilə razılaşmır - VİDEO
-
Bazarda mövsümü gilas niyə baha satılır? - VİDEO
-
Ağsuçay məcarısından çıxdı, kənd yollarını sel basdı - VİDEO
-
Satışda olan balıq məhsulları istehlakı tam ödəmir - VİDEO
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Könül Vəlibəylinin qızının vəziyyəti ağırdır: Müalicəsi üçün bank hesabı açıldı-FOTO
-
Azərbaycan vətəndaşları böyrəklərini satmağa necə məcbur ediliblər? -TƏFƏRRÜAT
-
Trampla Netanyahunu ittiham etdi - “Etiraf deməkdir”
-
Gecələr söyüş, səs-küy: Qalmaqallı kafe sakinləri ayağa qaldırdı - VİDEO
-
Nərimanov rayonunda qanlı dava: İki ayağından bıçaqlandı
-
Anomal istilər davam edir: Bu ölkədə 1000 nəfər ölüb
-
İran və ABŞ arasında qarşılıqlı hücumlar artır - SON VƏZİYYƏT
-
“Neftçi“nin baş məşqçisi: “Fikrimcə, yaxşı güclənmişik“
-
Bakının məşhur bazarında gərginlik: Satıcılara ərazini tərk etmək tapşırıldı (VİDEO)
TOP 10
ARXİV






