| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
“Konstitusiya Məhkəməsi ölkənin hüquq sistemini alt-üst etdi!” – “Bankların xeyrinə misilsiz biabırçı qərardad!”
Tarix 14.12.19, 15:56 |
|
Əkrəm Həsənov: "Dərin utanc hissi keçirirəm - ölkənin hüquq sisteminə, məhkəmələrinə, hakimlərinə görə”
Tanınmış hüquqşünas Əkrəm Həsənov özünün "feysbuk” səhifəsində Konstitusiya Məhkəməsinin 11 oktyabr tarixli qərardadı ilə bağlı kəskin tənqidi yazı ilə çıxış edib. "AzPolitika.info” xəbər verir ki, hüquqşünas Konstitusiya Məhkəməsinin həmin qərarının ölkə Konstitusiyasına zidd olduğunu və bankların təzyiqi altında qəbul olunduğunu iddia edir.
Xatırladaq ki, hüquqşünasın qanunsuz adlandırdığı qərardad Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il və 25 iyul 2019-cu ildə kredit xətti üzrə zaminlik və ipoteka müqavilələrinə aid qərarlarını əhatə edir.
"Konstitusiya Məhkəməsi də özünü tam buraxdı?”
Ə.Həsənov öz yazısında bildirir ki, Konstitusiya Məhkəməsi həmin qərardadla ölkənin hüquq sistemini alt-üst edib: "Konstitusiya Məhkəməsi də özünü tam buraxdı? Bankların xeyrinə misilsiz biabırçı qərardad! Bundan o tərəfi daha yoxdur... "

Hüquqşünas iddia edir ki, məhkəmə həmin qərardadın mətbuatda yayılmasında maraqlı deyil: "11 oktyabrda Konstitusiya Məhkəməsi qərardad (qərar yox, məhz qərardad – bu vacibdir!) qəbul edib. Ən azı saytından belə görünür (http://www.constcourt.gov.az/decisions). Əslində, nə vaxt onu qəbul edib və yerləşdirib – bir Allah bilir, bir də özü! Çünki mətbuatda bu barədə heç bir məlumat getməyib. Halbuki, məsələn, əvvəlki qərardadı mətbuatda dərc edilmişdi. Bu məxfiliyin səbəbi nədir?
Səbəb odur ki, bu qərardad ölkənin hüquq sistemini tam alt-üst edib! Konstitusiya Məhkəməsi deyib ki, onun iki qərarında qanunlara verdiyi şərh yalnız bundan sonra yaranacaq münasibətlərə və həmin iki qərarın qəbulunadək məhkəmədə olan işlərə aiddir. Yəni münasibətlər əvvəl yaranıbsa, amma iş hələ məhkəmədə deyilsə, Konstitusiya Məhkəməsinin həmin 2 qərarındakı şərh potensial məhkəmə işlərində rəhbər tutula bilməz. Cəfəngiyat!”
"Ali Məhkəmə Konstitusiya Məhkəməsinin mövqeyi ilə hesablaşmırdı”
Qərardadın mahiyyətinə açıqlıq gətirən hüquqşünas yazır: "Qərardad Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il və 25 iyul 2019-cu ildə kredit xətti üzrə zaminlik və ipoteka müqavilələrinə dair qərarlarına dairdir (həmin məsələ üzrə ölkədə konstitusion böhran da yaşanmışdı, çünki Ali Məhkəmə Konstitusiya Məhkəməsinin mövqeyi ilə hesablaşmırdı.
Nə qədər təəccüblü olsa da, həmin qərarlar bankların əleyhinə idi. Ən azı 4-5 bankın geniş istifadə etdiyi şübhəli kredit və təminat sxemi ifşa edilmiş, zaminlərə və ipoteka qoyanlara borc bataqlığından çıxmağa imkan yaratmışdır. Belə ki, qərarlara görə zaminin və ipoteka qoyanın iştirakı olmadan kredit xətti üzrə bağlanmış kredit sazişləri varsa, zaminliyə xitam verilməli, ipoteka müqaviləsi isə bağlanmamış hesab edilməlidir.
Sözügedən qərarlar banklar üçün şok olmuşdur! Buna görə də təxmin etmək olardı ki, Konstitusiya Məhkəməsinə təzyiqlər olacaq. Artıq bu ilin 9 sentyabrında Konstitusiya Məhkəməsi qərardad qəbul edib dedi ki, həmin qərarları onların "qüvvəyə minməsindən əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur”.

Bankların xeyrinə olsa da, düzgün yanaşma idi: qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyini qorumaq lazımdır. Yəni bankların artıq udduğu işlərə bir də baxılmayacaq.
Amma görünən odur ki, bankları bu da qane etmədi. Onlar istəyirdi ki, Konstitusiya Məhkəməsi ümumən desin ki, sözügedən qərarları yalnız bundan sonra bağlanan əqdlərə aiddir.
Nəticədə, sən demə, 11 oktyabrda Konstitusiya Məhkəməsi həmin qərarlarla bağlı növbəti qərardad qəbul edərək deyib ki, həmin qərarlar onların "qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur”.
Başqa sözlə, kim (əsasən borcunu ödəməyənlər) cəld tərpənib indiyədək məhkəmədən haqqını tələb edibsə, Konstitusiya Məhkəməsinin qərarları onlara şamil olunacaq. Digərlərinə (əsasən borcunu indiyədək ödəyənlərə) isə yox!”
"Bir də gördünüz ki, ölkədə siyasi idarəçiliyi də iflic etdi...”
Ə.Həsənov yazısında bildirir ki, məhkəmənin öz qərardadına verdiyi şərhi cəfəngiyyat adlandırır: "Məhkəmə mövqeyini necə əsaslandırıb?
Belə: "Verilmiş şərh nəticəsində bu normaların geniş təfsir edildiyini və bu təfsirin təcrübi tətbiqində müəyyən dəyişikliklərə səbəb ola biləcəyini nəzərə alaraq, mülki dövriyyənin və dövlətin iqtisadi-maliyyə vəziyyətinin sabitliyinin qorunması məqsədi ilə”.
Hüquqi yanaşmadan əsər-əlamət yoxdur! Sanki siyasi qərardır!... Bu, tam cəfəng yanaşmadır. Konstitusiya Məhkəməsi qanunlara şərh verir, yeni hüquq norması yaratmır...
Bu qərardadı ilə Məhkəmə əvvəlki qərarlarında dəm vurduğu hüquqi müəyyənlik prinsipinə ağır zərbə vurdu, anarxiya yaratdı. Hətta bütün əvvəlki qərarlarının da nə vaxtdan tətbiq olunması haqda mübahisələrə qapı açdı.
Məsələn, mən də indi deyirəm: devalvasiya üzrə əhalinin əleyhinə olan qərarlar da yalnız həmin qərarlaradək olan məhkəmə mübahisələrinə aid olsun! Banklar üçün məqbuldur belə yanaşma?”
Hüquqşünas iddia edir ki, Konstitusiya Məhkəməsi olduqca mənfi tendensiyanın əsasını qoyub və belə qərarları ilə istənilən vaxt hətta ölkənin siyasi həyatını da iflic edə bilər: "Ən əsası isə Konstitusiya Məhkəməsinin eyni məsələ üzrə sonsuzadək yeni qərarlar (qərardadlar) çıxarması ənənəsi qoyuldu (bu nədir? Əlavə konstitusiya icraatları?).

Təsəvvür edin ki, bu ilin 15 may tarixində bir iş üzrə müşavirəyə gedib hələ də qərar çıxara bilməyən Konstitusiya Məhkəməsi bir iş üzrə artıq 3 qərar verib: bir qərar və iki qərardad.
Özü də onların hamısı ötən ilin 31 may tarixli qərarına da aiddir. Bundan sonra Konstitusiya Məhkəməsinin heç bir qərarının yekun olduğu əminliyi olmayacaq. Hətta seçkilər üzrə. Bir də gördünüz ki, onlara da yenidən baxıb ölkədə siyasi idarəçiliyi də iflic etdi. Belə Məhkəmədən nə desən gözləmək olar!”
Ə.Həsənov hesab edir ki, Konstitusiya Məhkəməsi öz fəaliyyətilə bütünlükdə ölkənin məhkəmə-hüquq sisteminin bərbad vəziyyətdə olduğunu təsdiqləyir: ”Dərin utanc hissi keçirirəm. Ölkənin hüquq sisteminə, məhkəmələrinə, hakimlərinə görə…. Bu qərardadı hansı xarici hüquqşünasa göstərsən, bizi məsxərəyə qoyacaq. Bəlkə də xarici hüquq dərsliklərinə daxil olacaq. Antihüquq nümunəsi kimi! Ölkəmizin hüquq və biznes mühitinə hansı etimaddan danışmaq olar bundan sonra? Qeyri-müəyyənliyin hökm sürdüyü ölkəyə heç kəs sərmayə qoymaz. Bir ölkədə ki, Konstitusiya Məhkəməsi qanunu şərh edir, sonra isə deyirsə ki, şərhi yalnız mövcud məhkəmə işlərinə aiddir, o ölkədə hüquq yoxdur...”
Mənbə: Azpolitika.info
Xəbərin oxunma sayı : 1159
Gündəm
Xəbərlər
-
Binəqədidə bağçanın bağlanması valideynləri narahat edib - VİDEO
-
Zəngin resurslar iqtisadi gücə çevrilir
-
İqtisadiyyat üçün əlavə dəyər amili
-
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
-
“BI Group“ tikinti şirkəti işçilərin maaşlarını ödəmir - VİDEO
-
Ərdoğanla Paşinyan Nyu-Yorkda görüşdü - FOTO
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
-
Mənzil bazarında yeni mənzərə - ipoteka ilə bağlı açıqlama
-
Rubio Lavrovla görüşdü - Nəyi müzakirə etdilər?
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Su filtrləri biznesi necə 26 min manatlıq borca çevrildi? - Məhkəmə işi
-
“Putin Trampla yeni görüşə hazırdır” - Dmitri Peskov
-
Binəqədidə “Şəhərsalma və Memarlıq İli” - Damlar da tikintiyə qoşulub! - VİDEO
-
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir - QƏRAR
-
Qeyri-neft sektorunun inkişafı: strateji prioritetlər, nəticələr və hədəflər
-
Plastik cərrah kimi fəaliyyətinə məhdudiyyət qoyuldu - İnarə İsmayılovanın
-
Bu idarə AZCON-un idarəetməsinə verildi - FƏRMAN
-
Artıq müstəqilliyimizə qarşı tələbkarıq, Rusiya bunu nəzərə almalıdır - Araik Arutyunyan
-
Həcc ziyarətinə sənəd qəbulu sabah başlayır - Qiymət artımı ola bilər
-
DGK nazirə məxsus olduğu bildirilən şirkətdən baytarlıq avadanlığı alır - 119 minlik
-
ADU-da prorektor vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
-
Təbii sərvətlərin səmərəli istifadəsi yeni sənaye imkanları yaradır
-
Əfv edilənlər kimlərdir? - 5-i xarici ölkə vətəndaşıdır
-
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərdi - Fotolar
-
Anar Bayramov TƏBİB-də iki xanıma vəzifə verdi - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
-
Şirkətlərinin 13 milyondan çox borcu olan iş adamının Azərbaycandan çıxışına QADAĞA
-
“AzerGold“un Müşahidə Şurasının tərkibi yeniləndi - SƏRƏNCAM
-
Bakıda Təbriz küçəsi yenidən qurulur - 23 milyon manat xərclənəcək
-
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
-
Sumqayıtda kişi qayınatasının çəliyi ilə arvadını döydü - TƏFƏRRÜAT
-
Tramp 64 illik protokol qaydasını pozacaq - Si Cinpinə görə
-
Bakı Şəhər İcra Hakimiyyəti 7 şirkətlə 140 milyon manatlıq müqavilə imzaladı - Siyahı
-
Maaşlar artdıqca qiymətlər də bahalaşır - Gələcəkdə vətəndaşları nə gözləyir?
-
“Neftçi“ İK bəyanat yaydı: “Komandanın ləğvi ilə bağlı qərar qəbul edilməyib“
-
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı
-
40 ilin həkimini işdən çıxarmışdı: Vəzifəsindən azad edildi - VİDEO
-
Masazırda ağır qəza: Ölü və yaralılar var - FOTOLAR
-
Hansı ölkədə insanlar nə qədər kitab oxuyurlar? – 102 ölkənin siyahısı
-
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlama
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşıb - FOTO
-
Məmməd Musayevə qarşı cinayət işi açılıb - TƏFƏRRÜAT
-
Prezident əfv Sərəncamı imzaladı - SİYAHI
-
Naxçıvanda tanınmış atlet həbs edildi - Dələduzluq ittihamı
-
İlham Əliyev Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdi - FOTOLAR
-
Deputatın baha dərman satan şirkəti cəzalandırıldı - Dövlət Agentliyindən “Azəri Med“lə bağlı sərt qərar
-
Azərbaycan dövlət borcu üçün nə qədər faiz ödəyir? - Ölkələrin siyahısı
-
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
-
“Türkiyə ilə sərhədin açılmasını səbirsizliklə gözləyirəm” - Paşinyan
-
Prezident daha bir 3 illik dövlət proqramını təsdiqlədi:nələr olacaq?
-
Milli Məclisin pensiya yaşını çoxdan aşan deputatları: onlar kimlərdir?
-
Binəqədidə sakinləri evlərindən didərgin salan hadisə - VİDEO
-
Evdə hazırladıqlarını bazarda satanlar cərimələnəcək? - Açıqlama
-
Miqren riskini artıran səbəb üzə çıxdı - Qadınlarda 3 dəfə çoxdur
-
Tramp və Zelenski arasında görüş: Putinlə bağlı mühüm açıqlama
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - VİDEO
-
Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi - Kimlər gedə biləcək?
-
Prezident Qərb Sənaye Parkının yaradılmasının məqsədini açıqladı - VİDEO
-
Qızılı girov qoyub kredit götürmək üçün - Bankların ŞƏRTLƏRİ
-
Azərbaycanda tıxaclara görə iş saatları azaldılır? - Deputatdan açıqlama
-
Tramp istəyinə çatdı - Qrenlandiya ilə bağlı saziş imzalandı
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir və həyətə çıxmağa icazə vermir? - VİDEO
-
AQTA-nın yeni qaydası: “Əhalinin çörəyini kəsməkdir”
-
Maştağadakı psixiatriya xəstəxanası bağlanır? - İDDİA
-
Prezident azad edilmiş ərazilərdə yataqların işə salınması barədə danışdı - VİDEO
-
“Tramp Pezeşkianla görüşməyə hazırdır” - Marko Rubio
-
Abşeron təhsilində rüşvəti görmür, kollektor üstündə daxmanı görür...
-
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - Rəsmi
-
Vətən müharibəsi iştirakçısı 1 illik cəza aldı - Qaxda köşk qalmaqalı
-
ABŞ təzyiqi azaltsa, İran Hörmüz boğazını açmağa hazırdır - “Reuters“
-
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi
-
100-dən çox ölkənin xüsusi xidmət rəhbərləri burada - Bakı dünyanı bir araya topladı
-
“Tsxinvalidə keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımırıq” – Rəsmi Bakı
-
“Birliyin Gücü - 2026” hərbi təliminin açılışı oldu - VİDEO/FOTO
-
İsfəndiyar Axundov və oğlu kredit borcunu gecikdirib - Məhkəmə qərarı
-
“Panda Baby” müştəriləri aldadır - Ucuz qiymət qoyub, baha hesablayır
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı - Siyahı
-
Sosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezidentdən xəbərdarlıq: “Əməl etməyənlər cəzalandırılacaq”
-
Şəmkirdə 13 il əvvəl törədilən cinayətin üstü açıldı: Nə baş verib?
-
Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı (FOTO)
-
“Xocəsən“ və “Avtovağzal“ metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq - Sabahdan
-
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
-
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq” - Prezident
-
Satıcı aldatdı, telefon bloklandı... - “Mobifon” MMC-dən daha bir ŞİKAYƏT
-
Ehtiram Quliyev “Turan Tovuz“dan gedir? - Özündən açıqlama
-
“Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır“ - Prezident
-
“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi - Kosmetoloq qanunsuz işləyib
-
Polis çətin relyef şəraitində narkotik əməliyyatı keçirdi - VİDEO
-
Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir - İlham Əliyev
-
Angela Merkel qayıdır? - “Körpülər qurmalıyıq“...
-
Bakıda tozun miqdarı normadan artıqdır - Nazirlik
-
Zamin durmadan öncə 2 dəfə düşünün - Borcdan əlavə öhdəliklər
-
Kitab sərgisinin təşkilatçısı dəyişdi - Məbləğ 2 dəfəyə yaxın azaldı
-
Dələduzluqda təqsirləndirilən sabiq baş konsulun məhkəməsi niyə təxirə salındı? - TƏFƏRRÜAT
-
ABŞ kəşfiyyat şefi Zelenski ilə görüşdü – Moskvaya getmişdi
-
Prezidentin sədrliyi ilə Dövlət Proqramına həsr olunmuş müşavirə keçirildi - FOTOLAR
-
Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi - DİN
-
Mərkəzi Klinikada qalmaqal: Şöbə müdiri infrakt keçirən qadının oğlunu təhqir etdi
-
Ev şəraiti ilə stansiyalar arasında şarj edilən avtomobillərin yürüşündə fərq var - VİDEO
-
İran ölkəni, vətəndaşları və inanclarını müdafiə edəcək – Pezeşkian
-
“Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı - Hökm oxundu
-
Sabiq icra başçısı bu vəzifəsindən azad edildi - 7 ay sonra
-
Xaricdə təhsil alan şəxsin diplomu arayışla tanına bilməz - TKTA
-
Ağdamda tikintidə bədbəxt hadisə: Şəmsəddin Aslanovun şirkəti cərimələndi
-
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Video
-
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Bakıda bu məktəblərdə təhsil onlayn oldu - SİYAHI
-
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
-
Evdə hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertıfikat tələb olunacaq - VİDEO
-
“Böyük qayıdış“ davam edir: Daha 284 nəfər yola salındı (FOTO)
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Mbappedən Zidanla bağlı maraqlı xatirə - “13-14 yaşım var idi...“
-
Çıxarış almaq istəyənlərin diqqətinə - Bu halda mümkün deyil
TOP 10
ARXİV






