| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Avropa siyasətinin “Boris fenomeni”: qüvvələr nisbəti kəskin dəyişir
Tarix 19.12.19, 23:31 |
|
Böyük Britaniya parlamentinə seçkilərdə mühafizəkarların böyük fərqlə qalib gəlməsi yalnız İngiltərəni silkələməyib. Bütün Qərb düşərgəsi bu hadisənin siyasi və geosiyasi nəticələri üzərində baş sındırmağa başlayıb. Arada isə leyboristlərin lideri Ceremi Korbin “yanıb”. O, istefa verəcəyini bəyan edib. Boris Consonun qələbəsini isə bir zamanlar Marqaret Tetçerin əldə etdiyi nailiyyətlə müqayisə edirlər.
Hesab edilir ki, həm “Breksit”in taleyi həll olundu, həm də Avropada fərqli siyasi ab-hava yarandı. Avropa İttifaqı məkanında çoxlu suallar meydana gəldi. Hətta təşkilatın gələcək taleyi ilə bağlı bədbin fikirlər də səslənməkdədir. Bir çox ekspertlər hesab edirlər ki, “Breksit” başqa ayırıcı proseslərə də təkan verə bilər. Buna işarə edən bir sıra əlamətlər artıq mövcuddur. Bunların fonunda ABŞ prezidenti Donald Trampın Boris Consonu xüsusi təntənə ilə təbrik etməsinə də diqqət yönəldilir. Ekspertlərə görə, bu, bütövlükdə, Qərbdə çox ciddi geosiyasi proseslərin başlanğıcı ola bilər. Bu kimi mövqelərin fonunda biz, Böyük Britaniyada mühafizəkarların qələbəsinin Avropanın siyasi mühitinə təsiri üzərində geniş dayanmağa ehtiyac gördük.
Conson Avropanı silkələyir: onu başa düşmürlər
“Bayram et, Boris!”. İndi dünya mətbuatı Donald Trampın Böyük Britaniyanın baş naziri Boris Consonun parlament seçkisində qazandığı qələbə münasibətilə “Tvitter” səhifəsində yazdığı təbrikə geniş yer verir. Məsələ yalnız Amerika prezidentinin artıq dünyanın alışdığı emosionallığında deyil. Ekspertlər Conson-Tramp münasibətlərini onların siyasi mövqeləri arasındakı oxşarlıqla eyniləşdirirlər. Yəni, əslində, ingilis parlamentində qələbə qazanan antiqlobalist ideya, Tramp və onlarla həmrəy olanlardır.
Bunlara görədir ki, Avropa KİV-ləri bu hadisəni sensasiya kimi təqdim edir və Aİ-nin, NATO-nun, eləcə də dünyanın geosiyasi taleyinə ciddi təsir göstərə biləcək olay olaraq təqdim edir. Avropa nədən ehtiyat edir? Maraqlıdır ki, Böyük Britaniyadakı seçkidən sonra Aİ rəsmiləri təcili toplaşmaq qərarı alıblar. Seçkidən sonra verilən bəyanatlardan bunun səbəbini görmək mümkündür. Yəni, “Boris nə istəyir”?
“Bi-Bi-Si”nin Avropa bölməsinin redaktoru Katya Adlerin yazdığına görə, Avropa siyasətçiləri B.Consonun siyasi fiqur olaraq kimliyinə bələd deyillər. Avropa İttifaqına üzv olan ölkələrin diplomatlarının ümumi fikri belədir: “Əslində, biz hələ Boris Consonun kim olduğunu bilmirik” (bax: Выборы в Британии: убедительная победа партии Бориса Джонсона / www.bbc.com, 13 dekabr 2019). Almaniyanın “Die Welt” qəzeti isə sual edir: “Avropaya hansı Boris Conson qismət olacaq?”.
Burada, təbii ki, söhbət avropalıların Britaniya siyasətinə, ümumiyyətlə, nabələd olmasından getmir. Və ifadə edilən fikirlərdə sətiraltı bunun əksi olan tezis yatır: yəni, Avropa Britaniya siyasətini yaxşı bilir, ancaq B.Conson ona uyğun gəlmir! Məsələnin D.Trampla əlaqələndirilməsinin arxa planda mənası da bununla bağlıdır. Konkret olaraq: Avropa Tramp-Conson tandeminin Aİ üçün hansı sürprizləri hazırladığını tam bilmir. Lakin belə addımlar proqnozlaşdırılır. Və həmin addımlar Aİ-nin ənənəvi inteqrasiya xətti ilə uyğun olmaya bilər. O halda Avropa İttifaqı hansı kursu seçməlidir? Əsas qeyri-müəyyənlik bununla bağlıdır.
Avropalıları narahat edən başlıca faktor seçkinin nəticələridir. Burada 650 yerdən 368-ini mühafizəkarlar alıblar. Leyboristlərin yeri 191-dir. Şotland milliyyətçiləri 55 deputat yerinə sahib olublar. Liberal-demokratlar isə cəmi 13 yer qazanıblar. Yaşılların parlamentdə yerlərinin sayı 1, digər partiyalarınkı isə 22 yer təşkil edib. Maraqlıdır ki, leyboristlərin elektoratının bir hissəsi də mühafizəkarlara səs verib.
Şotland milliyyətçiləri əsasən Şotlandiyada qalib gəliblər. Bunu şotland siyasətçiləri ölkənin B.Consonun rəhbərliyi altında işləmək istəməməsi kimi qiymətləndiriblər. Belə proqnozlaşdırılır ki, Şotlandiya Aİ-də qalacaq və bu mənada Böyük Britaniyadan ayrılacaq. Şimali İrlandiya haqqında da eyni proqnoz verilir.
B.Consonun planı isə belədir: bu ilin sonu, gələn ilin əvvəllərində Böyük Britaniya yollarını Avropa İttifaqı ilə ayırır. Formal olaraq isə 2020-ci ilin sonunda onlar tam ayrılmalıdırlar. B.Conson qələbə münasibətilə təşkil olunan mitinqdə bu barədə açıq danışıb. O, “ancaq”sız, “lakin”siz məsələni həll edəcəklərini bəyan edib.
Bunun fonunda D.Trampın bir tezisi müəyyən suallar yaradıb. O, özünün “Tvitter” səhifəsində qeyd edib ki, Amerika ilə Böyük Britaniya arasında böyük ticarət sazişi imzalanacaq. Lakin ekspertlərin fikrinə görə, təcrübə başqa vəziyyəti ortaya qoyur. Belə ki, ABŞ Kanada ilə analoji sazişi 10 ilə ancaq razılaşdıra bilib. Bəs onda D.Trampın bu təsəlliverici tezisi nəyi ifadə edir? Görünür, Vaşinqton B.Conson tərəfdarlarını “ruhlandırır”. Çünki Aİ ilə imzalanacaq sazişə görə, Brüssel artıq Londona qaşı fərqli mövqe tutacaq. Bu, Böyük Britaniya iqtisadiyyatına zərər vura bilər. Kompensasiya isə Amerika tərəfdən ödənilə bilər. Bu, həm də İngiltərənin Çinə meylinin qarşısını almağa xidmət etməlidir.
Risklərdən yaranan suallar: Avropa liderləri çətin vəziyyətdə
Hər bir halda hələ “Breksit” prosesi başa çatmayıb, mümkün ssenarilər haqqında bol-bol danışırlar. Bu isə mühafizəkarların inamlı qələbələrinin siyasi-ideoloji əks-sədasıdır. Doğrudan da, Avropa üçün maraqlı və düşündürücü bir situasiya yaranır. Çünki Avropanın köklü bir dövlətinin Aİ-dən ayrılması və faktiki olaraq, illərlə hazırlanan inteqrasiya modellərinin üstündən xətt çəkməsinin ciddi geosiyasi nəticələri ola bilər. Xüsusilə Aİ-nin qlobal geosiyasi güc olmaq istiqamətində qarşıya qoyduğu vəzifələr baxımından əhəmiyyəti çoxdur.
Belə görünür ki, Aİ yenidən geosiyasi məqsədində düzəlişlər etməli olacaq. Buraya iqtisadi ilə yanaşı, hərbi və müdafiə məsələləri də daxildir. Məsələ ondan ibarətdir ki, Böyük Britaniyanın təşkilatı tərk etməsi Fransa ilə Almaniya arasında rəqabəti daha da gücləndirəcək. Artıq onun ilk əlamətləri özünü göstərir. O cümlədən Angela Merkel ilə Emmanuel Makron arasında müxtəlif problemlərin həllinə yanaşmada fikir ayrılıqları mövcuddur. Məsələn, Aİ-nin son sammitində iqlimlə əlaqəli məsələ müzakirə olunarkən, A.Merkel E.Makronun atom təhlükəsizliyi ilə bağlı söylədiyi fikrə etiraz edib. Buna görə də tədbir 6 saat davam edib. Kanslerin mövqeyinə Çexiya, Lüksemburq, Avstriya nümayəndəsi də qatılıb. Polşa isə, ümumiyyətlə, sənədi imzalamaqdan imtina edib.
Məlumdur ki, başqa məsələlər üzrə də Parislə Berlin arasında fikir ayrılığı ucbatından mübahisələr vardır. Məsələn, Rusiyaya münasibətdə A.Merkel fərqli mövqe tutur. Ekspertlərin rəyi belədir ki, bu cür proses Aİ-nin daxilində uçurum yarada bilər və təşkilatın iki böyük dövləti liderlik uğrunda rəqabətdə daha kəskin qarşıdurmaya gedə bilərlər. “Breksit”in fonunda bu, Aİ üçün ikinci böyük riski təşkil edir. İndi B.Consonun inamlı qələbə əldə etməsi vəziyyətin daha da pisləşə biləcəyinin işarəti olaraq qəbul edilir.
Geosiyasi aspektdə Brüssel üçün uyğun olmaya bilən vəziyyət ABŞ-Aİ münasibətlərində meydana gələ bilər. Amerika Böyük Britaniya uğurundan sonra təşkilata üzv olan digər namizədlər arasında da oxşar tərəfdaş axtarışını davam etdirə bilər. Bununla həm Fransanın liderlik ambisiyalarına ciddi zərbə vura, həm də Aİ-nin özündən hərbi asılılığını gücləndirə bilər. Bu prosesdə London Vaşinqtona yəqin ki, yardımçı olacaq. Çünki artıq Böyük Britaniyanın Avropanın geosiyasi gələcəyi ilə bağlı Brüsseldən fərqli planları mövcuddur.
Çox güman ki, digər geosiyasi məqam Avropa üçün daha aktual olacaq. O, Rusiya ilə münasibətlərlə əlaqəlidir. Məlumdur ki, Böyük Britaniyanın Moskvaya müəyyən iradları vardır. Skripal olayından sonra bu istiqamətdə qeyri-müəyyənlik daha da artıb. Bunun fonunda isə Fransa Rusiya ilə daha yumşaq strategiya seçməyi təklif edir. E.Makron daim Moskva ilə əməkdaşlığı gücləndirməyin lazım olduğunu təkrarlayır. Bununla o, Rusiyanın timsalında ABŞ-ın planlarına qarşı alternativ planların hazırlanmasında maraqlı olduğunu nümayiş etdirir. Böyük Britaniyanın təşkilatı hüquqi olaraq da tərk etməsindən sonra bu aspektdə situasiyanın daha da kəskinləşməsi gözləniləndir.
Belə məlum olur ki, “Breksit”, faktiki olaraq, Qərbi bütün sahələrdə silkələyə bilər. Böyük Britaniya parlamentinə keçirilən seçkinin nəticəsi isə onu göstərir ki, söhbət ümumən Avropa cəmiyyətlərində siyasi ab-havanın dəyişdiyindən getməlidir. O halda seçki ancaq bir tamamlanmış proses deyil – o, əsas etibarilə avropalı seçicinin yaranmış vəziyyətə fərqli yanaşdığını göstərir. O cümlədən Avropada heç də vətəndaşların Aİ vasitəsilə inteqrasiyaya tərəfdar olmadığı aydınlaşır.
Beləliklə, Böyük Britaniyada parlamentə olan seçki digər məqamlarla yanaşı, həm də ideoloji aspektdə mübarizənin gərginləşəcəyindən xəbər verir. Bu mübarizə isə Avropanı birləşdirməyə yox, milli özünəməxsusluğu daha güclü şəkildə müdafiə etməyə xidmət edəcək. Yəni, faktiki olaraq, qloballaşma prosesi özünün böhranlı bir mərhələsinə qədəm qoyur. Bu mərhələ əvvəlkilərdən çox fərqlənir ki, bu da ayrıca analiz tələb edir.
Newtimes.az
Xəbərin oxunma sayı : 184
Analiz
Xəbərlər
-
Moskva və Vaşinqton xəttində gizli diplomatiya: Putin və Tramp telefonla nələri danışıb?
-
Suraxanıda narkotik əməliyyatı keçirilib - VİDEO
-
Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - Nazir açıqladı
-
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
-
Xəstəlik səbəbilə pul alanların DİQQƏTİNƏ - Bu qədər məbləğ çıxılacaq
-
SOCAR-ın satın aldığı bank niyə yığıncaq keçirə bilmir? - Yenə təxirə salındı
-
Avtobuslar “Avtovağzal”dan Bakı-Sumqayıt yoluna daha tez çıxacaqlar – Video
-
Nazirlik bu şəxslərin hesabına pul köçürdü - Məbləğ və say açıqlandı
-
Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq - Sabahın havası
-
Vəzir Həsənovun idarəsində yoxlama - Cəzalandırılanlar var
-
Prezident İlham Əliyev qəbullar keçirdi - FOTOLAR
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - Video
-
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
-
Prezident Tacikistan Baş nazirini qəbul etdi - FOTOLAR
-
Neft ixracı üçün əlimizdə boğazlardan kənar marşrutlar da var – Aramco rəhbəri
-
Bakıda qadın dişini çəkdirdiyinə görə vəfat edib? - VİDEO
-
“Azərpoçt“dan çıxdı, ASCO-da yeni vəzifəyə təyin olundu
-
Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib?
-
Beyləqanda əmək yarmarkası keçirildi - FOTOLAR
-
Azərbaycan nefti daha 4.5 dollar bahalaşdı - Qara qızılın son qiyməti
-
Trampın qadağasına hakim “yox” dedi - Ağ Evə qayıdırlar
-
Bayramov Nyu-Yordka Mirzoyanla görüşdü: Nələr müzakirə edildi? (FOTO)
-
Vətəndaşın əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - VİDEO
-
Binəqədidə bağçanın bağlanması valideynləri narahat edib - VİDEO
-
Zəngin resurslar iqtisadi gücə çevrilir
-
İqtisadiyyat üçün əlavə dəyər amili
-
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
-
“BI Group“ tikinti şirkəti işçilərin maaşlarını ödəmir - VİDEO
-
Ərdoğanla Paşinyan Nyu-Yorkda görüşdü - FOTO
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
-
Mənzil bazarında yeni mənzərə - ipoteka ilə bağlı açıqlama
-
Rubio Lavrovla görüşdü - Nəyi müzakirə etdilər?
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Su filtrləri biznesi necə 26 min manatlıq borca çevrildi? - Məhkəmə işi
-
“Putin Trampla yeni görüşə hazırdır” - Dmitri Peskov
-
Binəqədidə “Şəhərsalma və Memarlıq İli” - Damlar da tikintiyə qoşulub! - VİDEO
-
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir - QƏRAR
-
Qeyri-neft sektorunun inkişafı: strateji prioritetlər, nəticələr və hədəflər
-
Plastik cərrah kimi fəaliyyətinə məhdudiyyət qoyuldu - İnarə İsmayılovanın
-
Bu idarə AZCON-un idarəetməsinə verildi - FƏRMAN
-
Artıq müstəqilliyimizə qarşı tələbkarıq, Rusiya bunu nəzərə almalıdır - Araik Arutyunyan
-
Həcc ziyarətinə sənəd qəbulu sabah başlayır - Qiymət artımı ola bilər
-
DGK nazirə məxsus olduğu bildirilən şirkətdən baytarlıq avadanlığı alır - 119 minlik
-
ADU-da prorektor vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
-
Təbii sərvətlərin səmərəli istifadəsi yeni sənaye imkanları yaradır
-
Əfv edilənlər kimlərdir? - 5-i xarici ölkə vətəndaşıdır
-
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərdi - Fotolar
-
Anar Bayramov TƏBİB-də iki xanıma vəzifə verdi - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
-
Şirkətlərinin 13 milyondan çox borcu olan iş adamının Azərbaycandan çıxışına QADAĞA
-
“AzerGold“un Müşahidə Şurasının tərkibi yeniləndi - SƏRƏNCAM
-
Bakıda Təbriz küçəsi yenidən qurulur - 23 milyon manat xərclənəcək
-
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
-
Sumqayıtda kişi qayınatasının çəliyi ilə arvadını döydü - TƏFƏRRÜAT
-
Tramp 64 illik protokol qaydasını pozacaq - Si Cinpinə görə
-
Bakı Şəhər İcra Hakimiyyəti 7 şirkətlə 140 milyon manatlıq müqavilə imzaladı - Siyahı
-
Maaşlar artdıqca qiymətlər də bahalaşır - Gələcəkdə vətəndaşları nə gözləyir?
-
“Neftçi“ İK bəyanat yaydı: “Komandanın ləğvi ilə bağlı qərar qəbul edilməyib“
-
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı
-
40 ilin həkimini işdən çıxarmışdı: Vəzifəsindən azad edildi - VİDEO
-
Masazırda ağır qəza: Ölü və yaralılar var - FOTOLAR
-
Hansı ölkədə insanlar nə qədər kitab oxuyurlar? – 102 ölkənin siyahısı
-
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlama
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşıb - FOTO
-
Məmməd Musayevə qarşı cinayət işi açılıb - TƏFƏRRÜAT
-
Prezident əfv Sərəncamı imzaladı - SİYAHI
-
Naxçıvanda tanınmış atlet həbs edildi - Dələduzluq ittihamı
-
İlham Əliyev Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdi - FOTOLAR
-
Deputatın baha dərman satan şirkəti cəzalandırıldı - Dövlət Agentliyindən “Azəri Med“lə bağlı sərt qərar
-
Azərbaycan dövlət borcu üçün nə qədər faiz ödəyir? - Ölkələrin siyahısı
-
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
-
“Türkiyə ilə sərhədin açılmasını səbirsizliklə gözləyirəm” - Paşinyan
-
Prezident daha bir 3 illik dövlət proqramını təsdiqlədi:nələr olacaq?
-
Milli Məclisin pensiya yaşını çoxdan aşan deputatları: onlar kimlərdir?
-
Binəqədidə sakinləri evlərindən didərgin salan hadisə - VİDEO
-
Evdə hazırladıqlarını bazarda satanlar cərimələnəcək? - Açıqlama
-
Miqren riskini artıran səbəb üzə çıxdı - Qadınlarda 3 dəfə çoxdur
-
Tramp və Zelenski arasında görüş: Putinlə bağlı mühüm açıqlama
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - VİDEO
-
Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi - Kimlər gedə biləcək?
-
Prezident Qərb Sənaye Parkının yaradılmasının məqsədini açıqladı - VİDEO
-
Qızılı girov qoyub kredit götürmək üçün - Bankların ŞƏRTLƏRİ
-
Azərbaycanda tıxaclara görə iş saatları azaldılır? - Deputatdan açıqlama
-
Tramp istəyinə çatdı - Qrenlandiya ilə bağlı saziş imzalandı
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir və həyətə çıxmağa icazə vermir? - VİDEO
-
AQTA-nın yeni qaydası: “Əhalinin çörəyini kəsməkdir”
-
Maştağadakı psixiatriya xəstəxanası bağlanır? - İDDİA
-
Prezident azad edilmiş ərazilərdə yataqların işə salınması barədə danışdı - VİDEO
-
“Tramp Pezeşkianla görüşməyə hazırdır” - Marko Rubio
-
Abşeron təhsilində rüşvəti görmür, kollektor üstündə daxmanı görür...
-
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - Rəsmi
-
Vətən müharibəsi iştirakçısı 1 illik cəza aldı - Qaxda köşk qalmaqalı
-
ABŞ təzyiqi azaltsa, İran Hörmüz boğazını açmağa hazırdır - “Reuters“
-
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi
-
100-dən çox ölkənin xüsusi xidmət rəhbərləri burada - Bakı dünyanı bir araya topladı
-
“Tsxinvalidə keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımırıq” – Rəsmi Bakı
-
“Birliyin Gücü - 2026” hərbi təliminin açılışı oldu - VİDEO/FOTO
-
İsfəndiyar Axundov və oğlu kredit borcunu gecikdirib - Məhkəmə qərarı
-
“Panda Baby” müştəriləri aldadır - Ucuz qiymət qoyub, baha hesablayır
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı - Siyahı
-
Sosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezidentdən xəbərdarlıq: “Əməl etməyənlər cəzalandırılacaq”
-
Şəmkirdə 13 il əvvəl törədilən cinayətin üstü açıldı: Nə baş verib?
-
Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı (FOTO)
-
“Xocəsən“ və “Avtovağzal“ metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq - Sabahdan
-
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
-
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq” - Prezident
-
Satıcı aldatdı, telefon bloklandı... - “Mobifon” MMC-dən daha bir ŞİKAYƏT
-
Ehtiram Quliyev “Turan Tovuz“dan gedir? - Özündən açıqlama
-
“Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır“ - Prezident
-
“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi - Kosmetoloq qanunsuz işləyib
-
Polis çətin relyef şəraitində narkotik əməliyyatı keçirdi - VİDEO
-
Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir - İlham Əliyev
-
Angela Merkel qayıdır? - “Körpülər qurmalıyıq“...
TOP 10
ARXİV






