Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Hansı ərzaqları dondurmaq olmaz? - Tullayın getsin

Tarix 05.01.20, 10:25

Font ölçüsü : - / +
bitmap-img6


Dondurulması yolverilməz olan ərzaqların siyahısına həm də elələri daxil olur ki, onlar tez-tez soyuducunun «buzlaq»ına düşür.

Evdar qadınların bir çoxu ərzaqları dondurmağa adət edirlər. Məsələn, bəzi giləmeyvələr, tərəvəzlər və göyərtilər ki, qış aylarında mataha çevrilir. Tez-tez yarımfabrikatlar, tez xarab olan qidalar, ət «buzlaq»a göndərilir.

Amma mütəxəssislər xəbərdarlıq edirlər ki, qəti şəkildə dondurulması məsləhət olmayan ərzaqların böyük siyahısı var.

Yumurta

Dondurulub, sonra isə donu açılmış yumurta sürətlə xarab olur. Əvvəlcə pis iy alır, ardınca isə qida xəstələnməsi mənbəyinə çevrilir.

Artıq bir dəfə donu açılmış xörək

Təkrar dondurma çoxsaylı bakteriyaların çoxalmasına səbəb olur. İlk növbədə bu, ət və balığa aiddir.

Süd və pendir

Dondurulmuş süd özünün dad keyfiyyətini itirir. Həm də donu açılandan sonra bu ərzaqlar zərdaba və şor kütləsinə çevrilə bilər.

Bu qayda pendirin yumşaq növlərinə də aiddir. Onlar xarab olur və dadsız kütləyə çevrilir.

Konservlər

Konservləri otaq temperaturunda, qaranlıq yerdə saxlamaq lazımdır - heç vəchlə «buzlaq»da yox. Ən pis halda, onları soyuducuda saxlamaq olar. «Buzlaq»da konserv (banka) şişir, ərzaq isə mütləq xarab olur.

Tərəvəz

Tərəvəzi tez-tez dondururlar. Təəssüf ki, donu açılandan sonra onlar öz vitaminlərini itirirlər, bəziləri isə həm də dad keyfiyyətini itirir.

İlk növbədə, kələmi, «kabaçok»u, xiyarı, pomidoru və digər sulu meyvələri (tərəvəzi) dondurmaq olmaz.

Jelatin

Jelatin aşağı temperaturda sürətlə kristallaşır. Tərkibində jelatin olan xörəklər isə xarab olur və dad keyfiyyətini itirir.



Xəbərin oxunma sayı : 676




Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap