“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Çində neftayırma müəssisəsinin fəaliyyəti dayandırılır – Koronavirusa görə

Tarix 13.02.20, 22:40

Font ölçüsü : - / +
bitmap-img6


Çin Milli Kimya Korporasiyası (China National Chemical Corporation – ChemChina) koronavirusa görə ölkənin şərqindəki Şandonq əyalətinin Donqyinq şəhərində yerləşən gündəlik 100 min barel istehsal gücünə malik Jenqhe neftayırma müəssisəsini dayandırır.

“Reuters” xəbər verir ki, bundan əvvəl müəssisə gücünün 70 faizi səviyyəsində çalışırdı. Habelə həmin Donqyinq şəhərindəki “Huaxinq” neft-kimya müəssisəsinin və əyalətin Çanqyi şəhərindəki neft-kimya müəssisəsinin fəaliyyəti istehsal gücü 70 faizdən 60 faizədək endirilib. Bu iki müəssisənin məcmu gündəlik gücü 300 min bareldir.

Bütövlükdə, “ChemChina”, “Sinopec” (China Petroleum & Chemical Corporation), “PetroChina”, CNOOC (China National Offshore Oil Corporation) kimi dövlət neft və qaz şirkətləri, həmçinin özəl şirkətlər son iki həftə ərzində istehsalı gündəlik 1,5 milyon barel azaldıblar.

Xatırladaq ki, ötən il dekabrın 31-dən yayılmağa başladığı bildirilən yeni koronavirusun törətdiyi naməlum tip pnevmoniyadan son məlumata görə, yoluxanların sayı 48 mindən çox, ölənlərin sayı 1 310, sağalanlar isə 3 441 nəfərdir/Report.



Xəbərin oxunma sayı : 703




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap