| |
|
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
DTX və Baş Prokurorluqdan birgə əməliyyat: DSX, ETSN və FHN-nin vəzifəli şəxsləri saxlanılıb
Tarix 21.05.20, 20:33 |
|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən inkişaf siyasətinin mərkəzində aşkarlıq və şəffaflığın təmin olunması, vətəndaşa layiqli xidmət missiyası dayanmaqla dövlət idarəçiliyinin əsas prioritetini vətəndaş məmnuniyyətinin təmin edilməsi, onları narazı salan halların aradan qaldırılması təşkil edir.
Dövlət Təhlükəsizliyi Xidməti ilə Baş Prokurorluğun AzFakt.com-a daxil olan birgə məlumatına görə, təəssüf ki, ölkə başçısının müəyyən etdiyi siyasi kursun əksinə olaraq, son dövrlərdə bəzi məmurların timsalında vəzifə səlahiyyətlərindən öz şəxsi və maddi maraqları naminə sui-istifadə halları müşahidə olunur:
“Cəmiyyətimiz tərəfindən ikrahla qarşılanan bu kimi əməllər qətiyyətlə ifşa edilir və belə hərəkətlərə yol verən məmurlar qanun qarşısında cavab verirlər.
Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsinin və toxunulmazlığının, o cümlədən sərhəd sularında rejimə əməl olunmasının təmin edilməsində bəzi vəzifəli şəxslərin öz maraqları naminə bu sahədə dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərinin qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Son dövrlər Azərbaycan Respublikası vətəndaşlarının Xəzər dənizində dövlət sərhədini qanunsuz keçərək həmsərhəd ölkələrin ərazi sularında balıq ovu ilə məşğul olmaları, müqabil tərəfdən silah tətbiqi nəticəsində insan tələfatı və onların tutulub saxlanılmaları ilə bağlı baş vermiş hadisələr həmin tədbirlər çərçivəsində araşdırılmışdır.
Keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Nağıyev Əfqan Vəli oğlu və onun tabeliyində olan DSX Sahil Mühafizəsinin vəzifəli şəxsləri – polkovnik Pənahov Nemət Hacı oğlu, polkovnik-leytenant Vəliyev Elçin Vaqif oğlu, polkovnik Əzizov Samiq Yusif oğlu, polkovnik-leytenant Muradov Sakit Yusif oğlu, mayor Namazov Müzəffər Qafil oğlu və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaradılması üçün bu fəaliyyətlə məşğul olan çoxsaylı Azərbaycan Respublikası vətəndaşlarından müxtəlif məbləğlərdə pulu rüşvət qismində istəməklə almışlar. İstintaq zamanı müəyyən edilmişdir ki, qeyd olunan vəzifəli şəxslər tərəfindən vətəndaşlardan rüşvət qismində tələb edərək alınmış külli miqdarda pul vəsaitləri hər ayın sonunda Əfqan Nağıyevə onun xidməti otağında təqdim edilmiş, Əfqan Nağıyev isə qrupun digər üzvləri arasında bölüşdürülməsi məqsədilə həmin yığılan pul vəsaitinin müəyyən faizini onlara geri qaytarmışdır.
Məhkəmə qərarları əsasında DSX-nin adıçəkilən vəzifəli şəxslərinin xidməti otaqlarına və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı onların qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülmüşdür.
Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında rüşvət alma) maddələri ilə cinayət işi başlanılmış və həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Bakı Hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri və vəzifədən kənarlaşdırılma əlavə qətimkan tədbirləri seçilmişdir.
Bununla yanaşı, balıqçılıq fəaliyyəti ilə məşğul olan şəxslərdən ayrı-ayrı vaxtlarda müəyyən məbləğlərdə vəsaiti toplayaraq qeyd edilən əlbir qrupun üzvlərinə çatdırılmasında köməkçi qismində iştirak etməsində şübhəli bilindiyi üçün, balıqçılıqla məşğul olan Bakı şəhər sakini Abdullayev Arif Cəfər oğlu, Quliyev Xalis Xudamurad oğlu və 2003-cü ildən 2017-ci ilədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su Hövzəsində Bioresursların Artırılması və Mühafizəsi Departamentinin Sumqayıt-Xaçmaz sektorunun müdiri vəzifəsində işləmiş Paşayev Fikrət Həsənağa oğlu təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilərək barələrində müvafiq qətimkan tədbirləri seçilmişdir.
Həmçinin istintaqla müəyyən edilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Bakı və Abşeron regional şöbəsinin sabiq inspektoru Babayev Rəhman Rəşid oğlu həmin vəzifədə işlədiyi müddətdə balıqçılardan rüşvət qismində pul alaraq qeyd olunan şöbənin müdiri Abdullayev Abdulla Əbülfəz oğluna çatdırmışdır. Hər iki şəxs Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müvafiq qətimkan tədbirləri seçilmişdir.
Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin, eləcə də baş vermiş qanun pozuntularında iştirakı müəyyən edilən digər aidiyyəti dövlət qurumlarının əməkdaşlarının tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində birgə zəruri əməliyyat istintaq-tədbirləri davam etdirilir”.
Xəbərin oxunma sayı : 478
Hadisə
Xəbərlər
-
Ermənistan suriyalı ermənilərə pasport verir - 81 min dollar ayırıb
-
David Seliverstov ölkədən qaçdı - YENİ İDDİALAR
-
Müavinət alanların diqqətinə: Kimlərin ödənişi dayandırılır?
-
“Azərişıq“ Bakı və ətraf ərazilərdə yeni güc mərkəzləri yaradır - VİDEO
-
Bu il Azərbaycanda tibbi xidmətlərin nə qədər bahalandığı açıqlandı - Qiymətlər
-
İnvestisiya şirkətlərinin yanvar-iyul üzrə dövriyyəsi nə qədər olub? - CƏDVƏL
-
Sabiq nazirin müsadirə olunan əmlakı satıldı - 463 min manata
-
Magistratura üzrə ən az seçilən 5 universitet - SİYAHI
-
Apteklərdə eyni dərman fərqli qiymətə satılır? - VİDEO
-
Restoranın qarşısında kütləvi dava - Ölən və xəsarət alanlar var
-
Nərimanovda yaşayış binasındakı liftlərin istismarı dayandırıldı - Video
-
Azərbaycan nefti ucuzlaşmaqda davam edir - Yeni qiymət
-
Ceyhun Bayramov Kiyevdə - FOTOLAR
-
“Netanyahu ilə aramızda fikir ayrılıqları olur“ - Cey Di Vens
-
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli əməliyyat qrupu yaradıb - Kuba üzrə
-
Özəl universitetlərdə ən çox seçilən ixtisas qrupu - SİYAHI
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
“ABŞ ilə İsrail İranı 48 saat ərzində ələ keçirmək istəyirdi“ - Pezeşkian
-
Süni intellekt dünyanın ən güclü kəşfiyyat xidmətlərini sıraladı - SİYAHI
-
Çempionlar Liqası: “Sabah“ səfərdə “Orhus“a məğlub olub
-
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
-
Şəmsi Səmədzadə danışdı: O daha mənim həyat yoldaşım deyil - VİDEO
-
İsmayıllı rayonunda mal əti bahalaşıb - VİDEO
-
Metrodakı təmirə görə bu qədər avtobus ayrılacaq - Say açıqlandı
-
“Gözəl qadına əvvəlcə görünüşünə görə yanaşırlar, amma...“ - Aygün Kazımova
-
Ana xəstədirsə, körpəni əmizdirmək təhlükəlidirmi? - Mütəxəssisindən cavab
-
Şokolad alarkən nələrə diqqət etməliyik? - VİDEO
-
“Mənə aid bəzi fikirlər təhrif olunub” - Hikmət Hacıyev
-
Bakıda 108 küçə və prospektdə yol təmiri aparılır − AAYDA
-
İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO
-
Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub - “Reuters“
-
BMT-dən dəhşətli xəbərdarlıq - 49 milyon insan ac qala bilər
-
“Wildberries” anbar tutumunun üçdə birini itirib - 21-ci hücum
-
“Sea Breeze“də mənzil qiymətləri necə dəyişir? - Qiymətlər
-
Bakıda ticarət mərkəzində FACİƏ: liftin şaxtasına düşüb öldü
-
Pentaqondan kritik addım: Rusiya və Çinə qarşı yeni plan
-
Naxçıvan Şəhər Poliklinikasında tibbi arayış 60-80 manata satılır? - VİDEO
-
Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar - SİYAHI
-
"Yəhudi David Seliverstov" Kazım Abbasov çıxdı! - Bir dələduzla bağlı SENSASİON detallar
-
Tərtərdə qəbiristanlıqda məzarlar talan edilib - VİDEO
-
Abşeron Xəstəxanasının acınacaqlı vəziyyəti - Yemək iyi bürüyən otaqlarda xəstə qəbulu...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nigar Fərhadın əri həbs edildi - Külli miqdarda dələduzluq
-
İrandan Britaniyaya tiryək aparmaq istədilər - Naxçıvanda saxlandı
-
“Şimali Koreya raket kompleksləri Ukrayna üçün qanuni hədəfə çevriləcək” - Sibiqa
-
Metroya və universitetlərə yaxın ev axtaranların diqqətinə: Kirayə bazarında son vəziyyət
-
Keçmiş Rusiya və Avropa rəsmiləri Ukrayna ilə bağlı gizli görüş keçirib - Bloomberg
-
Bakıdan “İsrail bazası“ iddialarına sərt cavab: “Addım-addım gəzək, İsrailə aid nəsə varmı?“
-
Son 200 ildə dünya iqtisadiyyatının liderləri kimlər olub? - Siyahı
-
Türkiyə ordusunda bir ilk: Polkovnik Özlem Karapınar general oldu
-
Mərkəzi Bank yoxlama apardı: “Manato“ 50, rəhbəri 10 min manat cərimələndi
-
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
-
Bakı metrosunda yeni təyinatlar: Kimlər hansı stansiyaya rəis təyin olundu?
-
Maskın raketi Aya çırpılacaq - Yer üçün təhlükə varmı?
-
Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək - AQTA
-
Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
Xocavəndə növbəti köç karvanı yola salındı - FOTOLAR
-
Ali Məhkəmənin hakimi təqaüdə göndərildi - FOTO
-
Bakıda qısamüddətli yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Hörmüz boğazı yaxın vaxtlarda yenidən açılacaq - Tramp
-
“Məni narahat edən rəqib yox, özümüzük“ - Qurban Qurbanov
-
Boşandıqdan sonra əmlak bölgüsü - Qanun nə deyir?
-
Yeni hərbi obyektlər istifadəyə verilib - FOTOLAR
-
Nəsimidə tikinti qalmaqalı: “7 ildir bizə əziyyət verirlər“ - VİDEO
-
Saatlıdakı dəhşətli olayın təfərrüatı: Dayısı polisə xəbər verdi, təcavüzkar həbs olundu
-
“ABŞ-İran danışıqlarının nəticələri 48 saat ərzində məlum olacaq” - Tramp
-
Ehtiyatlar rekord vurur, banklar qazanır - Kredit faizləri niyə düşmür?
-
“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
Tanınmış həkimin səs yazısı yayıldı - Qanunsuz pul alır?
-
Azərbaycan nefti kəskin ucuzlaşdı - Yeni qiymət
-
Putin qalmaqallı qanuna imza atdı - Əmlaklar dondurulur, xidmətlər dayandırılır...
-
“Epidemiya nəzarətdən çıxır” - ÜST-dən xəbərdarlıq
-
Məşhur stadion baxımsız vəziyyətdə - Meydançanı kol-kos basıb (VİDEO)
-
Səudiyyə Ərəbistanı husilərlə danışıqlara başlayıb - “Bloomberg“
-
Ağdam-Xankəndi dəmir yolu və Füzuli-Xocavənd avtomobil yolu tikilir - VİDEO
-
ABŞ Kubaya çox sayda kəşfiyyatçı və vasitələr göndərib - “Politico“
-
Peşə Təhsili Agentliyi ilə bağlı iddialar: Təyinatlar şəxsi münasibətlərlə aparılıb?
-
Ötən ay 78 aptekdə yoxlama aparılıb - 11-də nöqsanlar aşkarlanıb
-
11 nəfərlik dəstənin içində dünya çempionu da var - 4 milyon ələ keçirilib
-
Suriya Rusiya neftinin idxalını azaltmağa razılaşıb - Reuters
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Pentaqon həyəcanda: Böhran üçün raket qalmadı
-
Əcnəbi turistlər bu il Şuşada neçə gecə qalıblar? - Siyahı
-
Yerin qravitasiyası yox olacaq? - AÇIQLAMA
-
Biznesmenlərin 3 milyon pulu... - 3 nəfərə hökm oxundu
-
Metronun əvəzinə bu avtobuslar işləyəcək - Siyahı-Video
-
ABŞ-dan İrana nüvə şərti: Uran ehtiyatları ilə bağlı yeni tələb irəli sürüldü
-
Eşqi Bağırova daha yüksək vəzifə - nazir postu verilə bilər
-
Gəncədə kişi oğlunun öldürüldüyü istixanaya gəldi - Mühafizəçini bıçaqladı
-
Tehrandan Vaşinqtona ultimatum: Blokada davam etsə, cavab sərt olacaq
-
Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək - VİDEO
-
Bu yüklərin gömrük rəsmiləşdirilməsi sadələşdiriləcək - FƏRMAN
-
Turizm təbliğatına milyonlarla vəsait xərclənir, amma turist sayı azalır - Təfərrüat
-
ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür - Ceyhun Bayramov
-
Ordubadın icra başçısı vəzifəsindən azad edildi - Yenisi təyin olundu
-
Prezident iki icra başçısı təyin etdi - SƏRƏNCAM
-
Ağcabədidə pambıq davası - Fermer “sahəni dolu vurub” dedi, şirkət isə...
-
Ceyhun Bayramov ATƏT sədri ilə geniş tərkibdə görüş keçirib - MÜZAKİRƏ
-
Paşinyan Simonyana “yox” deyib - Qərb tərəfdaşları onu “panikaya
-
Metroda Qırmızı və Yaşıl xətlər ayrılır: Hərəkət necə təşkil olunacaq?
-
İsrail Azərbaycanın mesajlarını ciddi qəbul etdi -Hikmət Hacıyev
-
Dünya kənd təsərrüfatı istehsalının 59 faizi 4 ölkənin payına düşür - Siyahı
-
“Amazon“ tarix yazdı: Şirkətin bazar dəyəri üç trilyon dolları ötdü
-
Kimlərə gələn aydan kompensasiya ödəniləcək? - Deputat açıqladı
-
Bu xəstəxananın direktoru da vəzifəsindən azad edildi - FOTO
-
Ermənistan Konstitusiyasından ərazi iddiaları çıxarılsa, sülh sazişi üçün problem qalmır - Hikmət Hacıyev
-
Ağdamdakı yanğını 29 yaşlı kişi belə törədibmiş - VİDEO
-
“Kütləvi ixtisarlarla bağlı yayılan iddialar həqiqəti əks etdirmir“ - SOCAR
-
MİDA daha 535 mənzili güzəştli şərtlərlə satışa çıxarır - ÜNVANLAR
-
“ABŞ ordusu İrana qarşı quru əməliyyatına hazırlaşırdı“ - Rezai
-
Elektromobillər üçün yeni enerjidoldurma məntəqələrinə ehtiyac var - VİDEO
-
Avtomobili olan ailələrin sayı hansı bölgələrdə daha çoxdur? - SİYAHI
-
Tanış olmaq adı ilə kişini soydu - Bakıda kuryoz oğurluq
-
Nazir Xankəndidə vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Kamran Yusifova cinayət işi açıldı - İki ay əvvəl işdən çıxarılmışdı
-
Azərbaycanda kişilərin çəkisi 100 qram azalıb, qadınların çəkisi dəyişməz qalıb - RƏSMİ
-
Bakı Qızlar Universitetinin işçilərinin taleyi necə olacaq? - Nazirlikdən AÇIQLAMA
-
“Nazir mənə təşəkkür etmişdi, indi qatil, cani olmuşam...” - Sabiq idarə rəisinin MƏHKƏMƏSİ
-
Zelenski Umerovu yeni vəzifəyə təyin etdi - Yerinə isə Klimenkonu gətirdi
-
“Elektron kredit və zəmanət“ sisteminin Əsasnaməsi“ dəyişdi - QƏRAR
TOP 10
ARXİV






