| |
|
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
“Əli Əhmədov xoşu gələni vəzifəyə qoyur...” - YAP Siyasi Şurasının sabiq üzvü
Tarix 24.05.20, 21:41 |
|
“Hökumətə inamın azalmasında təəccüblü bir şey yoxdur. Azərbaycanda korrupsiyanın ən eybəcər üsullarından istifadə olunur, vallah, nə deyim, adam utanır…”
"Əgər o adamlar Mütəllibovun və ya Xalq Cəbhəsinin dövründə işləyib satqınlıq ediblərsə, indi də edəcəklər...”
Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri, partiya Siyasi Şurasının sabiq üzvü, əməkdar elm xadimi, professor Əli Əlirzayevin “Press Klub”a müsahibəsini təqdim edirik.
-Əli müəllim, ölkənin mövcud vəziyyətini necə görürsünüz? Həm siyasi, həm iqtisadi, həm də idarəetmə baxımından.
– Qloballaşmanının həm xeyirli, həm də ziyanlı tərəfləri Azərbaycanda çox açıq şəkildə görünür. Xüsusilə də koronavirus pandemiyası ilə əlaqadər iqtisadi əlaqələrdə müəyyən çətinliklər yaranıb. Pandemiya təkcə iqtisadiyyatda deyil, insanların yaşayışı, cəmiyyətdə qorxu xofu yaranması baxımından da xeyli problemlər ortaya çıxarıb. Bu mənada ölkədə vəziyyət o qədər də yaxşı deyil. Düzdür, Azərbaycan əhalisi hər şeyi görmüş insanlardır, vəziyyəti başa düşür və bir-birini yola verə bilirlər…
-Koronavirus pandemiyası dövründə icra hakimiyyəti orqanlarındaki xoşagəlməz hallar da üzə çıxdı…
-Bunların hamısı idarəetmədəki çox ciddi qüsurların təzahürüdür. Vəziyyətin bu yerə gəlib çatmasında subyektiv amillər daha çox rol oynayır. Azərbaycanda rüşvət və korrupsiyanın ən eybəcər üsullarından istifadə olunur. Bunu dünya ölkələrində də görürlər, irad tuturlar ki, heç yerdə ömürboyu rüşvət ola bilməz. Vallah, nə deyim, adam utanır. Azərbaycanda həm iqtisadi, həm mənəvi, həm də insani xüsusiyyətlər baxımından doğrudan da deformasiya gedib…
– Az qala 30 ildir eyni problemdən danışılır, deyilir ki, korrupsiya və rüşvət, inhisarçılıq iqtisadiyyatın, ümumən ölkənin inkişafının qarşısını alır. Amma heç nə dəyişmir. Hansısa başqa bir mexanizm görürsünüzmü? Bu problemlərdən yaxa qurtarmaq üçün nə təklif edərdiniz?
-Korrupsiya və rüşvətxorluq sovet vaxtında da vardı və dünyanın bir çox ölkələrində davam etməkdədir. Korrupsiya özü bir iqtisadiyyatdır, korrupsiya həyatın bir hissəsidir. Amma bir ölkədə daha çoxdur, başqasında zəifdir. Bəzi ölkələrdə isə tamamilə dondurulub. Bu prizmadan baxanda korrupsiyanın səviyyəsinə görə Azərbaycanın hansı yerdə olduğunu demək çətindir. Amma müzahidələr göstərir ki, Azərbaycanda korrupsiya var və yüksələn xətt üzrə cərəyan etməkdədir. Son aylar həbs olunan icra başçılarının hansı motivlər əsasında saxlanıldığına diqqət yetirəndə də bunu görürürk. İcra başçısı nə deməkdir? İcra hakimiyyəti yuxarı təbəqədə ikinci ierararxiyadır, yəni dövlət idarəetməsində mərkəzi icra orqanlarından sonra ikinci sıradadır. Yerlərdə olan korrupsiyanın səviyyəsinə baxanda nə qədər yaramazlıqların olduğunu görürük. Elə vəzifədən çıxarılan nazirlərin əməllərində də korrupsiya faktları az deyil, indi də eyni motivlərlə nazir müavinlərini həbs edirlər. Bu, o deməkdir ki, korrupsiya dövlət idarəçiliyinin yuxarı ieararxiyasına qədər yüksələ bilib. Korrupsiya qeyri-bərabərlik, ölkənin ən yaxşı ənənələrini məhv etmək, inkişaf imkanlarını boğmaq baxımından çox pis haldır və dəhşətli xəstəlikdir. Bizim ölkədə isə korrupsiya daha eybəcər haldadır. O dərəcədə eybəcərdir ki, indiki ağır şəratdə kiminsə payına sahib olurlar, kiminsə zəifliyindən istifadə edib, ona düşən yardımı götürürlər. Belə hallar çox qorxuludur, Azərbaycan iqtisadiyyatını geri itələyir, mənəviyyatını korlayır, bundan istifadə edən qüvvələr isə hədsiz dərəcədə varlanır. Ona görə də əhali arasında narazılıq yaranır, beynəlxalq ictimaiyyət isə deyir ki, bu qədər zəngin iqtisadi resursları olan ölkə niyə belə olmalıdır?
–Bu suala sizin özünüzün cavabınız varmı?
–Azərbaycanda belə hallar olmamalıdır. Axı, yaxın keçmişimizə baxanda Azərbaycanın hansı mərhələlərdən, hansı ağır sınaqlardan gəlib bu günə çıxdığını hamı görür – özümüz də, beynəlxalq təşkilatlar da, Avropa ölkələri də. Ancaq çox təəssüf ki, bu cür eybəcərliklər hələ var və çox pis şəkildə cərəyan edir. Ən pisi odur ki, korrupsiya ilə məşğul olub tutulan icra başçıları həm də bizim əzab-əziyyətlə qurduğumuz Yeni Azərbaycan Partiyasını təmsil edən məmurlardır. Bu, dəhşətdir!
-Bu, həm də onu göstərir ki, sizin də qurulmasında iştirak etdiyiniz, zəhmətiniz olan YAP-ın yuxarı eşelonunda korrupsiya elementləri var. İcra başçılarının həbsi həm də bu demək deyilmi?
-Bu sualı mənə tez-tez verirlər. Amma korrupsiya təkcə YAP-ın eyibi və təqsiri deyil ki! YAP-ın ideologiyasında belə şeylərə rəvac verə biləcək bir işartı tapmaq mümkün deyil. Partiyanın iqtisadi islahat platformasını mən yazmışdım və bu işdə Heydər Əliyevin sağ əli idim. Amma indi söhbət ondan gedir ki, bəzi adamlar ondan öz şəxsi məqsədləri üçün istifadə etdilər. YAP-ın qurucuları bu saat partiyadan kənardadırlar, amma sonradan gələnlər indi də vəzifə başındadır. Halbuki onlar YAP-ın üzvlüyünə qəbul ediləndə də, səlahiyyət veriləndə də sovet hökumətinin vaxtında olduğu kimi, düzgün yoxlanılmalı idi. Amma birdən-birə gəlib, partiya üzv olmaq üçün ərizə yazıblar və dərhal yüksək vəzifəyə təyin olunublar. Adamlar var ki, 2002-ci ildə YAP-a keçib, 2003-cü ildə yüksək vəzifə alıb. Əslində o adamlar YAP-çı deyillər. O vaxt YAP-ın təşəbbüsü ilə vəzifəyə təyin olunanların bəziləri hələ də vəzifədədirlər, amma əksəriyyəti vəzifədən çıxarılıb. Halbuki birinci növbədə o adamlar vəzifəyə seçilməlidir ki, xalqa, dövlətə sədaqətlə xidmət eləməyi bacarsınlar. Ola bilsin ki, o adamlar müəyyən mənada açıq danışırlar, amma dövlətçiliyə, xalqa-millətə sadiq adamlardır. Belələrini vəzifədən çıxarmaq yox, əksinə, irəli çəkmək lazımdır. Mənə elə gəlir ki, indi YAP-ın özündə də çoxlu adamlar var ki, onları heç bir halda icra başçısı qoymaq düzgün deyil. Axı, Biləsuvarın, yaxud da İmişlinin icra baçşılarını hansı keyfiyyətlərinə görə, nə ilə əsaslandırıb bu vəzifəyə irəli çəkmişdilər?! İndi həmin adamların korrupsiya əməllərini, hansı eybəcər üsullarla işlədiklərini gördünüzmü?! Bu baxımdan gözütox, dövlətə və dövlətçiliyə, xalqa, millətə bağlı olan adamları vəzifəyə qoymaq lazım idi. Bu da bizim səhvimizdır!
-Bunu həm də şəxsən sizin səhviniz kimi qiymətləndirmək olarmı?
-Bəli, bu, doğrudan da bizim səhvimizdir. Biz YAP-ı yaradanda, Heydər Əliyevin ətrafına toplaşanda partiyanın daxilində belə hadisələrin olacağını gözləmirdik. Elə təşkilatlanmışdıq ki, hakimiyyətə gələcəyimizi bilirdik. Çünki hər şey birdən-birə baş verməmişdi. Yadımdadır, 91 nəfər yığışıb Naxçıvana getdik ki, partiya yaradaq. Amma biz tələsmirdik, hələ yaxşı təşkilatlanmaq istəyirdik. O zaman partiyanın ideologiyasını müzakirə edəndə də, strukturlara nümayəndə təyin edəndə də kadrların seçilməsi məsələsinə xüsusi diqqət yetirirdik. Amma indi qorxmadan deyirəm ki, partiya zəbt olunub. Partiyanın bütün strukurlarındakı insanlar o vaxt YAP-ın ideologiyasının hazırlanmasında iştirak edən adamlar deyillər. Hazırda ideologiyanı korlayanlar da yerində olmayan, düzgün seçilməyən kadrlardır. Biz bu məsələlərə etiraz edəndə YAP-ın rəhbərliyindəki bəzi adamlar danışmağa imkan vermirdilər, deyirdilər ki, vaxtilə səhvi olanlar indi özünü düzəldib və artıq YAP-a gələ bilər. Mən də bilirəm ki, insan dəyişir, yaşa dolduqca formalaşır, əvvəlki yaramazlıqlarına görə tövbə edir və sair… İnsan olan yerdə belə şeylər mümkündür, kimsə səhv edibsə, tövbə edib, səhv hərəkətlərindən əl çəkə bilər. Amma əgər o adamlar Mütəllibovun və ya Xalq Cəbhəsinin dövründə işləyib satqınlıq ediblərsə, indi də edəcəklər.
-Deyirsiniz ki, korrupsiyanın hakimiyyətin yuxarı eşelonuna qalxmasında günahkar YAP deyil. Amma ölkədə dövlət idarəetmə aparatı və hakimiyyət YAP-ın əlində cəmləşib. Bu mənada “indiki vəziyyətə görə təqsirkar təkcə YAP deyil” söyləmək nə dərəcədə düzgündür?
–Yenə də o fikirdəyəm ki, təqsirkar YAP deyil, YAP-dan istifadə edib, yüksək vəzifələrdə oturan kadrlardır. Bunlar o kadrlardır ki, YAP-a məhz bu məqsədə çatmaq üçün daxil olublar. Onlar YAP-ı ona görə seçmişdilər ki, buradan vəzifəyə getsinlər. 1992-1993-cü illər bizim üçün çox ağır dövr idi, YAP-da üzvlərin sayı çox az idi, hətta “Səs” qəzetini buraxmaq üçün pul tapmırdıq. O vaxt varlı adamları çəkib gətirdik ki, partiyaya kömək etsinlər. Heydər Əliyev tapşırırdı ki, gedin, filankəsə deyin, partiyaya pul versin. Çünki yenicə yaranmış partiya iqtisadi cəhətdən də zəif idi. Zəif partiya ilə nə etmək olar? Ona görə də çoxlu varlı adamlar cəlb etmək lazım idi. Heydər Əliyev vəzifəyə gələn kimi, YAP-a kütləvi axın başladı. Bu axının içərisində çoxlu sayda yaramaz, rüşvətxor, özlərinin şəxsi məqsədlərini güdən adamlar vardı. Halbuki Ziya Bünyadov, Sirus bəy kimi saf əqidəli, xalqına və dövlətinə bağlı olan insanlar da az deyildi. Belə adamlara rüşvətxor demək olardımı? Bu insanların yeganə amalı dövlətə və dövlətçiliyə xidmət etmək idi. Amma sonradan YAP-a qoşulanların böyük əksəriyyətinin məqsədi vəzifəyə gəlmək idi və belə də oldu. YAP yaranan vaxt partiyaya gəlmək istəməyən, qaçıb gizlənən adamlar indi vəzifə başındadır, mən bunu çəkinmədən o adamların üzlərinə deyirəm. Özləri deyirlər ki, YAP-a üzv olmasan, vəzifəyə təyin eləmirlər. Hətta mərkəzdən uzaqda olan, bölgələrdə yaşayan adamlar da bunu bilirlər. Bu, biabırçılıqdır. Adam var ki, qoyarsan xəzinəyə, onun da tamahı var, yedikcə yeyər, amma doymaz. Belə adamları vəzifəyə qoymaq YAP-a və xalqa böyük xəyanətdir.
-Belə adamları necə tanımaq olar? Vəzifə təyinatında kadrları necə seçmək lazımdır ki, bu cür adamlar dövlət idarəçiliyinə yol tapa bilməsin?
– Hər şeydən əvvəl ictimai nəzarət və ictimai idarəetmə sistemi qurulmalıdır. Axı, insanları xalq hamıdan yaxşı tanıyır, ona görə “el gözü tərəzidir” deyirlər. Vəzifəyə qoyulan adamın ictimai şüuru olmalıdır, xalq onun şəxsiyyətini, nəslini-kökünü, əqidəsini tanıyır. Belə şeyləri seçilmiş kadrların vəzifəyə namizədliyini irəli sürən adamlar yaxşı bilməlidir. Düzdür, prezident yeni kadrları vəzifəyə təyin edəndə onun haqqında məlumatları toplayır, müxtəlif yollarla nələrisə öyrənməyə çalışır. Amma xalqın rəyi, fikri əsasdır, gərək xalqın da rəyini nəzərə alasan. Ona görə deyirəm ki, ictimai nəzarət və ictimai idarəetmə sistemi qurulmalıdır. Cəmiyyətdə tanınan və qəbul olunan adamları vəzifəyə qoymaq lazımdır ki, təmiz işləyə bilsin, xalqa ləqayətlə xidmət eləsin, dövləti və milləti şərəfləndirsin.
-Dediniz ki, bəziləri YAP-da təmsil olunmağı vəzifəyə gəlmək vasitəsi kimi görür. Bu tendensiyanı, bu kadr siyasətini quran da hakimiyyət özü deyilmi?
-Əlbəttə, bunun təqsirkarı hökumətdir. Amma hökumət deyəndə kimi nəzərdə tutursunuz? YAP-ı nəzərdə tutursunuzsa, partiya kadr təyinatında yeganə söz sahibi deyil. Kadrları prezidentə təqdim edənlər var, YAP-ın rəhbərliyi, Əli Əhmədov da onlardandır. Amma Əli Əhmədovun kimdən xoşu gəlir onu qoyur, xoşu gəlməyənləri qoymur. Orada elə adamlar var ki, nə YAP-ın yaranmasında itirak edib, nə də sonrakı inkişafında hansısa əməyi olub, nə də əqidəsinə görə tanınır. Yaltaqlıq da gərək qəlbən olsun. Qəlbən olmayanda bu, sözün həqiqi mənasında yaltaqlıq və yaramazlıq sayılır. Gərək obyektiv olasan, adamların mənfi tərəfini də, müsbət tərəfini də deyəsən. O adam da mənfi tərəflərini aradan qaldırsın ki, daha güclü olsun. Kadrları da bu cür öyrətmək, onlara belə təlqin etmək lazımdır. Yoxsa, boş-boşuna “çiçəklənən iqtisadiyyat” dedirtməklə heç bir gerçək inkişaf mümkün deyil. Bəli, sovet dövründə “çiçəklənən iqtisadiyyat” deyirdilər, amma tənqidlərdən, səhvlərdən nəticə çıxarmaq üçün istənilən məsələni müzakirə edib, təkliflər də hazırlayırdılar. İndi isə nə təkliflərə baxan var, nə də tənqidlərə… Çünki ürəkləri yanmır, o adamlar YAP-ın qurulmasında, yetişməsində və inkişafında iştirak etməyib, əksinə, bu cür əməlləri ilə partiyanı nüfuzdan salırlar.
-Son bir neçə ayda 5 icra başçısının həbs olunmasından sonra YAP-a inamın sarsıldığını deyənlər çoxalıb…
-Belə də olmalıdır, 20-30 il icra başçısı işləmiş bir adamı gətirib o biri rayona icra başçısı qoyurlar. Axırda da dövlətin vəsaitləri, camaatdan oğurladığı pullar hesabına özünə var-dövlət yığandan sonra həbs edirlər. Bunu xalq görür axı… Belə olan halda partiyaya inam əlbəttə, azalmalıdır. Ona görə də YAP-ın strukturunda dəyişiklik lazımdır. İndi elə dövrdür ki, təkcə çıxış eləməklə, təbliğatla nəyəsə nail olmaq mümkün deyil, fundamental proqramlar işlənib hazırlanmalıdır. İctimai narazılıq müəyyən səviyyəyə qalxandan sonra cəmiyyət təbliğat yox, konkret iş gözləyir. Narazılıqların hamısı ədalətsizlikdən yaranır. Rüşvətin və korrupsiyanın yüksək olduğu cəmiyyətlərdə ədaləti bərpa etmək mümkün deyil. Ona görə də korrupsiyaya qarşı mübarizə sadəcə, təbliğata yox, konkret addımlara söykənməlidir. Xüsusilə ədliyyə, prokurorluq, polis və məhkəmə orqanları təmiz işləməlidir. Ədalətli sistem təkcə idarəetmə ilə bağlı deyil, bu, cəmiyyətin bütün təbəqələrini əhatə etməlidir. Mən açıq deyirəm, polis sistemində vicdanlı, qeyrətli, əqidəli kadrlar çoxdur. Amma korrupsiyanın əhatə dairəsi o qədər genişdir ki, onlar da rüşvətxorları həbs etməkdən qorxur. Çünki hakimiyyətin içərisində müəyyən qüvvələr də baş qaldırıb. Axı, hamı Heydər Əliyevin ideoloji xəttinə sadiq deyil, İlham Əliyevi istəməyənlər də var. Bu adamlar müəyyən dairələrə diktə edir. Ona görə deyirəm ki, tövbə edib partiyaya gələn adamlara inanmaq olmaz. Onlara səlahiyyət vermək, Milli Məclisdə oturtmaq çox təhlükəlidir. Amma Milli Məclisin tərkibinə baxın, oradakı adamların əksəriyyətini əqidəsini, ideoloji xəttini dəyişən adamlardır. Bəziləri isə hətta bir neçə dəfə əqidəsini dəyişib. Bütün bunlara baxanda əlbəttə ki, hökumətə inam azalmalıdır, burada təəccüblü bir şey yoxdur.
Xəbərin oxunma sayı : 772
Müsahibə
Xəbərlər
-
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
-
Dünənki yanğın qəsdən törədilibmiş - Hadisədən əvvəlki görüntülər
-
Məktəbdə belə davranan şagirdlər polisə verilə bilər - QAYDA
-
Azərbaycanla Özbəkistanın bu şəhərləri də qardaşlaşır - SİYAHI
-
İran Hörmüzdə gəmilərdən xidmət haqqı alacaq - Parlament təsdiqlədi
-
Bu şəxslərin pensiyası ilə bağlı yenilik ola bilər - VİDEO
-
Azərbaycanda kriptovalyuta dövlət nəfinə müsadirə edilib - İlk dəfə
-
Tramp sentyabrda İrlandiyaya gedəcək - Qolf yarışına
-
Sumqayıtda yataqxana sakinləri ətrafdakı tikinti işlərindən narazıdır - VİDEO
-
Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir?
-
Azərbaycan və Özbəkistan çoxtərəfli müstəvidə də əməkdaşlığı uğurla inkişaf etdirirlər
-
Özbəkistan Azərbaycanın Qarabağla bağlı haqlı mövqeyini daim dəstəkləyib
-
Yeni regional əməkdaşlıq modeli qurulmaqdadır
-
Azərbaycan–Özbəkistan müttəfiqliyi Türk dünyasının gücünü artırır
-
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
-
Hikmət Hacıyev Özbəkistana dövlət səfərindən paylaşım edib - FOTO
-
Tramp İranla bağlı qərarları verərkən birjada əməliyyatlar aparıb - Milyonlar qazanıb
-
Prezident İlham Əliyev Daşkənddə belə qarşılandı - VİDEO
-
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət etdi - Fotolar
-
40 dərəcə isti gözlənilir - Sabahın hava proqnozu
-
Prezident xanımı ilə Özbəkistandadır - FOTOLAR/VİDEO
-
Kamçatkada köməksiz qalan Azərbaycan vətəndaşı təxliyə edildi - Video
-
Bu qarpızlar mədə və bağırsaq üçün təhlükəlidir - Həkimlərdən xəbərdarlıq
-
Suriya səmasında gərginlik: İsrail və Türkiyə arasında məxfi rabitə kanalları işə düşdü
-
Vergi uçotu ilə bağlı 10 min dollarlıq limit qüvvəyə mindi - Şərtlər nədir?
-
Tramp İran tərəfinin qəzəbinə səbəb olacaq görüntünü təkrar paylaşdı - FOTO
-
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq
-
Azərbaycan tarixinin ən böyük imperiyası - Xəritə
-
Trampın xarici siyasətində uğurlu nəticə yoxdur - Respublikaçıların seçki qorxusu artır
-
Sevda Sanəliyeva plastik əməliyyatdan sonrakı halını nümayiş etdirdi - VİDEO
-
Bakıya 20 ildə 200 milyard dollardan çox sərmayə qoyulub - Eldar Əzizov açıqladı
-
ABŞ Kanada ilə ticarət müharibəsi aparır - Kanadanın Baş naziri
-
Azərbaycanlı dağçı Kamçatkada kömək istəyir: Ərzağımız bir günə çatacaq
-
Taxıl, ət, qarğıdalı bahalaşır - Dünya ərzaq böhranına gedir
-
Gəncədə iki pensiyaçı domino üstündə dalaşdı, biri öldü - TƏFƏRRÜAT
-
Azərbaycandan keçməklə Ermənistana növbəti yük göndərildi - Fotolar
-
Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik
-
“Nigarın iflic olmasından sonra atam da dünyasını dəyişdi“ - Ailəsi onları ittiham edir
-
Bakıda 27 yaşlı oğlan öldürüldü - Qardaşı saxlanıldı
-
Azərbaycan Özbəkistandan 508 milyon dollarlıq qızıl aldı - Qarşılığında nə satdıq?
-
Sahibkarlara şad xəbər: yeni güzəştlər sentyabrın 1-dən başlayır
-
Bütün Hörmüz regionuna ABŞ nəzarət edir - Tramp
-
Nizami rayonunda yaşıllıq ərazisi məhv edildi - Ağacları kim və hansı əsasla kəsir?
-
Tələsik imzalanan kredit müqaviləsinin yaratdığı risk - Açıqlama
-
Özgür Özəldən Netanyahuya: “Ərdoğanla qarşıdurmadan özünə güc toplama!”
-
Zelenskinin doğulduğu şəhər vuruldu - Ölənlərin sayı 16-ya çatdı
-
“Tesla” 3 milyon avtomobilini geri çağırır - Bu sahədə rekorddur...
-
Bakıda rinoplastika əməliyyatından sonra iflic olan 34 yaşlı qadın öldü - FOTO
-
Zaqatalada ağır qəza - Sürücü sükan arxasında yanaraq ölüb
-
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Salah “Trabzonspor”u niyə seçdi? - Sensasion transferin pərdəarxası
-
Magistr olmaq istəyənlərə yeni fürsət - DİM açıqladı
-
Xəstəxanada izdiham: “Dörd gündür həkim qəbuluna düşə bilmirəm“ - VİDEO
-
“Trampın kursunu dəstəkləyin, silah alın” - Ağ Ev Avropanı küncə sıxışdırır
-
Bakıda tələbələr üçün kirayə evlər: Ən ucuz və ən bahalı ərazilər
-
Vətəndaşlar Milli Oftalmologiya Mərkəzində aylarla növbə gözləyir- VİDEO
-
Türkiyədə mədəndə uçqun olub - Ölən və xəsarət alanlar var
-
Bakıda ən bahalı mənzil 10 milyon, ən ucuz mənzil 30 min manatdır - Fotolar
-
Səbaildə ara məsafəsi saxlanılmadan bina tikilir - VİDEO
-
İsrail Qəzzada kütləvi qətlləri davam etdirir - Albanese
-
Bu il xaricdən 48 nəfər tutularaq Azərbaycana gətirilib - Rəsmi
-
Paytaxtın 2 rayonunda yol bağlanır - XƏBƏRDARLIQ
-
MİQ-in müsahibə mərhələsi başlayır - Bu tarixdə
-
Şimali Koreya Rusiyaya daha 8500 hərbçi göndərdi - CNN
-
Bakıda üç poliklinika birləşdirilir - TƏBİB-dən rəsmi açıqlama
-
Xocavənddə mina partlayışı - Üç qurum birgə məlumat yaydı
-
Milyarderlər üçün bunker - “Ağıla gələn bütün təhlükələrdən qorunacaqlar”
-
Bakıda 4 milyon manatlıq qızıl qaçaqmalçılığı: Dəstə necə ifşa olunub? (VİDEO)
-
Valideynləri satış məntəqələrinə yönləndirmək olmaz - Rəsmi xəbərdarlıq
-
Netanyahu haqqında “Qırmızı bildiriş“ prosesi başladı: Türkiyə Ədliyyə Nazirliyindən şok bəyanat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Venesuelada Maduronun izləri silinir: Taleyin ümidinə buraxılıb
-
Azərbaycan təbii qazı hansı ölkələrə və neçəyə satıb? – Siyahı
-
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
-
“İran nüvə silahına sahib olsaydı, Yaxın Şərqi məhv edərdi” - Tramp
-
Bakıda kuryerlər arasında mübahisənin sonu qanla bitdi - VİDEO
-
“Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları geniş üfüqlər açır“ - İlham Əliyev
-
“Yeni yoluxma halı müəyyən edilməyib“ - Nazirlikdən qarayara açıqlaması
-
Bu əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir -İlham Əliyev
-
Saxta BOKT səhifələri yaradıb vətəndaşların pulunu talayan şəxs tutuldu – Video
-
Telefonunu müştəriyə verdi, bir neçə saat sonra şoka düşdü - VİDEO
-
Binaların arasında külək niyə daha güclü hiss olunur? - Səbəbi budur
-
“Süleymancılar“ın liderinin qardaşı da saxlanıldı - 200 kiloqram qızılı aşkarlanmışdı
-
Tünzalə Ağayeva yenə Röyanı təkrarladı - VİDEO
-
Daşkəsəndə sel suları kəndin yolunu bağladı - Fotolar
-
Hansı ölkələr ehtiyatlarını daha çox qızılda saxlayır? - Siyahı
-
Azərbaycanda ən çox işsizlikdən sığorta ödənişi harada verilir? - SİYAHI
-
Mais Nəsirov departament rəhbəri təyin edilib - Agentlikdə növbəti dəyişiklik
-
Bu şəxslərin pensiyası yenidən artırılacaq-Səbəb?
-
Avropanın ən bahalı və ən ucuz aviaşirkətləri açıqlanıb - Siyahı
-
İrana qarşı əlimizdəki ən yaxşı vasitə iqtisadi təzyiqdir - Vens
-
Gürcüstanda mənfəətini ən çox artıran bank “Paşa Bank” olub - Tam siyahı
-
Magistr olmaq istəyənlərə yeni fürsət - DİM açıqladı
-
Yeni Klinikanın direktor müavini ABŞ-yə köçür - “Green Card” udubmuş
-
Bakıda qazi dostu ilə birgə qədim samovarı oğurladı - Bu cəzanı aldılar
-
Maşında bunu saxlayırsınızsa, dərhal çıxarın! - XƏBƏRDARLIQ
-
Azərbaycanda turizmdən ən çox qazanan şəhərlər - SİYAHI
-
Dünyanın ən yaxşı hücumçuları açıqlandı - SİYAHI
-
Məktəbli forması ilə bağlı səs yazısı yayıldı: Təhsil İdarəsi açıqlama verdi
-
Aldadıb adına 3 şirkət açdılar, yarım milyon borcu yarandı - VİDEO
-
Böyük Qayıdış davam edir - Onlar da doğma yurdlarına yola düşdü (FOTO)
-
Kazım Abbasovun “xüsusi xidmət idarəsi“ şousu... - İttiham aktı ÜZƏ ÇIXDI
-
Ay qırmızı rəngə bürünəcək: Tarix və saat açiqlandi
-
Qarabağ“ Niderlandda “Tvente“ni məğlub etdi - VİDEO
-
İşçilərin xəbəri olmadan edilən bu əməl qanunsuz sayılır - Açıqlama
-
Azərbaycanda bu şəxslərin pensiyası yenidən artırılacaq - Açıqlama
-
“Pakistan Suriyanın mövqeyini dəstəkləməkdə davam edəcək“ - Şərif
-
Deputatın adıyla hallanan şirkət daha bir tenderə sahibləndi - 50 milyon manatlıq
-
Mərkəzi Bank 4 sığorta vasitəçisinin lisenziyasını ləğv etdi - SƏBƏB?
-
“İrana kömək edən ölkələr iqtisadi nəticələrlə üzləşəcəklər” - Tramp
-
Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? - MÜRACİƏT
-
Nazir müşavirini vəzifəsindən azad etdi - Əmr imzalayıb
-
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
-
Putinin səfəri Yaponiyanı qarışdırdı - Cavab tədbiri görəcəklər
-
Böyük əməliyyat: Məmməd Musayev həbs edilir? – Şok FAKTLAR
-
Trampın görüş təklifinə raketlə cavab verdi - Yapon dənzini atəşə tutdu
-
Xanımına iş düzəltdi, özünə baha başa gəldi – keçmiş baş nazir cəzalandırıldı
-
AFFA O futbolçuya ağır cəza veddi - Özünə xəsarət yetirmişdi
-
“Sayğac yoxdur, amma borc gəlir...“ - Bərdədə qəribə hadisə + VİDEO
TOP 10
ARXİV






