“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Neft qiymətləri yalnız gələn il əvvəlki səviyyəyə qayıdacaq – “Shell”

Tarix 29.06.20, 21:33

Font ölçüsü : - / +
bitmap-img6


Karbohidrogenlərə tələbatın görünməmiş həddə azalmasına səbəb olan koronavirus pandemiyası ortamüddətli  perspektiv üçün də neft qiymətlərinə təsiri davam etdiyinə görə, neft qiymətləri yalnız 2021-ci ildə 60 ABŞ dolları səviyyəsinə qayıda bilər.

Bu barədə “Shell” şirkətinin Rusiya bölməsinin rəhbəri Sederik Kremers bildirib.

“Fikrimcə, bazardakı dəyişkənlik hələ bir müddət davam edəcək. Odur ki, orta gələcəkdə neft qiymətlərinin, tələbat artımı sürətinin böhrandan əvvəlki səviyyəyə qayıdacağını gözləmirik. Lakin daha uzun müddətli gələcəyə nəzər salsanız, tələbat mütləq bərpa olunacaq”, – ekspert qeyd edib.

Xatırladaq ki, neft bazarında 2020-ci ildəki böhran indiyədək ən güclüsü olub. Müxtəlif hesablamalara görə, cari ildə neftə tələbatın azalması 8-9 milyon barel səviyyəsində olacaq. Neftin qiymətləri mart – aprel aylarında, yəni OPEC+ formatındakı nəticəsiz qalan danışıqlardan sonra, habelə dünya üzrə karantin tədbirləri nəticəsində nəqliyyat daşımaları kəskin olaraq azaldığı dövrdə  ən kəskin azalma ilə yadda qaldı. Bu dövrdə neft ehtiyatlarının həcmi isə görünməmiş həddə artmış və mövcud anbarların tamamına yaxını dolmuşdu. Fəlakətə yol verməmək üçün OPEC+ iştirakçısı ölkələr may ayından hasilatı xeyli azaltmalı oldular. Lakin bazarın bərpası, yığılmış neft ehtiyatlarının sərf olunması üçün “Fitch” agentliyinin qənaətincə, hələ bir neçə il vaxt lazım gələcək. (report)




Xəbərin oxunma sayı : 1990




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap