“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Səudiyyə ABŞ-a dəstək verdi: “İrana qarşı silah embarqosu uzadılsın“

Tarix 29.06.20, 23:43

Font ölçüsü : - / +
bitmap-img6


Səudiyyə Ərəbistanının Xarici İşlər üzrə Dövlət naziri Adel əl-Cübeyr Beynəlxalq birliyi İrana qarşı silah embarqosunun müddətini uzatmağa çağırıb.

Musavat.com xəbər verir ki, çağırışı nazir ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Hukla birlikdə ər-Riyadda keçirdiyi mətbuat konfransında səsləndirib:

“İran bütün dünyada terrorçuları dəstəkləyən ölkədir. Embarqo götürüləcəyi təqdirdə İranın davranışları daha aqressiv xarakter alacaq. Biz Beynəlxalq birliyi Tehrana qarşı tətbiq olunmuş silah embarqosunun müddətini artırmağa çağırırıq”.

“Al Arabiya” telekanalının yaydığı məlumata görə, ABŞ nümayəndəsi Brayan Huk səudiyyəli naziri dəstəkləyib:

“Silah embarqosunu uzatmaq zəruridir. Onun dayandırılması şəraitində İran öz hərbi arsenalının modernləşdirilməsi ilə məşğul olacaq və regionda özünə loyal olan qruplaşmalara yardım edəcək”.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının İranın xaricdən silah almasını qadağan edən 2231 saylı qətnaməsi 2015-ci ilin 20 iyulunda qəbul edilib.




Xəbərin oxunma sayı : 2290




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap