| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Prezident İlham Əliyev AzTV-yə müsahibə verdi: “Biz doğma Qarabağ torpağımıza da qayıdacağıq“
Tarix 10.08.20, 23:34 |
|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.
AzFakt.com xəbər verir ki, bu dayaq bloku SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda tikilib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur.
Sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.
-Cənab Prezident, bu gün “Qarabağ” yatağının dayaq bloku dənizə yola salınır. Bu mühüm hadisənin əhəmiyyəti barədə nə deyə bilərsiniz?
-Bu, çox əlamətdar hadisədir. Bu gün “Qarabağ” yatağının dəniz işlərinə start verilir. Bu, yatağın işlənməsində çox önəmli mərhələdir. Bu nəhəng qurğu Azərbaycan mütəxəssisləri tərəfindən ölkəmizdə inşa edilibdir və bu gün artıq dənizə yola salınır. Əminəm ki, özülün üst hissəsi də vaxtında tikiləcək və beləliklə, biz “Qarabağ” yatağının tammiqyaslı işlənməsinə başlayacağıq.
1990-cı illərdə Heydər Əliyev neft strategiyasının icrası nəticəsində pay bölgüsü haqqında kontrakt imzalanmışdır. 1990-cı illərdə bu yataqda 3 quyu qazılmışdır. Lakin xarici tərəfdaşlar “Qarabağ” yatağının səmərəliliyinə inanmamışdılar, kontrakta xitam verilmiş və “Qarabağ” yatağı tərk edilmişdi. Ancaq bizim mütəxəssislər tam əmin idilər ki, bu yatağın çox böyük potensialı var və həyat bunu təsdiqlədi. Bu il qazılmış dördüncü quyu səmərəli oldu və beləliklə, yataq tam kəşf edilmişdir.
Onu da bildirməliyəm ki, bu, müstəqillik dövründə Azərbaycanda kəşf edilmiş birinci neft yatağıdır. Çünki “Azəri”, “Çıraq”, “Günəşli” yataqları sovet dövründə kəşf edilmişdir. “Şahdəniz” və “Abşeron” yataqları qaz-kondensat yataqlarıdır. Neft yatağı olaraq bu, birinci yataqdır və bu nəhəng qurğu Xəzər dənizində inşa edilmiş ən böyük qurğudur. Ona görə bu layihənin əhəmiyyəti haqqında çox danışmaq olar. Əlbəttə ki, bu, bizim uğurlu siyasətimizin nəticəsidir. Çünki artıq 1994-cü ildən başlayaraq xarici neft şirkətlərinin Azərbaycanda böyük həcmdə sərmayə qoymalarına baxmayaraq, bu günə qədər Azərbaycanın neft-qaz sənayesinə, neft-qaz potensialına xarici investorlar tərəfindən maraq azalmır, əksinə, artır. Əminəm ki, növbəti illərdə “Qarabağ” və digər yataqlar uğurla istismar ediləcək və ölkəmizə böyük fayda verəcək.
-Bu böyük qurğu çox mürəkkəb və nəhəng konstruksiyaya malikdir. Qurğunun mühəndis-texnoloji xarakteristikalarının önəmini necə qiymətləndirirsiniz?
-Bəli, bu, doğrudan da çox mürəkkəb konstruksiyadır və qurğunun çəkisi 16 min tondan çoxdur, hündürlüyü təqribən 190 metrə yaxındır. Nəzərə alsaq ki, “Qarabağ” yatağının yerləşdiyi ərazi Xəzər dənizində çox dərin hissəyə aiddir, əlbəttə ki, belə nəhəng qurğunun tikintisinə böyük tələbat var idi. Onu da bildirməliyəm ki, “Qarabağ” yatağında suyun dərinliyi 180 metrdir və hesab edirəm ki, məhz buna görə sovet vaxtında bu yataqdan neft-qaz çıxarılmamışdır. Çünki sovet dövründə bizim belə texnologiyalarımız olmamışdır, “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərin hissəsi də toxunulmaz qalmışdır, müstəqillik dövrü üçün qalmışdır. Əks təqdirdə, quru yataqlarda olduğu kimi, dəniz yataqlarımız da tam boşaldılacaqdı və müstəqil Azərbaycanın inkişafı üçün enerji resursları qalmayacaqdı. Ona görə “Qarabağ” yatağının aşkarlanması və sonra yataqda işlərin görülməməsi əlbəttə ki, müstəqil Azərbaycan üçün böyük hədiyyə olmuşdur. Məhz bu gün aparılan siyasət nəticəsində biz bu işləri görə bilirik. Odur ki, bu, texnoloji baxımdan, mühəndislik baxımından çox nəhəng və çox mürəkkəb bir konstruksiyadır. Şadam ki, bunu Azərbaycan mütəxəssisləri inşa ediblər. Görülmüş işlərin mütləq əksəriyyəti Azərbaycan mütəxəssisləri, fəhlələri tərəfindən icra olunubdur.
Onu da bildirməliyəm ki, hazırda dərin özüllər zavodunda 5 minə yaxın insan çalışır. Bu nəhəng qurğunun və digər layihələrdə istifadə olunan qurğuların tikintisi burada məşğulluğu tam təmin edir. Mən indi maraqlandım, məlumat verildi ki, burada işləyənlərin orta əməkhaqqı təqribən 1200-1500 manat ətrafındadır və çox böyük peşəkarlıq tələb edən bir müəssisədir. Ona görə bu qurğu bir daha bizim qüdrətimizi göstərir. Bu, sırf Azərbaycan istehsalıdır və Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmət edəcəkdir.
-Bəs “Qarabağ” yatağından hasilat nə vaxt gözlənilir?
-Əgər hər şey plan üzrə getsə, hesab edirəm ki, iki ildən sonra – 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılmalıdır. “Qarabağ” yatağının neft potensialı 60 milyon ton səviyyəsində qiymətləndirilir. Ancaq mən tam əminəm ki, işlənmə dövründə bu rəqəm artacaq. Bunu deməyə əsas verən odur ki, “Qarabağ” yatağı “Azəri”, “Çıraq, və “Günəşli” yataqlarının yanında yerləşir, məsafə o qədər də böyük deyil. Xatırlayıram, “Azəri”, “Çıraq”, “Günəşli” yataqları üzrə kontrakt 1994-cü ildə hazırlanarkən o vaxt xarici tərəfdaşlar bu yataqların potensialını 511 milyon ton neft həcmində dəyərləndirmişdilər. Ancaq həyat onu göstərdi və bu gün bu təsdiq olunub ki, “Azəri, “Çıraq, “Günəşli” yataqlarının potensialı 1 milyard ton neftdən çoxdur. Ona görə bu və digər geoloji amillər deməyə əsas verir ki, “Qarabağ” neft yatağında daha böyük həcmdə təbii ehtiyatlar var. Hasilata gəldikdə isə, bu yataqdan ildə ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz hasil ediləcək. Əlbəttə ki, Azərbaycanda neft hasilatının sabit qalması və qaz hasilatının artırılması üçün bunun böyük faydası olacaqdır.
-Azərbaycanda digər nəhəng neft-qaz layihələri də həyata keçirilir. Onların icra vəziyyəti hansı səviyyədədir?
-Deyə bilərəm ki, bütün layihələr uğurla icra edilir. Bu gün bu barədə mənə kiçik təqdimat edildi. Bildiyiniz kimi, “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə bütün işlər plan üzrə gedir. Burada inşa edilən yeni platforma onu göstərir ki, bu yataqların uzunmüddətli işlənməsi artıq reallıqdır. Bildiyiniz kimi, kontraktın müddəti uzadılıb və Azərbaycan bundan böyük fayda götürür, bizə bir neçə milyard dollar dəyərində bonus ödənilib.
“Azəri”, “Çıraq” və “Günəşli” yataqlarında hasilatın sabit saxlanması əlbəttə ki, bizim üçün vacib məsələdir. Eyni zamanda, Azərbaycan ictimaiyyəti onu da bilməlidir ki, bizim qaz potensialımızın önəmli hissəsi “Azəri”, “Çıraq” və “Günəşli” yataqları hesabına formalaşır. Çünki orada hasil olunan qaz ümumi sistemimizə daxil edilir. Ona görə “Azəri-Çıraq-Günəşli” ilə bağlı bütün işlər plan üzrə gedir və bu yataq bizim əsas gəlir mənbəyimizdir. Bunu hər kəs bilməlidir.
Eyni zamanda, “Şahdəniz-2” layihəsi uğurla icra edilir. Bu, dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. Bildiyiniz kimi, “Şahdəniz-2”nin tammiqyaslı işlənilməsi bizə əlavə 16 milyard kubmetr qaz verəcək. Həm öz tələbatımızı ödəyəcəyik, həm də ki, ixrac üçün böyük həcm yaranacaqdır.
Gələn il “Abşeron” qaz-kondensat yatağından ilk qazın hasilatı gözlənilir. “Abşeron” yatağının işlənilməsinin iki mərhələsi olacaqdır. Birinci mərhələ nəticəsində 1,5 milyard kubmetr qaz hasil ediləcək və bu qaz Azərbaycanda istehlak olunacaq. Çünki artan sənaye potensialımız diktə edir ki, bizə əlavə resurslar lazımdır. Ona görə 1,5 milyard kubmetr qaz ölkə daxilində istehlak olunacaq. Biz “Abşeron” yatağının ikinci mərhələsinin başlanmasına da yaxınlaşırıq. Orada hasilat yəqin ki, 3-4 dəfə artıq olacaqdır. Bu da bizim qaz potensialımıza müsbət təsir göstərəcəkdir.
“Şəfəq-Asiman” yatağı üzrə işlər qrafik üzrə gedir. İndi qazma işləri aparılır. Bu yatağın da çox böyük potensialı var. Əlbəttə, qazma işləri ehtiyatların dəqiq həcmini göstərəcək. Ancaq yadımdadır ki, hələ Neft Şirkətində işlədiyim dövrdə bizim mütəxəssislər orada təqribən 400-500 milyard kubmetr həcmində qaz ehtiyatının mövcudluğunu qeyd etmişdilər. Hər halda, hesab edirəm ki, qazma işləri yaxın gələcəkdə başa çatacaq və bu haqda daha dəqiq məlumat olacaqdır.
Əlbəttə, indi bizim əsas diqqətimiz Cənub Qaz Dəhlizinin başa çatmasına yönəldilib. Bu layihə də uğurla icra edilir. Bunun dördüncü və sonuncu layihəsi olan TAP artıq başa çatmaq üzrədir. Beləliklə, hesab edirəm ki, bir neçə aydan sonra Azərbaycan dövlətinin təşəbbüsü ilə və genişmiqyaslı beynəlxalq əməkdaşlıq nəticəsində 3500 kilometr uzunluğunda olan, bir-birinə bağlı üç qaz kəmərinin inşası tam başa çatacaqdır və Azərbaycan qazı artıq Avropa məkanına çatdırılacaq. Beləliklə, Cənub Qaz Dəhlizi tam istismara veriləcək. Bu, bizim üçün çox önəmli və hesab edirəm ki, tarixi hadisədir. Çünki bu, imkan verir ki, “Şahdəniz” yatağının tam işlənilməsi təmin edilsin.
Eyni zamanda, onu da bildirməliyəm ki, Cənub Qaz Dəhlizi inşa olunmadan investor buraya və heç bir başqa layihəyə vəsait qoymazdı, yaxud da tərəddüd edərdi. Çünki, məsələn, “Abşeron” qaz-kondensat yatağından çıxarılacaq qazın ixracı üçün yol olmalıdır, həmçinin “Qarabağ” yatağından və digər yataqlardan çıxarılacaq təbii qazın da. Ona görə Cənub Qaz Dəhlizinin əhəmiyyəti təkcə “Şahdəniz” layihəsi ilə məhdudlaşmır. Bu layihə icra olunmadan bizim enerji siyasətimiz yarımçıq qala bilərdi. Amma bu gün bizim enerji siyasətimiz ölkəmizin maraqlarını tam təmin edir. “Şahdəniz” yatağı ən azı yüz il bundan sonra Azərbaycanı və tərəfdaş ölkələri qazla təchiz edəcəkdir. Eyni zamanda, biz ixrac coğrafiyamızı genişləndirmək əzmindəyik. “Şahdəniz” qazı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılacaq. Əgər Albaniyada qaz şəbəkəsi yaranarsa, Albaniya da bizim təbii tərəfdaşımız olacaqdır, biz oraya da qaz ixrac edə bilərik. Digər qonşu ölkələrə – Balkan bölgəsində yerləşən ölkələrə Azərbaycan qazının verilməsi mümkündür.
Ona görə Cənub Qaz Dəhlizi bizim tarixi nailiyyətimizdir və bunun başa çatmasına az vaxt qalır. Bir daha demək istəyirəm ki, bizim bütün yataqlarımızda görülən işlər məqsədyönlü şəkildə aparılır. Bir layihə o biri layihəni şərtləndirir. Əgər 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” üzrə kontrakt imzalanmasaydı, heç bir başqa layihədən söhbət gedə bilməzdi. Əgər “Şahdəniz” üzrə kontrakt imzalanmasaydı, bu gün biz nəinki başqa ölkələrin, öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Çünki “Şahdəniz” bizim üçün əsas mənbədir. Biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik və Azərbaycan uzun müddət bundan sonra bir çox ölkələr üçün strateji tərəfdaş olaraq qalacaqdır.
-Cənab Prezident, bu dayaq blokunun göndərildiyi yataq hamımız üçün doğma və əziz olan Qarabağ adını daşıyır. Bununla bağlı fikirlərinizi bölüşməyi xahiş edərdik.
– Hesab edirəm ki, bu, rəmzi məna daşıyır. Çünki bildiyiniz kimi, Azərbaycan xarici tərəfdaşlarla bir çox yataqlar üzrə kontraktlar imzalamışdır. Ancaq heç də onların hamısı səmərə verməmişdir. Artıq bir çoxlarının icrası dayandırılıb, onların icrasına xitam verilib, qazılmış quyular ümidlərimizi doğrultmayıb. “Qarabağ” yatağının işlənməsinə gəldikdə, mən bir daha demək istəyirəm, hər zaman əminlik var idi ki, burada böyük potensial, böyük neft və qaz ehtiyatları vardır. Ancaq bayaq qeyd etdiyim kimi, 1990-cı illərdə üç quyu qazılmışdı, xarici tərəfdaş artıq bəyan etmişdi ki, bu, gələcək investisiya səmərəsiz olacaq və beləliklə, “Qarabağ” yatağı tərk edilmişdir. Biz, əslində, heç nə itirmədik. Çünki Azərbaycan o kəşfiyyat dövründə öz üzərinə heç bir maliyyə öhdəliyi götürməmişdi. Əksinə, hətta uğursuz nəticə də nəticədir, bizə əlavə geoloji məlumat veribdir. Bu gün Azərbaycan vaxtilə – 1990-cı illərdə tərk edilmiş “Qarabağ” yatağına qayıdır və bu, nəhəng dayaq bloku bunun əyani sübutudur.
Eyni zamanda, 1990-cı illərin əvvəllərində Azərbaycanın o vaxtkı rəhbərliyi – AXC-Müsavat cütlüyü torpaqlarımızın işğal altına düşməsinə imkan yaratdı. Yəni, onların xəyanəti, satqınlığı, fərariliyi nəticəsində torpaqlarımız işğal altına düşmüşdür. Azərbaycan, – əgər belə analogiya aparmaq mümkündürsə, – Qarabağı tərk etmişdi. Biz 2016-cı ildə torpaqlarımızın bir hissəsini qaytardıq, işğalçıları o torpaqlardan qovduq və o ərazilərə həyat qayıtdı, vətəndaşlar qayıtdı, Azərbaycan qayıtdı. Əminəm ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
-Çox sağ olun, cənab Prezident. Minnətdarıq.
-Sağ olun.
Xəbərin oxunma sayı : 7615
Gündəm
Xəbərlər
-
Moskva və Vaşinqton xəttində gizli diplomatiya: Putin və Tramp telefonla nələri danışıb?
-
Suraxanıda narkotik əməliyyatı keçirilib - VİDEO
-
Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - Nazir açıqladı
-
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
-
Xəstəlik səbəbilə pul alanların DİQQƏTİNƏ - Bu qədər məbləğ çıxılacaq
-
SOCAR-ın satın aldığı bank niyə yığıncaq keçirə bilmir? - Yenə təxirə salındı
-
Avtobuslar “Avtovağzal”dan Bakı-Sumqayıt yoluna daha tez çıxacaqlar – Video
-
Nazirlik bu şəxslərin hesabına pul köçürdü - Məbləğ və say açıqlandı
-
Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq - Sabahın havası
-
Vəzir Həsənovun idarəsində yoxlama - Cəzalandırılanlar var
-
Prezident İlham Əliyev qəbullar keçirdi - FOTOLAR
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - Video
-
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
-
Prezident Tacikistan Baş nazirini qəbul etdi - FOTOLAR
-
Neft ixracı üçün əlimizdə boğazlardan kənar marşrutlar da var – Aramco rəhbəri
-
Bakıda qadın dişini çəkdirdiyinə görə vəfat edib? - VİDEO
-
“Azərpoçt“dan çıxdı, ASCO-da yeni vəzifəyə təyin olundu
-
Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib?
-
Beyləqanda əmək yarmarkası keçirildi - FOTOLAR
-
Azərbaycan nefti daha 4.5 dollar bahalaşdı - Qara qızılın son qiyməti
-
Trampın qadağasına hakim “yox” dedi - Ağ Evə qayıdırlar
-
Bayramov Nyu-Yordka Mirzoyanla görüşdü: Nələr müzakirə edildi? (FOTO)
-
Vətəndaşın əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - VİDEO
-
Binəqədidə bağçanın bağlanması valideynləri narahat edib - VİDEO
-
Zəngin resurslar iqtisadi gücə çevrilir
-
İqtisadiyyat üçün əlavə dəyər amili
-
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
-
“BI Group“ tikinti şirkəti işçilərin maaşlarını ödəmir - VİDEO
-
Ərdoğanla Paşinyan Nyu-Yorkda görüşdü - FOTO
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
-
Mənzil bazarında yeni mənzərə - ipoteka ilə bağlı açıqlama
-
Rubio Lavrovla görüşdü - Nəyi müzakirə etdilər?
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Su filtrləri biznesi necə 26 min manatlıq borca çevrildi? - Məhkəmə işi
-
“Putin Trampla yeni görüşə hazırdır” - Dmitri Peskov
-
Binəqədidə “Şəhərsalma və Memarlıq İli” - Damlar da tikintiyə qoşulub! - VİDEO
-
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir - QƏRAR
-
Qeyri-neft sektorunun inkişafı: strateji prioritetlər, nəticələr və hədəflər
-
Plastik cərrah kimi fəaliyyətinə məhdudiyyət qoyuldu - İnarə İsmayılovanın
-
Bu idarə AZCON-un idarəetməsinə verildi - FƏRMAN
-
Artıq müstəqilliyimizə qarşı tələbkarıq, Rusiya bunu nəzərə almalıdır - Araik Arutyunyan
-
Həcc ziyarətinə sənəd qəbulu sabah başlayır - Qiymət artımı ola bilər
-
DGK nazirə məxsus olduğu bildirilən şirkətdən baytarlıq avadanlığı alır - 119 minlik
-
ADU-da prorektor vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
-
Təbii sərvətlərin səmərəli istifadəsi yeni sənaye imkanları yaradır
-
Əfv edilənlər kimlərdir? - 5-i xarici ölkə vətəndaşıdır
-
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərdi - Fotolar
-
Anar Bayramov TƏBİB-də iki xanıma vəzifə verdi - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
-
Şirkətlərinin 13 milyondan çox borcu olan iş adamının Azərbaycandan çıxışına QADAĞA
-
“AzerGold“un Müşahidə Şurasının tərkibi yeniləndi - SƏRƏNCAM
-
Bakıda Təbriz küçəsi yenidən qurulur - 23 milyon manat xərclənəcək
-
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
-
Sumqayıtda kişi qayınatasının çəliyi ilə arvadını döydü - TƏFƏRRÜAT
-
Tramp 64 illik protokol qaydasını pozacaq - Si Cinpinə görə
-
Bakı Şəhər İcra Hakimiyyəti 7 şirkətlə 140 milyon manatlıq müqavilə imzaladı - Siyahı
-
Maaşlar artdıqca qiymətlər də bahalaşır - Gələcəkdə vətəndaşları nə gözləyir?
-
“Neftçi“ İK bəyanat yaydı: “Komandanın ləğvi ilə bağlı qərar qəbul edilməyib“
-
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı
-
40 ilin həkimini işdən çıxarmışdı: Vəzifəsindən azad edildi - VİDEO
-
Masazırda ağır qəza: Ölü və yaralılar var - FOTOLAR
-
Hansı ölkədə insanlar nə qədər kitab oxuyurlar? – 102 ölkənin siyahısı
-
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlama
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşıb - FOTO
-
Məmməd Musayevə qarşı cinayət işi açılıb - TƏFƏRRÜAT
-
Prezident əfv Sərəncamı imzaladı - SİYAHI
-
Naxçıvanda tanınmış atlet həbs edildi - Dələduzluq ittihamı
-
İlham Əliyev Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdi - FOTOLAR
-
Deputatın baha dərman satan şirkəti cəzalandırıldı - Dövlət Agentliyindən “Azəri Med“lə bağlı sərt qərar
-
Azərbaycan dövlət borcu üçün nə qədər faiz ödəyir? - Ölkələrin siyahısı
-
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
-
“Türkiyə ilə sərhədin açılmasını səbirsizliklə gözləyirəm” - Paşinyan
-
Prezident daha bir 3 illik dövlət proqramını təsdiqlədi:nələr olacaq?
-
Milli Məclisin pensiya yaşını çoxdan aşan deputatları: onlar kimlərdir?
-
Binəqədidə sakinləri evlərindən didərgin salan hadisə - VİDEO
-
Evdə hazırladıqlarını bazarda satanlar cərimələnəcək? - Açıqlama
-
Miqren riskini artıran səbəb üzə çıxdı - Qadınlarda 3 dəfə çoxdur
-
Tramp və Zelenski arasında görüş: Putinlə bağlı mühüm açıqlama
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - VİDEO
-
Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi - Kimlər gedə biləcək?
-
Prezident Qərb Sənaye Parkının yaradılmasının məqsədini açıqladı - VİDEO
-
Qızılı girov qoyub kredit götürmək üçün - Bankların ŞƏRTLƏRİ
-
Azərbaycanda tıxaclara görə iş saatları azaldılır? - Deputatdan açıqlama
-
Tramp istəyinə çatdı - Qrenlandiya ilə bağlı saziş imzalandı
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir və həyətə çıxmağa icazə vermir? - VİDEO
-
AQTA-nın yeni qaydası: “Əhalinin çörəyini kəsməkdir”
-
Maştağadakı psixiatriya xəstəxanası bağlanır? - İDDİA
-
Prezident azad edilmiş ərazilərdə yataqların işə salınması barədə danışdı - VİDEO
-
“Tramp Pezeşkianla görüşməyə hazırdır” - Marko Rubio
-
Abşeron təhsilində rüşvəti görmür, kollektor üstündə daxmanı görür...
-
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - Rəsmi
-
Vətən müharibəsi iştirakçısı 1 illik cəza aldı - Qaxda köşk qalmaqalı
-
ABŞ təzyiqi azaltsa, İran Hörmüz boğazını açmağa hazırdır - “Reuters“
-
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi
-
100-dən çox ölkənin xüsusi xidmət rəhbərləri burada - Bakı dünyanı bir araya topladı
-
“Tsxinvalidə keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımırıq” – Rəsmi Bakı
-
“Birliyin Gücü - 2026” hərbi təliminin açılışı oldu - VİDEO/FOTO
-
İsfəndiyar Axundov və oğlu kredit borcunu gecikdirib - Məhkəmə qərarı
-
“Panda Baby” müştəriləri aldadır - Ucuz qiymət qoyub, baha hesablayır
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı - Siyahı
-
Sosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezidentdən xəbərdarlıq: “Əməl etməyənlər cəzalandırılacaq”
-
Şəmkirdə 13 il əvvəl törədilən cinayətin üstü açıldı: Nə baş verib?
-
Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı (FOTO)
-
“Xocəsən“ və “Avtovağzal“ metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq - Sabahdan
-
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
-
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq” - Prezident
-
Satıcı aldatdı, telefon bloklandı... - “Mobifon” MMC-dən daha bir ŞİKAYƏT
-
Ehtiram Quliyev “Turan Tovuz“dan gedir? - Özündən açıqlama
-
“Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır“ - Prezident
-
“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi - Kosmetoloq qanunsuz işləyib
-
Polis çətin relyef şəraitində narkotik əməliyyatı keçirdi - VİDEO
-
Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir - İlham Əliyev
-
Angela Merkel qayıdır? - “Körpülər qurmalıyıq“...
TOP 10
ARXİV






