| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
“Əli Nağıyev təcrübəli və milli adamdır” - Vahid Əhmədov
Tarix 13.08.20, 15:52 |
|
Milli Məclisin deputatı Vahid Əhmədov dünyanın, eləcə də Cənubi Qafqazın son gündəmi ilə bağlı Modern.az-a geniş müsahibə verib.
AzFakt.com həmin müsahibəni təqdim edir.
- Vahid müəllim, uzun vaxtdır ki, koronavirus dünyada qeyri müəyyənlik yaradıb. Ümumən ilk növbədə bu virus dünya iqtisadiyyatına, xüsusilə Azərbaycan iqtisadiyyatına nə vəd edir?
- Diqqət etmisinizsə, 2020-ci il dünya tarixində qlobal hadisələrlə yadda qalmaqdadır. Bunlardan ən birincisi bütün dünyada bu pandemiyanın tüğyan etməsidir.
Faktiki olaraq pandemiya bütün dünya iqtisadiyyatına çox ciddi ziyan vurdu. Hesab edirəm ki, dünya iqtisadiyyatı bu ilin yekunlarında hardasa 7-8 faiz itkilərlə nəticələnsə, böyük məsələdir. Bu göstəricinin bəzi ölkələrdə ikirəqəmli olması da gözləniləndir. Konkret Azərbaycana gəldikdə, şübhəsiz ki, bu məsələnin Azərbaycana da böyük təsir etməsi qaçılmazdır. Burada ilk növbədə dünya çapında neftin qiymətinin kəskin ucuzlaşması əyani göstəricidir.Neftin qiymətinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına da ciddi ziyan vurdu. İqtisadiyyatımızda gəlirləri kifayət qədər azaltdı. Ümum Daxili Məhsul 6 ay ərzində 2,5 faiz açağı düşdü. Bu rəqəm ilin sonuna 5-6 faiz proqnozlaşdırılır. Əlbəttə ki, bu, kifayət qədər böyük rəqəmdir. Amma onu da nəzərə almaq lazımdır ki, dünya dövlətlərinə, o cümlədən qonşu dövlətlərə baxanda Azərbaycanın dövlət başçısının apardığı təxirəsalınmaz tədbirlər nəticəsində bizdə koronavirus kəskin azalmağa başladı.
Çox ciddi karantin tədbirləri həyata keçirildi. Burada Operativ Qərargahın da tədbirlərini xüsusi qeyd etmək istəyirəm. Amma o da var ki, uzun müddət Azərbaycanı karantin vəziyyətində saxlamaq olmaz. İnsanları qapalı yerlərdə saxlamaq, küçəyə, işə buraxmamaq həm psixoloji cəhətdən, həm də sağlıq durumlarında ciddi problemlərin yaranmasına gətirəcək. İlk növbədə dövlət büdcəsində daha ciddi problemlərin yaranmasına yol açan məsələlərə baxmaq lazımdır.Sabah elə problemlər yarana bilər ki, nəinki sahibkarlara dəstək ola bilərik, heç muzdlu işçilərə əmək haqqı da vermək gücündə olmarıq. Bütün bunların hamısını nəzərə alaraq dövlət başçısı tərəfindən yumşalma siyasəti həyata keçirilməyə başlayıb. Hesab edirəm ki, yumşalmaları genişləndirmək lazımdır. O sahələrdə ki insanlar işləyir, dövlət büdcəsinə gəlir gətirir, özlərini təmin edirlər, mütləq həmin sahələrə yenidən baxmaq lazımdır. Misal çəkim, uzun vaxt idi Türkiyədə idim, orada hətta kafe və restoranlar fəaliyyətini dayandırmayıb. Sadəcə, ara məsafəsi və bu kimi məsələlərə ciddi əməl edilir. Orada bir nəfəri maskasız görə bilmərsən. Hesab edirəm ki, bizdə də karantin rejimi yumşaldıqca, həmin tədbirlər sərtləşdirilməlidir. İnsanlar anlamalıdırlar ki, yumşalma hələ koronavirisun bitməsi deyil. Baxın, dünyanın ən iri milyarderlərindən Bil Qeyts deyir ki, bu virus 2022-ci ilə qədər davam edəcək.Düzdür, buna qarşı peyvəndlə əlaqədar iş gedir. Müəyyən müsbət nəticələr də var. Türkiyə, Rusiya, Amerikada müsbət nəticələr əldə olunub. Ümumi fikir odur ki, koronavirusun nə zaman bitəcəyi məlum deyil.Dəqiq xatirimdədir. Xocalı soyqırımının ildönümü ərəfəsində təkilf etdim ki, İranla sərhədlər bağlanılmalıdır. O məsələdə bir az gecikdik deyə, müəyyən fəsadlar oldu. Amma çox şükür ki, artıq Azərbaycanda bu virus azalır.Onu da mütləq vurğulamaq lazımdır ki, imkan daxilində Azərbaycanda insanlara maddi dəstək olundu. Düzdür, yardım alanlar kifayət qədər deyil, amma bu, ilk dəfə 200 minə yaxın insana şamil edilirdisə, sonradan 600 minə qaldırıldı. Artıq qərar verilib ki, daha iki ay insanlarımıza sosial güzəştlər verilsin.Türkiyənin Rusiya ilə də, Avropa və Amerika ilə də müəyyən razılaşdırmaları var ki, Qarabağ problemi həll edilməlidir
- "Pandemiya dünyanın iqtisadi xəritəsini dəyişdi” demək olarmı?
- Nəinki iqtisadi xəritəsi, dünyanın düzəni dəyişir. Bu, tək iqtisadi deyil, həm də siyasi cəhətdən dəyişikliklərlə müşahidə olunacaq. Çox ciddi problemlər üzə çıxacaq. Azərbaycanın nefti, qazı, müəyyən ixrac potensialı var, amma elə dövlətlər var ki, belə imkanları yoxdur və indidəm çox ciddi problemlərlə üzləşiblər. Bu mənada Rusiyanın özündə belə çox ciddi problemlər var. Son zamanlar hiss olunurdu ki, dünya səviyyəsində ərzaq təminatı ilə bağlı sıxıntılar yaşanır. Ona görə də belə məsələlərin ortaya çıxması təsadüfi sayıla bilməz. Bunlar bir mərkəzdən idarə olunur. Hər halda inanıram ki, müəyyən müddətdən sonra yaxşılığa doğru da addımlarv atılacaq.Sadəcə bunun zamanını demək bir az çətindi. Faktiki olaraq dünya Üçüncü Dünya Müharibəsi ilə qarşı-qarşıyadır. Deyə bilərəm ki, həm iqtisadi, həm siyasi cəhətdən pandemiya dünyada böyük dəyişikiklər edəcək.
- Siyasi cəhətdən demişkən, bu mənada Cənubi Qafqazı nə gözləyir. Dünyanın super güclərinin regional maraqlarında hansısa dəyişikiklər hiss olunurmu?
- Yaşadığımız region dünya dövlətləri üçün həmişə maraqlı olub. Bizdə neft, qaz hasilatı ilə bağlı Azərbaycanın Türkiyə üzərindən həyata keçirdiyi layihələr Avropa üçün də, Amerika üçün də böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, maraqlar toqquşması nəticəsində son zamanlar vəziyyət bir qədər dəyişib. Xüsusilə Tovuz hadisələrində bunun şahidi olduq. 30 il müddətində Türkiyə indiki qədər sərt addımlar atmamışdı. Ərdoğana qədər Türkiyə yumşaq mövqedə idi, ona görə də Rusiya burada istədiyini edirdi. İndi həm Avropa, həm Türkiyənin Azərbaycanda iqtisadi cəhətdən də maraqları var. Eyni zamanda, Türkiyə anlayır ki, Azərbaycan onun üçün çox önəmlidir. Və Azərbaycanın Qarabağ problemini həll etmək lazımdır. Aldığım məlumatlara görə, Azərbaycanla bağlı Türkiyənin Rusiya ilə də, Avropa və Amerika ilə də müəyyən razılaşdırmaları var ki, Qarabağ problemi həll edilməlidir. Əks halda istənilən an bölgədə partlayış baş verə bilər. İnanıram ki, Qafqazın stabilləşməsi üçün Qarabağ məsələsi ədalətli həll olunacaq, Azərbaycanın əraziləri işğaldan azad ediləcək.Hesab edirəm ki, Ərdoğan son 3 ildə çox böyük addımlar atır. Türkiyə bölgədə söz sahibi olduğunu ortaya qoyur. Düzdür, Rusiya ilə Türkiyə hazırda əməkdaşlıq edir, ancaq bir çox regonlar kimi Rusiya Cənubi Qafqazı da öz əlində saxlamaq istəyir. Sanki 70 illik müstəmləkəçilik siyasətini davam etdirmək fikrindədir. Amma artıq bu, mümkün deyil. Görünür elə buna görədir ki, son zamanlar Azərbaycanda Prezidentin də qeyd etdiyi kimi "beşinci kalon”un üzvləri xeyli aktivləşiblər. Belələri Milli Məclisdə də var, daha yüksək postlarda da...
Onların arasında kifayət qədər vəsait sahibi olanlar da mövcuddur. Özlərini kənara çəkiblər, amma biz bilirik ki, onlar kimlərdir. Dövlət başçısı mütəmadi bu kimi məsələləri qeyd edir və milli maraqlarımız naminə onların üzərinə gedir ki, bilsinlər, Azərbaycan üçün Qarabağ ən birinci məsələdir. Biz bunu həll etməliyik, Tovuz hadisələrində bir çağırışla insanlar meydanlara toplaşdı. Özü də bu çağırışa yalnız Bakıda, rayonlarda deyil, dünya azərbaycanlıları elə bütün dünyada səs verdilər. Düşmən qüvvələr müəyyən təxribatlara getdilər. Çox yaxşı ki, dünya dövlətləri Ermənistanın bu təxribat siyasətini başa düşdülər. İlk dəfə Amerika konqresində Azərbaycanın ərazi bütövlüyü ortaya qoyuldu. Bunlar çox şeylərdən xəbər verir. Amma məni narahat edən xüsusi bir məsələ var.Azərbaycanda mövcud olan "beşinci kolon” aktivləşib. Bəzi deputatların çıxışlarına diqqət verirəm. Onların adlarını da bilirik. O cümlədən müəyyən rəhbər orqanlarında olan insanlar da var ki, Rusiyaya bağlıdılar. Onlar anlamalıdırlar ki, bir daha Azərbaycana hansısa xarici ölkə ordusu girə bilməyəcək. İndiki gənclər o qədər fəaldırlar ki, milləti, dövləti o qədər sevirlər ki, onlar buna heç vaxt getməyəcəklər. Biz də getməyəcəyik. Biz müstəqilliyimizi qorumalıyıq. Bizim üçün bundan vacib heç nə yoxdur. Təəssüf edirəm ki, "beşinci kolon” üzvləri müstəqilliyimizi qorumaq fikrində deyillər. Mən bu məqamda cənab Prezident İlham Əliyevin apardığı xarici siyasətdən də danışmaq istəyirəm. Azərbaycan kimi dövlətin xarici siyasətini indiki kimi həyata keçirmək şox çətindi, hətta mümkün deyil. Bunu İlham Əliyev bacarır. Hesab edirəm ki, Türkiyə ilə hərbi müqavilə imzalamalıyıq. Müəyyən təkliflər var, konfederasiya və s. Ancaq mən Azərbaycanla Türkiyə arasında hərbi müqavilənin olmasının tərəfdarıyam. Türkiyənin Prezident, Xarici İşlər Naziri, Müdafiə Naziri səviyyəsində vermiş olduğu bəyanatlar indi qardaş ölkənin birmənalı olaraq yanımızda olduğunun sübutudur.Daxildə milli maraqlarımıza əks olan qüvvələr var. Ancaq indi Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general Əli Nağıyev kifayət qədər təcrübəli şəxsdir və milli adamdır. Öz sahəsinin böyük mütəxəssisidir və ona böyük hörmətim var. Hesab edirəm ki, "beşinci kolon” məsələsi ilə bağlı hörmətli general öz işlərini görür.Korrupsiya və rüşvətxorluğun kökünün kəsilməsi istiqamətində atılan addımları da təqdir edirəm. Hesab edirəm ki, "beşinci kolon”un kökünün kəsilməsində də mühüm işlər göürülür və bu, çox vacibdir.Biz Rusiya ilə strateji müttəfiq dövlətik. Rusiya bizim böyük qonşumuzdur, əsrlər boyu da qonşuluq davam edəcək. Ciddi siyasi, iqtisadi, humanitar, mədəni əlaqələrimiz var. Amma müstəqilliyimizi qorumaq, ərazi bütövlüyümüzü təmin emək kimi müqəddəs işlərimiz də var. Rusiyapərəsət qüvvələr də bunu anlamalıdır. Bilməlidirlər ki, bizim dövlət olaraq, xalq olaraq, fərd olaraq ilk işimiz Aərbaycanın ərazi bötüvlüyü məsələsidir.Tanıyanlar bilir ki, açıq fikirli insanam. Heç nədən çəkinmirəm, mətbuatda öz fikirlərimi açıq deyirəm. Bilrisiniz, sözdə hər şey asandı. Amma indiki vaxtda xarici siyasətdə Azərbaycanı qoruyub saxlamaq çox çətindi. Yadıma gəlir, 2012-ci ildə TANAP layihəsi həyata keçiriləndə, bizə çox ciddi problemlər yaşatdılar. Mən o işin içində idim. Rusiya bu işə mane olmaq üçün bütün alətlərdən istifadə etdi. Amma Azərbaycan Prezidenti bu məsələdə də yenə də milli maraqlarımızı qoruya bildi. Elə bir siyasət həyata keçirdi ki, milli maraqlarımız təmin olunsun. Burada söhbət tək Azərbaycan qazından getmirdi. Burada Türkmənistan, İran və başqa ölkələrin qaz hasilatının bu layihə vasitəsilə Avropaya çıxarılmasından gedir. Hesab edirəm ki, bu layihə XXI əsrin müqaviləsidir. Maliyyə tutumu baxımından "Əsrin müqaviləsi”nə çatmasa da, 30 milyard kub metr qazın ixracı böyük bir işdir. 2012-də Azərbaycanda iğtişaşlar törətmək istədilər. Azərbaycan Prezidentinə qarşı ciddi təzyiqlər oldu. Amma dövlət başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycanın stabilliyi qorunub saxlanıldı. Hesab edirəm ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilmısində bir nəfər kimi Prezidentin ətrafında sıx birləşməliyik. Bilirsiniz, çox istərdik ki, torpaqlarımız sülh yolu ilə azad edilsin. Ancaq indi də görünən odur ki, Ermənistanın siyasəti nəticəsində bu danışıqlar sıfır səviyyəsindədir. Mənə elə gəlir ki, Qarabağ məsələsi qısa müddətdə öz həllini tapacaq. Dünya dövlətləri də bunu anlayır. Açığı məsələnin sülh yolu ilə həllinə inanıram. Amma torpaqlarımızın müharibə yolu ilə azad ediləcəyinə əminəm. Mən Mikayıl Cabbarovun apardığı siysəti bəyənirəm, düşüncəli, perspektiv verən şəxsdir və heç vaxt tələskənlik etmir.
- Vahid müəllim, Azərbaycanda çox ciddi islahatlar həyata keçirilir. Bəzən bu islahatlara mane olan qüvvələrin olduğu da hiss edilir. Bunu necə qiymətləndirirsiniz?
- Ölkəmizdə bütün sahələrdə ciddi islahatlara start verilib. Hakimiyyətə gənc kadrlar gətirilir. Mən diqqət edirəm, İqtisadiyyat nazirinə, Xarici işlər nazirinə, Təhsil nazirinə kifayət qədər gənc kadrlar gətirilir. Mən Mikayıl Cabbarovun apardığı siysəti bəyənirəm. Kifayət qədər düşüncəli, perspektiv verən şəxsdir və heç vaxt tələskənlik etmir. Baxın, hətta pandemiya dövründə belə iqtisadiyyatımızda ciddi geriləmə olmadı. Həm onun, həm də Maliyyə naziri tərəfindəın ciddi addımlar atılır. Ona görə də bu şəkildə kadr siyasətinin aparılmasını qəbul edirəm. Amma hesab edirəm ki, köhnə kadrların təcrübəsindən də yararlanmaq lazımdır. Eyni zamanda rüşvətin, korrupsiyanın aradan qaldırlması ilə bağlı da aparılan siyasəti müdafiə edirəm.Mən mərhum Prezident Heydər Əliyevlə də işləmişəm. Bəzən düşünürlər ki, İlham Əliyevlə işləmək asandı, çünki o, humanist şəxsdir. Amma xatırlatmaq istəyirəm, İlham Əliyev hər şeyi gözəl bilir, o, Azrbaycan insanına qarşı nə qədər humanist olsa da, Azərbaycana qarşı olanlara, rüşvətxorlara qarşı da o qədər sərtdi. Bəzən müəyyən zaman verir ki, insanlar öz yanlışlarını anlasınlar, əməllərindən geri dönsünlər. Anlamayanda onlarla ən sərt dildə danışır. Son hadisələr bunun əyani sübutudur. Son iclasda isə şirkətlərlə bağlı məsələyə toxundu. Bu, çox ciddi məsələdir. Söhbət o şirkətlərdən gedir ki, Azərbaycanın taleyi birbaşa onlarla bağlıdır. Hesab edirəm ki, bu məsələ ilə bağlı yaradılan İnvestisiya Holdinqdə elə adamlar işə alınmalıdır ki, bu işləri şəffaf şəkildə həyata keçirə bilsinlər. Biz müstəqillik dövründə bəzi insanların həddən çox varlanmasına imkan verdik. İndi Azərbaycanda kifayət qədər varlı insanlar var. Təbii ki, mən insanlarımızın daha çox varlanmasının tərəfdarıyam. İndi bizdə kifayət qədər kapital sahibi olanlar özlərini elə göstərirlər ki, guya kənara çəkiliblər, dayanıblar və s. Amma heç də elə deyil. Bizdə olan məsəl kimi "Pul insanı danışdırır”. Bunların heç biri sakit oturmurlar. Dəfələrlə təklif etmişəm ki, Azərbaycanda maliyyə amnistiyası həyata keçirilməlidir. İnsanlar o pulları niyə aparıb xaricdə nəyəsə yatırmalıdırlar. Bunların hamısını Azərbaycana gətirmək lazımdır. Həmin vəsaitlər Azərbaycana yatırılmalıdır. Təbii ki, narkotika, qaçaqmalçılıq, terrordan əldə edilən vəsaitə bu qanun layihəsi şamil oluna bilməz. Belə təcrübə var. Buna getməliyik. Son zamanlar iqtisdi sahədə yaranmış müəyyən məsələləri aradan qaldırmaq üçün bundan istifadə etmək olar. Həm də pulu çox olan insanlarımız da sakitləşərlər. Pul onları danışdırmaz. O pullar oğurluqla qazınılsa da Azərbaycan dövlətinin vəsaitidir. Bundan istifadı etmək lazmıdr. Ad çəkməyəcəm. Bir dəfə bir nazilə söhbət edirdik. O dedi ki, bizneslərini dövlət büdcəsi hesabına formalaşdırıblar.
- Qeyd etdiyiniz adamlar Azərbaycana təhlükə ola bilərmi?
- Onlar həmişə təhlükədir. Ümumiyyətlə, dünya təcrübəsində hakimiyyətə gələnlər pullu insanlardır. Pul vasitəsilə insanları ələ almaq da mümkündür, digər dövlətlərlə danışıqlara getmək də. İnanıram ki, törədəcəkləri təhlükə baxımından DTX elə insanları hər zaman nəzarətdə saxlayır. Onlar kimlərlə görüşür, hansı dövlətlərlə əlaqəlidirlər və s. Dövlət başçısı "beşinci kolon” deyəndə həm də onları nəzərdə tutur. Bilirisiniz, onlar özlərini cəmiyyətə göstərmir, ancaq onları biz bilirik. Qabağa gəncləri verirlər, siyasi səriştəsi olmayanları verirlər. Bu dediyim çox ciddi məsələdir. Bilrisiniz, müstəqilliyə rahat nail olmamışıq. O zaman parlamentdə nələr baş verdiyinin şahidi olmuşam. Təəssüf ki, müstəqilliyimizin əleyhinə olan insanlar kifayət qədər varlanıblar. Onlar indi də müstəqilliyimizə qarşıdırlar. Çox arzusundadırlar ki, SSR bərpa olunsun. İndi hətta 2024-cü ildə guya SSR-in bərpa olunacağı bardə də yanlış informasiyalar dövriyyəyə buraxılır. Bunların hamısı boş xülyalardır. Biz sovet sistemini də görmüşük. Rusiyanın işğalçılıq istəyi dəyişməyib. Düşünürlər ki, biz onların əlinin altında olmalıyıq.Açığını deyim, hətta Türkiyə ilə də münasibətlərdə müstəqilliymizi qorumalıyıq. Mən Rusiyanı qəbul edirəm. Hətta 1994-cü ildə "Əsrin müqaviləsi” imzalananda Lukoyl üçün 10 faiz pay verdik. Rəhmətlik Heydər Əliyev dedi ki, Rusiya ilə müqaviləyə mən qol çəkim. Vahid Ələkbərovla mən imzaladım bu müqaviləni. Demək istyirəm ki, biz Rusiya ilə problemsiz olmaq istəyirik. Amma Qarabağ məsələnin Rusiyanın proyekti olduğunu da bilirik. Putini də başa düşürəm. İstəyir ki, dövləti güclənsin. Amma mən onların işğalçılıq siyasətini qəbul eləmirəm.İndi deyirlər Qarabağın açarı Rusiyanın əlindədir. Amma indi o açar Rusiyanın əlindən çıxıb. İndi o açar Azərbaycan xalqının əlindədir. Hesab edirəm ki, Azərbaycanın dövlət başçısının qərarı ilə bu məsələ öz həllini tapacaq. Tovuz hadisələri göstərdi ki, indiki nəsil Qarabağı daha çox istəyir.İlham Əliyevin dövründəki gənclik torpaqlarımıza daha çox bağlıdır, Azərbaycanı daha çox sevir. Bunlar öz-özünə yaranan məsələlər deyil. Mən də əlimdə silah müharibəyə getməyə hazıram.Qarabağ məsələsi regionun gündəmidir. Siyasi səviyyədə hansı danışıqlar gedir, onu deyə bilmərəm. Amma bəzi məsələləri hiss edirəm. Problemlər mütləq öz həllini tapacaq. Hansı format əsas götürüləcək, bu, sonranın işidir.Qarabağ məsələsində iqtidar-müxalifət mövqeyi yoxdur. Bu, çox yaxşıdır. Bütün xalq eyni fikirdədir.Bu məsələdə müəyyən qüvvələrin birliyimizə qarşı çıxması bəzən insanları narahat edir. Bəs, "beşinci kolon” buna deyirəm də. Bu, həmişə olacaq. Onu bir günə ləğv etmək mümkün deyil. Ona görə zaman-zaman təklif edirik ki, arxivlər açılsın, xalq kimin kim olduğunu bilsin.
- Vahid müəllim, məsələlərə İranın mövqeyi necədir?
- Qarabağ məsələsində İranın mövqeyi çox vaxt Rusiyanın mövqeyi ilə eynilik təşkil edir. İran göründüyü qədər sadə dövlət deyil. Diqqət etmsinizsə, ABŞ İaranda çevrilişlər üçün çox çalışır. Ancaq hələlik buna nail ola bilmir. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət İranla da müsbətdir. Ümumiyyətlə, Azərbaycan Prezidenti xarici siyasətdə hamı ilə normal münasibətlərin tərəfdarıdır. Xüsusilə qonşu ölkələrə bu münasibətlərin daha isti olmasının tərəfdarıdır. Təbii ki, biri-birinin daxili işlərinə qarışmamaq əsas məsələsidir. Amma tarixdir, inanıram nə vaxtsa Cənubdakı soydaşlarımız da öz müstəqilliklərinə qovuşacaqlar.
- Bəzən yaltaqlıq meydan sulayır. Necə hesab edirsiniz, yaltaqlığı yasaq edən qanun qəbul edilə bilərmi?
- Vaxt gələcək buna ehtiyac qalmayacaq. Çünki insanlar, xüsusilə gənclər öz millətlərini sevirlər, yaltaqlığa, rüşvətə meyilli deyillər. Amma açığını deyim, son zamanlar yaltaqlıq artıb. İnsan öncə özünə hörmət etməldir. Əminəm ki, dövlət başçısı özü də yaltaqlardan xoşlanmır. Bəlkə də onlara istehza ilə baxır. Axı dövlət başçısının yaltaqlara ehtiyacı yoxdur. Bu bizim üçün böyük bir bəladır. Hətta bəzi insanlar yaltaqlığı o səviyyə qaldırırlar ki, adam xəcalət çəkir. Amma bununla bağlı konkret qanuna ehtiyac yoxdur. Belə bir qanun milləti alçaldar. Bəzilə düşünürlər ki, yaltaqlıqla, yalan danışmaqla öz işlırini keçirəcəklər. Bəli, bu yolla öz maraqlarını təmin edənlər var. Amma sonda rüsvay olurlar.Düzü danışmaq da asan deyil. əgər düzü deyəcəksənsə, sənə hansısa təzyiq olacağını əvvəlcən bilməlisən, ona hazır olmalısan. Mən buna hər zaman hazır olmuşam. Mən dövlətimi, millətimi sevən adamam.
Xəbərin oxunma sayı : 5890
Müsahibə
Xəbərlər
-
Almaniyanın nəhəng enerji şirkəti Azərbaycan bazarını tərk edir - DETALLAR
-
“Xınalıq və Köç Yolu“ndakı evləri 2 manatlıq şirkət bərpa edəcək - 627 minlik sifariş
-
Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil, belə mexanizm yoxdur - Ruben Rubinyan
-
Bakıda yeniyetmənin ölümündə “Roblox” izi - Baş Prokurorluqdan çağırış
-
Azərbaycanla BƏƏ arasında 6 sənəd imzalandı - FOTOLAR
-
Nazirdən 3 illik bakalavr açıqlaması: “Bəzi ixtisaslarda mümkündür”
-
DTX-nin saxladığı “Çevik” ləqəbli tiktoker həbs olundu - TƏFƏRRÜAT
-
Prezident BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi - FOTOLAR
-
Sabahdan Bakı və ətrafında iş rejimi dəyişir - DETALLAR
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib - DETALLAR
-
“Toyota Bakı Mərkəzi“nin həbs edilən sürücüsü Rauf Xəlilovun adından istifadə edibmiş - TƏFƏRRÜAT
-
Mark Rütte Moskvaya meydan oxudu: “Rusiya birliyimizi poza bilməyəcək“
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda bu məktəblər bağlanacaq - Nazir anons verdi
-
Pornoqrafik videonu yaymaqda şübhəli bilinən Əhdi və Həsəni hansı cəza gözləyir? - Açıqlama
-
Həmin dəbdəbəli toydakı bəyin də atası yüksək vəzifəli şəxs olub - Foto
-
Məktəblərdə dərs saatları dəyişdiriləcək? - Nazirdən cavab
-
“Bəy Mamed“ yaşayış kompleksinin həyətini hasarlayıb özünə villa tikdirir“ - FOTO
-
İyul ayında Azərbaycandan 4 ölkəyə 336 baş diri ətlik at satılıb - SİYAHI
-
Azərbaycanda neçə uşaq məktəbə gedəcək? - Nazirdən açıqlama
-
Müəmmalı şəraitdə oğlu ölən ana-ataya Türkiyədən vəkil gətirəcəyi adı ilə dələduzluq edildi - TƏFƏRRÜAT
-
SOCAR istiqrazlarını satan şirkət milyonlarla manat borca düşdü - DETALLAR
-
Nazirliyin adından 10 min manatlıq dələduzluq - Hökm oxundu
-
Azərbaycanlı rejissorun xaricdə oğlu üzə çıxdı - 90 yaşı var
-
Vüsal Şilderin qətlinin sifarişçisinin məhkəməsi başladı - FOTO
-
“Xəzri Rezidens”də sevgilisinə 5 bıçaq vuran kişi həbs olunmadı - TƏFƏRRÜAT
-
Qızına dəbdəbəli toy edən sabiq məmurun atası və babası da yüksək vəzifələrdə işləyiblər – Dosye
-
“Adore” vaxtı keçmiş məhsulları endirimlə satır? - İDDİA (Video)
-
Putin istəsə, iki məsələyə görə atəşkəs elan edə bilərik - Zelenski
-
İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı“nın sertifikatı verildi - FOTOLAR
-
Beyləqanda qanvermə aksiyası keçirilib - FOTOLAR
-
Avropada ən çox vergi tətbiq edən ölkələr hansılardır? - Siyahı
-
“Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir” - QMİ sədri
-
DTX rəisi Çində - Təhlükəsizlik sahəsində yeni saziş imzalandı
-
Notariatda köhnə ənənələr geridə qaldı, yoxsa? - Daxil Kərimovun “misilsiz xidməti“
-
Prezident “SABAH.city”nin açılışında - FOTOLAR
-
KTN-də unikal təyinat: “Bakı Taksi Xidməti”nin baş direktoruna yüksək vəzifə verildi
-
Süni intellekt sürətlə əmək bazarına daxil olur - Hansı peşələr sıradan çıxacaq?
-
Dövlət Əmək Müfəttişliyi Xidməti Elgün Feyzullayevi niyə müdafiə edir? - FOTO
-
Avropada meşə yanğınlarına qarşı yeni üsul: “Yanğınsöndürən keçilər“ işə düşür
-
Kartdan-karta pul köçürənlərə vacib xəbər: Yeni limitlər nəyi dəyişəcək?
-
Əməliyyatsız sinə böyütmək istəyənlərin diqqətinə: Dolğularla bağlı mühüm xəbərdarlıq - VIDEO
-
ABŞ və İran arasındakı münaqişə Konqresə seçkilərdən sonra başa çatacaq - Tramp
-
2027-ci ildən fermerlərə böyük dəstək: Yeni subsidiya məbləğləri
-
Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb
-
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər
-
Trampdan Zelenskiyə xəbərdarlıq - “Bu, dünyaya zərər verir”
-
Arıqlama iynələrinin bilinməyən tərəfi: Bədən arıqlayır, üz niyə çökür?
-
Bakıda sürücüləri narazı salan qayda: Giriş-çıxış artdıqca ödəniş də artır - VİDEO
-
İndoneziya sahillərində bərə aşdı: Ölənlər var, 130 nəfərdən xəbər yoxdur
-
Azərbaycanda 3 uşaqlı ailələrə güzəşt və müavinət verilə bilər - VİDEO
-
“Danışıqlar aparılsa belə, Ukraynada döyüşlər dayanmayacaq” - Lavrov
-
Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq - Xəbərdarlıq
-
İnfantino FIFA seçkilərində iştirak edəcək? - Açıqladı
-
Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?
-
Ərdoğanın Suriya səfərinə hazırlıq görülür - Hakan Fidan
-
Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə - VİDEO
-
Mingəçevirdə binada yanğın – Sakinlər təxliyə edildi + Video
-
Yuxululuq, halsızlıq, diqqət azalması: Gizli səbəblər bəlli oldu
-
Bakıdakı dəbdəbəli toyun sahibi bu məmur imiş - FOTO/VİDEO
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
33 dərəcə isti, yağış, külək... - Sabahın havası
-
Ebola dəhşəti böyüyür - 7 022 yoluxma, 3 398 ölü
-
Milyardlıq sərvəti üzə çıxdı - 90 yaşlı anasının hesabında 750 milyon
-
Tiktoker Əhdiman Osmanov və tanışı saxlanıldı - Cinayət işi açıldı
-
Lənkəran-Astara zonasında leysan yağıb - FAKTİKİ HAVA
-
Milyonlarla sürücüyə pul paylanacaq - Macarıstanda
-
Hörmüzdə İran gəmisinə hücum edildi - Ölən və yaralananlar var
-
Səudiyyə neftinin Asiyaya tədarük müddəti 2,5 dəfə arta bilər - Asahi
-
Azərbaycanda ən çox satılan saç markası məhkəməyə verildi - Təhlükəli xəstəlik
-
Qarışqa dərmanından zəhərləndi - Xəstəxanalıq oldu
-
“Miqrantları silah gücü ilə deportasiya edəcəyik” - Almaniyada qalmaqal
-
Kaşif Kozinoğlunun ölümü ilə bağlı araşdırma - 3 nəfər həbs edildi
-
Qanlı göldə ekoloji təhlükə: Onlarla ölü balıq sahilə çıxır (VİDEO)
-
Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR
-
“Yaxın Şərqdə vəziyyət tezliklə sabitləşəcək” - Putin
-
Zığ bağlarında yol problemi - VİDEO
-
Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə!
-
“Formula 1” öncəsi yollarda hərəkət dəyişikliklərinə başlandı - VİDEO
-
Gürcüstanın sabiq müdafiə nazirinə həbs qərarı - Dövlətə xəyanət ittihamı
-
Yeni yaradılacaq “rəqabət xəritəsi“nin məqsədi nədir? - VİDEO
-
Husilər strateji adanı ələ keçirdi - ABŞ qarşısında yeni problem
-
Prezidentin xüsusi nümayəndəsi müjdəni verdi: Yaxın zamanda...
-
Qusarda polis əməkdaşlarına müqavimət göstərildi: Saxlanılan var
-
Payızın 5 ən yaxşı qidası - Xərçəngin qarşısını alır
-
Azərbaycanda nəqliyyatın fəaliyyətindən məsul olan şəxs - Rəhman Hümmətov kimdir?
-
“Kölgə donanması”na dron hücumu - Helikopter də tankeri xilas edə bilmədi
-
Bakıda İngiltərə vətəndaşının evindən oğurluq - Hadisəni bağban törədib
-
“Arsenal“dan sürpriz transfer: Gürcüstanlı gənc istedad London klubunda
-
Bu ölkələr beynəlxalq münasibətlər sistemini çökdürür - Putin
-
Vüsal Aslanov yeni rəis müavini təyin etdi - FOTO
-
Azərbaycanda 31 milyon manat cərimə olunan şəxslə bağlı YENİ QƏRAR
-
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
-
“İran münaqişəni mümkün qədər uzatmağa çalışır” - Donald Tramp
-
Prezidentlərin “İstisu“ ənənəsini Hikmət Hacıyev İran səfiri ilə davam etdirdi - VİDEO
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşəcək - Bu tarixdə
-
Kredit borcunu ödəyə bilməyənlərə şad xəbər - Yeni qayda
-
Azərbaycanda gənclər arasında bu xəstəlik sürətlə yayılır - Həkim çağırış etdi
-
“Sabah“ və “Qarabağ“ Çempionlar Liqasında tarixə düşdülər - SİYAHI
-
Hikmət Hacıyev həmin kitabı vərəqləyərək erməni saxtakarlığını ifşa etdi - Video
-
Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - VİDEO
-
Husilər 36 saata Səudiyyənin dəstəklədiyi qüvvələri darmadağın etdi: Yəməndə nə baş verib?
-
Sinin casusları bizi izləyir, biz də onları izləyirik - Tramp
-
Ermənistan MDB-dən də uzaqlaşır - İqtisadi Şuraya İrəvandan heç kim getmədi
-
Bakıda skuterlər təhlükəyə çevrilir: Nəzarət yetərlidirmi?
-
Şahmar İbadovun həyat yoldaşı binanı 1,3 milyon manata icarəyə verdi - DETALLAR
-
Xətai rayonu Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət - VİDEO
-
Azərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb? - Hər il sayları azalır...
-
Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
-
“Putin gələrsə, G20 sammitində onunla görüşməyə hazıram“ - Zelenski
-
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - VİDEO
-
Diplomatlar Ağdərədəki Gəncəsər monastırını ziyarət etdi - FOTOLAR
-
“Şəfiqənin seçilməsi ilə kinoittifaq da “öldü”... - Həmidəni danışmağa qoymadılar, kinomuz “can verirdi”“
-
“Toyota Bakı Mərkəzi“nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
-
“Bu, Rusiya ilə müharibə deməkdir” - Putindən Avropa ölkələrinə xəbərdarlıq
-
Azərbaycan neftinin qiyməti heyrətləndirdi -120 dolları keçdi
-
1200 manatdan 36 min dollaradək - Azərbaycanda əcnəbi tələbələrə təhsil haqqı
-
Şəkinin mərkəzində çaqqal insanlara hücum etdi - VİDEO
-
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
TOP 10
ARXİV






