“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Sabirabad MKT-də baş verən cinayət niyə gizlədilir?

Tarix 15.09.20, 15:10

Font ölçüsü : - / +
bitmap-img6


Sabirabad MKT-nin rəhərliyinin baş verən oğurluğu gizlətməyə çalışdığı deyilir

Sabirabad rayonundan AzFakt.com-a daxil olan məlumata görə rayonda fəaliyyət göstərən Sabirabad MKT ASC-nin mərkəzi anbarında 2 ay öncə külli miqdarda oğurluq hadisəsi baş verib. Həmin oğurluq hadisəsində MKT-ya külli miqdarda ziyanın dəydiyi bildirilir. 
 
Məlumata görə Sabirabad MKT ASC-nin mərkəzi anbarından pambığı çiyiddən ayıran avadanlıq (çeşidləyici – Türkiyə istehsalı), ona yaxın iri həcmli çadır, xeyli sayda ziyanvericilərə qarşı istifadə edilən bahalı dərmanlar, sürtgü yağı dolu boçkalar və digər mal-matreallar oğurlanıb. 

Bu qədər mal-matrealın oğurlanmasının Sabirabad MKT ASC-nin mərkəzi anbarının müdiri Tural İbrahimovdan xəbərsiz baş verməsinin inandırıcı olmadığı iddia edilir.

Maraqlı məqamlardan biri isə baş verən oğurluq hadisəsinin MKT İstehsalat Kommersiya MMC rəhbərliyi tərəfindən gizlədilməsidir. Yəni məsələ ilə bağlı MKT rəhərliyinin hüquq mühafizə orqanlarına şikayət etmədikləri deyilir.

Baş verən oğurluq hadisəsinin gizlədilməsi MKT İstehsalat Kommersiya MMC-nin direktoru Rövşən Həsənovun tapşırığı ilə olub-olmamasını isə dəqiqləşdirə bilmədik. 
 
Məsələ ilə bağlı MKT İstehsalat Kommersiya MMC-nin yetkili şəxslərindən münasibət örgənməyə çalışsaq da, suallarımıza cavab verən tapılmadı.
 
Araşdırmamız davam edir.
 
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.



Xəbərin oxunma sayı : 1177




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap