| |
|
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
Prezident İlham Əliyev xalqa yeni müjdə, Paşinyana isə son şansı verdi:“Hadrut qəsəbəsi, xeyli kənd və yüksəkliklər azad edilib“
Tarix 09.10.20, 19:42 |
|
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib.
AzFakt.com Prezidentin xalqa müraciətinin tam mətnini təqdim edir:
-Əziz həmvətənlər.
Bu gün müzəffər Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
İşğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını sizin diqqətinizə çatdırmaq istərdim: Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazıllı kəndi, Qışlaq kəndi, Qaracallı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi.
Bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbəmizdir. Azərbaycan işğal altında olan torpaqları işğaldan azad edir. Demək olar ki, hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər gün bizim əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər. Eyni zamanda, strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib olurlar. Beləliklə, əməliyyat planı tam icra edilir, əməliyyat planı müasir döyüş prinsiplərinə əsaslanır. Azərbaycan Ordusu həm maddi-texniki təchizat baxımından, eyni zamanda, döyüş hazırlığı baxımından bu gün döyüş meydanında tam üstünlüyə sahib olubdur.
Bu gün aparılan döyüşlərdə düşmənin hərbi texnikası böyük dərəcədə məhv edilmişdir və eyni zamanda, hərbi qənimət götürülmüşdür. Deyə bilərəm ki, sentyabrın 27-dən bu günə qədər bütövlükdə Ermənistan Ordusuna çox böyük zərbə vuruldu. Mən sadəcə olaraq, Azərbaycan Ordusu tərəfindən məhv edilmiş və hərbi qənimət kimi götürülmüş Ermənistanın hərbi texnikasının siyahısını sizin diqqətinizə çatdırmaq istərdim. Ermənistanın itkiləri ilə əlaqədar məlumat verirəm: 16 komanda məntəqəsi məhv edildi, 196 tank məhv edildi, 38 BM-21, 1 “Uraqan”, 10 özüyeriyən artilleriya qurğusu, – onlardan 8-i “Akasiya”, 2-si “Qvozdika”, – 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası, 2 RM və ya hava hücumuna qarşı müdafiə vasitəsi, 2 “S-300” kompleksinin buraxıcı qurğusu, 25 OSA zenit-raket kompleksi, 2 KUB zenit-raket kompleksi, 4 “Repelend” radio-texniki maneə vasitəsi, 136 top, 56 minaatan, 1 TOS-1A odsaçan sursatı, 2 radiolakasiya stansiyası, 1 “Kalçuqa” anteni.
Qənimət kimi götürülmüş hərbi texnika aşağıdakı kimidir: 18 tank, 4 top, 22 piyadaların döyüş maşını, 12 minaatan, 4 UAZ maşını, 1 ekskavator, 27 “İqla” kompleksi, 1 ZİL maşını, 9 QAZ maşını.
Onu da bildirməliyəm ki, düşmənin əlində Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan bir dənə də hərbi texnika yoxdur. Düşmən öz xalqına nağıllar danışır, yalan danışır. Faktları saxtalaşdırır, öz xalqını aldatmaq istəyir, beynəlxalq aləmi aldatmaq istəyir ki, guya onlar hücuma keçirlər, onlar bizim bəzi mövqelərimizi geri alıblar. Hamısı yalandır. Döyüşlərin obyektiv müşahidə mənzərəsi var və istənilən hərbi mütəxəssis görə bilər ki, bu gün Azərbaycan Ordusu döyüş meydanında qələbə əldə edibdir. Azərbaycan Ordusu öz üstünlüyünü göstərir. Azərbaycan əsgər və zabiti yüksək mənəvi psixoloji keyfiyyətlər göstərir, mənəvi ruh göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik. Ermənistanın əsgərləri işğalçılardır. Döyüş gedən torpaq onların torpağı deyil. Onlar mövqeləri qoyub qaçırlar.
Baxmayaraq ki, 30 il ərzində təmas xətti boyunca və bir neçə xətt üzrə dərin eşalonlanmış müdafiə sistemi qurulub. Mühəndis-istehkam qurğuları qurulub. Onları yarmaq, onları keçmək çox çətindir. Bəzi hallarda bəzi istehkamları keçmək üçün bizə bir neçə gün lazım olur. Eyni zamanda, biz bütün işləri elə aparırıq ki, az itkilər verək. Ona görə bəzi hallarda müxtəlif istiqamətlər üzrə mövqelərimizdə möhkəmlənib, ondan sonra yeni əməliyyat üçün hazırlıq işləri də görürük ki, maksimum nəticə, minimum itki olsun.
Bu gün işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün Azərbaycan əsgərləri bizim işğal edilmiş torpaqlarda ermənilərin qazdıqları səngərlərdə keşik çəkirlər – onlar bizim yox, biz onların səngərlərində, biz onların postlarında, biz onların tanklarında. Qənimət kimi götürülmüş o hərbi texnikadan indi biz istifadə edirik – 18 tank. Onların tankları indi döyüş meydanında onlara qarşı vuruşur. Budur Azərbaycan Ordusunun üstünlüyü, bizim üstünlüyümüz. Bu gün açıq informasiya məkanında, internetdə göstərilir, necə dəqiq, sərrast atəşlərlə düşmənin canlı texnikası məhv edilir.
Düşmən panikadadır, düşmən isterikaya qapılıb. Düşmən ölkənin rəhbərliyi tamamilə özünü itirmiş vəziyyətdədir. Müxtəlif ölkələrə, müxtəlif ölkələrin dövlət-hökumət başçılarına müntəzəm olaraq zəng edir, dəfələrlə, gündə bir neçə dəfə yardım istəyir, imdad diləyir, yalvarır. Onların ayağının altına yıxılır. Özünü alçaldır ki, gəlin, bizi xilas edin. Onların xilasının yeganə yolu budur ki, torpaqlarımızdan çıxsınlar. Biz dəfələrlə bunu demişik, öz xoşunuzla çıxın bizim torpaqlarımızdan. BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirin, yoxsa, peşman olacaqsınız. Hesab edirsiniz ki, Azərbaycan bu vəziyyətlə barışacaq? Barışmayacaq, dəfələrlə demişəm. Hesab edirdiniz ki, Azərbaycan xalqı bu təhqirlərlə barışacaq? Barışmayacaq, dəfələrlə demişəm. Amma bizim torpaqlarımızda oturub, bizim müqəddəs torpağımızı zəhərləyib sonra da bizə qarşı iddia qaldırasan – qudurğanlığın dərəcəsinə baxın. Biz onları yerinə oturtduq. Biz onlara yerlərini göstərdik. Biz onları elə qovuruq ki, onlar bu sprinti heç vaxt yaddan çıxarmayacaqlar.
Bu gün bütün cəbhə boyu döyüşlər gedir. Azərbaycan bütün istiqamətlər üzrə mövqelərini möhkəmləndirir və biz işğalçını, təcavüzkarı sülhə məcbur edirik. Bu əməliyyatın əsas məqsədi də budur. Biz onlara göstərdik ki, döyüş meydanında da, beynəlxalq müstəvidə də, siyasi meydanlarda da biz qalib gəlirik. Onlar bizim gücümüzü gördülər, bizim iradəmizi gördülər. Onlar gördülər ki, dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Kimə yalvarırsan yalvar, kimin ayağının altına yıxılırsan yıxıl, kimin dabanlarını yalayırsan yala, heç kim bizə təsir edə bilməz! Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bötüvlüyümüzü bərpa edəcəyik!
Amma işğalçıya bəlkə də sonuncu dəfə şans veririk ki, çıxın bizim torpaqlarımızdan. Çıxın, öhdəlik götürün, danışıqlara qayıdın, danışıqların formatına qayıdın. Yoxsa, Ermənistanın baş naziri özünü nə hesab edir? Bizimlə bu tərzdə danışmaqmı olar? İndi biz ona yerini göstərdik. “Qarabağ Ermənistandır” deməklə Qarabağ heç vaxt Ermənistan olmayacaq. İndi görüm necə deyir “Qarabağ Ermənistandır”. Səsini belə çıxara bilmir.
İndi məcbur olub onların xarici işlər naziri Moskvaya danışıqlara gəlib. Gəlsin, orada desin “Qarabağ Ermənistandır”. Əgər belə bir şey desə, heç bir danışıqlardan söhbət gedə bilməz. Mən bunu demişəm, heç kim bizi məcbur edə bilməz. Deyirdi ki, biz kriminal “Dağlıq Qarabağ respublikası”nın quldur başçısı ilə danışıqlar aparmalıyıq. Biz heç vaxt buna razı ola bilmərik və bu heç vaxt olmayacaq. Ona görə, dünən və srağagün siyasi müstəvidə baş vermiş hadisələr onu göstərir ki, Ermənistan rəhbərliyi nəhayət başından böyük zərbə alandan sonra dərk etməyə başladı ki, o ancaq bizim şərtlərlə oturub duracaq. Biz nə desək, o da olacaq. Şans veririk ki, danışıqlar yolu ilə, sülh yolu ilə torpağımızdan çıxsın. Onsuz da biz bu torpaqlara qayıdacağıq. Onsuz da biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bütün dünya bunu gördü, o cümlədən Ermənistan bunu gördü. Biz istəyirik ki, qan tökülməsin. Biz istəyirik ki, şəhidlər olmasın. Biz öz torpaqlarımızı istəyirik. Çıxın gedin bizim torpağımızdan, rədd olun bizim torpağımızdan! Gedin öz ölkənizdə yaşayın. Amma biz torpağımızı geri alacağıq. Ona görə bu tarixi şansı onlar qaçırmamalıdır.
Bu gün Moskvada keçiriləcək görüş, hesab edirəm ki, bir çox şeylərə aydınlıq gətirəcək. Onlar baza prinsiplərini qəbul etməlidirlər. Halbuki Paşinyan demişdi ki, o, onları qəbul etmir. Demişdi ki, Azərbaycana bir qarış torpaq verməyəcəyəm. Nə oldu bəs?! Gəl tut o işğal edilmiş torpaqları. Bəs verməyəcəkdin? Nə oldu verdin? Nə oldu qaçdın? İndi gedirsən onun-bunun dabanını yalaya-yalaya, özünü alçalda-alçalda öz xalqını alçaldırsan. Öz ölkəni sıfıra bərabər etmisən. Demişdi ki, verməyəcəkdi bu torpaqları. Kimdir səndən soruşan, verəcəksən ya verməyəcəksən?! Gəldik götürdük, vəssalam. Götürəcəyik, nə qədər lazımdır, istəsək artıqlaması ilə.
Necə ki, iyul ayında götürə bilərdik. Mən bunu demişdim. İyul ayında biz rahatlıqla Ermənistan ərazisinə keçə bilərdik, orada da torpaqları zəbt edə bilərdik. Heç kim bizim qabağımızı ala bilməzdi. Bu döyüşlər onu göstərir. Eləmədik bunu, qoymadım mən. Halbuki bizim hərbçilərimiz artıq hazır idi buna. Qoymadım. Çünki siyasi iradə var. Biz qanunlar çərçivəsində fəaliyyət göstəririk. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı heç kimə verməyəcəyik. Bəs nə oldu, Paşinyan? Deyirdin ki, “Dağlıq Qarabağ respublikası” o cümlədən işğal edilmiş bütün torpaqları əhatə edir. Bəs gəl müdafiə et bunları. Niyə qaçırsan Moskvaya? Niyə zəng vurursan, dünya liderlərinin beynini xarab edirsən? Daha kim qaldı ki, zəng etməsin. Kim qaldı ki, zəhləsini tökməsin. Bir məsləhət verərdim ki, bəlkə şamanlara zəng etsin. Onlar ona kömək etsin. Ya da ki, hansısa uzaq adada yaşayan bir qəbilə başçısına zəng etsin, o, onun canını qurtarsın. Necə deyərlər, lətifə personajına çevrilib. Açın, sosial şəbəkələrə baxın, lağa qoyurlar, ələ salırlar, lətifələr qoşurlar. Öz ölkəsini bu qədər rəzil edən, bəlkə də dünya miqyasında ikinci adam olmayıb. Nəyə görə? Çünki gəlib başqasının torpağında oturub, o torpaqdan çıxa bilmir.
Ona görə mən Azərbaycan xalqına üz tutub deyirəm, biz torpaqlarımızı geri alacağıq. Mən xatırlayıram, Dağlıq Qarabağda qanunsuz oturan və oradan çıxarılacaq dəstə başçısı Şuşa şəhərində özünə “andiçmə” mərasimi keçirmişdir. O vaxt bu Azərbaycan cəmiyyətində böyük rezonans yaratdı, yəni, çox böyük təsir etdi. Biz bunu təhqir kimi qəbul etdik – biz hamımız, istisnasız. Yadımdadır, mənə də çağırışlar olmuşdur ki, biz buna imkan verməməliyik, biz oranı bombalamalıyıq, oranı dağıtmalıyıq. Əlbəttə ki, mən buna gedə bilməzdim. Çünki bizim müharibəmiz mülki vətəndaşlarla deyil. Ermənistandan fərqli olaraq, biz mülki vətəndaşları atəşə tutmuruq. Ancaq biz bunu unutmamışıq. İndi getsin onun and içdiyi mərasimin keçirildiyi binaya baxsın. Nə gündədir o!
Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik. Ona görə də bu gün bizim uğurlu əməliyyatımız böyük nəticələrə gətirib çıxardı. Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm, bütün sahələrdə, o cümlədən hərbi quruculuq sahəsində.
Bir məsələyə də toxunmaq istəyirəm. Azərbaycan xalqı da bunu vasitəçilərdən, bəzi beynəlxalq təşkilatlın rəhbərlərindən dəfələrlə eşidib ki, bu münaqişənin hərbi həlli yoxdur. Mən isə demişdim ki, bu tezislə razı deyiləm və mən haqlı çıxdım, mən! Otuz ilə yaxındır danışıqlar aparılır. Bir məsələ yerindən tərpəndi? Bir santimetr torpaq bizə danışıqlar yolu ilə verildi? Təcavüzkarı məcbur etdilərmi ki, bizim torpağımızdan çıxsın, BMT Təhlükəsizik Şurasının qətnamələrini yerinə yetirsin? Yox. Bəs, bu məsələ indi necə həll olunur? Bu, hərbi yol deyilmi? Məhz hərbi yolla bu məsələ həll olunur. Hərbi, ondan sonra siyasi. Bu əməliyyat olmasaydı, biz təcavüzkara lazımi zərbələr endirməsəydik, onların dərsini verməsəydik, indi o qaçardımı Moskvaya danışıqlar aparmaq üçün?! Oturacaqdı özündən razı, deyəcəkdi ki, torpaqları vermirik. Biz məcbur etdik onları. Biz onları elə günə saldıq ki, indi gizlənməyə deşik axtarırlar, tapa bilmirlər. Oturublar, siçan kimi ağzına su alıb susurlar. Bəs, hanı sənin hikkən?! Hanı sənin təkəbbürün?! Hanı sənin “qəhrəmanlığın”?! Deyirdin “Qarabağ Ermənistandır”. Qarabağ Azərbaycandır. Bunu hamı bilməlidir, o cümlədən bu gün Ermənistanın başında oturanlar da bilməlidir. Mən onlara bir daha deyirəm, əgər Moskva danışıqlarından sonra yenə də saxtakarlıq edəcəklərsə, özləri peşman olacaqlar. Biz torpaqlarımızı geri alacağıq – sülh yolu ilə, ya da ki, müharibə yolu ilə. Birmənalı!
Biz istəyirik ki, sülh yolu ilə bunu təşkil edək, sülh yolu ilə bunu alaq. Ermənistana axırıncı şans veririk, axırıncı şans! Heç kimə ümid bağlamasın. Heç kim onlara kömək etməyəcək. Bizim qabağımızda Ermənistan acizdir. Bizim qabağımızda Ermənistan diz çöküb. Bizim şəhidlərimizin ruhu qarşısında biz onları diz çökdürmüşük. Şəhidlərimizin qanı yerdə qalmayıb. Mən dəfələrlə şəhid ailələrinin nümayəndələri ilə, şəhid valideynləri ilə görüşlərdə demişdim ki, biz onların qisasını alacağıq. Bizim şəhidlərimizin qanı yerdə qalmayacaq və qalmır. Biz qan istəmirik. Biz istəyirik torpaqlarımız bizə verilsin. Verilsin, uzatmasınlar məsələni. Stasu-kvo deyilən məsələ yoxdur, qurtardı getdi. Status-kvo belə olmalıdır, elə olmalıdır. Mən dəyişdirdim status–kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında. Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti. Yarmışıq onu.
Onlar 30 il idi ki, qururdular bu təmas xəttini. Özü də o bölgənin relyefi təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. Özü də 30 il ərzində orada beton istehkamlar qurulub. Yarıb keçmişik. Azərbaycan əsgərinin qabağında heç kim heç nə edə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Yoxdur təmas xətti. İndi deyirlər yeni təmas xətti olacaq. Olmayacaq! Biz torpaqlarımızı geri alacağıq. Hansı təmas xəttindən söhbət gedə bilər?! Yoxdur bu, biz dağıtmışıq, biz etmişik, iradə göstərmişik, güc göstərmişik, xalqımızın iradəsinə arxalanmışıq və bu gün qələbə çalırıq. Tarixi qələbə çalırıq! Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlaq qələbədir. Gələcəkdə bu qələbələr davam edəcək. Biz torpaqlarımızı azad edəcəyik, ərazi bütövlüyümüzü bərpa edəcəyik! Düşməni ondan sonra da qovacağıq. Mən bilirəm ki, Azərbaycan xalqı mənim bu sözlərimi bəyənibdir. Qovacağıq onları axıra qədər. Bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycanın ərazi bütövlüyünü bərpa ediləcək. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!
Xəbərin oxunma sayı : 460
Gündəm
Xəbərlər
-
Netanyahu Zelenski ilə görüşdən imtina edib - SƏBƏB
-
Taxta-şalban Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - Siyahı
-
Goranboyda 30 əsrlik məkan: 19 illik araşdırmalar zamanı nələr tapılıb? (VİDEO)
-
ABŞ Senatından Rusiyaya qarşı ağır sanksiya paketi - İdxalçılara 200%-lik tariflər gəlir
-
100 milyonluq yeyinti işi: vəzifəli şəxs həbs edilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
ABŞ istəməsə, İsrail İrana hücum etməyəcək - Netanyahu
-
Səhiyyə Nazirliyindən əhaliyə müraciət: Vaxtında vaksinasiya olunmalıdır!
-
İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi - FOTO
-
Elnur Azadxanov vəzifəsindən azad olundu - Anar Bayramovdan ƏMR
-
Əhali rayonları tərk edərək Bakı və Abşeronda məskunlaşır? - Maraqlı statistika
-
ABŞ Senatından Ukrayna ilə bağlı mühüm addım - Dəstək layihəsi böyük səs çoxluğu ilə dəstəkləndi
-
Şərurlu İsfəndiyarla bağlı daha bir qalmaqalın görüntüləri - VİDEO
-
Zaqatalada kütləvi zəhərlənmə: Prokurorluq araşdırma aparır
-
Ağdamdakı yanğın genişləndi: Minalanmış ərazilərdə partlayışlar baş verir
-
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
TƏBİB-in rəhbəri baş həkimi vəzifəsindən azad etdi - FOTO
-
Bakalavr və magistraturada ən çox boş qalacaq ixtisaslar - SƏBƏB
-
Nazir müavini ilə bağlılığı olan şirkət 52 din xadimi gətirir - 122 min manat ayrıldı
-
Azərbaycandan Ukraynaya dəstək: 40 ton avadanlıq göndərildi
-
“E-manat“ın sahibinin dövlətə borcu yaranıb - Küllü miqdarda
-
AAYDA-da daha bir dəyişiklik - Sədr özünə yeni müaşvir götürdü
-
Bakıda külək, rayonlarda leysan olacaq - Sabahın havası
-
Tramp və Vensin dəfn mərasimindəki görüntüləri gündəm oldu - VİDEO
-
“Azərişıq”da kadr dəyişikliyi: Vüqar Əhmədov əmr imzaladı
-
Dünyanın ən borclu ölkələri açıqlandı - SİYAHI
-
Keçid ballarında dəyişiklik olacaq? - AÇIQLAMA
-
Azərbaycanda kiloqramı üç manata satılan kolbasanı yemək olarmı? - Açıqlama
-
İran Ukraynaya raket atmaq istəyib - Tehran son anda fikrindən niyə daşınıb?
-
Britaniya baş nazirindən İnfantinoya sərt etiraz: “Futbol satıla bilməz“
-
Evi dağılan sakin üçün müvəqqəti çadır quruldu - VİDEO
-
Azərbaycanda hüceyrə terapiyası mərkəzi qurulur - Teymur Musayev
-
Salyanda kişi ov tüfəngi ilə vuruldu - Keçmiş qayınatası saxlanıldı
-
“Türkiyə Kərkükdəki yataqların işlənməsində iştirak edəcək“ - Ərdoğan
-
Mənzildə çatışmayan sahənin pulunu şirkətdən geri ala bilərsiniz - Qanun nə deyir?
-
Azərbaycanda ətin qiymətində dəyişiklik var? - VİDEO
-
Nəsimi rayonunda aylardır qazılan yol təmir edilmir - VİDEO
-
Elşad Xose Psixiatriya Xəstəxanasına yerləşdirilib - Vəziyyəti ağırdır
-
Bir neçə metr məsafədə tikilən 18 mərtəbəli bina evlərinə təhlükə yaradır - VİDEO
-
Mərdəkanda yeniyetmələrdən dənizdə batdı - Biri xilas edildi, digəri axtarılır
-
“Sabah“ tarix yazdı: İlk dəfə avrokubokların əsas mərhələsinə yüksəldi
-
700 bal toplayaraq IV ixtisas qrupunun lideri olan abituriyent danışdı - VİDEO
-
Ərazi turizm zonasıdır deyilərək sənədi olan evi söküldü - VİDEO
-
Zərəri az olan qəzalarda nəqliyyat vasitələrini kənara çəkməyə icazə verilir? - VİDEO
-
697,5 bal toplayan Aysu: “Hədəfim 700 bal idi“
-
Sığorta yığımlarının 84%-i iki şirkətin payına düşüb - Tam siyahı
-
Arayikgilin apellyasiya məhkəməsində çıxışlar başa çatdı - Fotolar
-
Tramp və Zelenski Vaşinqtonda ikitərəfli görüş keçiriblər - Ağ Evdə
-
Qusar yollarında 10 manatlıq “Biznes Klas“ - 839 min manatlıq tenderin sirli qalibi
-
ABŞ İranın enerji obyektlərinə zərbə endirməyə icazə vermir - Kats
-
Ermənistanın ən böyük vergi ödəyiciləri açıqlandı - Rusiya şirkətləri ilk onluqda
-
Ərdoğandan “AHBAP“ olayı ilə bağlı ilk açıqlama - “Fürsətcillik edənlər ədalət qarşısında cavab verir“
-
12 iyul imtahanın nəticələri açıqlandı - 17 nəfər 400 bal topladı
-
“Facebook”da ən çox “bəyənilən” mətbuat katibləri - Siyahı
-
Sertifikasiyadan keçənlərə şad xəbər - Beş səhv sual müəllimlərin xeyrinə hesablandı
-
MKİ və “Mossad” Xameneini axtarır – “The Times”
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - 200 minlik yeyinti
-
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb - FHN
-
Zidan milli komandaya baş məşqçi təyin olundu - 4 illik müqaviləyə imza atdı
-
“Silahları ayaqqabıların arxasında gizlətmişdim” - Şagirdin atası haqda qərar verildi
-
Onlarla sahibkarın fəaliyyəti dayandı: “Nə kompensasiya var, nə də alternativ yer”
-
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - DOSYE - FOTO
-
“Facebook”da sosial və siyasi məzmunlu paylaşımlara ən çox kim pul xərcləyib? – Siyahı
-
Türkiyə şirkətində 1 milyon dollar oğurluq - Azərbaycanlı xəzinədar 10 il həbs olundu
-
Hörmüz boğazının idarəedilməsi: Omandan İrana yeni təklif
-
Azərbaycanın bu ölkələrdəki səfirləri geri çağırıldı - Yeni təyinatlar
-
Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir?
-
Məşhurların narkotik qalmaqalı böyüyür - Ekspertiza nəticələri açıqlandı
-
“Haber Global” əl dəyişə bilər - Kanal ətrafında nələr baş verir?
-
Ədliyyə Nazirliyinə yüksək vəzifəyə təyinat vədi... - Kimi aldadıblar?
-
SOCAR-ın tabeliyində daha bir şirkət yaradıldı - Rəşad Əsgərov direktor təyin olundu
-
Putin İlham Əliyevə zəng etdi - Nələr müzakirə olunub?
-
Üzeyir Abas saxlanıldı - Dini inancları təhqir edrdi
-
Moldovada yanacaq böhranı: 30 günlük “həyəcan rejimi“ elan edildi
-
Bakı və Abşeronun bəzi qəsəbələrində iki gün su olmayacaq - Xəbərdarlıq
-
Trampın gündəliyi açıqlandı: Zelenski və Netanyahu ilə görüşəcək
-
XİN-dən Zaxarovaya sərt cavab: “Bu, reallığın təhrif olunmasıdır“
-
Bu şəxslərə 3 il müavinət veriləcək - Deputat açıqladı
-
64 min manatlıq vəzifə fırıldağı - Təqsirləndirilənlərə hökm oxundu
-
“Putindən İrana peyk təsvirləri göndərib-göndərmədiyini soruşacağam“ - Tramp
-
Ev quşları naməlum səbəbdən kütləvi tələf olurlar - ŞİKAYƏT
-
DSMF Aydın Abbasovdan yenə ofis icarəyə götürdü - 540 min manata
-
İranyönlü qruplaşmalar Səudiyyə Ərəbistanını hədələdi - “Sərt cavab veriləcək“
-
Bakıda bəy-gəlin rəqslərinin qiymətləri - SİYAHI
-
Azərbaycan nefti neçəyə satılır? - Yeni qiymət
-
“Ailəm dağıldı, depressiyaya düşdüm“ - Əməkdar artist
-
Buzovnanın kanalizasiyası Xəzər dənizinə axıdılır? - VİDEO
-
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
-
Şəmsi Səmədzadə həbsdən azad oldu - Azərbaycana gəlib + FOTO
-
“ABŞ olmasaydı, İsrail mövcud ola bilməzdi“ - Tramp
-
DÇ-2026-nın ən yaxşı qolunun müəllifi müəyyənləşib - VİDEO
-
Rumıniya Rusiya diplomatını qovur - PUA-lar diplomatik gərginlik yaradıb
-
Sumqayıtda yataqxana binası bərbad vəziyyətdədir - VİDEO
-
“Geyimdən çox rahatlığınızı düşünün“ - Nuradan müğənnilərə irad
-
“Razılaşmasaq, hərbi güc tətbiq edəcəyik” - Donald Tramp
-
Şamaxıda 65 ailənin yaşadığı ərazi başqa şəxsə satılıb - VİDEO
-
Moskva Ukrayna böhranının siyasi və diplomatik yolla həllinə hazırdır - Zaxarova
-
Buraxılış imtahanı nəticələrinə görə ən uğurlu və ən zəif BÖLGƏLƏR
-
10 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin bir qrup əməkdaşı işdən çıxarılıblar - ŞİKAYƏT/VİDEO
-
Peskovun arvadı “qara siyahı”dan çıxmaq istəyir - Və 2 milyon tələb edir...
-
Məcnun Məmmədov Faruk Fıratoğlu ilə görüşdü - FOTOLAR
-
Bakıda yeni marşrut xətti fəaliyyətə başlayır - Gedişhaqqı 1 manat 50 qəpik
-
Araik və digərlərinin apellyasiya məhkəməsi: Prokurorların çıxışları davam edir
-
“Kapital Bank”ın vaxtı keçmiş kreditləri kəskin artlb - 200 MİLYONA ÇATIR
-
Böyük Britaniyanın müdafiə naziri: Avropa Trampa təşəkkür etməlidir
-
Azərbaycan su ehtiyatlarına görə son, istifadəyə görə ilk sıralardadır - Siyahı
-
“Toplum TV“ işi üzrə hökm oxunub - 12 ildən 15 ilə kimi
-
Bərdə xəstəxanasında cərrah yoxdur? - TƏBİB-dən sosial şəbəkələrdə yayılan videoya cavab
-
Trampın Putinə münasibəti dəyişir - WSJ yeni detalları açıqladı
-
Netanyahu Trampla nəyi müzakirə edəcək? - AÇIQLADI
-
Yeni nazir müavini təyin edildi - Sərəncam imzalanıb
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Səhər“ və “Mehr“in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir - MEDİA
-
ABŞ və İran hərbi əməliyyatları dayandırdı - Silah ehtiyatı tükənib?
-
100 manata ehtiyacı olanlar necə “milyonçu” oldu? - Çirkli pullar belə yuyulub
-
Sevgi münasibəti oğurluqla nəticələndi: Qonaq getdiyi evlərdən pul və qızıl apardı
-
Xəzərdə 13 yaşlı qız batıb - 3 nəfər isə xilas olunub
-
Mahsun Kırmızıgül və daha 4 məşhur prokurorluğa çağırıldı - Ahbap dərnəyi ilə bağlı
-
“Şapka Mamed”in ətrafında çəmbər daralır - 100 milyonluq kredit maxinasiyası
TOP 10
ARXİV






