“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Vitse-prezidenti köməkçisi:“Gəncədə baş verənlərə göstəriləcək neytrallıq qəbuledilməzdir“

Tarix 17.10.20, 18:10

Font ölçüsü : - / +
bitmap-img6


“Bu gün biz bir daha şahid olduq ki, Gəncə orada yaşayan azərbaycanlılara görə hədəf alınır”.

APA-nın xəbərinə görə bunu Birinci Vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov diplomatik korpus nümayəndələrinin iştirakı ilə Gəncədə keçirilən brifinqdə deyib.

O bildirib ki, Gəncəyə səfər diplomatlara dağıntının nəticəsini, Ermənistanın qəddarlığının dərəcəsini öz gözləri ilə görməyə imkan verir.

“Bu qeyri-insani hücum Azərbaycanın ikinci ən böyük şəhərinə qarşı törədilib. Çox təəssüf ki, belə qısa zaman ərzində biz artıq ikinci dəfədir, eyni faciəvi səbəbə görə diplomatik korpusun nümayəndələrini Gəncəyə gətiririk. Biz daha öncə də xəbərdarlıq etmişdik ki, Ermənistanın terror fəaliyyətinə qarşı beynəlxalq qınamanın olmamamsı cəzasızlığa gətirib çıxaracaq. Bu səbəbdən düşünürəm ki, bu gecə Ermənistan hakimiyyəti yenidən beynəlxalq hüququ, beynəlxalq humanitar hüququ kobud şəkildə pozmağı və günahsız dinc əhalini hədəf kimi seçməyi qərara aldı”, –  o bildirib.

E.Əmirbəyov deyib ki, bu, barbarlıq aktıdır: “Gəncə təmas xəttindən uzaqdadır və orada heç bir döyüş fəaliyyəti yoxdur. Həmçinin Mingəçevir də aqressiv ölkə olan Ermənistan tərəfindən hədəf alınıb. Məqsəd əhalini qorxutmaq, bu münaqişənin coğrafiyasını genişləndirməkdir. Ona görə də bütün bu hücumlar pislənilməlidir. Bu, insanlığa qarşı cinayətdir, Cenevrə Konvensiyasına əsasən müharibə cinayətidir. Gözləyirik ki, beynəlxalq ictimaiyyət Gəncə və təmas xəttində baş verənlər arasında süni müqayisə aparmaqdan çəkinəcək. Bu hadisəyə göstəriləcək neytrallıq bizim üçün tamamilə qəbuledilməzdir. Qeyd olunduğu kimi Gəncədə hərbi obyektlər yoxdurvə dinc əhali heç bir şəkildə döyüş fəaliyyətinə cəlb olunmayıb”.

Vitse-prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan öz mülki əhalisini müdafiə etmək və o cümlədən vətəndaşlarının təhlükəsizliyini təhdid edən hərbi obyektləri neytrallaşdırmaq hüququnu özündə saxlayır. “Baş verənlərin nəticələri ilə bağlı məsuliyyəti Ermənistanın kriminal hökuməti daşıyır”, o əlavə edib.




Xəbərin oxunma sayı : 709




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap