“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Mərakeşli ulduzdan Azərbaycana dəstək - FOTO

Tarix 01.11.20, 20:34

Font ölçüsü : - / +
bitmap-img6


Mərakeşin məşhur müğənnisi Nəcva Faruk Azərbaycan xalqını dəstəkləyib.

Özünün "Instagram" səhifəsinin hekayə bölümündə müğənni Azərbaycan bayrağını yerləşdirib və azərbaycanlı dostlarını qeyd edib. 

Bu hərəkəti ilə müğənni Dağlıq Qarabağda əks-hücum əməliyyatı keçirərək əzəli torpaqlarını işğaldan azad edən Azərbaycan xalqına dəstəyini ifadə edib.


Nəcva Faruk Kasablankada doğulub. Uşaq yaşlarından oxuyur. O, Mawjouaa Galbi, Khalouni Neich, Lemen Nechki, Nti Sbabi/Mazal Mazal kimi mahnılarıyla məşhurlaşıb.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. 

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

İndiyədək müzəffər ordumuz Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlıda 200-dən çox yaşayış məntəqəsini erməni işğalından azad edib.(sputnik.az)



Xəbərin oxunma sayı : 955




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap