“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycan Premyer Liqası: “Qarabağ“ “Sumqayıt“ı darmadağın etdi

Tarix 21.11.20, 19:14

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Azərbaycan Premyer Liqasında X tura start verilib.

Fanat.Az xəbər verir ki, milli komandaların oyunları ilə bağlı ölkə çempionatında yaranmış 2 həftəlik fasilə başa çatıb.

Əslində ilk oyun günündə iki oyun keçirilməli idi. Lakin "Sabah” – "Səbail” oyunu bəzi futbolçuların yenidən COVID-19 testindən keçəcəkləri ilə əlaqədar təxirə salınıb. Oyunun yeni tarixi hələ bəlli deyil.

Son illərin dəyişməz çempionu "Qarabağ” öz meydanında "Sumqayıt”ı sınağa çəkib. Heyətində ciddi itkilər olan meydan sahibləri görüşə cəmi iki nominal müdafiəçi ilə çıxsa da, Maksim Medvedevlə Rahil Məmmədovun koronavirusa yoluxması, Abbas Hüseynovla Bədavi Hüseynovun zədəli olması da "Sumqayıt”ın darmadağından qurtarmayıb. 

Oyunun taleyini artıq ilk yarıda vurulan üç cavabsız qolla həll edən Qurban Qurbanovun yetirmələri çempionatın liderinin darmadağınını ikinci hissədə vurulan qollarıa yekunlaşdırıb. Qonaqlar isə yalnız təsəlli qolu vura bilib – 6:1. Bundan öncə "Keşlə”ni 6:1, "Neftçi”ni 6:0 hesabı ilə məğlub edən "Qarabağ” ardıcıl üçüncü dəfə 6 qol vurub.
 
Qeyd edək ki, turun digər oyunları noyabrın 22-də olacaq. Həmin gün "Qəbələ" "Neftçi"ni, "Zirə" "Keşlə"ni qəbul edəcək.
 
Premyer Liqa
2020/21 mövsümü
II dövrə, X tur
 
21 noyabr
Qarabağ - Sumqayıt 6:1
Qollar: Donald Qerye, 28; 45+1. Abdullah Zubir, 34; 90. Toral Bayramov, 54. Mahir Emreli, 75 - Tellur Mütəllimov, 87.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 77. Donald Qerye, 81. Kevin Medina, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov.
Baş məşqçi: Qurban Qurbanov.

Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 33. Eltun Turabov, 5. Camaləddin Xocaniyazov, 4. Kərəm Sultanov, 17. Murad Xaçayev.
Baş məşqçi: Ayxan Abbasov.

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Kamranbəy Rəhimov.


Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

9

5

3

1

26:6

18

2

Sumqayıt

10

4

3

3

13:15

15

3

Zirə

9

4

3

2

9:8

15

4

Neftçi

9

4

2

3

7:12

14

5

Keşlə

9

3

3

3

10:12

12

6

Səbail

8

2

3

3

9:10

9

7

Qəbələ

9

1

5

3

7:14

8

8

Sabah

9

2

0

7

8:12

6







Xəbərin oxunma sayı : 361




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap