Pensiyalar artırılır - Rəsmi açıqlama “1xBet” insanları necə “soyur“? - ŞİKAYƏT “Şuşi” adlı şəhər yoxdur, Şuşa var” - Prezident (Video) “Belə davam etsə, acından öləcəyik” – Müğənni Günay
Axtar
 
  • / Sosial / — 18 Yanvar 2021

    Pensiyalar artırılır - Rəsmi açıqlama

  • / Sosial / — 18 Yanvar 2021

    “1xBet” insanları necə “soyur“? - ŞİKAYƏT

  • / Siyasət / — 15 Yanvar 2021

    “Şuşi” adlı şəhər yoxdur, Şuşa var” - Prezident (Video)

  • / Maqazin / — 09 Yanvar 2021

    “Belə davam etsə, acından öləcəyik” – Müğənni Günay

  • / Maqazin / — 07 Yanvar 2021

    “30 yaşım var, bundan sonra məni kim alacaq?“ - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2020

    Şəhidimizin xanımından qələbə kompozisiyası: “Yenilməzsən, Azərbaycan!“ -VİDEO

Bəy kostyumu bayraqla əvəzlənən şəhid Rüfət Əliyev - FOTO/VİDEO

Tarix 12.01.21, 16:56

Font ölçüsü : - / +
bitmap-img6


44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan hərbçilərimizdən biri də Rüfət Əliyevdir.  

Rüfət Füzuli oğlu Əliyev 1992-ci il dekabrın 6-da Bakıda anadan olub. Xətai rayonu 27 nömrəli tam orta məktəbi bitirib, 2010-2014 ci illərdə ali təhsilini Azərbaycan Kooperasiya Universitetində alıb. O, universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb. Xidmət müddətində kəşfiyyatçı qrupunda olan R.Əliyev əsgərliyi bitirdikdən sonra 2015-ci ildə fəxri fərmanla təltif olunub.

R.Əliyevin ailə üzvləri qeyd edir ki, onun ən böyük arzusu elə hərbçi olmaq idi:

“Rüfət ailədə üç qardaşın ən böyüyü idi. Nişanlı idi. Pandemiyaya görə toyu ləngimişdi, amma evinin hər hazırlığı görülmüşdü. Müharibədən qayıdıb ailə qurmaq, toy etmək arzusunda idi. Dövlət Sərhəd Xidmətinin Çevik Hərbi Dəstəsinin giziri idi Rüfət”.

R.Əliyev Bakıda hava limanında işləyib. İş yerindən öz istəyi ilə ayrılaraq, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarına yazılıb. Avqustun 26-da hazırlıq keçmək üçün Lənkəran, Ağstafa, Daşkəsən istiqamətinə yollanıb. Müharibə başladıqdan sonra isə Füzuli, Hadrut, Cəbrayıl, Xudafərin, Zəngilan istiqamətlərində döyüşlərdə iştirak edib. 

“Müharibə müddətində bizimlə 3-4 gündən bir əlaqə saxlayırdı. Əlaqə saxlayanda da üstüörtülü şəkildə harada olduğunu deyirdi. Sonuncu dəfə noyabrın 6-sı bizimlə danışdı. Onda döyüş yoldaşları ilə birlikdə yüksəklik uğrunda əməliyyatdan qayıtmışdılar. Noyabrın 7-dən 8-nə keçən gecə saat 2-də Ağbənddə Rüfətin yanına minaatan mərmisi düşüb və qəlpə yarasından şəhid olub”.

Qeyd edək ki, Rüfət Əliyev şəhidlik zirvəsinə yüksəldikdən sonra “Vətən uğrunda” ordeni, “Döyüşdə fərqlənməyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.









Xəbərin oxunma sayı : 973

loading...

Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda