“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Dünən şəhid olan hərbçimiz dəfn edildi - FOTO

Tarix 13.01.21, 17:56

Font ölçüsü : - / +
bitmap-img6


Ötən gün Qubadlıda iki hərbçimiz minaya düşüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə günorta saatlarında baş verib.

Nəticədə Dövlət Sərhəd Xidmətinin zabiti, mayor 1988-ci il təvəllüdlü Sərxan Muxtarov şəhid olub, sürücüsü əsgər Səfərov Məcid isə ağır yaralanaraq hospitala çatdırılıb.

Bu gün Gəncədə şəhid mayorun dəfn mərasimi keçirilib. Dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, hüquq mühafizə orqanlarının rəhbərləri, digər rəsmilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. N.Bayramov şəhid Sərxan Muxtarovun atasına üç rəngli dövlət bayrağını təqdim edib.

Qeyd edilib ki, şəhidimizin atası İlqar Muxtarov da I Qarabağ müharibəsi iştiraçısı olub, şəhidin qardaşı isə zabitdir, “N” saylı hərbi hissədə xidmət edir. 

Sonda mərasimdə yaylım atəşi açılıb.

Qeyd edək ki, hərbçilərimiz hərbi maşında hərəkət edərkən minaya düşüblər.






Xəbərin oxunma sayı : 1009




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap