Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Nikahdankənar doğulan uşaqların sayı artıb - VİDEO

Tarix 13.09.24, 23:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda nikahdankənar doğulan uşaqların sayında artıb qeydə alınıb.

Ölkədə 2022-ci ildə anadan olan hər 7 uşaqdan birinin anası rəsmi nikahda olmayıb.

Bu barədə məlumatı Dövlət Statistika Komitəsi (DSK) yayıb.

Xezerxeber.az-ın məlumatına görə, DSK-nın rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı ilə bağlı yeni rəqəmlərindən məlum olur ki, əvvəlki illərlə müqayisədə ölkəmizdə nikahdankənar doğulan uşaqların sayı artıb.

Məsələn, 2011-ci ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 31 minə yaxın olub, növbəti illərdə azalma müşahidə edilib.

2021-ci ildən isə rəqəmlərdə yenidən artım başlayıb. Həmin ildə 17 500-dən çox belə doğulan uşaq olubsa, ötən il bu göstərici 7% artaraq 18 800-ü keçib. Bu da diri doğulan uşaqların 15%-ni təşkil edib.

Yəni, 2022-ci ildə anadan olan hər 7 uşaqdan birinin anası rəsmi nikahda olmayıb.

Mövzuya münasibət bildirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdiri Gülnarə Məmmədova “Xəzər Xəbər”ə açıqlamasında deyib ki, nikahdankənar doğulan uşaqların heç də hamısı erkən nikahlardan qaynaqlanmır.

Nikahdankənar doğulan uşaqların sayında artıma təsir edən amillərdən biri də tərəflərin bununla bağlı qarşılıqlı  razılığa gəlməsidir.

Komitə rəsmisinin sözlərinə görə, bəzən qadınların özü nikahı rəsmiləşdirmək arzusunda olmurlar. Cəmiyyətdə bu gün bu hala rast gəlinir.

Onun sözlərinə görə, əgər əvvələr bu rəqəmlər üzrə artım təkcə Bakıda qeydə alınırdısa, indi bütün regionları əhatə edir

Gülnarə Məmmədova əlavə edib ki, verilən rəqəmlər ümumi xarakter daşıyır.

Əvvəlki illərlə müqayisədə indi insanların nikah məsələlərinə artıq çox məsuliyyətlə yanaşdığına diqqət çəkən Gülnarə Məmmədova Komitənin bu istiqamətdə müvafiq maarifləndirmə tədbirləri həyata keçirdidiyini qeyd edib.

Komitə rəsmisi münasibətlərin rəsmiləşdirilməsinin hər cəhətdən faydalı olduğuna da toxunub.

Onun sözlərinə görə, bu həm də hüquqların müdafiəsi üçün çox önəmlidir. Xüsusilə dünyaya gələn uşaqların hüquqlarının qorunması, vətəndaşlığının müəyyən olunması, doğum haqqında şəhadətnaməsinin, şəxsiyyət vəsiqəsinin alınması və digər məsələlərə görə lazımdır.






Xəbərin oxunma sayı : 1144




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap