Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Oğul anasını qətlə yetirdi? – Mingəçevirdə dəhşət

Tarix 28.05.17, 3:52

Font ölçüsü : - / +
bitmap-img6


Mingəçevir şəhərində baş vermiş ölüm hadisəsinin bəzi təfərrüatları məlum olub.

“Report”un Şirvan bürosu xəbər verir ki, 1967-ci il təvəllüdlü Kəmalə Məhərrəmova təqribən axşam saat 20:00 radələrində Şah İsmayıl Xətai küçəsi 10, mənzil 3-də ölü tapılıb.

Hadisə yerinə şəhər Polis şöbəsinin əməkdaşları, təhqiqatçı və kriminalistlər cəlb olunub. Mənzildə araşdırma və təhqiqat işləri aparıldıqdan sonra meyit “təcili tibbi yardım” maşını ilə tibbi ekspertiza laboratoriyasına aparılıb. Mərhumun ailə üzvləri və yaxınlarının mənzilə girişi müvəqqəti olaraq məhdudlaşdırılıb.

Əldə edilən məlumata görə, müəmmalı şəkildə ölü vəziyyətdə aşkar edilən Kəmalə Məhərrəmova uzun müddət əczaçılıqla məşğul olub. Həyat yoldaşı Əlövsət Məhərrəmovu təxminən 5 il öncə itirən qadının 3 oğulu var. Hadisə qeydə alınan zaman onlardan ikisinin evdə olmadığı bildirilir. Ümumiyyətlə ailədə elə bir ciddi problemin yaşanmadığı qeyd olunur.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.

***

Mingəçevir şəhərində oğlu tərəfindən öldürüldüyü ehtimal edilən qadının adı məlum olub.

“Report”un Şirvan bürosunun məlumatına görə, bu, 1967-ci il təvəllüdlü Kəmalə Məhərrəmovadır.
O, yaşadığı evdə qətlə yetirilib.

Hüquq-mühafizə orqanlarından “Report”un yerli bürosuna verilən məlumata görə, hadisənin qadının oğlu Nail Məhərrəmov tərəfindən törədildiyi ehtimal edilir.

***

Mingəçevir şəhərində yerli sakin anasını qətlə yetirib.

“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Xətai küçəsində qeydə alınıb.
İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırmalar aparılır.



Xəbərin oxunma sayı : 199




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap