| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Prezident müəllim və şagirdlərə müraciət etdi
Tarix 15.09.20, 10:09 |
|
Azərbaycan Prezidenti İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müəllimlərə, tələbələrə və şagirdlərə müraciət edib.
AzFakt.com xəbər verir ki, müraciətdə deyilir:
- Əziz müəllimlər, tələbələr, şagirdlər.
Mən sizi yeni dərs ili münasibətilə ürəkdən təbrik edirəm. Bu il yeni dərs ili yeni şəraitdə, pandemiya dövründə başlayır. Bunu nəzərə alaraq, yeni dərs ili yeni formatda təşkil ediləcəkdir. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycan xalqını bu bəladan qoruyaq və qəbul edilmiş bütün qərarlar bu məqsədi güdür.
Bildirməliyəm ki, Azərbaycan pandemiyanın ilk günlərindən çox operativ, çevik addımlar ataraq xalqımızı böyük bəladan qurtara bilmişdir. Bildiyiniz kimi, mart ayının əvvəlindən məktəblər, ali məktəblər, bütün təhsil müəssisələri bağlandı və bunun əsas məqsədi uşaqları, yeniyetmələri xəstəlikdən qorumaq idi. Təbii ki, bu, təhsil sahəsinə mənfi təsir göstərmişdir. Ancaq hesab edirəm ki, biz görülmüş tədbirlər nəticəsində pandemiyanın təhsilə olan mənfi fəsadlarının böyük hissəsini aradan qaldıra bildik. Əminəm ki, yeni şəraitdə başlanan dərs ili uğurlu olacaq, bizim şagirdlərimiz, tələbələrimiz yaxşı biliklər alacaqlar, müəllimlər də öz vəzifə borcunu şərəflə yerinə yetirəcəklər.
Biz hazırda postpandemiya dövrünə hazırlaşırıq. Əlbəttə ki, peyvənd icad olunandan sonra artıq biz deyə bilərik ki, bu dövr arxada qalıbdır. Bildiyiniz kimi, Azərbaycan peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar bir neçə şirkətlə danışıqlar aparır. Əlbəttə ki, əldə ediləcək peyvənd bütün sınaq mərhələlərindən keçməlidir və eyni zamanda, beynəlxalq sertifikatlar almalıdır. Daha sonra peyvənd Azərbaycana gətiriləcək və əminəm ki, ondan sonra biz normal, adi həyata qayıda bilərik, o cümlədən təhsil sahəsində ənənəvi tədris prosesi bərpa olunacaqdır.
Biz pandemiyanın fəsadlarına, iqtisadi tənəzzülə, neft gəlirlərimizin azalmasına baxmayaraq, məktəb tikintisini, ali məktəblərin tikintisini davam etdirdik, eyni zamanda, bir dənə də sosial layihə ixtisar edilməmişdir. Bildiyiniz kimi, biz keçən il və bu il vətəndaşlara böyük sosial paket təqdim etdik. Bu il 5 milyona yaxın Azərbaycan vətəndaşı dövlət tərəfindən dəstəkləndi və bu dəstək bu gün də davam etdirilir.
Məktəb tikintisi ilə bağlı deyə bilərəm ki, bu il 147 məktəbin tikintisi nəzərdə tutulur. Onların böyük hissəsi artıq hazırdır və Bilik Gününə hazır vəziyyətə gətirilibdir. Bir neçə məktəbin açılışı bu ilin sonuna qədər nəzərdə tutulur. Onu da bildirməliyəm ki, 147 məktəbin 45-i Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilibdir. Artıq 17 ildir ki, Heydər Əliyev Fondu bu sahədə çox böyük işlər görür. Bildiyiniz kimi, Azərbaycanda yeni məktəblərin tikintisinin geniş vüsət alması Heydər Əliyev Fondu tərəfindən başlanmış "Yeniləşən Azərbaycana yeni məktəb†proqramı çərçivəsində həll olunmuşdur.
Son 2-3 il ərzində biz kiçik kəndlərdə modul tipli məktəblər inşa edirik. Bu il modul tipli 60 məktəbin tikintisi təmin edilir və ediləcəkdir. Beləliklə, cəmi bir il ərzində 150-yə yaxın məktəb tikilir və əsaslı təmir edilir. Bildirməliyəm ki, son 17 il ərzində bütövlükdə Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Bu, bizim məktəb fondumuzun böyük əksəriyyətini təşkil edir. Çünki Azərbaycanda hazırda 4500-ə qədər məktəb var, onların 3700-ü tam yeni görkəm almışdır və yenidən inşa edilmişdir.
Bu il, eyni zamanda, ali məktəblərin korpuslarının tikintisi təmin edilmişdir. İyun ayında Gəncədə Dövlət Aqrar Universitetinin yeni tədris korpusu mənim iştirakımla istifadəyə verilmişdir. Bu korpusun sahəsi 22 min kvadratmetrdir. Sentyabr ayında isə Azərbaycan Dövlət İqtisad Universitetinin yeni korpusu. Bu korpusun sahəsi 13 min kvadratmetrdir. ADA-nın yeni iki korpusu istifadəyə verilmişdir və bu korpusların sahəsi 35 min kvadratmetrdir. Beləliklə, cəmi bir il ərzində üç ali məktəbin 70 min kvadratmetr sahəsi olan yeni korpusları tikilib. Təbii ki, bu, böyük vəsait tələb edir və biz bu vəsaiti ayırırıq. Çünki təhsilə ayrılan vəsait gələcəyə ayrılan vəsaitdir. Mən hələ 2004-cü ildə demişdim ki, biz "qara qızılâ€ı insan kapitalına çevirməliyik və bunu əldə etmişik. Çünki son illərdə Azərbaycanda nəinki təhsilin maddi-texniki bazası möhkəmlənib və bu gün bizim bütün ali məktəblərimiz təmirli binalarda yerləşir, eyni zamanda, təhsilin keyfiyyəti artır. Bu, çox vacib məsələdir və biz bunu müxtəlif sahələrdə görürük. Bizim məktəblilərimiz beynəlxalq olimpiadalarda yüksək yerlər qazanırlar, olimpiadaların qalibləri olurlar. Deyə bilərəm ki, müəllim peşəsinə maraq bərpa olunub və artır, bu da özünü rəqəmlərdə göstərir. Müəllim peşəsini seçən gənclərimizin sayı hər il artmaqdadır. Qəbul imtahanlarında yüksək bal toplamış bir çox gənclərimiz müəllim olmaq istəyirlər. Çünki müəllimlərin iş şəraiti yaxşılaşıbdır, müəllimlər gözəl məktəblərdə, ali məktəblərdə dərs deyirlər, müəllimlərin əməkhaqları artırılıb və diaqnostik qiymətləndirmədən keçən müəllimlərimiz yüksək maaş alırlar. Əlbəttə ki, bu, gənclərimizin müəllim olmaq istəyini əsaslandırır, eyni zamanda, müəllim peşəsi bütün dövrlərdə Azərbaycanda ən hörmətli peşələrdən biri olmuşdur. Mən çox şadam ki, bu gün biz bu peşənin prestijini bərpa edirik və bu, eyni zamanda, gələcəkdə Azərbaycanda bilikli, savadlı insanların sayının artmasına gətirib çıxaracaq. Çünki müasir dünyada hər bir ölkənin uğurlu inkişafını onun intellektual potensialı müəyyən edəcəkdir, bu, şübhəsizdir. Sadəcə olaraq, inkişaf etmiş ölkələrin təcrübəsinə baxmaq kifayətdir və sual vermək lazımdır, bu ölkələr nəyin hesabına inkişaf etmiş ölkələr sayılır. Məhz biliyin, savadın, texnologiyaların hesabına. Bu gün dünya üçün yeni texnologiyaları təqdim edən, icad edən ölkələr inkişaf etmiş ölkələrdir və bu ölkələrin bir çoxunda təbii resurslar yoxdur. Ona görə, hər bir ölkənin inkişafı onun təbii resursları ilə ölçülmür və gələcəkdə bu, özünü daha da qabarıq şəkildə büruzə verəcək. Odur ki, təhsilə qoyulan vəsait hər bir ölkənin gələcəyinə, müstəqilliyinə, təhlükəsizliyinə qoyulan vəsaitdir. Təsadüfi deyil ki, Azərbaycanda büdcə xərcləri arasında təhsil sahəsinə ayrılan xərclər ikinci yerdədir. Əgər biz müharibə şəraitində olmasaydıq, birinci yerdə olardı. Çünki hazırda ən böyük xərclərimiz müdafiə sahəsi ilə bağlıdır. Bu da təbiidir. Yəni, bu, özlüyündə bir göstəricidir, bizim siyasətimizin təzahürüdür, bizim niyyətimizi əks etdirir. Mən şadam ki, bu gün bizim gənclərimiz biliklərə çox meyillidirlər. Gənclərimiz bilikli, savadlı olmalıdırlar ki, gələcəkdə ölkəmizi idarə etsinlər. Bizim gələcəyimiz bu gün məktəblərdə, ali məktəblərdə oxuyan uşaqların, şagirdlərin, tələbələrin əlində olacaqdır. Onların bilikləri, savadı, əlbəttə ki, bizim ölkəmizin gələcəyini şərtləndirəcək. Eyni zamanda, onu da xüsusi qeyd etməliyəm ki, bizim gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər - ənənəvi Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdırlar. Burada, əlbəttə ki, ailələrin rolu müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, bütün məktəblərdə müəllimlər şagirdləri milli ruhda, ənənəvi dəyərlər ruhunda tərbiyə etməlidirlər.
Bu gün biz qloballaşma adı altında böyük siyasətin təzahürlərini görürük - gənclərin beyini bəzi xarici dairələr tərəfindən zəhərlənir, gənclər yoldan çıxarılır, onlar yalan informasiyalarla, böhtan, şər, təxribat xarakterli məlumatlarla üzləşirlər. Gənclər bəzi hallarda yəqin edə bilmirlər ki, hansı informasiya yalandır, hansı informasiya doğrudur. Ona görə müəllimlərdən çox şey asılıdır. Biz uşaqlarımızı, yeniyetmələrimizi, gənclərimizi xalqımıza, milli adət-ənənələrimizə zidd olan, dırnaqarası dəyərlərdən qorumalıyıq. Bizim uşaqlarımız Vətənə bağlı olmalıdır, xalqa bağlı olmalıdır, müstəqilliyi hər şeydən üstün tutmalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır, əsrlər boyu qoruduğumuz milli adət-ənənələrimizi qorumalı və onları müdafiə etməlidirlər. Belə olan halda Azərbaycan bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcək.
Biz bu gün müstəqil ölkə kimi böyük uğurlara imza atmışıq. İstənilən sahədə Azərbaycan xalqı görür ki, müstəqilliyin üstünlükləri nədən ibarətdir. Bu gün Azərbaycan ləyaqətli ölkədir, özünü beynəlxalq müstəvidə ləyaqətlə aparır. Azərbaycan azad ölkədir, vətəndaşlarımız azadlıq şəraitində yaşayırlar. Azərbaycan iqtisadi sahədə inkişaf edən ölkədir, güclü orduya sahib olan ölkədir. Biz bütün bunları müstəqillik dövründə əldə etmişik. Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, tam müstəqil siyasət aparır - həm xarici, həm daxili. Bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir. Mən bu dəstəyi hər zaman, hər gün hiss edirəm. Bu dəstək mənə əlavə güc verir. Biz bu dəstəyə arxalanaraq Azərbaycanı inamla irəliyə aparırıq. Bizim uşaqlarımız, gənclərimiz gələcəkdə ölkəmizi bu yolla – müstəqillik yolu ilə aparmalıdırlar ki, Azərbaycan xalqı bundan sonra da heç vaxt heç kimdən asılı olmasın. Biz bundan sonra da heç vaxt heç kimin təsiri altına düşməyək. Dediyim kimi, burada bilik, savad, vətənpərvərlik, milli ruh, ləyaqət xüsusi rol oynayır.
Mən şadam ki, bu gün Azərbaycanda yetişən gənclər məhz bu yüksək meyarlara cavab verir. Əminəm ki, bu müsbət meyillər davam edəcək və bizim uşaqlarımız, gənclərimiz bilik, savad əldə edərək gələcəkdə Vətənə dəyərli vətəndaşlar kimi xidmət edəcəklər və ümumi inkişafımıza öz töhfələrini verəcəklər.
Mən sizi yeni dərs ilinin başlaması münasibətilə bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram.
Xəbərin oxunma sayı : 634
Sosial
Xəbərlər
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Tramp Rutte ilə görüşdü - Ukrayna və İranı müzakirə etdilər
-
Ata evi uğrunda bacı-qardaş savaşı: Qanun nə deyir?
-
Mətbuat Şurasının bəyanatı - media üçün ictimai məsuliyyət və həssaslıq çağırışı
-
İtaliya hələlik Aİ-nin çoxillik büdcəsini dəstəkləməyəcək - Meloni
-
Qaradağda narkotik əməliyyatı keçirilib - VİDEO
-
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi verirdi - Saxlanıldı
-
Məhkəmə qərarı var, amma ev boşaldılmır: 30 illik qalmaqal
-
Şirkət rəhbəri həbs olundu - Hovuzlu evlər vəd edirdi...
-
Vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Nüfuz alverində təqsirləndirilirlər
-
Ermənistanda məhkəmə Nəsimi Musayevin həbs müddətini uzatdı - 3 ay
-
Bazarı bürüyən təhlükəli toyuqlar - Məşhur firma da satırmış...
-
Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - FOTO
-
“Minlərlə insan evə qayıdacaq” - Ən böyük əsir mübadiləsinin vaxtı açıqlandı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Sərdar gözünün içinə qədər yalan deyir, Siyavuş da bilir!“ - Sabir Rüstəmxanlı
-
İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Səfirlikdən açıqlama
-
Bağçalarda çalışanlara vacib xəbər - İmtahanın vaxtı dəyişdi
-
AQTA-nın yararsız məhsul tapdığı restoranda nazirlik şam yeməyinə 4 min manat xərcləyib - İLGİNC
-
Sabiq hakim 4 696 manatlıq pensiyasından narazıdır - Məhkəmə qərarı
-
Bakıda 155 min manatlıq oğurluq - Tanınmış şirkətin əməkdaşları həbs olundular
-
Eldar Əzizovun nazir müşaviri olan oğlu Bakıda yeni obyekt açıb - FOTO
-
Tələbələr Məleykə Abbaszadədən yardım istədi: “Buna güclə dözürük”
-
Qusarda tenderlərin dəyişməyən qalibi - “Biznes Klas“a yeni sifariş
-
Namizəd Səfərova hökm oxundu - 7 il müddətinə azadlıqdan məhrum edilib
-
Türkiyədə müğənni həbs edildi - 9 məşhurun ölkədən çıxışına qadağa qoyuldu
-
Bu məktəblərin direktorları dəyişdi - TAM SİYAHI
-
Vilayət Eyvazov Masallıda qəbul keçirəcək - Bu tarixdə
-
Sərxoş halda komando hərbçisini vurub öldürmüşdü - Bu cəzanı aldı
-
Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər
-
Tehrana xüsusi status verilir - İran ilk ölkə ola bilər
-
Avropada böyük müharibəyə hazırlıq: 100 min hərbçiyə məktub göndərildi
-
“Onları heç vaxt bağışlamayacağam“ - Tünzalə Ağayeva
-
Mənzilə eyvandan daxil olaraq 7 yaşlı uşağı xilas etidlər - VİDEO
-
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Ermənistana getdi – Fotolar
-
Kafedə hesab üstündə dava - 28 yaşlı oğlan bıçaqlandı
-
Müəllim olmaq istəyənlərin nəzərinə: Vakant yer seçiminin nəticələri bilindi
-
Ali məktəblərə qəbulda vahid yanaşma - Test sistemi təkmilləşdirilməlidir
-
Konqres Pentaqona pul vermək istəmir - Ağ Evdə böyük təlaş
-
Bakıda yeni yol tikintisi üçün evlər söküləcək - VİDEO
-
Azərbaycan nefti bahalaşdı - Yeni qiyməti
-
Temperaturda tarixi rekord - Dünya həmin həddi keçdi
-
Putinin Vaşinqtona verdiyi söz üzə çıxdı – Kuşner detalları açıqladı
-
Regionlar işsiz, Bakı yüklənir - 84 faizlik statistika nəyi göstərir?
-
Hər daşının, qayasının altında bir tarix yatan ulu diyarımız
-
Abadlaşan və gözəlləşən Kəlbəcər xoşbəxt gələcəyə doğru inamla addımlayır
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Çempionlar Liqası: “Sabah“ Bakıda “Barselona“ya uduzdu
-
Maskın “Starmind“ planı təsdiqləndi: Orbitə 1 milyon peyk çıxarılır
-
Talıbova yüksək vəzifə verildi - Aparat rəhbəri təyin olundu
-
Varşavadan NATO-ya sensasiyalı təklif: Rusiya raketləri Ukrayna səmasında vurulsun
-
Azərbaycanlı milyarderin qurduğu biznes satılır - 16 milyard dollarlıq
-
Mağazasının qarşısında tullantı yandırdı, 2500 manat cərimələndi - Günahı qonşusunun üstünə atdı
-
Şirvan xəstəxanasında xəstəyə kobud münasibət: “Əziyyət çəkirsinizsə, gəlməyin bura!”
-
1 milyonluq yeyintinin əmri kimdən gəlib? - “Rəhbərliyin tapşırığını icra edib“
-
Bu yaxınlarda cərimələnən “Vibrostone” böyük məbləğdə borclandı - DETALLAR
-
Prezidentin köməkçiləri, şöbə müdirləri... - Onların qəbul günləri açıqlandı + CƏDVƏL
-
Azərbaycanda “Temu“ya qarşı aparılan araşdırma yekunlaşdı - Nəticə
-
Məcnun Məmmədov Culfada vətəndaşlarla görüşüb - Fotolar
-
Paşinyanın Moskvaya səfərinə hazırlıq gedir - Peskov təsdiqlədi
-
Abşeron rayonunda bu yollar təmir olunacaq - 2,8 MİLYONLUQ İŞ
-
Məhkəmə rüsumları 4 dəfə azaldılır - Kollegiya sədri
-
400 ton yararsız toyuq ətinə görə 10 il həbs cəzası verilə bilər - Vəkil
-
Avtomobilləri qarət edib özünə “iPhone 18“ aldı - Bakıda ŞOK
-
25 Noyabr Kəlbəcər Şəhəri Günü şanlı tariximizin qürurverici səhifəsidir
-
Sabiq nazirin oğlu Londonda 10 milyonluq bina alıb - icarəçisi məşhur brenddir
-
“Nio ET 5“ 18 min, “Toyota Camry“ 18 300 manat - Hərracda daha 18 maşın satıldı
-
Azərbaycan və Litva strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı - Fotolar
-
Bakının mərkəzində növbəti tarixi abidə vandalizmi - Tanınmış memar etiraz etdi
-
İsveçrədən Özbəkistana 252,5 milyon dollarlıq jest - Kərimovanın aktivləri geri qaytarılır
-
AFFA məşqçiləri cəzalandırdı - klubları isə cərimələdi
-
Mövlam Şıxəliyevin daha bir əmlakı hərraca çıxarıldı: Qiyməti 250 mindir (FOTO)
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Tələbə 5-ci mərtəbədən yıxılaraq öldü - 652 bal toplamışdı...
-
Hacıqabulda 62 yaşlı kişi öldürüldü - Kürəkəni tutuldu
-
Bakıdan gedən Özcan Deniz saxlanıldı - Siyahıda Deniz Çakır da var
-
Prezidentdən xarici ölkələrə ixracla bağlı - FƏRMAN
-
İslam Rzayevin əmlaklarına həbs qoyuldu - SİYAHI
-
Nazir bu xanıma yüksək vəzifə verdi - ƏƏSMN-də təyinat + FOTO
-
Azərbaycan internetin sürətinə görə neçəncidir? - REYTİNQ
-
“Toylar kralı“ mübahisəsi: Nadir Qafarzadə Manaf Ağayevə cavab verdi
-
Azərbaycanda ixrac gəlirlərinə nəzarət gücləndirilir - Prezident gömrüyə tapşırıq verdi
-
Bağça müəllimlərinin işə qəbulu başlayır - Bir həftə vaxt var
-
Kamaləddin Qafarovun ətrafında narazılıq: şirkətdə əsas söz sahibinin katibəsi olduğu iddia edilir
-
Azərbaycan-Litva münasibətlərində yeni mərhələ: 45 sənəd, 50 milyonluq investisiya
-
Bellinqemdən fantastik, Vinisiusdan aylar sonra qol - VİDOE
-
Prezident Fərman imzaladı:Yeni Mərkəz yaradıldı
-
Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq - Sabahın havası
-
İnformasiya və rabitə xidmətlərinin dəyəri ən yüksək olan 10 iqtisadi rayon - SİYAHI
-
“ASAN xidmət”in Pakistanda tətbiqi genişləndirilir - Fotolar
-
Prezident Litvanın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
-
Tramp tələsir, Zelenski isə güzəştə getmir... - “Bu, Ukraynanın hesabına olmamalıdır“
-
Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir
-
Azərbaycan, Gürcüstan və Ermənistanda sosial şəbəkə istifadəçiləri - Müqayisə
-
Vasif Talıbovun imzaladığı 50-yə yaxın Fərman - Ləğv olundu
-
Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir
-
“Sənədləri saxtalaşdırıb, malların dəyərini iki dəfə az göstəriblər” - İş adamından şikayət
-
Naxçıvanda bu qurum ləğv edildi - Cabbar Musayev qərar imzaladı
-
Bakıda ev almaq əlçatmaz arzuya çevrilir - bahalaşmanın əsl səbəbi
-
Tramp Kim Çen Inla görüşə bilmir - Məktubunu da geri qaytarıblar
-
Epilepsiya xəstəsi olan qazinin 30 il aldığı müavinət niyə dayandırılıb? - VİDEO
-
“Giləzi-Quşçuluq” kompleksinin direktoru həbs olundu - Məhkəmədən qərar
-
Zelenski ilə Madyar voleybol oynayıb buzları əritdilər - VİDEO
-
Hövsan Sağlamlıq Mərkəzində rentgen aparatı yoxdur - Xəstələr başqa tibb müəssisəsinə göndərilir
-
“ABŞ İranda hakimiyyət dəyişikliyinə nail olmağa çalışmır“ - Tramp
-
Bir vaxtlar nümunə göstərilən dayanacaqlar indi bərbad vəziyyətdədir - VİDEO
-
Mənzilini sığortalayanlara xəbərdarlıq – Bu hallarda ödəniş verilməyəcək
-
Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi
-
Mehrac Babayev müflis olur - Rusiyada biznesi çökən azərbaycanlı oliqarx tikinti bazarını tərk edir
-
9 ayda 979 min qol saatı idxal edilib - Ən baha və ən ucuz haradan gətirilib?
-
Azərbaycanda daha 90 mənzil satışa çıxarılır: Aylıq ödənişlər 445 manatdan başlayır
-
“İbrahimoğlu İnşaat“la bağlı məhkəmə qərarı - Əmlakına həbs qoyuldu
-
Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Pensiya yaşına çatan vətəndaşlar üçün vacib məlumat - Kimlər pensiya ala biləcək?
-
Fuad Allahverdiyevin keçmiş xanımı azadlığa buraxıldı - TƏFƏRRÜAT
-
Ceyhun Bayramov Gürcüstan XİN başçısı ilə müzakirə apardı - FOTO
-
Vətəndaşların torpaq problemi həll olunur? - Qanunvericilikdə mühüm yenilik
-
Sabahdan Bakıya yağış, bəzi rayonlara qar yağacaq - XƏBƏRDARLIQ
-
Media subyektləri şəxsi həyatın toxunulmazlığına həssaslıqla yanaşmalıdır - Mətbuat Şurası
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TOP 10
ARXİV






