Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Putin Qarabağı Makronla niyə müzakirə edir? - “Əsas səbəb Türkiyədir...“

Tarix 11.01.21, 14:41

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya prezidenti Vladimir Putin İlham Əliyev və Nikol Paşinyanla Moskva görüşündən bir gün əvvəl Fransa prezidenti Emmanuel Makrona zəng edib.

Bu barədə Rusiya rəhbərinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov açıqlama verib. Məlumdur ki, hazırda Qarabağla bağlı proseslər üçtərəfli formatda aparılır və Minsk Qrupu faktiki fəaliyyətini dayandırıb. O zaman Putinin Makronla müzakirələr ehtiyac duyması maraq doğruru.

Politoloq Elxan Şahinoğlu bildirir ki, Kreml bu zəngi Fransanın Minsk Qrupunun 3 həmsədrindən biri olması və Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həllinin gedişi ilə bağlı Parisi məlumatlandırması ilə izah edə bilər.

"Ona qalsa Putin gərək üçüncü həmsədr ölkənin paytaxtına – Vaşinqtona da zəng edərdi. Ancaq belə bir zəng olmayıb və bunu təsəvvür etmək çətindir. Putin amerikalı həmkarı Trampa zəng edib onunla Qarabağı müzakirə edərmi? Söhbət yalnız Donald Trampın ölkəsində mövqeyinin zəifləməsi və ya Ağ Evi tərk etməyə hazırlaşmasıyla bağlı deyil.

Moskvadakı görüş Amerikada andiçmə mərasimindən sonra keçirilsəydi belə Putinin Vaşinqtona zəng edib yeni prezident Cozef Baydenlə Qarabağ mövzusunun müzakirəsini təsəvvür etmək mümkün deyil.

Bəs onda Putin Makronla niyə Qarabağ mövzusunu daima müzakirə edir? Axı Fransa Amerika qədər olmasa da, Rusiyaya qarşı müxtəlif sanksiyalarda yer alıb. Görünür, Parisə zənglər heç də Putinin “digər həmsədrlə məsləhətləməliyəm” arqumenti ilə bağlı deyil. Əsas səbəb Türkiyədir"- deyə Şahinoğlu vurğulayıb.


Ekspert qeyd edib ki, Putin Suriya, Liviya mövzularında türkiyə həmkarı Rəcəb Təyyub Ərdoğanla dialoq içindədir: "Çünki Türkiyənin və Rusiyanın həm Suriya, həm də Liviyada maraqları var və bu maraqların kəsişməməsi üçün Moskva ilə Ankara dialoqa üstünlük verirlər.

Moskva 44 günlük müharibə zamanı və ondan sonra Türkiyənin Cənubi Qafqazda, o cümlədən Qarabağda da varlığını qəbul etmək məcburiyyətində qalıb.

Ancaq Moskva Türkiyənin Cənubi Qafqazda və Qarabağda möhkəmlənməsini də istəmir. Moskva özü buna qarşı açıq şəkildə çıxa bilmədiyinə görə yanında anti-Türkiyə mövqeyində dayanan Fransanı görmək istəyir, bu məqsədlə Parisə zənglər edilir və guya Qarabağ münaqişəsinin həlli müzakirə edilir. Halbuki, Kreml 10 noyabr bəyanatını hazırlayarkən heç Parislə məsləhətləşməyə ehtiyac duymamışdı".

Politoloq hesab edir ki, Azərbaycan Kremlin bu oyununa getməməlidır: "Dövlət başçısı İlham Əliyev açıq deyib ki, masada Türkiyə də olmalıdır. Buna çalışmalı və daima Kremlin diqqətinə çatdırmalıyıq. Fransa müharibə günlərində və ondan sonra sərgilədiyi ermənipərəst mövqeyə görə bizə məsləhət verə bilməz, biz bunu qəbul etməməliyik".



Xəbərin oxunma sayı : 997




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap