| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Qalib xalqın Müzəffər Ordusu
Tarix 29.06.22, 17:10 |
|
Prezident İlham Əliyev 26 iyun tarixində Kəlbəcər rayonuna səfəri çərçivəsində Komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxış etdi.
İşğaldan azad edilmiş Hadrutda istifadəyə verilmiş birinci Komando hərbi hissəsinin yaradılmasından 6 ay ötür. Yarım il sonra Kəlbəcərdə yeni yaradılmış Komando qüvvələrinin hərbi hissəsinin açılış mərasimi təşkil olunur.
Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və Komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara
malikdir. Müharibədən keçən il yarım ərzində ordumuzun daha da gücləndirilməsi, daha da müasir silahlarla təchiz edilməsi, sərhəd boyunca bütün əlverişli mövqelərə sahiblənmək üçün gecə-gündüz çalışmışıq və buna nail olmuşuq. Torpaqlarımızı işğal altında saxladığı 30 il ərzində haqq-ədalət, beynəlxalq hüquq bizim tərəfimizdə olsa da, işğalçıya heç kim “Azərbaycan torpaqlarından çıx!” deməmişdir. Bu isə o deməkdir ki, beynəlxalq hüququn norma və prinsipləri işləmir, beynəlxalq təşkilatlar yalnız formal olaraq fəaliyyət göstərir, dünyada güc amili öndədir. Xalqımızın gücünü ifadə edən Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi. İşğalla heç vaxt barışmayan Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır! Əlbəttə, bu tarixi qələbənin qazanılmasında onu yaxınlaşdıran, müharibəni aparmaq üçün imkan yaradan iqtisadi müstəqillik faktoru, ötən illər ərzində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün görülmüş bir çox tədbirlər əhəmiyyətli rol oynadı. Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi oldu və bunu gənc nəslin nümayəndələri, müstəqillik
dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər. Vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi - bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi. Cəmi 44 gün ərzində
Azərbaycan Ordusu düşməni torpağımızdan qovdu, diz çökdürdü, onu məcbur etdi ki, ağ bayraq qaldırsın və Kəlbəcərdən məcbur olaraq çıxsın. Kəlbəcər bir güllə atılmadan azad edilmişdir.
Şanlı Vətən müharibəsi indi müxtəlif ölkələrin ali məktəblərinin hərbi dərsliklərindədir və bunu bir çox hərbi ekspertlər qeyd edirlər. Çox çətin relyefi olan ərazini, Şuşa kimi alınmaz qalanı cəmi 44 gün ərzində azad etmək ancaq Azərbaycan əsgərinin ruhu, gücü hesabına mümkün olmuşdur. Ermənistan ordusu 44 gün ərzində demək olar ki, məhv edilmişdir. Ermənistan ordusunda panika, isterika vüsət almışdı. Özlərinin etirafına görə, 10 min fərari olmuşdu. Sonda Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Biz bütün dünyaya göstərdik ki, həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi və məhəbbət nöqteyi-nəzərindən böyük xalqıq. Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək. Kəlbəcər rayonunda, Laçın rayonunda və azad edilmiş digər rayonlarda bir çox hərbi hissələr yaradılır və xidmət şəraiti yüksək səviyyədədir. Bütün şərait təmin edilir ki, hərbçilərimiz xidmət şəraitini nəzərə alaraq daha yaxşı xidmət etsinlər. Azərbaycan xalqı istəyir ki, müharibə nəticəsində yaradılmış reallıqlar hamı tərəfindən qəbul edilsin. Dünyanın aparıcı qüvvələri postmüharibə reallıqlarını artıq qəbul ediblər və öz fəaliyyətini bu reallıqlar əsasında qururlar. Ermənistan da bu reallığı qəbul etməlidir. Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü
peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Cənab Prezidentimizin dediyi kimi, “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın. Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır. Biz bu mifi də dağıtdıq və göstərdik ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, hərbçilərin vətənpərvərliyi olan yerdə heç kim bizim qarşımızda dura bilməz”.
Azərbaycan xalqı qurub-yaradan xalqdır, tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Kəlbəcərin infrastrukturunun qurulmasına, elektrik və su əchizatına, evlərin tikilməsinə artıq start verilib. Prezident İlham Əliyevin 26 iyun tarixində Kəlbəcər rayonunda “İstisu”
sanatoriyasının təməlqoyma mərasimində çıxışında qeyd etdiyi kimi, Kəlbəcər və Laçın rayonlarının bərpası azad edilmiş digər rayonlara nisbətən daha çətindir. Bununla belə, Kəlbəcər və Laçın rayonlarının inkişafı ilə bağlı lazımi addımlar atılır. Keçən il 4 su elektrik stansiyası istifadəyə verilib.
Bu il isə 5 su elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcək. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. Onların arasında Murov dağının altından çəkilən ən böyük tunelin uzunluğu təxminən 12 kilometrdir. Bu, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi- nəzərdən lazımdır. Qarabağ bölgəsində indi 10-dan çox tunel, 9 viaduk, onlarla körpü inşa edilir. Kəlbəcər rayonunun inkişafı ilə bağlı konsepsiya da artıq hazırdır. Kəlbəcərin özünəməxsus füsunkar təbiəti var. Cənab Prezident tərəfindən Kəlbəcər şəhərinin təsdiq olunan Baş planı özündə təbii gözəlliyi ehtiva edir. Artıq ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları,
məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcərdə mütləq Aşıq Mərkəzi və lazım olan digər tikililər inşa ediləcək. Laçın rayonunda yeni hava limanının tikintisinin ən çətin tərəfi rayonda düz yerin olmamasıdır. Ona görə də dağlar yarılır ki, zolaq üçün
uyğun şərait yaradılsın. 2024-cü ildə Laçın rayonunda beynəlxalq hava limanı açılacaq və ondan sonra gediş-gəliş daha rahat olacaq. Azad edilmiş bütün rayonlarda olduğu kimi, Kəlbəcər şəhərində İşğal və Zəfər muzeylərinin təməli qoyulub. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün
deyil. Bu, onu göstərir ki, biz bu torpaqların sahibləriyik. Bu gün bütün dünya azərbaycanlıları olduqları yerlərdə başlarını dik tutub qalib xalqın nümayəndələri kimi yaşayırlar. Biz tarix qarşısında, əcdadlarımızın ruhu qarşısında və gələcək nəsillər qarşısında tarixi missiyanı icra etdik. Bu tarixi Qələbə daim bizim tariximizdə olacaq. Biz daim bu tarixi Qələbə ilə fəxr edəcəyik”!
Hamlet Qasımov
Xəbərin oxunma sayı : 406
Sosial
Xəbərlər
-
“Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir“ - Prezident
-
Fransada ən yüksək təhlükə səviyyəsi elan edilib - İstilərlə əlaqədar
-
Sumqaytda 2019-cu ildən tikilən bina bu günədək istifadəyə verilməyib - VİDEO
-
“Artıq köçkün həyatı keçmişdə qaldı“ - İlham Əliyev
-
İran nüvə obyektlərində bərpa işlərinə başlayıb - CNN
-
Sakinlər qorxu içində: “Təhlükəli vəziyyət yaranıb“ (VİDEO)
-
Dünya çempionatlarında ən çox qol vuran futbolçular: 15 ən yaxşı bombardir - FOTO
-
Azərbaycanda niyə 3 manatlıq yoxdur? - RƏSMİ CAVAB
-
İlham Əliyev “Xankəndi” hotelinin açılışında - FOTOLAR
-
Bulvarda batan kişi xilas edildi - Anbaan video
-
Slovakiya Prezidenti Azərbaycana gəlir - Tarix açıqlandı
-
“Apple” “OpenAI”ni məhkəməyə verdi - Korporativ sirləri oğurlayıbmış
-
Prezident Xocavəndin Quzeyxırman kəndində oldu - FOTOLAR
-
“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO
-
“ABŞ mövqeyini dəyişməyənə qədər İran danışıqlara qayıtmayacaq” - “Fars”
-
Ermənistanın Rusiya ilə dövriyyəsi kəskin azalıb - Moskvadan uzaqlaşama davam edir
-
Növbəti üç gündə güclü külək əsəcək - Xəbərdarlıq
-
Avtomobillə su hovuzuna düşdü - Boğulub öldü
-
Prezident “Yasəmən” hotelin yeni korpuslarını gəzdi - FOTOLAR
-
“Başımı aldadıb, olmayan mərtəbədən ev satıblar” - VİDEO
-
Xəzərin potensialı böyükdür, bəs niyə tam istifadə olunmur? - ARAŞDIRMA
-
NATO sammitində liderlərə spirtli içki verilib? - Varankdan açıqlama
-
Prezident “Sadıqcanın evi”ndə - FOTOLAR
-
Sürücülərin nəzərinə! - 3 küçə müvəqqəti bağlanır
-
Tayvanda dəhşətli “Bavi“ qasırğası: məktəblər bağlandı, onlarla yaralı var
-
Prezident Kiçik Qaladərəsində sakinlərlə görüşdü - FOTOLAR
-
Milli valyutada uzunmüddətli kreditlər: ilk 5 iqtisadi rayon
-
Gəncə səmasından İspaniya savaşına: Unudulmuş aviatorlar
-
Rusiya gəmilərin hərəkətini tamamilə dayandırdı: 2 dənizdə fövqəladə vəziyyət
-
“MoveShort“ piramidasının ifşası - Yeni həbslər olacaq
-
Almaniya 4 böyük döyüş gəmisi alır: Nə qədər xərclənəcək?
-
Bazar günü kəskin isti olacaq -Sabahın havası
-
İcra başçısı köməkçisini işdən çıxardı, yeni vəzifə verdi - FOTO
-
Fatiməni öldürən qohumu Batumi aeroportunda saxlanıldı - VİDEO
-
Balkanlarda törədilən qətlin istintaqı Azərbaycana uzandı - DNT tədqiqatı
-
Skuter sürənləri bu cərimələr gözləyir - 4000 manatadək
-
“WhatsApp” sizə bildiriş göndərəcək - Doğum günlərini unutmayacaqsınız
-
Prezident “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
-
“Çoban Bulaq“ mübahisəsi qızışır - 11 il susan Balaqadaşov Şıxəliyevin əmlakını xilas edir?
-
Arıqlamaq üçün ən faydalı iki bitki: Düyü və qarabaşağın fərqi nədir?
-
İstanbulda Azərbaycan vətəndaşına qarşı dələduzluq: Cinayət şəbəkəsi çökdürüldü
-
DÇ-2026-da 1/4 finala yekun vurulacaq: Norveç İngiltərəyə, Argentina isə İsveçrəyə qarşı
-
Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO
-
“Mənə bir şey olsa, İrana görünməmiş zərbə endiriləcək” - Tramp
-
Bakıda şəhərin mərkəzində niyə dəmir konstruksiyalar quraşdırılıb? - VİDEO
-
Vətəndaşlar piramida təhlükəsini hansı əlamətlərdən tanımalıdırlar? - VİDEO
-
“İran danışıqları davam etdirməyi xahiş edir” - Tramp
-
Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsindən - Fotolar
-
Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ
-
Füzuli və Qəbələdə qum-çınqıl yataqları hərraca çıxarılır - QİYMƏT
-
ABŞ İranla hərbi toqquşmaların yeni fazasında İsrailin iştirakına qarşıdır - CNN
-
Bakıda gündəm olan sürücü: sərnişinləri qoyub siqaret çəkdi + VİDEO
-
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - 22 məsələ müzakirə olunacaq
-
Azərbaycanlı “qanuni oğru“ Vaqif Süleymanovla bağlı YENİ İDDİA
-
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
-
Hava kəskin dəyişir: Güclü yağış, dolu və sel təhlükəsi gözlənilir
-
Türkiyədə yediyi yeməyin dadı damağında qaldı: Tramp Ağ ev üçün resept istədi
-
Borca görə hicablı qadının hicabsız fotosu yayıldı - İDDİA
-
“Nüvə silahından söhbət gedə bilməz” - Çin Rusiyaya hansı xəbərdarlığı edib?
-
Azərbaycanın Fransadakı səfiri: Bu yayımlar sülh prosesinə zərbə vurur
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Minlərlə tələbəni maraqlandıran xəbər: Xaricə getmədən oxuyanları nə gözləyir?
-
Kamran Əliyev Balakəndə qəbul keçirdi - FOTOLAR
-
Ən çox şikayət olunan sığorta şirkətləri açıqlanıb - SİYAHI
-
Trampın təyyarəsi ilə bağlı maraqlı iddia - Bu səbəbdən...
-
İcbari tibbi sığorta şəhadətnaməsi elektron formata keçirilir
-
Qazaxın yollarına 639 min manat xərclənəcək - “Azərtranss“ yenə qalib oldu
-
Azərbaycanda qulaqdibi xəstəliyi ilə bağlı vəziyyət necədir? - RƏSMİ
-
Moped sürənlərin nəzərinə: Yeni rüsum müəyyənləşir
-
Quba-Xınalıq avtomobil yolunda torpaq sürüşməsi - Xüsusi texnika əraziyə göndərildi
-
Simonyanın torbasını tikənlər - Aralarında müavini də var
-
Azərbaycana kəskin istilər qayıdır - PROQNOZ
-
Zakir İbrahimov və komandası “AzerGold“dan nə qədər qazanır? – RƏQƏMLƏR
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Bu rayonların bəzi ərazilərində qaz olmayacaq - “Azəriqaz“ məlumat yaydı
-
Hərbçilərlə telefon söhbəti zamanı bu mövzularda danışmayın! - Nazirlikdən xəbərdarlıq (VİDEO)
-
Azərbaycan öz sözünü dedi, İsrail nəzərə aldı - Bakı Ankaranın mövqeyini necə müdafiə etdi?
-
“QHT işi“ndə hökm: Nərgiz Muxtarovaya şərti cəza verildi
-
Sumqayıtda lifti və qaz xətti olmayan bina - VİDEO
-
Zaqatalada sel yolları dağıdıb, kəndlərlə əlaqə kəsilib - VİDEO
-
“Qarabağ“ Avropa Liqasına darmadağınla başladı - VİDEO
-
Paytaxtın bu yollarında təmir gedir - SİYAHI
-
Ərdoğanın hədiyyə etdiyi silahı aeroportda polisə təhvil verdi - Fotolar
-
Mingəçevirdə 198 min litr pivəni qeydiyyatsız istehsal ediblər - Fotolar
-
Peskovdan sərt reaksiya: NATO Rusiyanı əsas düşmən elan edib
-
Baş nazir qərarları təsdiqlədi: qaz istehlakçıları və binalarla bağlı yeni qaydalar
-
Apteklərdə qiymət etiketləri yoxa çıxıb - SƏBƏB
-
İş adamının oğlu keçmiş xanımının pulunu vermədi - Ölkədən çıxışına “stop“ qoyuldu
-
Çaya sel gəldi, 5 nəfər təhlükə ilə üz-üzə qaldı - VİDEO
-
Sabiq nazirin müsadirə olunan evlərini alan yoxdur - 50% endirimlə 5-ci dəfə hərraca çıxır
-
Rusiyada çalışmaq istəyənlərin nəzərinə: İş icazəsi üçün yeni şərtlər qoyulur
-
6 ayda 104 kriminal qrup zərərsizləşdirilib - Polis hesabat verdi
-
Məktəbli forması almağa hazırlaşan valideynlərin nəzərinə - VİDEO
-
Nazir şöbə müdirini vəzifədən azad etdi - FOTO
-
Beyləqanda Əsəd Cahangirlə görüş keçirildi - FOTOLAR
-
Azərbaycanın iqtisadi rayonları üzrə bankomat və POS terminallarının sayı - CƏDVƏL
-
FHN “Sədərək“ MMC-yə məxsus restoranda pozuntu aşkarladı - Cərimə olundu
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Yeni həkimlərin hamısı niyə qadındır? - Müzakirələrə səbəb olan paylaşım
-
Ankara CAATSA sanksiyalarından çıxış yolu axtarır - S-400-lərlə bağlı yeni plan
-
Dörd şirkətin meyvə şirələrində uyğunsuzluq aşkarlandı - Məhsullar geri çağırılır
-
Xaçmazda 966 min manatlıq abadlıq - “Safari“ MMC yenidən “səhnədə“
-
Meloni Tramp sualına belə cavab verdi - NATO Zirvəsindən maraqlı görüntülər - VİDEO
-
Balakən və Ağstafada intensiv yağışlar fəsadlar törədib - VİDEO
-
“Pulsuz kart” sonradan xərc yarada bilər - XƏBƏRDARLIQ
-
Nazirdən polis orqanlarına tapşırıq: Vətəndaş qəbulu işinə həssas yanaşılmalıdır
-
Xırdalan bələdiyyəsinin sabiq sədri külli miqdarda mənimsəmədə ittiham olunur - RƏSMİ
-
Müğənninin Azərbaycandan çıxışına “stop“ qoyulub - VİDEO
-
Tramp Ankaradan qayıdarkən təyyarəsini dəyişdi - Səbəbi özü açıqladı
-
Son 5 ildə hansı xidmət sahələrində xərclərimiz daha çox artıb? - Siyahı
-
Azərbaycanlılar daha çox hansı həyat sığortasını seçir? - CƏDVƏL
-
Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib - FOTO
-
“Proses irəliyə doğru gedir...” - “Yalnız bundan sonra sülh müqaviləsi imzalana bilər”
-
Ağstafa sakinləri gecə vaxtı dəhşət yaşadılar: “Belə şey görməmişəm“ (VİDEO)
-
Tokayevin varisi kim olacaq - Hakimiyyətin ötürülməsi ssenarisi dəyişdi
-
Pezeşkian Paşinyana təşəkkür etdi - “Bu münasibəti unutmayacağıq“
-
Azərbaycanda çəyirtkələrin sayı niyə artır? - SƏBƏB
-
Mənzilin girişinə kamera quraşdırarkən qonşunun icazəsi olmalıdır - Ali Məhkəmə
-
Tramp Ali Məhkəmədən əl çəkmir: İşə yenidən baxılmalıdır
-
“Azəri Med” daha 35 milyon manatlıq daha layihəni udub - Kimə məxsusdur?
TOP 10
ARXİV






