Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Qarabağ: ötən ilin aprelinə nisbətən daha təhlükəli vəziyyət!

Tarix 31.03.17, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


Qarabağda ötən ilin aprelində qəfil alovlanan hərbi əməliyyatlardan bir il keçdiyi bir vaxtda situasiya daha da təhlükəli xarakter alıb.

Virtualaz.org xəbər verir ki, bu barədə Britaniyanın “Chatam House” mərkəzinin saytında analitik Lourens Broers yazır.



Analitik qeyd edir ki, aprel döyüşlərindən sonra keçən bir il Qarabağ münaqişəsinin nizamlanması prosesinin dalana dirəndiyini və “dayanıqlı şəkildə” bu vəziyyətdə qaldığını sübut edib. Beynəlxalq ictimaiyyət ya yeni və daha genişmiqyaslı müharibənin nə zaman başlayacağını gözləməlidir, ya da diplomatik şok terapiyasını seçməlidir.



“Prezidentlərin Vyana görüşündən sonra irəliləyiş əldə edilmədi, təmas xətti boyu insidentlər intensiv şəkildə davam edir, sülh prosesi dayanıb və vəziyyət təhlükəli boşluqdan asılı qalıb”-Broers bildirir. Müəllifə görə indiki vəziyyət bir il əvvələ nisbətən daha təhlükəlidir. Məqalədə deyilir ki, əgər ATƏT öz məsuliyyət zonasındakı ikinci ən iri və ən təhlükəli münaqişəni görməyə hazır deyilsə təcili olaraq sülh strategiyası formalaşdırmaq üçün güclü beynəlxalq səylərə ehtiyac var. “Beynəlxalq ictimaiyyətin diqqətinin və resurslarının münaqişəyə yönəlməsi üçün mühüm impuls lazımdır. Bu dinamika yeni iri müharibə nəticəsində yarana bilər, ya da zorakılığı təşviq edən yox, onun qarşısını alan yeni çoxtərəfli təşəbbüsün nəticəsində yaranar”-Lourens Broers bildirir.





Xəbərin oxunma sayı : 460




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap