“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Qazaxda qanunsuz keçirilən 2 tender ləğv olundu – Təfərrüat

Tarix 18.08.22, 16:02

Font ölçüsü : - / +
bitmap-img6


Qazax rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi tərəfindən keçirilən 2 tender müsabiqəsinin (Kotirovka sorğuları) nəticələri ləğv olunub.

Yeniavaz.com xəbər verir ki, hər 2 tender müsabiqəsinin nəticəsi “Dövlət satınalmalar haqqınada” Azərbaycan Respublikası Qanununun 6.2 maddəsinə əsasən etibarsız hesab olunub.

Məlumat üçün bildirək ki, Qazax Rayon Mərkəzi Xəstəxanasının mətbəə məhsullarının alınması məqsədilə keçirdiyi 16 min 756 manat 66 qəpik dəyərində kotirovka sorğusunun  qalibi “Əfsəroğlu” MMC (VÖEN- 1307245221), yumşaq inventarın alınması məqsədilə keçirdiyi 19 min 620 manat dəyərində kotirovka sorğusunun qalibi isə “Local Supply” MMC (VÖEN- 1307583111) olub.

Onu da bildirək ki, “Əfsəroğlu” MMC 13.07.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Səid Rüstəmov, ev 1-də yerləşir. Qanuni təmsilçisi Zahidov Fərid Əfsər oğludur.
“Local Supply” MMC isə 15.02.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Kamal Rəhimov, ev 38-də yerləşir. Qanuni təmsilçisi Hüseynov Nəsimi Əliyoldaş oğludur.



Xəbərin oxunma sayı : 775




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap