|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Qətərin cəzalanma, Tehrana hücum səbəbi - Səs yazıları yayıldı
Tarix 09.06.17, 3:33 |
|
Fars körfəzində yeni gərilimin meydana çıxdığı son bir həftəni qum dənizində xalq demokratiyası - cümhuriyyət qurmağa qalxmış bədəvi lideri Müəmmər Qəzzafinin ruhunun yenidən dirilişi adlandırmaq olar. Despotizmi devirərək kral İdrisin taxt-tacını ələ keçirən polkovnikin 40 illik hakimiyyəti sona çatanda indi ətrafında diplomatik mühasirə qurulan Qətər Birləşmiş Ştatların baş inqilabi qərargahına çevrilmişdi.
Anqlosaks dünyasının beyin mərkəzləri və əsas siyasi institutları - hakimiyyət dizaynerləri Dohada özlərini çox rahat hiss edir, Tunisdən başlayan antitiraniya hərəkatını uğurla yönləndirirdilər. RAND korporasiyası, Brookings İnstitutu, Corctaun və Şimal-Qərb universitetləri məhz Qətər hökumətinin yardımı ilə digər ərəb qardaşlarının əleyhinə olan milyonlarla narazı kütlənin çıxışlarını hazırlayır, onları “Əl-Cəzirə”nin tribunasından dünyaya yayırdı.
Lakin “inqilab öz balalarını yeyir” deyirlər. Tarixin ironiyasına baxın, ötən əsrin 90-cı illərində saray çevrilişi nəticəsində hakimiyyəti ələ götürən hazırki əmirin atası Həməd əl-Xəlifəni həzm etməyən, ona düşmən kimi baxaraq üstünə səud komandoslarını göndərən Ər-Riyad xilafətini məhz Ağ Evin işə müdaxiləsi durdurmuşdu. Yoxsa, müqəddəs torpaqdan kənarda alternativ siyasi mərkəz statusu qazanmağa iddialı olan bir dövləti kral ordusunun əlindən heç kəs ala bilməzdi.
Vaşinqtonun belə addım atmasının səbəbləri isə təkcə özünə bəlliydi. İndi ətrafında böyük səs-küy qopan danışıqlar barəsində gizli kasetlərin niyə uzun illərin fasiləsindən sonra dövriyyəyə çıxarılması əslində sual doğurmur. Deməli, Ağ Ev istədiyi anda böyük bir qitədə çatışmanı təşkil etmək üçün kifayət qədər geniş resurslara malikdir. Yetər ki, məxfi qrif altında yatan dosyelərin açılsın və onda ərəb qardaşlarının bir-biri əleyhinə hansı miqyasda satqınçılıqlara getdiyi bəlli olacaqdır. Sonrası hamıya aydındır - isti iqlim qurşağı hələ də monarxiyalardan özgə üsul-idarə tanımayan rejimlərin beyinlərini müharibə havası ilə dolduracaqdır.
Uzun illər Vaşinqton müttəfiqliyindən xeyli ambisiyalı və müstəqil siyasət güc yığmış bir dövləti cəzalandırmaq üçün ona qarşı həyata keçirilən embarqo və təkləmə tədbirləri zamanı qətərli hakim rejimi bilirsizmi nə ilə ifşa etməyə çalışırlar?
Sən demə, 2008-ci ildə Qəzzafi ilə görüşən keçmiş əmir Həməd bin Xəlif səud sülaləsindən şikayət edərək, tarixən mövcud olmuş ərazi iddiasını dilə gətirmiş, neftlə zəngin Şarkiyyə bölgəsini tutmaq üçün hərbi vasitələri işə salacaqlarını söyləmişdir. Yəmənin sabiq prezidenti Ali Abdullah Salehlə görüşdə isə Liviyanın keçmiş lideri həmkarını Səudiyyənin üstünə qaldırmağa və iki vilayəti geri qaytarmaq üçün diversiya fəaliyyətlərini işə salmağa çağırıb. Bu haqda məlumatların səhihliyi şübhə doğurmur, çünki gerçək səs yazıları “Əl-Ərəbiyyə” və “Skay Nyus Ərəbiyyə” televiziyaları vasitəsilə yayımlanmağa başlayıb. Külli cinayətlərin ən böyüyü və müsəlmanın öz qan qardaşlarına xəyanət səhnəsi isə iddialara görə Qətərin xarici işlər nazirinin İraqa səfəri zamanı baş verib. Burada İranın “Qüds” inqilab keşikçiləri dəstəsinin başçısı Qasım Süleymani ilə məxfi danışıqlar aparan qətərli baş diplomat Tehranın regionda nüfuzunu və ekspansiya siyasətini tanımayan dövlətlərə qarşı sövdələşmələrə getməkdən çəkinməyib. Ona görə də ictimai rəyi bir anın içində çox ziddiyətli xəbərlərlə Dohaya qarşı kökləyəndən sonra 8 dövlətin alyansını yaradıb Qətərə havadan, sudan və qurudan keçən yolları bağlamaqla onu cəzalandırmağa çalışırlar.
Bəs, ərəb dünyasının ən varlı ölkəsi - adambaşına düşən milli gəlirə görə 142 min dollarlıq səviyyə ilə ön yerdə olan və 100 milyard dollardan artıq valyuta rezervi ilə təminatlı cəmiyyət-dövlət tandemi formalaşdıran bir hakimiyyət Qərbin və müqəddəs taxt-tacın qəzəbinə daha hansı səbəblərdən gəlib?
Burada ilk növbədə, dini miras uğrunda uzun on illərdir gedən mübarizəni xatırlatmağa ehtiyac duyulur. Çünki Quranı islam etiqadının baş kitabına çevirsələr də, onun müxtəlif interpretasiyada anlayan müsəlmanlar Məhəmmədin irsini başqa bir Məhəmməd vasitəsilə izah etməyə çalışaraq 100 ilə yaxındır yeni bir ideologiya yaradıblar. Vəhhabizmin Əbdülvəhhabla başlayan təməl prinsipləri qətərli alimlərin nəzərincə səud sülaləsi tərəfindən tam dəyişikliyə və təhrifə məruz qaldıgından, sən demə, əsil vəhhabiçilər Qətərdə yerləşir və Doha dini ixrac hüququna Ər-Riyaddan daha çox malikdir. Bunun üzərinə “ərəb baharı” nəticəsində formalaşan hakimiyyətlərə münasibəti də gəlsəniz, səbir kasasını daşıran səbəblərin tam mənzərəsi ortaya çıxacaqdır. Belə ki, Misirdə uzun illərin gizli fəaliyyətindən sonra zirzəmilərdən və digər yeraltı hücrələrdən hakimiyyətə gələn Müsəlman Qardaşlarına göstərilən yardımlar ərəb yarımadasındakı qüvvələr nisbətini dəyişdirməyə və Yaxın Şərq regionunda liderlik mövqeyi əldə etməyə böyük imkanlar verirdi. Kral Abdullanın reaksiyası özünü çox gözlədə bilməzdi. Mübarək devrilərkən dişsizlik göstərən və xalq üsyanını yatırmaqda aciz duruma düşən ordu rəhbərləri sırasında Amerikanını xeyir-duası ilə hərəkət edən feldmarşal əl-Sisi Misirdə din dövlətini devirməyə qalxanda ona birinci yardımı səud hökuməti etdi. Yeni iqtidarın iqtisadi cəhətdən möhkəmlənməsi üçün ilk 15 milyardlıq yardım da o zaman verilmişdi.
Nəticədə hazırki Qətər əmirinin atası 18 illik rəhbərliyini oğluna təhvil verərək səhnədən çəkilməli oldu. Lakin Dohanın İran siyasəti daha yeni mahiyyət kəsb etməyə başladı.
İraqda Səddamdan sonrakı yeni hökumətin qeyri-dayanıqlı olması və nəticədə Tehranın öz nüfuzunu qərbpərəst yeni elita üzərində bərqərar etməsi göstərdi ki, hərbi cəhətdən zəif olan rejimlər çox asanlıqla Tehranın təsiri altına düşürlər. Fakitiki olaraq ərəb inqilabları İranın əlinə işləyib.
Suriyada İŞİD bayrağı altında regionun yenidən qazanılması planı da iflasa uğradı. Obama idarəçiliyinin son illəri böyük 6-lığın nüvə razılaşmalarına gəlməsi isə ərəb dünyasının yeni qiblə axtarışlarında həlledici mərhələ oldu - fatihəni “əliyulsuz” oxuyanlar yeni namaz forması axtarışında Tehrana üz çevirdilər.
Bəs, Birləşmiş Ştatların hazırki hakimiyyəti ötən illər ərzində trilyon dollarlar xərclədiyinə görə əvvəlki prezidentləri qınadığı halda ərəb yarımadasındakı son böhranın hansı tərəfində durur? Ekspert cəmiyyətlərinin mövqeyi bu məsələdə vahid deyil. Belə ki, ölkələrin daxili işlərinə qarışmayacaqları vədi ilə hakimiyyətə gələn Tramp inqilab ixracının ağır nəticələr doğurduğunu yaxşı bilir. 100 minlərlə insan ölsün, antiamerikanizm dünyada güclənsin, milyonlarla miqrant axını dünyanının bir nömrəli başağrısına çevrilsin, hələ üstəlik, antiterror mübarizəsi fundamentalist qüvvələri gücləndirməklə beynəlxalq təhlükəsizliyi heç vaxt olmayacaq qədər zərbə altında qoysun, onda məgər proamerikan hakimiyyətlərini güclü saymaq olarmı?
Qətiyyən yox. Trampa belə bahalı layihələrdənsə, ona daxili siyasi mühasirəni yarmağa bahalı müqavilələr lazımdır. Ağ Evin rəhbərləri sırasında indiyədək belə gəlirli idarəçiliyi başlayan liderlər olubmu? Hər halda müsbət cavab vermək mümkün deyil. Bütün dünya müsəlmanlarının əhd-peyman edib üz tutduqları müqəddəs Məkkəyə birinci olaraq səfər edən Tramp heç də seçki sonrası islam aləminin könlünü almağa gəlməmişdi. Amerikanın indiki rəhbərinin belə sentimentallıqla işi yoxdur. 19 trilyonluq borcu başqalarına ödətdirmək bəyanatı ilə seçki kampaniyası aparan şəxsin böyük oyuna qoyulan ilkin 110 milyarlıq hərbi bağlaşma ilə “Uol Strit”in zənginlər məhəlləsinin impiçment təhlükəsini əngəlləmək mümkündür. Bəs digər qardaşlar, o cümlədən, dohalı müttəfiqlər niyə özlərini qorumaq üçün əllərini ciblərinə salmırlar?
11 sentyabrdan sonra Səudiyyə Ərəbistanını sünni terrorçuları maliyyələşdirmıkdə ittiham edən Vaşinqton hazırki səud taxt-tacından aldığı ənamla onları müxtəlif təqib və sanksiyalardan xilas etmiş oldu. O üzdən müsəlmanın peyğəmbərinə sevgidən deyil, yığdıqları pulları xərcləmək üçün müqəddəs torpağa gələn Tramp əlində qılınc hansı havaya rəqs elədiyini yaxşı bilir. Ərəb xilafəti fars imperiyasına - Zülfüqar qılıncına qarşı qınından sıyrılmalıdır.
O üzdən İranın dövlətçiliyi üçün simvol sayılan yerlərdə dünən həyata keçirilən qanlı terror İŞİD adına necə yazılır, bax bunu təyin etməyə beş baş lazımdır. Məgər Qətəri terrora yardımda suçlandrımırlar - kimə sponsorluq edir ət-Tani hökuməti? Əl Qaidə və İraq-Şam İslam Dövlətinin bayraqları məgər Dohada tikilir? Burada heç bir məntiq yoxdur.Axı Qətər İranın Suriyada döyüşdüyü qüvvələrlə müttəfiq ola bilməz.
Belə bir şəraitdə ayətullahlara qarşı tuşlanan güllələr Laricanini qorxutmaya bilər. Hətta parlamentin linç edilməsi və imam Xomeyni muzeyinin - İran dövlətçiliyini simvolizə edən mərkəzlərdən birinin dağıdılmağa cəhd göstərilməsi belə Ali dini lider Seyid Əli Xameneinin dediyi “fişəng” effekti doğura bilər. Hərçənd dünyada islamla terroru eyniləşdirənlər sabitlik adası olan ölkələrdən birinin - İranın rəhbərlərinin reaksiyası ilə, məsələn, Fransanın, yaxud Britaniyanın liderlərinin və cəmiyyətinin birlik, həmrəylik əsasında verdiyi böyük dirənişi arasındakı fərqi yaxşıca ayırd edə bilərlər. Yəni dövlətin gücünü qabartmaq üçün terrora “milçək vızıltısı” adını qoymaq olmaz.
Doğrudur, qəddarlıqla və kütləvi qırğınla hər kəsin təhlükəsizliyinin onlardan asılı olduğunu mesaj verən ekstremist mərkəzləri yenilməz demon olaraq da qələmə vermək olmaz. Lakin Birləşmiş Ştatların Yaxın Şərq üzrə əsas müttəfiqlərindən birini - Qətəri “zəif bənd” oyununun bir həlqəsinə çevirənlərin qarşısında Tehran yeni tədbirlər görməyə məcburdur. Ən azı islam dünyasındakı liderlik roluna iddiasını saxlamaq üçün.
Trampın prezidentliyi dünyaya çox baha gəlir. NATO-ya üzvlüyün 2 faizlik ÜDM haqqını ödəməkdən tutmuş ərəb monarxiyalarından alınan bac-xəraca qədər. Özünüz də deyirsiz ki, yalnız keçmiş imperiyalar vaxtında dövlətlərarası bəxşeyiş və təzminat ödənişləri olub. Məgər siyasi olimpə biznes dünyasından gəlməyənlərin idarəçiliyi fərqli olub? Əsla yox!
Ərəb dünyasının yenidən şəkillənməsi məxməri çevrilişlərdən daha böyük təhlükələr vəd edir. Fevral burjua inqilabından sonra gələn əksinqilablar kimi...
Zahid Oruc
Xəbərin oxunma sayı : 448
Analiz
Xəbərlər
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
TOP 10
ARXİV