Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Qətldə günahlandırılan 1 nömrəli “qanuni oğru” öz ayağı ilə prokurorluğa getdi - təfərrüat

Tarix 15.10.17, 23:30

Font ölçüsü : - / +
bitmap-img6


Hazırda məhkəməsi gedən “Şakro Molodoy”un həbsxanaya göndərilməsindən sonra Rusiya kriminalının yeni bosu məhz “Tyurik”olacaq

Rusiya Dumasının eks-deputatı Denis Voronenkovun qətli ilə bağlı yeni sensasion gəlişmələr var. Bir müddət əvvəl Ukraynanın baş prokuroru Yuri Luçenko qətlin sifarişinin Voronenkonun həyat yoldaşı, məşhur opera mügənnisi  Mariya Maksakovanın keçmiş əri Vladimir Tyurinin verdiyini iddia edib.  Yada salaq ki, Denis Voronenkov martın 23-də Kiyevdə qətlə yetirilib. O, 2016-cı ildə Rusiyadan Ukraynaya qaçmışdı. Kommunist Partiyasından olan deputatı Rusiya dələduzluq ittihamı ilə beynəlxalq axtarışa vermişdi.

“Kommersant” qəzetinin xəbərinə görə,  V.Tyurin könüllü olaraq Rusiya İstintaq Komitəsinə gedərək  qətldə adının hallanmasına görə ifadə vermək istədiyini deyib.  Tyurin deyib ki, onun vətəndaş nikahında olduğu keçmiş arvadının həyat yoldaşını öldürtmək üçün heç bir səbəbi olmayıb. Çünki onlar ayrılandan uzun müddət sonra Maksakova Voronenko ilə ailə həyatı qurub. Üstəlik, birgə nikahdan olan oğlu və qızı da hazırda Tyurinlə yaşayır.  

“Tyurik” ləqəbli “qanuni oğru”nun bu qətldə günahlandırılması səbəbsiz də deyil. Tyurin “Ded Xasan”ın sağlığında onun klanının maliyyə məsələlərinə cavabdeh olub. Onun adı Rusiyadakı bir sıra qətllərdə hallanıb. Məsələn, Sankt-Peterburqda 1997-ci ildə öldürülən vitse-qubernator Mixail Maneviç “Ded Xasan” klanının bu bölgədə fəallaşmasına qarşı çıxdığı üçün Tyurinin sifarişi ilə öldürüldüyü deyilir. “Tatneft”in təhlükəsizlik xidmətinin rəhbəri, “Tainvestneftqaz” firmasının baş direktorunun öldürülməsində də onun adı hallanıb.

***

Ötən ilin  avqustda Türkiyədə “qanuni oğru” Rövşən Canıyevin (“Lənkəranski”) öldürülməsi, Ded Xasan klanında “tax-tac”a sahiblənmiş  Zaxari Kalaşovun (“Şakro Molodoy”) hazırda məhkəmə qarşısında dayanması, kriminal aləmin generallarından sayılan Merab Canqveladzenin (“Suxumski”)  isə Rusiyaya ömürlük  gəlmək yasağı Rusiyadakı slavyan kriminalında  yeni “boss”un kimin olacağı barədə ciddi müzakirələrə yol açmışdı.  Aleksandr  Petrov (“Petrik”) və Oleq Şişkanov (“Şişkan”) slavyan qruplaşmasına rəhbərlik etmək barədə təklifə “yox ”deyərək qruplaşmaya  “Tyurik”in  başçılığını təklif ediblər.  O isə bu təklifə etiraz etməyib.  Böyük ehtimalla ağır cəza alacaq “Şakro Molodoy”un həbsxanaya göndərilməsindən sonra Rusiya kriminalının yeni bosu da məhz “Tyurik”olacaq.    

***

Vladimir Tyurin 1958-ci il, noyabrın 25-də Başqırdıstan Muxtar Respublikasının Tirlyanski qəsəbəsində anadan olub. Orta məktəbi qızıl medalla qurtaran Tyurin əvvəl peşəkar musiqi təhsili alıb, sonralar isə Sankt-Peterburq Politexnik Universitetini bitirib. Həbsxanaya yolu 1974-cü ildə qarət ittihamı ilə başlayıb. Bir neçə il İrkutsk həbsxanalarında cəza çəkib.

Vyaçeslav İvankovun (“Yapoançik”) İrkutsk vilayətindəki “smotryayuşi”si Aleksandr Moiseyev 1991-ci il, iyunun 10-da öz avtomobilində partlayış nəticəsində öldürülür. “Masya” ləqəbli Moiseyevin yaxın dostu olan Tyurini də bundan sonra eyni üsulla öldürmək istəyirlər. Amma onun maşınına atılan əl qumbarası partlasa da o, sui-qəsddən sağ qurtula bilir. 1993-cü ildə “qanuni oğru” adını “Yaponçik”in xeyir-duası ilə alan Tyurin tezliklə kriminal aləmin ən nüfuzlu liderlərindən birinə çevrilir. O, “Bratskoye” adlanan kriminal qruplaşmaya rəhbərlik edir. Əsasən, alüminium və meşə təsərrüfatı mallarının Sankt-Peterburqdan Pribaltikaya, oradan isə Qərbi Avropaya daşınmasına nəzarət edən Tyurin Moskvada da bir neçə tanınmış kazinolara rəhbərlik edir.

Rusiya kriminalitetinin  o zamankı ağaları - “Yaponçik”, “Şakro Molodoy”, Tariel Oniani (“Taro”) 1990-cı illərdə Avropaya üz tutur ki, onların arasında Tyurin də olur. Əsasən İspaniyada məskunlaşan rusiyalı mafiozlar tez-tez Aslan Usoyanın da iştirak etdiyi “sxodka”larda kriminal yolla əldə edilən gəlirləri bölüşdürür, nüfuz dairələrini gündən-günə genişləndirir və Avropanın kurort şəhərlərini pulla nəzarətə almağa başlayırlar.

Nəhayət, İspaniya polisinin 2005-ci ildə Rusiya mafiyasına qarşı keçirdiyi əməliyyat zamanı bir çox “qanuni oğrular” həbs edilir. Amma Tyurin ələ keçmir. 

Həmin vaxt Rusiyada olan mafiozu İspaniya polisi beynəlxalq axtarışa verir. Uzun müddət ələ keçməyən Tyurin 2009-cu ildə “İnterpol” xətti ilə Monqolustanda həbs edilir. İspaniya polisi onu aparmaq üçün gələndə isə həbsxanada Tyurinin ən məşhur tryuku üzə çıxır. Belə ki, polis həbsxanada onun doğma qardaşını tapır...

2010-cu ildə FTX və Rusiya milisi (o zaman milis adlanırdı) Tyurini Moskvada həbs edir. İspaniya polisi onu kriminal qruplaşma yaratmaqda, çirkli pulların yuyulmasında ittiham edir və ekstradisiya olunması üçün icazə istəyir. Amma məlum olur ki, Tyurin Rusiya vətəndaşlığını saxta yolla alıb və əslində  Qazaxıstan vətəndaşıdır. Butırka təcridxanasında o mütəmadi olaraq “Ded Xasan”la əlaqə saxlayır. Həmin vaxt o da məlum olur ki, sən demə, Tyurin həbs edilməyənədək iqtisadiyyat və idarəçilik mövzunda namizədlik dissertasiyası yazırmış və tezliklə müdafiə edəcəkmiş. 2011-ci ildə Moskva məhkəməsi onun barəsindəki həbs qərarını ev dustaqlığı ilə əvəz edir.

2012-ci ildə vəkilləri onun Rusiya vətəndaşlığının saxta olmadığını sübuta yetirirlər. Rusiya vətəndaşının başqa ölkəyə verilməsi konstitusiya ilə qadağan olunduğunda Baş Prokurorluq İspaniya polisinin müraciətini rədd edir. Bundan sonra onun ev dustaqlığı barədə qərar da dəyişdirilir.

Məlumatlara görə, “Ded”ə yaxınlığına baxmayaraq, Tyurin eyni istedadla Rusiyanın bir çox tanınmış siyasi xadimləri, biznes dairələri, eləcə də elm və incəsənət nümayəndələri ilə ciddi əlaqələrə malikdir. Tyurin alüminium, ağac məmulatları istehsalı, neft-kimya sənayesi, enerji və bank sektorunda fəaldır. Onun Moskva ilə yanaşı Avropanın bir sıra ölkələrində daşınmaz əmlakı var









Xəbərin oxunma sayı : 259




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap