| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Qondarma soyqırımının muzdlu havadarları - Eldar Həsənovun yazısı
Tarix 08.11.19, 23:00 |
|
2019-cu ilin 29 oktyabr tarixində ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi qətnamə siyasi, hüquqi və tarixi baxımdan heç bir çərçivəyə sığmır. Bu qətnamənin qəbul edilməsini uzun illər müttəfiq olan ABŞ-Türkiyə münasibətləri tarixində yalnız qısa müddətli maraqlara hesablanmış tələsik qərar hesab edirəm. Məlum olduğu kimi, bu qətnamənin heç bir təsir qüvvəsi yoxdur. İndiyə qədər ermənilərə havadarlıq edən bəzi ölkələr bu qondarma soyqırımı ilə bağlı müxtəlif qətnamə və qərarlar vermişlər. Reallıqda onlar heç bir şeyi dəyişmədiyi kimi, bu qərar da bir şeyi dəyişmir. Sadəcə olaraq, bir dövlətin qanunverici orqanının qərəzli lobbiçilik maraqlarının təsiri altına düşməsi və siyasi instrument kimi istifadə olunması, dayanıqsız, qısamüddətli maraqlara hesablanmış siyasət təəssüf doğurur.
Bu cür davranışlar Türkiyə dövlətinin və xalqının daha da mətin, güclü və həmrəy olmasına xidmət edir. Bütün dünyada bir ədalətsizlik baş alıb gedir. O qədər ki, 100 il bundan qabaq baş vermiş hadisələrə qiymət verənlər 1975-ci ildən 1983-cü ilə qədər ASALA terror təşkilatının Avropa və Şimali Amerika ölkələrində türk diplomatlarına və onların ailə üzvlərinə qarşı törətdiyi amansız qətlləri unudurlar. Səfir çalışdığım Serbiyada Türkiyə səfiri olmuş Qalib Balkarın 9 mart 1983-cü ildə Belqradda iki erməni terrorçusu Andranik Boqosyan və Raffi Elbekyan tərəfindən qətlə yetirilməsi erməni terrorizminin bariz nümunələrindəndir. Tarix boyu həmişə elçilər toxunulmaz və imtiyazlı hesab olunublar. Avropanın gözü qarşısında – Parisdə, Vyanada, Brüsseldə, Vatikanda, Madriddə, Afinada, Cenevrədə, Lissabonda – (Amerikanın özündə – Santa Barbara, Los Ancelesdə, Bostonda) Türkiyə diplomatları şəhid ediləndə bəzi ölkələr hətta terrorçuların cəzadan yayınması üçün də əllərindən gələni etmədilərmi? 100 il bundan əvvəl bütün dünya Birinci Dünya müharibəsindən çalxalanan, milyonlar həlak olan zaman yalnız ermənilər varmış kimi, o vaxtkı hadisələri “soyqırım” adlandıranlar 27 il bundan öncə xüsusi amansızlıqla törədilən və faktlarla, dəlillərlə sübuta yetirilmiş Xocalı soyqırımını niyə görməzdən gəlirlər?
Beynəlxalq hüquq və beynəlxalq münasibətlər sistemi öz qürubunu yaşayır. Fərqli standartlar, qərəzli və ədalətsiz yanaşmalar siyasi mübarizənin önünə keçib. Bu uzun müddət davam edə bilməz. Artıq beynəlxalq ictimaiyyət daha ayıq və sayıqdır. Artıq kimin nə olduğu, hansı pərdələr arxasında nə siyasətlər yürüdüldüyü hər kəsə bəllidir. Bunu açıq deyənlər də, müəyyən səbəblərə görə susanlar da var. Amma gerçəklər indi daha qabarıq görünür.
Türkiyə yerləşdiyi regionda və dünya siyasətində öz çəkisi və ağırlığı olan ölkədir, minillik tarixi olan dövlətdir. Türkiyə ilə müttəfiqliyin dəyəri bilinməlidir. Bu cür qətnamələr ABŞ-ın geostrateji maraqlarına deyil, ermənilərin ədalətsiz və əsassız iddialarına müvəqqəti xidmət edir.
Qondarma erməni soyqırımını tanıyan azsaylı ölkələrin sıralamasına və ardıcıllığına baxanda da görə bilərsiniz ki, bu dövlətlər Türkiyəyə qarşı qisasçılıq duyan ya da ki erməni icmasının təsirli olduğu ölkələrdir. Yəni, bir daha bəlli olur ki, “erməni soyqırımı” bəzi ölkələrin əlində siyasi alət və Ermənistanın siyasi rəhbərliyinin erməni xalqını nəyin bahasına olursa olsun “həmrəy” saxlamaqdan ötrü düşünülmüş bir ucuz vasitədir, heç bir perspektivi olmayan siyasi bir oyundur.
Bu arada tarixə qısa bir rakurs etməkdə fayda var: ermənilər Osmanlı zamanında və Türkiyədə ən imtiyazlı xalqlardan biri olmuşdur. Ermənilərin öz məktəbləri, daha sonra isə xüsusi liseyləri, kilsələri olub. Hətta yüksək dövlət vəzifələrində də çalışıblar. Bütün bunlara baxmayaraq bir qrup nankor erməni Osmanlı və Türkiyə hakimiyyəti əleyhinə açıq təbliğat aparan qəzet və kitablar nəşr ediblər. Hətta müharibələrdə belə, qeyri-müsəlman xalq kimi Osmanlı ordusunda xidmət etməyən ermənilər ancaq varlanmaq, tüccarlıq etmək, mülk, torpaq sahibi olmaq, müxtəlif sənət və peşələrə yiyələnməklə məşğul olmuşlar. Orduda bir çox hallarda yalnız muzdla xidmət etmişlər (yəni o zamanlar vətəni olan torpaqların müdafiəsini belə muzdla etmişlər). Arxiv sənədlərindən o da məlumdur ki, Osmanlı ordusunda xidmət edən ermənilərin əksər hallarda düşmən tərəfə keçməsi, satqınlıq və fərarilik etməsi isə zaman-zaman elə bir həddə çatmış ki, bunun qarşısını almaq üçün xüsusi tədbirlər görülmüş, onlar kütləvi şəkildə tərxis edilmişlər.
Sonra da Osmanlı Birinci Dünya müharibəsində savaşarkən, qoynunda bəslədiyi, təəssübkeşliyini çəkdiyi bu ermənilər ona arxadan zərbə vurmağa cəhd edəcək, gücünü də arxa cəbhədəki qadın, yaşlı, uşaqlara göstərəcək, minlərlə mülki şəxsi və silahsız insanları qətlə yetirəcək. Bütün bunların hesabını sormaq istəyən Osmanlı İmperiyasına isə soyqırım etdi deyəcəklər. Bu xəyanətlərə rəğmən ermənilər bu gün də heç bir ayrı seçkiliyə məruz qalmadan rahat şəkildə Türkiyədə yaşayır, öz dini etiqadlarını sərbəst həyata keçirir, parlamentdə təmsil olunurlar. Bütün bunlar Türkiyə dövlətinin humanistliyinin, dünyəviliyinin göstəricisidir.
Türkiyə dövləti arxivləri açaq deyir, Ermənistan açmır. Niyə? Əgər soyqırım dediyiniz kimi olubsa, niyə bu tarixi imkandan yararlanmaq və ədaləti bərqərar etmək istəmirsiniz? Çünki özünüz də bilirsiniz ki, soyqırım olmayıb və ola bilməz. Bu yalnız xəstə təxəyyüldür.
Düşünə bilərsinizmi əsrlərlə Osmanlı İmperiyasında yaşayan ermənilərin başından bir tük əskik olmadı, bütün imtiyazlara sahib oldular. Və bütün gücünü Birinci Dünya müharibəsinə yönəldən Osmanlı 1915-ci ildə qəfildən erməniləri “qırmağa” qərar verdi?!
Məsələnin digər məntiqsizliyi ondan ibarətdir ki, tarixdə bir sıra imperiyalar mövcud olub və indi həmin imperiyaların birbaşa və ya dolayısı ilə varis dövlətləri var. Görəsən həmin imperiyaların hesabı bu varis dövlətlərdən niyə soruşulmur?
Hətta 2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri İsveçrənin Sürix şəhərində “Diplomatik münasibətlərin təsis olunması protokolu” və “İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu”nu imzaladılar. İkinci protokola əsasən erməni, türk, İsveçrə və digər beynəlxalq ekspertlərin iştirakı ilə alt komissiya yaradılması nəzərdə tutulurdu. Komissiya iki xalq arasında qarşılıqlı etimadın bərpa edilməsinə yönəlmiş, o cümlədən tarixi sənədlərin və arxivlərin qərəzsiz elmi tədqiqi yolu ilə problemlərin həlli üçün tövsiyələr hazırlamalı idi. Ermənistanın bu protokola imza atmasını bir sıra erməni ekspertləri və onların təsir dairəsində olan bəzi Qərb KİV-ləri “soyqırım” iddiasını rəsmi Ermənistanın özünün şübhə altına alması kimi şərh etdilər. Lakin, Ermənistan sonradan bundan da hiyləgərcəsinə boyun qaçırdı. Daha obyektiv, ədalətli və məntiqi olardı ki, ABŞ Nümayəndələr Palatasının üzvləri Ermənistanın, erməni patriarxının və Massaçusetdəki “Daşnaqsütün” arxivlərinin açılması ilə bağlı qətnamə qəbul etsin. “Erməni soyqırımı” iddialarının əsassız və qondarma olması ilə bağlı minlərlə mənbə movcuddur. ABŞ Nümayəndələr Palatasının üzvləri bu mənbələrdən xəbərsiz ola bilər. Amma ən azından Amerikanın konstitusiya hüququ və beynəlxalq hüquq üzrə tanınmış mütəxəssisi, ABŞ Prezidenti Ronald Reyqanın Hüquq müşaviri işləmiş Bryus Feinin söylədiklərini duymamış deyillər: “Reyqanın prezidentliyi dövründə, 1981-ci ildə Ağ Evin apardığı araşdırma zamanı ermənilərin əsasən Fransa və Rusiyanın dəstəyi ilə 2 milyon osmanlını qətlə yetirdiyi ortaya çıxdı. Ermənilərin onlara qarşı soyqırım edilməsi ilə bağlı iddiaları əsassızdır. Ermənilər öz arxivlərini açmırlar, çünki bu həqiqətlərin ortaya çıxmasını istəmirlər. Osmanlı İmperiyası milli azlıqlara qarşı müdhiş qayğı və hörmətlə yanaşırdı. Azlıqlar öz dini azadlıqlarını və həyatlarını çox rahat yaşayırdılar”. B.Fein Amerika kimi digər qərb ölkələrinin də ermənilərin yalanlarına inandığını əlavə edərək, “burada əsas önəmli məsələ, ermənilərin öz ölkələrinə xəyanətidir. Osmanlı özünü müdafiə etməli və xəyanətin qarşısını almalı idi. ABŞ-da yaşayan ermənilər soyqırım yalanından böyük pullar qazanır. ABŞ hökuməti də ortada böyük pullar olduğundan erməniləri qarşısına almaq istəmir” deyir.
Və ya ABŞ-ın Louisvill Üniversitetinin Tarix Professoru JustinMakkartinin sözlərinə görə ”Əlimizdə minlərcə sənəd və sübut var. Bu sənədlər türklərin deyil, ermənilərin soyqırım törətdiyini təsdiq edir. Osmanlı arxivləri açıqdır, ermənilər isə açmaq istəmir. Bir dövlətin, vətəndaşlarının hakimiyyətə qarşı qiyamının qarşısının alınması soyqırım sayıla bilməz. Ermənilər yaşadıqları dövlətə qarşı baş qaldırdılar. Bunun adı nədir? Buna vətənə xəyanət deyirlər”.
Hətta o zamanlar Osmanlıya qarşı döyüşən orduların əsgərləri belə ermənilərin mülki şəxslərə qarşı amansızlığına dözə bilməmişlər. Belə ki, rus ordusunun zabiti Xlebovun “Erməni dəstələrinin məsum türkləri öldürməsinəseyirçi qalmamız mümkün deyil” deyərək özünün Ərzurumdakı işinə xitam verilməsi ilə bağlı xahişi də bir faktdır.
1905-1922-ci illərdə ermənilərin Ərzurum, Van, Qars, Iğdır, Ərzincan, Bitlis, Muradiye, Malazgirt, Sarıkamış, Diyarbakır, Muş, Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ və Naxçıvanda 2,5 milyon mülki şəxsi amansızcasına qətlə yetirməsi sənədlərlə və faktlarla sübut olunub. Bəs buna niyə “ədalət, haqq carçıları” olan dövlətlər göz yumur, susur?
Soyqırıma məruz qalmaları barədə bəzi ölkələrə, parlamentlərə yalvararaq “məzlum ermənilər” tərəfindən faşist ideologiyasına xidmət edən, türklərə və azərbaycanlılara qarşı qəddar qətilərin təşkilatçısı və onun birbaşa icraçısı olan Qaragen Njdeyə İrəvanda abidə qoyulması, habelə dünyanın terrorçu hesab etdiyi şəxsləri – başda Andranik Ozanyan olmaqla Dro, Varujan Karepetyan, Monte Melkonyan, Vazgen Sarkisyanın qəhrəmanlaşdırılması ermənilərin yürütdüyü faşist anti-türk, anti-Azərbaycan siyasətinə dəlalət edir. Danılmaz bir həqiqətdir ki, XVIII əsrin sonlarında Avropanın bəzi mərkəzlərindən qaldırılan və dəstəklənən «erməni məsələsi» əslində Osmanlı İmperiyasının məhv edilməsi və onun ərazilərinin ələ keçirilməsi planının tərkib hissəsi olub.
Bu plan 1878-ci ildə Berlin Konqresində gündəliyə gətirilmişdi. Şərqi Anadoluda ermənilərə muxtariyyət verilməsi barədə Berlin müqaviləsinə 61-ci maddənin daxil edilməsindən sonra ermənilər istəklərinə silah gücünə nail olmaq yolunu tutdular. Erməni silahli dəstələrinin təşkil edilməsi, onların üsyana hazırlanması üçün Avropa dövlətləri gərgin səy göstərdilər. Avropanın dəstəyi ilə formalaşan “Armenakan”, “Hnçak” və “Daşnaksutyun” partiyaları Anadoluda gizli silahlı dəstələr və terrorçu qruplar təşkil edirdilər. Hətta Türkiyə erməniləri “Qərbi Ermənistan” adlandırdıqları Şərqi Anadolunun 6 vilayətində – Van Ərzurum, Bitlis, Xarput, Diyarbəkir, Sivasda müstəqil dövlət qurmaq üçün hər yerdə türkləri qırıb məhv etməyə başlamışdılar. O da qeyd olunmalıdır ki, Rusiya hökuməti tərəfindən 19 və 20-ci əsrlərdə yüz minlərlə erməni Türkiyədən Zaqafqaziyaya – əsasən Azərbaycanın Yelizavetpol və İrəvan quberniyalarına, Qarabağa, Zəngəzura, Naxçıvana, İrəvana və Göyçəyə – köçürülməsi təşkil ounmuşdur. Bu nun nəticəsində, həmçinin Gülüstan və Türkmənçay müqavilələrindən sonra Azərbaycan ərazilərinə köçürülən ermənilər isə xislətlərinə sadiq qalaraq sonradan bu ərazilərə qarşı əsassız iddialar irəli sürməkdə və xalqımızın əzəli torpaqlarını havadarlarının dəstəyi və hərbi güc yolu ilə işğal altında müvəqqəti də olsa saxlamaqda davam edirlər.
Əslində, yuxarıda sadalanan faktlar və məlumatlar nə yeni, nə də təəccübləndirici deyil. Qərb ölkələrinin tarixçiləri və siyasətçiləri bunları bilməmiş deyillər. Haqq naminə demək lazımdır ki, zaman-zaman təhdid və təzyiqlərə baxmayaraq, ədalət carçısı olan cəsarətli tarxiçilər və alimlər erməni yalanlarını faktlarla, dəlillərlə ifşa edirlər. Amma, təəssüf ki, bəzi dövlətlərin parlamentlərinin Türkiyəyə qarşı kin- küdurət və fürsətçilik hissləri onları kor kimi davranmağa və tarixi həqiqətləri danmağa vadar edir.
Davası hakk olanın yardımçısı Allahtır, Hakk olan davada zəfər də muhakkaktır!
Eldar Həsənov
Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru, II dərəcəli dövlət ədliyyə müşaviri.
Xəbərin oxunma sayı : 937
Analiz
Xəbərlər
-
Bakının bu kəndində yol bağlanır - Sürücülərə xəbərdarlıq
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı - FOTO
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Bakıda restoran 17 saat fasiləsiz işləmiş tələbənin maaşını vermir? - VİDEO
-
“Formula -1 Azərbaycan” qran-prisinə görə bəzi parklanma yerləri bağlandı - VİDEO
-
Azərbaycanda qədim dövrlərə aid qurğular aşkarlandı - FOTO
-
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəbi bu ola bilər
-
Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz - Bu halda
-
Cahangir Əsgərovun qızları Londonda 6 milyona mənzil aldı - Yeni siyahı
-
Pezeşkian Nyu-Yorka gedir - ABŞ-dan qəribə qadağa
-
Magistral yollarda görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir - Xəbərdarlıq
-
Türkiyə dönərə “qadağa” qoydu - Azərbaycanda vəziyyət necədir?
-
Husilər Səudiyyəyə hücumu genişləndirir - Məkkə ilə Mədinə gündəmdə
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşından isə şok cavab: “Mənə heç nə edə bilməzsiniz“
-
Xocavənd rayonunda nə qədər insan yaşayır? - Açıqlama
-
Putindən sonra Rusiyanı kim idarə edəcək? - 7 namizəd
-
Keçmiş baş nazirdən şok iddia: “20 milyon əhalimiz qalıb!“
-
“Asiyada əvvəlki Amerika nizamı çöküb, yeni regional nizam yaratmaq lazımdır” - Qalibaf
-
Matviyenko ona məğlub oldu - Gizli yazışmalar üzə çıxdı
-
F-35-lərə aid məxfi texnologiya oğurlanıb? - Araşdırma başlayıb
-
Bir neçə gün əvvəl itkin düşmüşdü - Meyiti quyudan tapıldı
-
Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı (VİDEO)
-
Hansı ölkədə alınan mənzilin pulunu neçə ilə “çıxarmaq” olur? - Siyahı
-
Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?
-
Almaniyada iki əyalətdə seçki keçirilir - Mertsin gələcəyi təhlükədə
-
Millidən kənarda qalan qapıçı “od püskürdü“ - “Bu, onunla əlaqəli söhbət deyil“
-
İş dəftərləri alınmalıdır, yoxsa yox? - RƏSMİ CAVAB
-
Bakıya yağış, rayonlara dolu - Sabahın havası
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN (VİDEO)
-
Si Cinpinlə bağlı müəmmalı məqam: BRICS şam yeməyinə son anda qatılmadı
-
PSJ rəhbəri ilə bağlı Parisdə araşdırma başladı - Səbəb nədir?
-
İran ilə ABŞ arasında danışıqlar davam edir - Əraqçi
-
Saatlının Kamallı kəndinin qaz problemi illərdir həllini gözləyir - VİDEO
-
Ceyhun Bayramov Nyu Yorka getdi - Baş Assambleyanın 81-ci sessiyasında iştirak edəcək
-
Trampın iqamətgahı üzərində həyəcanlı anlar: “F-16“ qırıcısı mülki təyyarəni ələ keçirdi
-
“Əsrin müqaviləsi“nin imzalanmasından 32 il ötdü
-
Avropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir
-
Prezident Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - VİDEO
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu bu imiş - Açıqlama
-
Mehriban Əliyeva Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO
-
Şəhərin mərkəzinə maşınla gedənlərin NƏZƏRİNƏ: Bu tarixədək...
-
Putin gizli səfərbərliyə hazırlaşır - Avropa liderləri
-
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
-
Ər-Riyad hücuma məruz qaldı: Şəhəri qara tüstü dumanı bürüdü
-
“Hörmüzdən 1 milyard barreldən çox neft daşınıb” - VİDEO
-
Yamal Mbappe və Keynə söz atdı - Dünya futbolunda “Qızıl top” savaşı
-
Əhaliyə “su və konserv yığın” təlimatı verildi - Bu ölkə savaşa hazırlaşır
-
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
-
“Vardanyan və Harutyunyanla bağlı iddialar həqiqəti əks etdirmir” – Ombudsman
-
ABŞ və Danimarka razılığa gəldi - Qrenlandiya ilə bağlı
-
Bu şəxslərə orden və medallar verildi - SİYAHI
-
TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
-
TDT-nin təsirli beynəlxalq faktora çevrilməsi xalqlarımızın ortaq marağına xidmət edir
-
Sevda çimərlik geyimində görüntülərini paylaşdı - VİDEO
-
Bəhlul Mustafazadə komandaya nə vaxt qoşulacaq? - Qurbanov açıqladı
-
Yeni dərs ili başlayan kimi əmək müqaviləsinə xitam verildi - VİDEO
-
Formula 1 zamanı şəhərin mərkəzindəki bu yollar açıq olacaq - SİYAHI
-
“Bank Respublika”nın satın aldığı bankın problemli kreditləri çox imiş - Elman Rüstəmovun bundan xəbəri var?
-
Son 35 ildə hansı ölkədə adambaşına düşən ÜDM nə qədər artıb? - Siyahı
-
Təhlükəsizlik və sabitlik türk dünyasının inkişafının əsas şərtidir
-
Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək - VİDEO
-
Rayon sakinləri icra başçısını topa tutdu - “Nə kömək göstərdi, nə də...”
-
“Eşitdiklərimdən şoka düşdüm“ - Seyfəddin Dəmirliyə qarşı dələduzluq edənin İŞİ
-
Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü - FOTOLAR
-
99-RU-777 nömrəli “Range Rover” müsadirə olunub yarı qiymətə satışa çıxarılıb - Alan yoxdur
-
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb - TƏFƏRRÜAT
-
Bu avtobus zolağının qüvvədəolma vaxtı - 1 saat artırıldı
-
Sentyabrın 21-dək bunu etməyənlər 40 manat CƏRİMƏ EDİLƏCƏK
-
Nazirlik iki kənddə məktəb tikəcək - 13,8 milyon manat ayrılıb
-
Türk dünyasının yüksələn gücü və Azərbaycanın strateji mövqeyi
-
Bakıda bu məktəblər onlayn tədrisə keçir-Siyahı
-
Afra Saraçoğlunun adı narkotik istintaqında - Aktrisa danışdı
-
Fransanın Azərbaycanla bağlı xəbərdarlığına - Rəsmi Bakıdan reaksiya
-
Bu şəxslərin borcları ilə bağlı yeni addım atılır - Nazirlik məlumat yaydı
-
Azərbaycanda abortların sayı rekord səviyyəyə yüksəlib - Son 18 ilin statistikası
-
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
“Aqrarkredit”in 10 milyonluq əmlakı hərracda - Üçü ucuz qiymətə satıldı
-
Son 35 ildə hansı ölkədə adambaşına düşən ÜDM nə qədər artıb? - Siyahı
-
Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - FOTOLAR
-
Azərbaycanda ən çox ölümə səbəb olan xəstəlik açıqlanıb - RƏQƏMLƏR
-
“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
-
Erməni cinayətkar şəbəkə Fransa məhkəməsində:Milyonlarla avroluq cinayət işinin detalları
-
Saxta əlillik verən həkimin məhkəməsində “povestka“ paylayan danışdı - ŞOK İFADƏ
-
Bu işlə məşğul olan vətəndaşların nəzərinə - Əlavə pul alacaqsınız
-
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
-
Pakistanda cümə namazı vaxtı partlayış - Azı 15 nəfər öldü
-
Sabahın hava proqnozu: Bakıda 29 dərəcə isti olacaq
-
Hansı ölkədə işçinin maaşından daha çox pul tutulur? - SİYAHI
-
Ayxan Abbasov millinin heyətini açıqladı - Kimlər çağırıldı?
-
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
-
Ramiz Mehdiyevin kürəkəninin özbaşınalığı: Milyonlarla manatı verilməyən qadın borc bataqlığına düşdü
-
Aqrar sahədə yeni maliyyələşmə mexanizmi olacaq - YENİ QANUN
-
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
-
Bakıda 13 yaşlı qızın hamilə olması üzə çıxdı - Oğlana bu cəza verildi
-
İnternetdə asan qazanc təkliflərinin arxasında nə gizlənir? - VİDEO
-
Evlərinə tez çatmaq üçün düz xətti qırıq-qırıq xəttə “çevirdilər” – Video
-
Beyləqanda kənd təsərrüfatı ilə bağlı monitorinq keçirilib - Fotolar
-
Azərbaycan vətəndaşlarının banklarda nə qədər pulu var? - Rəqəmlər açıqlandı
-
Sabahdan Bakıda mərkəzi yollar bağlanır - SİYAHI
-
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi: 11 nəfər saxlanıldı (VİDEO)
-
Kadırovun oğlunun çıxışı müzakirələrə səbəb oldu - VİDEO
-
Almaniyada terror aktı cəhdi: İraq vətəndaşının planı üzə çıxdı
-
Bakıda qızları tora salan “SEHİRLİ ŞAMLAR“ - İnanc, yoxsa pul tələsi
-
“Evsiz-eşiksiz qaldım“ - Məhkəmənin qərarı niyə icra olunmur?
-
Hökməli dairəsində piyadaların keçidi üçün şərait yoxdur? - VİDEO
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Bərpa olunan enerji sahəsində yeni mərhələ başlayır - VİDEO
-
Prezidentin Şamaxı rayonuna səfəri ilə bağlı paylaşım olunub - VİDEO
-
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
-
“Bizə nə edəcəyimizi diktə edə bilməzlər” - Trampa cavab verdi
-
Şagirdlər axşama qədər məktəbdə qalır - Valideynlərdən NARAZILIQ
-
Metronun “Həzi Aslanov“ stansiyasında aparılan yenidənqurma işləri yekunlaşır - VİDEO
-
Əli Nağıyev Qazaxıstanda: “Mlli təhlükəsizliyin etibarlı təmin edilməsi və...“
-
Ekspres avtobuslara minənlərin sayı açıqlandı - VİDEO
-
Yeni dələduzluq növü peyda olub - BELƏ ALDADIRLAR
-
Ərdoğan son dəfə namizəd olacaq - Seçki tarixi açıqlandı
-
Ermənistan və ABŞ arasında birgə hərbi təlimlər - Müzakirə olundu
TOP 10
ARXİV






