Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Qorxu saçan İŞİD 6 aya necə “yoxa çıxdı”? – Orta Şərq yenidən bölünür (TƏHLİL)

Tarix 14.11.17, 0:22

Font ölçüsü : - / +
bitmap-img6


Cengiz Tomar

“Anadolu” Agentliyi, Türkiyə

İraq və Suriya torpaqlarının, demək olar ki, yarısından çoxunu işğal edən İŞİD-in bütün dünya tərəfindən terrorist elan edilməsinə və ortadan qaldırlması üçün beynəlxalq koalisiyaların belə qurulmasına baxmayaraq, 5-6 ay öncəyədək mövcud olmasının səbəbinin post-İŞİD dövründə bu torpaqların kimlər tərəfindən, hansı formada paylaşılacağına hələ də qərarın verilməməsini göstərmişdik.

Həqiqətən də super silahlara və təyyarələrə, milyard dollarlıq müdafiə və kəşfiyyat büdcələrinə sahib olan böyük güclər baxımından, İŞİD-i məğlub etmək çox asan idi. Ancaq o dövrdə bölgə torpaqlarının paylaşılması üçün İŞİD kimi bir alətə ehtiyac duyulmaqdaydı və təşkilat ortadan qaldırıldıqdan sonra onun işğal eydiyi torpaqların necə paylaşılacağına hələ qərar verilməmişdi. Son altı ayda regionda baş verən hadisələrin də bu dəyərləndirməni təsdiq etdiyini deyə bilərik.

Çünki bu gün İŞİD-i Suriya və İraq sərhəddinin insan yaşayışı üçün çox uyğun olmayan, izolyasiya edilmiş bir küncünə sıxışmış olaraq görürük. Təşkilatın öldürülən üzvləri xaric, digər döyüşçüləri, köhnə ifadə ilə, “tebahhur” etməyib, yəni, buxarlanmayıb. Onlar bu təşkilatı vasitəyə çevirənlər tərəfindən, tura qatılan turistlər kimi, avtobuslara doldurulub şəhər-şəhər gəzdirilməkdədirlər.

Yaxşı, bəs qeyri-insani hərəkətləriylə bütün dünyanı dəhşətə salan və həmin zalım hərəkətlərini “Hollivudvari” videolarla bütün dünyaya bildirən bu təşkilata nə olmuşdu ki, bu qədər sürətlə dağılmışdı?

Sualın cavabı olduqca asan anlaşılan, həqiqi və sadədir: artıq təşkilata ehtiyac qalmamışdı və İŞİD sonrası dövrdə bu təşkilatdan alınan torpaqların kimlər tərəfindən paylaşılacağı haqqında qərar verilmişdi.

Belə ki, daha öncəki bir yazımda Suriya məsələsində ABŞ və Rusiya arasında, Sayks-Piko (Sykes-Picot) bənzəri bir gizli anlaşma ola biləcəyi yönündə qənaətim olduğunu ifadə etmişdim.

Xəritələri dəyişən təşkilat 6 ayda dağıldı

Belə ki, ABŞ ilə Rusiya arasında Suriya ilə əlaqədar razılaşmanın olması haqqında qənaətimin yarandığı günlərdən bu yana, İŞİD həm torpaq, həm iqtisadi qaynaqlar, həm də döyüşçü sayı və təbliğat gücü baxımından böyük ölçüdə zəifləmişdir. XIII əsrin ortalarında Orta Şərqi işğal edən monqollar qədər bölgəyə qorxu saçan, haqqında onlarca kitab, yüzlərcə məqalə yazılan bu struktur 6 ayda birdən-birə dağıldı. Bunda bir qəribəlik yoxdurmu?

Suriya və İraq xəritəsində İŞİD-dən geri alınan torpaqların hansı güclər tərəfindən işğal edldiyinə baxsanız, təşkilatın kimlərin işinə yaradığını anlamaqda çox çətinlik çəkməzsiniz. Çünki təşkilatdan geri alınan bu torpaqların böyük qisminin ABŞ-ın hamisi olduğu İraq Kürd Regional Administrasiyası (İKRA) ilə YPG/PYD-nin (Suriyanın şimalında və şərqində); Suriyanın şərqində isə Rusiyanın müdafiəsi və qoruması altında olan Əsəd rejiminin əlinə keçdiyini söyləmək mümkündür.

Digər, lazımi önəm verilməyən qismləri də Türkiyənin Azad Suriya Ordusu (ASO) ilə ələ keçirdiyi Cerablus ilə əl-Bab, cənubi Suriyada ABŞ-ın müxalifətçilərlə birlikdə ələ keçirdiyi bəzi bölgələr və İranın ağırlığının olduğu nüfuz bölgələridir.

İraqda, ilk baxışda, bu işdən karlı çıxan Bərzani hakimiyyəti, İKRA-nın konstitusiya ilə müəyyən edilmiş sərhədləri xaricində, içərisində Kərkük kimi çox önəmli şəhərlərin olduğu və hüquqi baxımdan İraq mərkəzi hakimiyyətinə aid olan torpaqları da ələ keçirmiş, beləliklə, öz qanuni torpaqlarından 30% daha artıq torpağı işğal etmişdi. Son olaraq da İsrail və bir az da ABŞ xaric, bütün dünyadan gələn etirazlara rəğmən müstəqillik referendumunu, üstəlik işğal etmiş olduğu Kərkük kimi mübahisəli bölgələrdə də keçirdi. Bu referendumda illərdir Orta Şərqdə keçirilən seçkilərdən adət etdiyimiz,90%-dən artıq “bəli” səsi çıxdı. Türkmənlər və ərəblər də daxil olmaqla, bir çox qrup isə referendumu boykot etdi.

Əslində, bu qeyri-legitim referendum İran, İraq mərkəzi hakimiyyəti və Türkiyə kimi region ölkələrinin illərdir gözlənən birləşməsinə də əlverişli şərait yaratdı. Belə ki, Kərkük və İraqın şimalındakı son hadisələr, Bərzaninin udma şansı azehtimallı olduğu halda oynadığı qumar nəticəsində, “Dimyata düyüyə gedərkən, əlindəki bulqurdan da oldu”ğunu göstərir. Region ölkələrinin birləşməsi ABŞ, İsrail və Bərzaninin İraqdakı oyununu pozmuşdur. Uzun zamandan bəri ilk dəfədir ki, Türkiyə, İran və İraq ortaq hərəkət edib, uğur qazandılar və oyunu pozdular.

“Fərat Qalxanı” və İdlib əməliyyatları

Suriyaya gəlincə, bundan bir il öncəyə qədər onun xəritəsi Rusiya və İran dəstəkli rejim, PYD/YPG kantonları, İŞİD və ASO hakimiyyətindəki dörd parçadan ibarətkən, bu gün Əsəd rejimi ilə PYD/YPG hakimiyyətinə aid olmaqla, ikili bir quruluşa çevrilməkdədir. Çünki keçən ay Suriya rejiminin Xarici işlər naziri Vəlid Muallimin “Kürdlərlə muxtariyyatı müzakirə edə bilərik” şəklindəki açıqlaması, bundan iki il öncə “Budka Suriya”ya (Qərbi, Faydalı Suriya) razı görünən, ancaq daha sonra Rusiyanın bölgəyə girişindən etibarən sanki onun mandatına çevrilən rejimin hədəf böyüdərək, kürdlərə muxtariyyat verə biləcəyi ikili bir strurkturu hədəflədiyini göstərməkdədir.

Əslində, həm “Fərat Qalxanı” hərəkatı, həm də İdlib əməliyyatı ilə İŞİD sonrası Suriyada bu ikili strukturu pozmağa çalışan Türkiyə, bu iki əməliyyatla təsirini əhəmiyyətli ölçüdə itirmiş olan ASO-ya Rusiyanın 2015-ci ildən Əsəd rejiminə verdiyi dəstəyin bənzərini vermiş oldu və İŞİD sonrası konsolidasiya olan Suriyada, böyük ehtimalla, önümüzdəki ildə gözlənilən siyasi müzakirələrdə həm ASO-nun mövqeyini, həm də öz əlini gücləndirdi. Önəmli bir regional və sərhəd gücü olaraq, PYD/YPG-yə də bölgənin boş olmadığını göstərdi.

Regional əməkdaşlıq oyunları pozdu

Əslində Vəlid Muallimin yuxarıdakı açıqlaması ilə, türk əsgərinin Astana anlaşması çərçivəsində, Rusiya və İranın da razılığı ilə İdlibə girməsinin həmən ardından verdiyi “Türk əsgərləri dərhal torpaqlarımızdan çəkilsin”açıqlamasını birlikdə oxumaq lazımdır.

Bu sözdə “xoruzlanma”nın arxasında Türkiyənin özü üçün gələcək – davamlılıq məsələsi olaraq gördüyü PYD/YPG-yə də müəyyən mənada “gözvurma” vardır. Təbii ki, bu açıqlamanın birbaşa Əsəd rejimindənmi gəldiyini, yoxsa rejimin bunu sahibinin səsi olaraq Rusiyanın adınamı verdiyini bilmirik. Ancaq hər halda gələn il İŞİD sonrası Orta Şərqin necə bir şəkil alacağı məsələsində daha dəqiq şeylər söyləyə biləcəyik. O da qeyd edilməlidi ki, bu ana qədər sünni ərəblərlə türkmənlər həm İraqda, həm də Suriyada daha az əlverişli mövqedədirlər. 

Tərcümə Strateq.az-ındır



Xəbərin oxunma sayı : 1534




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap