Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Qvardiolanın sevgilisi olduğu deyilən rus gözəl danışdı - FOTOLAR

Tarix 07.03.17, 22:08

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın ən gözəl idman aparıcılarından olan Viktoriya Lopyrevanın adı bir müddətdi "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola ilə yanaşı çəkilir. Buna səbəb onun "Monako"nun Fransa Liqa 1-də PSJ ilə oyununu ispan mütəxəssislə birlikdə izləməsi və şəkil çəkdirərək sosial mediada paylaşması olub.
 
Həm də "DÇ-2018"in ulduz səfirlərindən olan Viktoriya Lopyreva Türkiyənin "Hürriyət" qəzetinə müsahibə verib. Müsahibənin maraqlı hissələrini təqdim edirik.
 
- Qvardiola ilə şəkilin müzakirə mövzusu olaraq qalır. Bununla bağlı nələr deyə bilərsən? Bu fotodan sonra populiarlığının daha da artdığını düşünürsənmi?
- Futbol təsərüfatında bir çox tanışım var. Pep Qvardiolanı da yaxşı məşqçi və yaxşı insan kimi tanıyıram. Bir çoxları ilə fotolarım var. Bunları sosial media hesabımdan paylaşıram.
 
- "DÇ-2018"in ulduz səfirlərindən birisən. Bu fikir ortaya necə çıxdı?
- 10 ildən artıqdı ki, futbolun içindəyəm. Futbol sadəcə TV-də və stadionda həzz aldığımız bir oyundan ibarət deyil. İnsanları bir araya gətirmə və bütün əngəlləri qırmaq gücünə sahibdi. FIFA dünyada təhsil, sağlamlıq və bütün standardları daha da yaxşılaşdırmaq və həyat səviyyəsini yüksəltmək üçün bir platformadı. Bu səbəbdən də "DÇ-2018"də ölkəmi dünya miqyasında təmsil etmək üçün səfirlik vəzifəsini qəbul etməkdə çətinlik çəkmədim.
 
- Dünya çempionatında favoritin hansı ölkədi?
- Şübhəsiz ki, dünya çempionatında ölkəm Ruiyanı dəstəkləyirəm. Rusiya Futbol Federasiyası bu böyük yarışda ölkəmi təmsil edəcək doğru heyəti seçmək üçün bütün rus oyunçuları yaxından izləyən Stanislav Çerçesova tam dəstək verir. Ona uğurlar arzulayıram və milli komandamızın mümkün olduqca Rusiyanı ən yaxşı şəkildə təmsil edəcəyinə inanırıq.
 
- Səncə ən xarizmatik məşqçi kimdi?
- Xarizmasına və bacarığına inandığım 3 mütəxəssisin adını çəkə bilərə: Dieqo Simeone, Pep Qvardiola və Joze Mourinyo.
 
- Bə ən yaraşıqlı futbolçu?
- Ən sevdiyim futbolçunun Lionel Messi olduğunu deyə bilərəm. Ən yaraşıqlı futbolçunun kimliyini isə şəxsən onun özünə deməyə üstünlük verərəm (gülür).
 
- Azarkeşlik etdiyin komanda var?
- "Rostov On Don"u dəstəkləyirəm. Mənim şəhərim Rostovdu və hazırda Rusiya adına tarix yazırlar. Avropa Liqasında 1/8 finala çıxıblar və "Mançester Yunayted"lə qarşılaşacaqlar. Onlara uğurlar arzulamaq üçün 9 martda mütləq stadionda olacağam.
 
- Ən çox bəyəndiyin idman növü hansıdı?
- Heç şübhəsiz ki, futboldan başqası olmaz. Futbol dünyadakı bütün şəhərləri ziyarət etməyimizi, oyunu ürəklə yaşayan insanlarla görüşməyimizi və yeni mədəniyyətlər kəşf etməyimizi təmin edən həyat tərzidi.
 
- Messi, yoxsa Ronaldo?
- Əlbətdə Messi...












Xəbərin oxunma sayı : 133




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap