Bir vaxtların Türkiyə gözəli sığınacağa yerləşdi “Həm xəyanət etmişəm, həm də aldadılmışam” “Bodrum masalı“ ilə bağlı gözlənilməz qərar Ukraynalı müğənni konsert zamanı öldü
Axtar
 
  • / Maqazin / — 14 Avqust 2017

    Bir vaxtların Türkiyə gözəli sığınacağa yerləşdi

  • / Maqazin / — 13 Avqust 2017

    “Həm xəyanət etmişəm, həm də aldadılmışam”

  • / Maqazin / — 11 Avqust 2017

    “Bodrum masalı“ ilə bağlı gözlənilməz qərar

  • / Maqazin / — 06 Avqust 2017

    Ukraynalı müğənni konsert zamanı öldü

  • / Maqazin / — 03 Avqust 2017

    “Kurtlar Vadisi”ndən yeni film və serial - ilk video

  • / Maqazin / — 30 İyul 2017

    Teymur Əmraha Gəncədə vəzifə verildi

Ramil Quliyev: “Azərbaycana qayıtmağa hazıram“

Tarix 11.08.17, 19:00

Font ölçüsü : - / +
bitmap-img6


“Prezident İlham Əliyevə mənə ünvanladığı təbrikə görə dərin təşəkkürümü bildirirəm. Bu, mənim üçün qürurvericidir”.

AzFakt.com-un AzVision.az-a istinadən məlumatına görə, bunu Londonda keçirilən yüngül atletika yarışında dünya çempionu olan Ramil Quliyev deyib.

Türkiyəni təmsil edən atlet “Azərbaycana qayıtmaq istərdinizmi?” sualına “Əgər istəsələr, mən hər zaman qayıtmağa hazıram”- deyə cavab verib.

“Bu, təkcə mənim yox, bütün Azərbaycan xalqının qələbəsidir. Çox sevinirəm. Bilirdim ki, xalqım məni dəstəkləyəcək. Bunu hiss edirdim. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Mən azərbaycanlıyam. Azərbaycan və Türkiyə bir millət iki dövlətdir. Ona görə də hər iki dövlətin bayrağını dalğalandırdım. Bu, mənim üçün fəxrdir”

Qeyd edək ki, Türkiyəni təmsil edən azərbaycanlı idmançı Ramil Quliyev Londonda keçirilən yüngül atletika yarışında dünya çempionu adını qazanıb. Ramilin qələbəsi Türkiyədə böyük sevinclə qarşılanıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev və digər dövlət məmurları azərbaycanlı idmançını qazandığı qələbə münasibətilə təbrik ediblər.



Xəbərin oxunma sayı : 127

loading...

İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda