“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Rəşad Sadıqov karyerasını başa vurur - Özü təsdiqlədi

Tarix 10.03.20, 19:51

Font ölçüsü : - / +
bitmap-img6


“Düzü, mən ötən mövsümün sonunda karyeramı bitirmək istəyirdim. Baş məşqçimiz Qurban Qurbanovla da bu barədə söhbətim olmuşdu. Onunla görüşümüzdən sonra klub tərəfindən mənə iki illik müqavilə təklif olundu. Amma bir illik müqavilə bağlayıb, daha sonra karyeramla bağlı qərar vermək istədim”.

Bu barədə “Qarabağ”ın kapitanı Rəşad Sadıqov açıqlamasında danışıb. 37 yaşlı futbolçu hələ bu ilin yanvarda karyerasını bitirməyin qəti olduğunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova dediyini bildirib:

“Komandamız yanvarda Antalyada təlim-məşq toplanışında olan vaxt Qurban müəllimlə yenidən bu yöndə söhbətimiz oldu. Ona karyeramı bitirmək barədə qərarımın qəti olduğunu bildirdim. Sadəcə, bu barədə danışmaq istəmirdim. Düşünürdüm ki, futbolçu karyeramı bitirməyimi çempionatın son turlarına yaxın elan edərəm. Bilirsiniz ki, milli komandada da karyeramı bitirərkən seçmə mərhələnin sonuna 1-2 oyun qalmış bunu bildirmişdim. Amma iki gün əvvəl Qurban müəllimə mətbuat konfransında bu barədə sual verildi. O, sualı cavablandırdığından artıq bunu təsdiqləyə bilərəm. Cari mövsüm futbolçu kimi iştirak etdiyim sonuncu çempionatdır” (oxu.az).



Xəbərin oxunma sayı : 706




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap