Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

Rəsmi Bakıdan Fransaya cavab: “Yersiz və qəbuledilməzdir”

Tarix 19.11.23, 10:54

Font ölçüsü : - / +
bitmap-img6


Fransa Xarici İşlər Nazirliyinin Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarı ilə bağlı bəyanatı yersiz və qəbuledilməzdir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin şərhində bildirilib.

"Ermənistanın qanunsuz müraciətlərinin əksəriyyətinin Məhkəmə tərəfindən rədd edilməsinə Fransanın əhəmiyyət verməməsi Azərbaycana qarşı ikili standartların və qərəzli münasibətin növbəti bariz nümunəsidir.

Bir ölkənin özünü ədalətin və asayişin ən böyük müdafiəçisi kimi təqdim etməklə yanaşı, Fransa ilə heç bir əlaqəsi olmayan məsələni yanlış şərh edib Məhkəmənin işlərinə qarışması təəssüf doğurur.

Fransa özünün bədnam müstəmləkə siyasəti və o cümlədən nüvə sınaqları da daxil olmaqla, qeyri-qanuni hərəkətləri ilə bağlı Məhkəmə qərarlarının icrasına diqqət yetirməlidir.

Fransadan fərqli olaraq, Azərbaycan beynəlxalq öhdəliklərinə ciddi yanaşır", - şərhdə qeyd olunub.



Xəbərin oxunma sayı : 829




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap