“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Restorandan oğurladığı ətləri kasıblara payladı - Bakıda KURYOZ OLAY

Tarix 10.09.26, 18:06

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda ailəvi restoran qarət olunub.

Hadisə Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən restoranlardan birində qeydə alınıb.

42 yaşlı Zöhrab Mütəllimov (şərti adla) gecə saatlarında iaşə obyektinin pəncərəsindən qanunsuz içəri daxil olub. Bundan sonra restoranının 600 manat dəyərində 1 ədəd samovarını, 154 manat dəyərində 7 kiloqram quzu ətini, 90 manat dəyərində 5 kiloqram mal ətini, 88 manat dəyərində 8 kiloqram kənd toyuğunu, 90 manat dəyərində 2 kiloqram "Beluqa" balığını, hazır şişdə olan 88 manat dəyərində 4 kiloqram farş ətini, 140 manat dəyərində 7 ədəd "Banketnaya" markalı arağı və 20 manat dəyərində 10 ədəd “Duşes" şirin suyunu oğurlayıb. Bütün bu qida məhsullarını isə öz velosipedi ilə daşıyıb.

Faktla bağlı Zöhrab Mütəllimov saxlanılıb və barəsində cinayət işi başlanıb.

O, ifadəsində bildirib ki, oğurladığı ərzaq məshullarını və spirtli içkiləri Bakı şəhərində müxtəlif yerlərdə istifadə edib, bəzilərini isə küçələrdə yaşayan kimsəsiz şəxslərə istifadə etməsi üçün pay verib:

“Samovarı isə 42 manat 50 qəpiyə Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində metal qəbul edən yerə satmışam. Samovarın özümə məxsus olduğunu demişdim. Onun pulunu şəxsi ehtiyaclarım üçün xərcləmişəm”.

Zərərçəkən qismində ifadə verən restoranın icarədarı hadisə nəticəsində ona 1270 manat məbləğində ziyan vurulduğunu deyib. O, dəymiş ziyandan yalnız samovarın qaytarıldığın və digər zərərin ödənilmədiyini bildirərək, şikayətçi olduğunu və təqsirləndirilən şəxsə ədalətli cəza verilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə Zöhrab Mütəllimov 2 il müddətinə azadlıqdan məhrum edilib./Lent.az



Xəbərin oxunma sayı : 151




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap