“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Rezidenturaya onlayn sınaq imtahanı iyul ayınadək ödənişsiz olacaq – DİM

Tarix 30.03.20, 16:20

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət İmtahan Mərkəzi tərəfindən Koronavirus infeksiyası ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimi nəzərə alınaraq rezidenturaya qəbul olmağa hazırlaşan tələbələrə dəstək göstərmək məqsədilə otk.az portalında yerləşdirilmiş rezidenturaya qəbul imtahanının birinci mərhələsi üzrə onlayn sınaq imtahanı (Azərbaycan və rus bölməsi üzrə) 2020-ci il iyul ayınadək ödənişsiz olacaq.

DİM-dən verilən məlumata görə, yaxın günlərdə portala imtahanın birinci – baza fənləri üzrə biliklərin qiymətləndirilməsi mərhələsi üzrə daha bir ödənişsiz yeni variant sınaq imtahanı yerləşdiriləcək.

Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib və günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər.

Onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, yazılan cavablarla düzgün cavabları müqayisə etmək mümkün olacaq.

Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları ilə “otk.az”da “Təlimatlar” bölməsində tanış olmaq mümkündür.



Xəbərin oxunma sayı : 376




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap