Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Rusiya-İran ortaqlığında zəif nöqtələr: İranda rusların hər an onları ABŞ-a sata biləcəyi düşüncəsi var - TƏHLİL

Tarix 06.04.17, 5:00

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ prezidenti Donald Trampın Moskva ilə Tehranın arasını vurmağa çalışacağından bu günlərdə çox danışılır. Ancaq bu şərhlərin çoxunun möhkəm təməllərə söykəndiyi iddia oluna bilməz.

"Wall Street Journal" qəzeti, məsələn, fevral ayında "siyasi müzakirələrində iştirak edən ABŞ administrasiyasının yüksək mövqeli rəsmiləri, avropalı və ərəb rəsmilər"ə istinadla, Trampın Rusiya ilə əməkdaşlıq axtarışında olduğu, İrana isə, xüsusilə nüvə proqramı məsələsində təzyiq edəcəyini yazmışdı.

İranın hərbi doktrinası, təbii ki, raket hücumundan müdafiə sisteminin inkişaf etdirilməsini ehtiva edir. Ancaq görünən budur ki, İran son ballistik raket sınağının tarixini təsadüfi seçməyib. Sınaq Trampın yanvarın 27-də İran da daxil olmaqla, yeddi müsəlman ölkəsi vətəndaşlarına ABŞ-a giriş yasağından iki gün sonra reallaşdırıldı. 

Lakin Trampın bu qədər sürətli və sərt təpki verməsini, böyük ehtimalla, dini lider Ayətullah Əli Xamnei belə gözləmirdi. 

Fevralın 1-də İranı rəsmən "xəbərdar etdiyini" söyləyən ABŞ administrasiyası bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq etdi və təzyiqi daha da artıracağı mesajını verdi.

Bunun ardınca İranda etiraz aksiyaları təşkil edildi. Bəzi aksiyalar İslam İnqilabının ildönümü olan fevralın 11-dəki ənənəvi mitinqlərlə üst-üstə düşdü. Tehran və digər şəhərlərdə küçəyə axışan xalq Trampın İrana qarşı ümumi rəftarını da etiraz etdi. 

Trampın açıq düşmən mövqeyi İranda maneətörədici cəhdlərin davam edəcəyinə işarə kimi qəbul olunur.

Etirazlar nəticəsində İran mediası ABŞ-a qarşı hirsini mümkün qədər sərt şəkildə əks etdirdi. Beləcə, 2015-ci ildə imzalanan nüvə sazişinin nəticələrini narahatlıqla izləyən mühafizəkar qruplar media cəbhəsində umduqlarından başqa, siyasi uğur əldə etmiş oldular.

Ola bilsin ki, İran ballistik raket sınağını həyata keçirməklə yeni ABŞ administrasiyasının "hərarətini" ölçmək və Trampın bu sınaqlara əngəl yarada bilməyəcəyini göstərmək istədi. 

Bununla yanaşı, sınaq İranın Barak Obama dövründəki siyasətini eynilə davam edəcəyi istiqamətində dünyaya verdiyi mesaj kimi də başa düşülə bilər.

Belə bir motivasiya həyasızlıq sayıla bilər, ancaq İrandakı mövcud doktrinaların tətbiqindən başqa bir şey deyil. 

İranın prioritetləri Rusiyanın dünya məsələlərinə baxışıyla üst-üstə düşür. Buna görə də, ABŞ-ın Rusiyaya "yenidən yüklənmə" təklif etdiyi, Rusiyanın bəlkə də ABŞ sanksiyalarının azaldılması qarşılığında İrana məsafə qoyacağı nəticəsinə gəlmək hələ çox tezdir. 

Digər tərəfdən, Rusiyanın İrana möhtac və iki ölkənin strateji əməkdaşlıq içində olduğunu müdafiə edən başqa məşhur tezis də eyni şəkildə dayaqdan məhrumdur.

Bu məzmunda realizmdən eyni ölçüdə uzaq görünən iki zidd nəzəriyyə var. Neokon yazar və tarixçi Maykl Ledinə məxsus ilk nəzəriyyəyə görə, Vaşinqton Moskvaya qarşı sövdələşmə üstünlüyünü təmin etmək üçün İran rejimini hədəf almalıdır. 

Beynəlxalq əlaqələr mütəxəssisi Mark Katza məxsus ikinci nəzəriyyəyə görə isə, ABŞ İrana qarşı təkbaşına hərəkət etsə, Putin Trampın sonrakı mərhələdə onu hədəf almasından qorxacaq və bu da onu Tehrana doğru yaxşıca yönəldəcək.

Moskva və Tehranın Suriya müharibəsindəki addımları onların hərbi strategiya və təhlükəsizlik baxımından nə qədər güclü əməkdaşlıqda olduğunu göstərir. Ancaq bu ortaqlığı qəti şəkildə "strateji" kimi dəyərləndirmə gerçəkdən xaric düşüncədir.

Tehranın başlıca prioritetlərindən biri Suriyanın dövlət başçısı Bəşər Əsədlə "Hizbullah"ın ana ünsürlər olduğu "müqavimət oxunu" qorumaq və gücləndirməkdir. Bu hədəfə doğru İran böyük ölçüdə təkbaşına hərəkət edir.

Rusiyanın isə ayrı prioritetləri var. Moskva İsraillə əməkdaşlığı da ehtiva edən öz mənfəəti düşüncəsində "Hizbullah"la əlaqəli deyil. Ancaq prioritetlərin fərqi Moskva və Tehranın yaxın dövrdə müştərək hədəflər istiqamətində əməkdaşlığına maneə yaratmır. 

Bu müştərək hədəflər – terrorizm və ifratçılığı basdırmaq, həmin axınların Orta Asiya və Qafqaza yayılmasının qarşısını almaq şəklində yekunlaşdırıla bilər. Hər iki tərəf üçün də çox həssas olan başqa bir mövzu strateji mənfəət ifadə edən bölgələri xarici təsirlərdən, yəni Amerika təsirindən qoryumaqdır.

Rusiya və İranın ortaqlığında zəif nöqtələr də var. 

Tərəflərin hərbi əməkdaşlıqda çox diqqətli hərəkət etdiyi görülür. Ötən ilin avqustda İranın Həmədandaki hava bazasının Rusiya tərəfindən istifadə edildiyi açıqlanmışdı. Hər şey olub-bitdikdən sonra edilən qıcıq şərhlər artıq yoxdur. Bunun əvəzinə, siyasi həssaslıq əks etdirən şərhlər edilir. Məsələn, Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şəmxani və müdafiə naziri Hüseyn Dehqan İran hava sahəsini Rusiya döyüş təyyarələrinə yenidən açma ehtimalından danışırlar.

Başqa bir nümunə Rusiya baş nazirinin müavini Dmitri Roqozinin fevral ayında Tehran səfərinin ləğv edilməsi idi. İddiaya görə, ləğvin səbəbi Rusiyanın Suriya böhranı kimi həssas mövzularda ikitərəfli danışıqları gizli saxlamaq istəməsinin əleyhinə İranın ziyarət planını açıqlamasıydı. Bu vəziyyət ən optimist təxminlə, ünsiyyət qəzası sayıla bilər. Ən pessimist təxminlə isə, tərəflər aralarındakı rabitə qaydalarına hər zaman uymadığının göstəricisi.

İran mediası Rusiya-İran əlaqələrinin Tramp dövründə necə olacağı mövzusunda diqqətçəkici səssizlik içindədir. Mövzu tələsik və məntiqsiz uzaqgörənliklərə dözə bilməyəcək qədər həssas və əhəmiyyətli ola bilər, xüsusilə də prezident Həsən Ruhani cəbhəsinin Qərbə meyilliliyi nəzərə alınmazsa. Üstəlik, İrandakı məşhur fikrə görə, ABŞ-dakı siyasi sistem iddialı planları olan Trampa xarici siyasətin meyarlarını necə təyin və tətbiq olunduğunu öyrədəcək, ancaq bu, böyük vaxt aparacaq.

İnqilab Keşikçilərinin (İİKK) sabiq komandiri Yəhya Rəhim Səfəvi kimi sərtlik tərəfdarı olan şəxslər Rusiya və ABŞ-ın Suriyada əməkdaşlığa getməsi halında, İranın zərər görə biləcəyindən xəbərdarlıq edirlər. Digər tərəfdən, iranlı analitik Həsən Beheştipur, Trampın ötən ilin noyabrındakı seçki zəfərindən sonra Rusiya-İran əlaqələrinin gələcəyinə dair mənalı və müsbət bir perspektiv təqdim edib. 

Beheştipurun fikrincə, Rusiya-ABŞ əməkdaşlığı ən azı İŞİD-lə mübarizə kontekstində İranın Yaxın Şərqdəki mövqeyini gücləndirəcək.

Lakin Beheştipurun da xatırlatdığı kimi, İran, Rusiya və ABŞ-ın bir araya gətirmək istəyi mücərrədir. Trampın son günlərdəki çıxışları, məsələn, Krımın Ukraynaya qaytarılmaq lazım olduğunu söyləməsi, ya da müdafiə naziri Ceyms Mettisin Rusiya ilə bağlı açıqlaması Kremli həvəsdən salır.

Tehran və Moskva isə ikitərəfli əlaqələrini "qardaşlıq" kimi mücərrəd bir anlayış üzərindən deyil, orta və uzun müddətli hədəflər istiqamətində icra edir. Buna görə də, İranı Tramp dövründə Rusiya ilə ABŞ arasında sövdələşmə ünsürü olaraq görmək düzgün deyil. 

Doğrudur, İrandakı alim və siyasətçilərdə Rusiyaya qarşı hələ dərin etibarsızlıq var. Onlar Rusiyanın, keçmişdə bir neçə dəfə etdiyi kimi, ABŞ-la daha cazibədar münasibətlər naminə İrana arxa çevirəcəklrinə inanırlar.

Moskvanın ABŞ-la mümkün anlaşmaları ilə müqayisədə İrana üstünlük vermə "kor" seçim deyil, amma öz prioritetləri yönündə addım atarkən, dəqiq praqmatizm gözlənilməlidir.

Yuliya Sveşnikova,

Milli Tədqiqat Universiteti yanında Ali İqtisadiyyat Məktəbinin əməkdaşı

Strateq.az



Xəbərin oxunma sayı : 148




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap