Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Rusiya və Ermənistan müharibəyə hazırlaşır – Şərh

Tarix 12.11.16, 19:30

Font ölçüsü : - / +
bitmap-img6


Birdən-birə qorxulu obrazların yaradılması və bunun ermənilərin beyninə yeridilməsi, sadəcə olaraq, Rusiyanın Ermənistanda bütün sahələri, o cümlədən hərbi nəzarəti ələ almasının bir formasıdır

Bu barədə Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli danışıb. Rusiyanın artıq bir neçə ildir mərhələ-mərhələ Ermənistanı özünün bir quberniyasına çevirdiyini deyən politoloq bu prosesi Kremlin Cənubi Qafqazda nəzarəti ələ almaq planlarının başlanğıcı kimi dəyələndirib:

“Rusiya əvvəlcə Ermənistan sərhədlərinin qorunmasını öz üzərinə götürdü. Daha sonra İrəvanın yüklü borcları əvəzində bu ölkənin iqtisadiyyatının həlledici sahələri, istehsal müəssisələri bütünlüklə Rusiyanın tabeçiliyinə keçdi. Rusiya guya KTMT-nin hava hücumundan müdafiə sistemlərini Ermənistanda qurmağa başladı. İsgəndər-M-lər və buna bənzər digər hava hücumundan müdafiə sistemləri bir-birinin ardınca Ermənistana gətirildi. İndi ruslar guya Ermənistanda KTMT-nin yaranmasının özülü olaraq belə təcrübələr aparırlar. Əslində isə təşkilata daxil olan ölkənin ordu hissələri ilə rus ordu hissələrinin birləşdirilməsi prosesi gedir. Rusiyanın bəzi siyasi manevrləri isə gözdən qaçmır. Məsələn, Ermənistanda rus ordusu ilə erməni ordu birləşməsinin başında guya ermənilər dayanacaq və bu ordu Ermənistanın ali baş komandanına tabe olacaq. Müharibə dövrünü nəzərdə tutmasalar da, bəzi məsələlərin müzakirəsi mütləq Rusiya ali baş komandanı ilə razılaşdırılacaq. Ola bilsin, bu bəzi məsələlər elə məhz müharibəni nəzərdə tutur. Son zamanlar isə bildirirlər ki, bu addım KTMT-nin cənub sərhədlərini hər hansı bir işğaldan qorumaq məqsədi güdür. İş orasındadır ki, Ermənistana qarşı hər hansı bir təhlükə yoxdur. Birdən-birə qorxulu obrazların yaradılaması və bunun ermənilərin beyninə yeridilməsi, sadəcə olaraq, Rusiyanın bu bölgədə bütün sahələri, o cümlədən hərbi nəzarəti ələ almasının bir formasıdır”.

Politoloqun sözlərinə görə, əslində, baş verənlər Rusiyanın Cənubi Qafqazdakı təsir rıçaqlarını və nəzarət imkanlarını artıran amillərdən biridir:

“Çox vaxt ortaya belə bir fikir atırlar ki, onsuz da Ermənistanla Rusiya arasında 20 illiyə hərbi saziş imzalanıb. Bu sazişə görə, tərəflər lazım gəldikdə bir-birinə hərbi yardım göstərməlidir. Ordu birləşmələrinin bu cür inteqrasiyası isə həmin müqavilənin ruhuna uyğun gəlir. Bu, çox qorxulu bir tendensiyadır. Bundan sonra Ermənistan heç bir xərc çəkmədən rus silahından istifadə edərək qonşularını, ilk növbədə Azərbaycanı təhdid etməyə başlayacaq. Bu şərtlər daxilində ermənilər Rusiyadan gətirilən silahların, hətta ordu birləşmələrinin bir qismini gizlicə Dağlıq Qarabağa da göndərə bilərlər”.

Q.Hüseynli bildirib ki, yaranmış yeni şəraitdə Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün gec-tez hətta hərbi addımlar atmaq məcburiyyətində qalacaq:

“Düzdür, Rusiya formal olaraq yalnız Ermənistan ərazilərini qoruyacağını deyir. Ancaq Dağlıq Qarabağda olan qoşunların 80 faizindən çoxu Ermənistanındır, silahlar da Ermənistandan gətirilib. Bundan sonra həmin silahların axını daha da güclənəcək. Belə nəticəyə gəlmək mümkündür ki, sözügedən müqavilə bölgə üçün çox təhlükəlidir və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli imkanını sıfıra endirir”.

Qeyd edək ki, Rusiya və Ermənistan Qafqazda kollektiv təhlükəsizlik zonası cərçivəsində ordularını birləşdirməyi qərara alıblar. Məlumata görə, Rusiya prezidentinə təqdim olunan layihədə birgə ordu Qafqaz bölgəsində tərəflərin təhlükəsizliyini təmin etmək məqsədi ilə yaradılır.

5 illik müqavilədə (tərəflərin müddəti artırmaq ehtimalları istisna edilmir) birgə ordunun sözügedən iki ölkədən birinə silahlı hücum olacağı təqdirdə bunun qarşısını alacağı qeyd olunub.



Xəbərin oxunma sayı : 193




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap