Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Sürgün, güllələnmə və həbs... - Məşəqqətli həyat yaşayan Ələkbər Rzaquliyev

Tarix 05.11.18, 22:57

Font ölçüsü : - / +
bitmap-img6


Onun yaradıcılığı da həyatı kimi ağ-qara zolaqlardan toxunmuşdu. Amma yaratdığı çoxsaylı linoqravüralardan fərqli olaraq onun həyatındakı qara zolaqlar ağ zolaqlardan qat-qat çox idi. 

Əməkdar rəssam, görkəmli qrafik Ələkbər Rzaquliyevin həyat səhifələrini vərəqləyərkən heyrətlənməmək mümkün deyil. Amansız tale bir istedadlı gəncin qarşısında açılan üfüqləri necə bir anda tar-mar edib, onu bəlkə də heç bir bəşər övladının indiyədək yaşamadığı məşəqqətlərə məhkum edərmiş.

Ələkbər Rzaquliyev amansız repressiya burulğanının ilk dalğasının qurbanı olur, o, 1928-ci ildə həbs olunur və güllələnməyə məhkum edilir. Sonradan ölüm hökmü səkkiz illik sürgünlə əvəzlənir. O, ümumilikdə həyatının iyirmi beş ilini islah-əmək düşərgələrində keçirəcək. 

Üç sürgün arasında qısamüddətli fasilələr – valideynləri ilə görüşlər, ailə qurması, övladlarının dünyaya gəlməsi - sanki növbəti məhkumluğun acısını birə-beş artırmaq məqsədi daşıyırdı. Zalım fələk onu yenidən alışdığı həyat tərzindən, sevdiyi insanlardan, arzularından, sənətindən qoparıb ölüm saçan düşərgələrin qoynuna atacaq. Həyatında soyuq Arxangelsk, tayqanın donmuş torpaqları, qorxunc Solovki və amansız Altay bir-birini əvəz edəcək, amma sənətkar sınmayacaq, onun ümidi üzülməyəcək, həyat eşqi sönməyəcək. 

Düşərgənin tikanlı sədləri arasına iyirmi beş yaşlı gənc oğlan ikən girən rəssam orada həyatının böyük hissəsini, ömrünün ən gözəl çağlarını,sağlamlığını itirsə də, yaşayıb-yaratmaq eşqini itirməyəcək. 

Əlli üç yaşında azadlığa çıxıbyenidən doğulmuş uşaq kimi həyata baş vurur. O, hər zaman vaxt darlığını hiss edəcək və daim itirilmiş illərini, qaçırılmış məqamları geri döndərmək, illərlə düşündüyü planları həyata keçirmək, yaddaşının dərinliklərində qoruyub saxladığı təsvirlərin hamısını kağıza köçürmək üçün tələsəcək. Emalatxanasında15-16 saat yorulmadan işləyən rəssam gördüklərini, yaşadıqlarını, həyatının müxtəlif mərhələlərinin ovqatını tamaşaçıya ötürmək, onunla bölüşmək istəyirdi.

Xalq Bankın "Xalq Əmanəti” layihəsinin on yeddinci nəşri Azərbaycan milli qrafika sənətinin sütunlarından biri, Əməkdar rəssam Ələkbər Ələsgər oğlu Rzaquliyevin (1903-1974) həyat və yaradıcılığına həsr olunmuşdur. ƏləkbərRzaquliyev yaradıcılığı vətənə, doğma torpağa möhkəm tellərlə bağlı olan sənətkarlardan idi. Milli qrafika sənətinin formalaşmasında müstəsna rolu olan rəssam zəngin sənət yolu keçib. 

O, İçərişəhərdə dünyaya göz açmış, ilk bədii təhsilini Bakıda almış, Moskva şəhərində isə Ali Bədii-Texniki Emalatxanalarında (VXUTEMAS) təhsilini davam etdirmişdi. Bu təhsil ocağısənətin müxtəlif üslub və istiqamətlərini dərindən öyrənmək üçün əvəzsiz məkan idi. Fəallığı ilə seçilən, təbiətcə ünsiyyətcil Rzaquliyev tezliklə müəllim və tələbə kollektivinin hörmətini qazanmışdı. O, Moskvada əsərlərini sərgiləyən ilk azərbaycanlı rəssam idi. Öyrəndiklərini gənc həm vətənləri ilə bölüşür, sənətdə onlara dəstək olmağı özünə borc bilirdi. Bakıda yerli rəssamların sərgilərinin təşkilində fəal iştirak edir, öz işlərini də nümayiş etdirirdi.

O illərdən cəmi iki əsəri - "Azərbaycanlı qadın” və "Pəhləvanlar” rəsmləri günümüzə çatmışdır. İkisi də Bakıda Azərbaycan Milli İncəsənət Muzeyində qorunub saxlanılır.Buiki rəsm və bir neçə akvareldən başqa Rzaquliyevin bütün boyakarlıq işləri isə həmişəlik itirilmişdir.

Sürgündən qayıtdıqdan sonra Ələkbər Rzaquliyev linoqravüra texnikasını dərindən mənimsəmişdir. Ömrünün qalan hissəsini bu texnikaya həsr edən sənətkar "Köhnə Bakı”, "Tələbəlik illəri”, "Azərbaycan balıqçıları” silsilələri, Solovki adalarına, doğma vətənin mənzərələrinə, müasirlərinə həsr olunmuş çoxsaylı əsərlər yaratmışdı. Onun "Köhnə Bakı” silsiləsi XX əsrin əvvəllərini, insanların yaşayış və məişətini əks etdirən ən müfəssəlpanoramıdır. 

Bu silsilədən olan əsərlər böyük uğur qazanır. Bakı və Moskvada keçirilən fərdi sərgilərlə yanaşı, Rzaquliyevinlinoqravürləridünyanın bir çox ölkələrindətəşkil olunan qrup sərgilərdə nümayiş etdirilmişdi. Rəssamın sənəti bu gün də təkcə həmvətənləri tərəfindən yüksək qiymətləndirilmir, xaricdən gələn qonaqlar sənətkarın estamplarını həvəslə əldə edirlər. Onlar üçün rəssamın yaratdığı obrazlar və əsərlər Azərbaycan xalqının mədəniyyətini təcəssüm etdirən ən dəyərli nümunələrdir.

"Xalq Əmanəti” layihəsi ASC "Xalq” Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. 

Ötən zaman ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil olunmuş və bədii albomlar nəşr edilmişdir. 

Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin "Azərbaycan sikkələri” kitabı və üçcildlik "Aşıq ədəbiyyatı antologiyası” işıq üzü görmüşdür.

Onu da qeyd edık ki, rəssamın əsərlərinin ekspozisiyası noyabr ayının 3-dən başlayaraq "Xalq Bank"ın Əsas binasında (Ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti, 22L) fəaliyyət göstərəcək. 

Sərgini iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. 

Giriş sərbəstdir.



Xəbərin oxunma sayı : 247




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap