| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Sabiq məmur və şəriki İraqa apardıqları biznesmenin başına nə oyunlar açıb? - Ərəblərə bahalı hədiyyə...
Tarix 10.01.20, 18:26 |
|
Bakı Şəhər İcra Hakimiyyətinin sabiq əməkdaşı ilə əlbir olaraq külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1963-cü il təvəllüdlü Əjdər Əsgərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dələduzluq hadisəsinin təfərrüatları məlum olub.
İttihama görə, Əjdər Əsgərov tanışı Azad Rufullayevlə əlbir olaraq Azad Şərifova qarşı külli miqdarda dələduzluq edib. Bu işdə zərərçəkən digər şəxs isə Etibar Mustafayevdir.
Cinayət hadisəsi baş verən ərəfədə Bakı Şəhər İcra Hakimiyyətində çalışan Azad Rufullayev tanışı Əjdər Əsgərovla birlikdə Azad Şərifova İraqda biznes qurmağı təklif ediblər.
Bu məqsədlə də ondan 361 min dollar pul alıblar. Bu işə görə ilk olaraq Azad Rufullayev həbs edilib. Azad Rufullayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alaraq azadlığa çıxıb.
O, dəymiş zərərin 300 min dollarını ödəyib.
Azad Rufullayevə qarşı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 312-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülmüşdü.
Əjdər Əsgərova qarşı isə dələduzluq maddəsi ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən Əjdər Əsgərovun cinayət işi üzrə keçirilən sonuncu məhkəmə iclasında zərərçəkmiş Azad Şərifov ifadə verib.
Azad Şərifov necə aldadılmasını, başına açılan oyunları məhkəmədə ətraflı şəkildə danışıb.
O deyib ki, hadisədən bir müddət əvvəl tanışı Azad Rufullayev ona zəng edərək görüşməyi təklif edib. Görüşdə Əjdər də iştirak edib:
"Bizneslə bağlı söhbətlərimiz oldu. Mən sahibkarlıq fəaliyyəti ilə məşğul olurdum. Əsasən tikinti materialları satır, tikinti işləri görürdüm. Azad mənə dedi ki, Əjdər illərdir İraqda bizneslə məşğuldur. Mənə təkid edirdilər ki, niyə bu işlə məşğul olmuram? Mənə ərkyana dedilər ki, niyə ac qalmısan? Həmin gün axşam da restoranda yenidən görüşdük. Söhbətimizin davamında mənə dedilər ki, orada da tikinti materiallarının satışı ilə məşğul ola bilərəm. Mənə yaxşı qazanc əldə etməyi vəd edirdilər. Mən sonradan anladım ki, bunlar məni ora getməyə sövq edirdilər.
Azad Rufullayev dedi ki, Əjdərin İraqda çox yaxşı əlaqələri var. Orada Reqani və Novruzi adlı şəxslər var idi. Mənə dedilər ki, onların böyük tikinti işləri var və qazancım əla olacaq. Mən də buna çox sevindim. Çünki devalvasiya və böhran idi. Elə çətin bir vaxtda bu cür imkanlar açılmasına çox sevinmişdim. Hətta fikirləşirdik ki, qazancımızı hara yerləşdirəcəyik.
Münasibətlər çox səmimi idi. Bu işdə iki nəfər var idi. Əjdər və Azaddan başqası olmayıb. Baş rolda isə Azad idi. Mən Əjdərin həbs edilməsini istəmirdim. Gediş-gəliş, münasibətlər çox yaxşı idi. Mənə dedilər ki, artıq İraqa getmək lazımdır. Səfər ərəfəsində Azad dedi ki, 200 min dollar verməliyəm. Ora gedəndə hədiyyə alınacaq. Azad Əjdərin həmin pulla guya ərəblərə hədiyyə alacağını söylədi. Azad hələ mənə ironiya ilə dedi ki, ərəblərə pul lazımdır? Onlara qızıldan hədiyyə alınacaq. Mən də dedim ki, biz ora acından gedirik. Bu qədər pulumun olmadığını dedim. Azad söylədi ki, qazanılacaq milyonların yanında bu nədir ki? Mən də fikirləşdim ki, həqiqətən də qazancın yanında bu pul nədir ki? Amma 200 min yox, 100 min düzəldə biləcəyimi dedim. Azad bildirdi ki, 50 min də üstünə özü qoyacaq. Mən də razılaşdım. Hətta Azad dedi ki, pul qazanandan sonra mənə 50-60 min də artıq verərsən. Mən də razılaşdım.
Birlikdə İraqa getdik. Əjdər bizi yüksək səviyyədə qarşıladı. Bir neçə nəfərlə görüşdük, məclislər təşkil edildi. Sonra Reqani adlı şəxslə də görüşdüm. Məni bir neçə villa və binaların tikildiyi yerə apardılar. Mən gördüm ki, binaları tor basıb. Mən Azada dedim ki, burada iş çoxdan dayanıb. Azad dedi ki, yox, yeni dayanıb".
Zərərçəkmişin dediklərindən məlum olub ki, aldadıldığını elə İraqda olanda bilib: "Bir neçə gün sonra mən görüşdə Reqani ilə danışdım. Mənə dedi ki, siz burada nə iş görəcəksiniz? Təəccübləndim ki, mənim bura niyə gəldiyimi bilmir? Mən dedim ki, burada satış işləri ilə məşğul olacam. O isə məni oraya bina tikmək üçün getdiyimi bilirmiş. Buna görə də məyus oldu. Elə ona görə də bizə münasibəti dəyişdi. Biz orada tikinti işləri görə bilməzdik. Çünki o qədər pulumuz yox idi. Həmin tikintiləri tamamlamaq üçün milyonlar lazım idi.
Daha sonra orada inşa edilən ticarət mərkəzində bizə tikinti materiallarının satışı üçün mağaza veriləcəkdi. Həmin mağazanın 6 aylıq icarə haqqı üçün məndən 56 min dollar istədilər. Mən də pulu Bakıda Azada verdim. Ümumi orada görülən işlərə görə 361 min dollar xərcimiz çıxdı. Sonra mağaza da işləmədi. Biz məcbur 6 aylıq pulu ödədik".
Suallardan məlum olub ki, Azad Rufullayev 300 min dolları öz məhkəməsində Azad Şərifova ödəyib. Buna görə də Şərifovdan şikayəti olmadığını deyib.
Amma məlum olub ki, Azad Şərifov indi gördüyü işdən düşdüyü ziyana görə əlavə olaraq 295 min dollar və Azad Rufullayevdən qalan 61 min dolları tələb edir.
Məhkəmə araşdırması davam etdirilir.
Xəbərin oxunma sayı : 964
Kriminal
Xəbərlər
-
Səbail və Qaradağ rayonlarında su olmayacaq - XƏBƏRDARLIQ
-
Yasamal rayonunda ikimərtəbəli evin 3-cü mərtəbəsi - İcra hakimiyyəti xəbərsizdi? (VİDEO)
-
“Azmaş Lizinq” in vəzifəli şəxsi qanunu pozdu, 24 min manat cərimələndi - DETALLAR
-
Tanrıya müharibə elan edən Paşinyan lənətlənəcək - Zaxarova
-
Mertsin reytinqi ən aşağı səviyyəyə düşdü - Yeni rekord
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - VİDEO
-
FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları
-
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi (FOTO)
-
Afət Fərmanqızı yenə də məhkəməyə verildi - Dəniz Əsədova şikayətçidir
-
Fransa millisində parçalanma - Mbappe komandanı özünə düşmən etdi
-
Dələduzluqla nəticələnən “kafel işi: 39 min manatı necə mənimsədi?
-
Milyonluq toyla bağlı şok iddia: “Pulların çoxu real deyildi”
-
Anar Bayramov onları da vəzifədən azad etdi - FOTOLAR
-
Rusiyadan Azərbaycana göndərilən pullar kəskin artıb - Ölkələr üzrə siyahı
-
Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
-
Azərbaycanda 7 icra başçısı postu vakantdır - SİYAHI
-
“Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik“ - Prezident
-
Yardımlı İcra Hakimiyyətində əməliyyat keçirildi - Həbs olunanlar var
-
“Hatay Üsulu“nun kuryeri həbs edildi: Piyadanı vurdu, dostunun telefonunu zorla aldı
-
Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
-
Tam məsuliyyətlə deyirəm, Avropa Parlamenti rüşvətxorlar yuvasıdır - Prezident
-
Xırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan xalqı dünyada bir presedent yaratdı - İlham Əliyev
-
Vidadi Zeynalovun oğlunun ölkədən çıxışına “stop“ qoyuldu - VERGİ BORCU
-
Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar
-
Yardımlının icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAMA
-
“Bəzi ölkələrdə tıxac o səviyyəyə çatır ki, sürücülər maşında yatırlar” - Elman Nəsirov
-
Məhkəmələrdə yeni qayda - bəzi işlərə 3 hakim yox, 1 hakim baxacaq
-
YAP Beyləqan rayon təşkilatının XII konfransı keçirildi - FOTOLAR
-
Bu şəxslərin Azərbaycanda qalma müddətləri - Qanunla müəyyənləşəcək
-
Azərbaycan və Türkiyədən yeni enerji layihələri - Ceyhun Bayramov açıqladı
-
Hava bu tarixdən dəyişir - Yağış yağacaq, şimşək çaxacaq
-
Kobaxidze Rusiyaya söz verdi - “Kökünü kəsəcəyik”
-
Bir kənddən üç qız Heydər Əliyev adına Hərbi İnstituta qəbul olundu - FOTO
-
ABŞ Ənsər Allah-la birbaşa əlaqə qurub - Vens
-
Prezident Türkiyənin xarici işlər nazirini qəbul etdi - FOTOLAR
-
Xaricdən Azərbaycana qarşı hücum: Altay Göyüşovun “tarixçi” maskası düşdü
-
Hakan Fidan Bakıya gəldi, Ceyhun Bayramovla görüşdü - FOTO
-
Ata qızı ilə birgə kürəkəni öldürmüşdü - Hər ikisinə hökm oxundu
-
“Səndən zəhləm gedir, boşanacam” deyən arvadını bıçaqladı - MƏHKƏMƏ
-
Ramiz Mehdiyevin cinayət işində məşhur siyasətçilərin də adları var - SİYAHI
-
“Məzuniyyət pulumuzu verib, sonra da maaşımızdan tuturlar...“ - Naxçıvanda narazılıq
-
ABŞ ilk dəfə açıqladı: Kosmosda silahlar yerləşdirilib
-
Suraxanı rayonunda “Daş abidə“parkını söküblər? - VİDEO
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Pit Heqset Pentaqonun fəaliyyətini xaosa çevirib - The New York Times
-
2 nəfər hərbi çağırışdan boyun qaçırdı - Cinayət işi açıldı
-
Azərbaycanda bölgələrdə daşnımaz əmlaka yatırımlar artdı - VİDEO
-
Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - TƏFƏRRÜAT
-
Türkiyəli kriminal avtoritet Bakıda güllələndi - TƏFƏRRÜAT
-
DSMF 13 il sonra əlil şəxsin pensiyasını dayandırıb - Hələ 3 ilin pulunu geri istəyir
-
Azərbaycan nefti kəskin bahalaşdı - 127 dolları oldu
-
Bu il 125 mindən çox azərbaycanlı birinci sinfə qədəm qoyur - Emin Əmrullayev
-
Paytaxtın bu yollarında “Yaşıl dalğa” rejimi tətbiq edilir - Siyahı
-
Rusiya və Ukrayna bu obyektlərə hücum etməyəcək - Tramp açıqladı
-
Azərbaycanda bölgələrdə daşnımaz əmlaka yatırımlar artdı - VİDEO
-
Nərimanovda qazılan yol aylardır bərpa olunmur - VİDEO
-
Böyük Qayıdış davam edir - Növbəti köç karvanı ilə 50 ailə yola salındı
-
15 sentyabr-Azərbaycanda Bilik Günüdür
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Bu ixtisaslar tezliklə sıradan çıxacaq - AÇIQLAMA
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Sabah Yasamalın bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Azərbaycanda şəxsiyyət vəsiqəsində ana adı da yazılacaq? - Açıqlama
-
Yeni tədris ilinə görə metro və avtobuslarda hərəkət intervalları azaldılacaq? - VİDEO
-
Toylarında taxılan qızıllar gündəm oldu: “Vanlı Kara Haydar“ın həyat yoldaşı da həbs edildi
-
Daşınmaz əmlak bazarında YENİ VƏZİYYƏT: Kirayə bahalaşır, satış qiymətləri isə...
-
Endirimli internet adı ilə kart məlumatları toplanır - “TikTok”da TƏHLÜKƏ!
-
Trampdan yeni əmr: “Yadplanetlilərlə görüşə hazırlaşın”
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Avropada qazın qiyməti 1000 dolları keçdi - Bu sahədə rekorddur…
-
Prezident 500 min dollarlıq mükafatını bağışladı - Qarabağ Dirçəliş Fonduna
-
Rusiya və Ukrayna həmin razılaşmanı qəbul etdi - Tramp açıqladı
-
Almaniyanın nəhəng enerji şirkəti Azərbaycan bazarını tərk edir - DETALLAR
-
“Xınalıq və Köç Yolu“ndakı evləri 2 manatlıq şirkət bərpa edəcək - 627 minlik sifariş
-
Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil, belə mexanizm yoxdur - Ruben Rubinyan
-
Bakıda yeniyetmənin ölümündə “Roblox” izi - Baş Prokurorluqdan çağırış
-
Azərbaycanla BƏƏ arasında 6 sənəd imzalandı - FOTOLAR
-
Nazirdən 3 illik bakalavr açıqlaması: “Bəzi ixtisaslarda mümkündür”
-
DTX-nin saxladığı “Çevik” ləqəbli tiktoker həbs olundu - TƏFƏRRÜAT
-
Prezident BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi - FOTOLAR
-
Sabahdan Bakı və ətrafında iş rejimi dəyişir - DETALLAR
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib - DETALLAR
-
“Toyota Bakı Mərkəzi“nin həbs edilən sürücüsü Rauf Xəlilovun adından istifadə edibmiş - TƏFƏRRÜAT
-
Mark Rütte Moskvaya meydan oxudu: “Rusiya birliyimizi poza bilməyəcək“
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda bu məktəblər bağlanacaq - Nazir anons verdi
-
Pornoqrafik videonu yaymaqda şübhəli bilinən Əhdi və Həsəni hansı cəza gözləyir? - Açıqlama
-
Həmin dəbdəbəli toydakı bəyin də atası yüksək vəzifəli şəxs olub - Foto
-
Məktəblərdə dərs saatları dəyişdiriləcək? - Nazirdən cavab
-
“Bəy Mamed“ yaşayış kompleksinin həyətini hasarlayıb özünə villa tikdirir“ - FOTO
-
İyul ayında Azərbaycandan 4 ölkəyə 336 baş diri ətlik at satılıb - SİYAHI
-
Azərbaycanda neçə uşaq məktəbə gedəcək? - Nazirdən açıqlama
-
Müəmmalı şəraitdə oğlu ölən ana-ataya Türkiyədən vəkil gətirəcəyi adı ilə dələduzluq edildi - TƏFƏRRÜAT
-
SOCAR istiqrazlarını satan şirkət milyonlarla manat borca düşdü - DETALLAR
-
Nazirliyin adından 10 min manatlıq dələduzluq - Hökm oxundu
-
Azərbaycanlı rejissorun xaricdə oğlu üzə çıxdı - 90 yaşı var
-
Vüsal Şilderin qətlinin sifarişçisinin məhkəməsi başladı - FOTO
-
“Xəzri Rezidens”də sevgilisinə 5 bıçaq vuran kişi həbs olunmadı - TƏFƏRRÜAT
-
Qızına dəbdəbəli toy edən sabiq məmurun atası və babası da yüksək vəzifələrdə işləyiblər – Dosye
-
“Adore” vaxtı keçmiş məhsulları endirimlə satır? - İDDİA (Video)
-
Putin istəsə, iki məsələyə görə atəşkəs elan edə bilərik - Zelenski
-
İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı“nın sertifikatı verildi - FOTOLAR
-
Beyləqanda qanvermə aksiyası keçirilib - FOTOLAR
-
Avropada ən çox vergi tətbiq edən ölkələr hansılardır? - Siyahı
-
“Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir” - QMİ sədri
-
DTX rəisi Çində - Təhlükəsizlik sahəsində yeni saziş imzalandı
-
Notariatda köhnə ənənələr geridə qaldı, yoxsa? - Daxil Kərimovun “misilsiz xidməti“
-
Prezident “SABAH.city”nin açılışında - FOTOLAR
-
KTN-də unikal təyinat: “Bakı Taksi Xidməti”nin baş direktoruna yüksək vəzifə verildi
-
Süni intellekt sürətlə əmək bazarına daxil olur - Hansı peşələr sıradan çıxacaq?
-
Dövlət Əmək Müfəttişliyi Xidməti Elgün Feyzullayevi niyə müdafiə edir? - FOTO
-
Avropada meşə yanğınlarına qarşı yeni üsul: “Yanğınsöndürən keçilər“ işə düşür
-
Ölkədən qanunsuz pul çıxaran dəstə üzvüləri təşvişdə - Bayram və Şəmməd kimdən gizlənir?
-
Kartdan-karta pul köçürənlərə vacib xəbər: Yeni limitlər nəyi dəyişəcək?
-
Əməliyyatsız sinə böyütmək istəyənlərin diqqətinə: Dolğularla bağlı mühüm xəbərdarlıq - VIDEO
-
ABŞ və İran arasındakı münaqişə Konqresə seçkilərdən sonra başa çatacaq - Tramp
-
2027-ci ildən fermerlərə böyük dəstək: Yeni subsidiya məbləğləri
-
Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb
TOP 10
ARXİV






